Çəhrayı Yalan (22-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 348
Səs ver:
(səs: 0)
İçimdən dua etdim deməməsi üçün... Cahadın bu həqiqəti indi bilməsini istəmirdim. Mən ümümiyyətcə bu seyi Cahada deməyi düşünmürdüm. Boş bir seyə görə özünü incidəcəkdi... Dilimin ucunda 'sus...' dedim. Cahad gedər ayaq dayanıb "Eşidirəm Fəqan səni" dedi. Fəqan saclarını qarışdırıb, nəsə düşürmüş kimi etməyə davam etdi. Mən isə gözlərimi ağardmaqla məşğul idim. İndi hər sey bir göz qırpında korlana bilərdi.

"Hec nə deyəcəkdim ki, mənədə nəsə alarsınız mağazadan" dedi

Oh çox şükür... Sevinmək üçün tez olsada, sevinc hissimi basdıra bilməmişdim. Yarı sevinc, yarı qorxu...

"Məndə ciddi - ciddi nəsə deyəcəyini düşündüm. Yaxşı, alaraq sənədə bir seylər"dedi

Söhbətin böyüməməsi üçün irəli addım atdım. Fəqan bir söz demədiyindən, Cahadda mənlə addımlamağa başladı. Bir az addım atdıqdan sonra çevrilib arxaya baxdım. Fəqan hələdə olduğu yerdə dayanıb bizə baxırdı. Hərəkətsiz niyə qalmışdı? Bəlkədə həqiqəti deməsi barədə yenə fikirləşirdi... Mən Cahadı indi burdan apara bilsəmdə, evdə daima bir birilərinə rast gələcəkdilər. Onda nə edəcəkdim? Bütün gün Fəqanın arxasıyca qaçası deyildim...
Qarşıma çevrilib yoluma hüzursuz bir şəkildə davam etdim. İnsanın hüzursuz olması, adamın içinə otururdu. Bir ağrı verirmiş kimi... Bu, bu hec yaxşı bir sey deyildi. Beynimdən keçən hüzursuzluqları, Cahadın "Bu gün demək olar, ayrı qaldıq" deməsi pozdu.

"İndi bərabər eyni yolda addımlayarıq"

"Ürəyin nəsə istəyirdisə, mənə deyə bilərdin. Gələndə alıb gətirərdim bir seylər. Axşamlar soyuq olur, çölə çıxmağını istəmərəm"

"Soyuq olduğuna görə, yoxsa tək çıxdığıma görə?"

"Jasminnn"

"Yaxşı, yaxşı... Mən hava almaq adına çıxdım. Bir stat var ha, çörək almaq adına bu ölkədən qaçasım var. Bax, eynən elə bir sey baş verir içimdə"

"Getmək yoxdu... Bura daha yaxşıdı"

"Bunu getmək istəyən şəxs deyir mənə?"

"Əvvələr məni bura bağlayan biri yox idi. İndi var deyə getmək istəmirəm. Getsəmdə, tək getmərəm"

"Kimlə gedərsən?"

"Sənlə..." dediyində marketin qarşısına gəlib çatdıq. Məndə onla hara olsa gedərdim... Bizə bizdən başqası olmazdı.

"Onda 2 bilet hazırla gedək burdan. Burda bizi yaşamağa qoymazlar" dedim

"Mən zarafat etmirəm Jasmin... Hara istəsən, sənlə gedərəm. Mənə 'Hər seyini al və get' desələr, mən yalnızca səni götürüb gedərəm. Çünki, mənim hər seyim sənsən" dedi

İçimin getməsini normal hal sayırdım. Mən onu sevirdim, oda mənə bağlı idi. Ona görə bu sözləri xoş qarşılayırdım. Amma yenədə aşıb keçə bilmədiyim utancaqlıqlarım vardı
"Qapıda qaldıq... Keçək?" dediyimdə uzun kipriklərini qırpdı. Mən ən çoxda kipriklərinə tutulmuşdum...

***

Dünən axşam hər sey məndən yan keçmişdi... Bəs digər axşamlar? Hələdə çarpayımda idim. Ayağa qalxmamışdım... Yalançı xoşbəxtliyimin pozulmasından çox qorxurdum. Səhərə qədər qarışıq yuxular görmüşdüm. Başqa vaxt həqiqəti hec kimsədən saxlamayan mən, indi həqiqətin bilinməməsi üçün yalan atmağa başlamışdım. Məni tanınmaz hala gətirmişdilər. Və özümə bərayət qazandırmırdım. Bunun bərayət qazandırası bir yanıda yox idi onsuz. Yorğanı başıma qədər çəkmişdim. Havasızlıq məni sıxsada, yorğanı başımdan aşağı çəkmirdim. Sanki özüm özümün qəsdinə dayanmışdım. Gözlərimi yumduğumda, otağımın qapısı döyüldü. Gözüm açıb, yorğanı başımdan aşağı saldım. Cahaddı, deyə düşündüm. Bu vaxta qədər aşağı düşməmişdim. Narahat olub, yəqin...
Qapı ikinci dəfə döyüldüyündə, qıvırcıq saclarımı bir kənara yığdım. Mən 'gəl' deməyə fürsət tapmadan qapı açıldı. Otağa Fəqan daxil oldu... Məni çarpayıda gördüyündən, əlini üzünə tutub "Ayıldığını düşünmüşdüm" dedi. Dünənki kobud adam hara getmişdi? Pijamada olduğumdan çarpayımdan ayağa qalxıb "Gözlərini aça bilərsən" dedim. Əllərini aşağı endirib mənə göz altı baxmağa davam etdi. Dodaqlarının kənarının qıvrıldığını gördüyümdə "Çox gülməlidi?" dedim. Aramızda qəribə bir səmimiyyət vardı. Ah, ya da daha çox qəribə bir səmimiyyətsizlik! Fəqan sanki əkizlər bürcü idi, mən isə tərəzi... Bir gün elə idik, bir gün belə.
Arxada olan əlini qarşıya uzadıb "Sənə məktub var..." dedi. Məktub... Bu, dünənki məktubdan idi... Dünən bu məktuba əhəmiyyət verməsəmdə, indi narahat olmağa başladım

"Sən hardan tapdın məktubu?" dedim

"Qapının zəngi basıldı. Qapı açmağı sevməyən mən gedib qapı açdım. Bir insanla qarşılaşmaq əvəzinə bir məktubla qarşılaşdım"

"Boş mənasız bir məktubdu yəqin"

"Bəlkədə bir təhtiddi"

"Qorxu filmi çox izləmisən deyəsən!"

"Sən məncə qorx"

"Qorxulası bir sey yoxdu. Dünəndə bu məktubdan gəlmişdi. Kimdisə sevgi etirafı edir!"

"Oo, sən boş dayanmağı sevmirsən"

"Həddini yenə aşırsan! O məktubu mənə ver!" deyib əlimi uzatdım. Məktubu əlimə qoyacağı an, kənara çəkib "Açıb oxuyacam"dedi. Bu gün tamam fərqli damarı tutmuşdu!

"Açıb oxuya bilməzsən! Çünki, bu sənin vecinə deyil!"

"Amma mən yenə açıb oxumaq istəyirəm"

"Məktubu ver! Otağımı tərk elə!"

"Yaman qorxdum səndən" deyərək məktubu yuxarı qaldırdı. Canımı sıxırdı! Onun başa düşəcəyi dildən danışacaqdım

"Qayıt öz planetinə! Sən öz planetində daha yaxşısan!"

"Məni planetimdən azad etmək istəyən sən idi. İndi cəzasını çək!"

"Səhv etmişəm... Səni bu dünyaya qaytarmaq istəyərkən, çox səhv etmişəm!"

"Dünən Cahada bir sey demədiyim üçün mənə dua et. Sənə son dəfə bir şans verirəm. Cahada hər seyi özün aç danış. 1 həftə vaxtın var"

"Bu söhbətə qayıtma!"

"Qayıdacam... Rəvanə hər seyi biləcəksə, Cahadda bilməlidi... Ondan gizlətməklə hec yaxşı bir sey etmirsən. Mən yaxşılıq edirəm... 1 həftənin sonunda ya özün deyəcəksən, ya da mən"

"Məni çətin vəziyyətdə qoyursan!"

"Səni xilas etmək istəyirəm... Özünə həps etdiyin, bu çıxılmaz hisslərindən"

Bir zəlzələ baş verəcəkdi... Bu zəlzələyə mənim evim dözməyəcəkdi... Dayanacaqlı deyildi... Divarı üstümə töküləcəkdi... Daşının altında qalacaqdım... Qısaca həyatımın özəti bu idi. Məni xilasmı edirdi, ölüməmi tərk edirdi bilmirdim... Əlindəki məktubu aşağı salıb, yenidən mənə uzatdığında, almaq üçün əlimi uzatdım məndə. Tam alacağım vaxtda, məktubu bilərək əlindən yerə atdı. İlk yerə düşən məktuba, daha sonra ona baxdım. Necə belə olmağı bacara bilirdi?! Dünənki adam geri qayıtmışdı!

"İçimdə sənə qarşı bir nifrət yaranmağa başlayıb. Həmin nifrət qıvılcımlarınıda sən özün yaradırsan" dedim

Hər sey mənə artıq çox pis təsir etməyə başlamışdı. Mən kimləyəsə normal yola gedə bilmirdim. Hər əngəl məni tapırdı.. Yorurdu məni əngəllər

"Nifrəti sevirəm... Saxtası olmur deyə... Biz nifrətlə yola getməyə başlayaq. Əminəm yolun sonunda bu nifrət bizi daha yaxşı bir yerə gətirəcək" dedi

Arxasını dönüb əlini qapının qulpuna atdı. Qapını açmadan yarı şəkildə mənə tərəf çevrilib "Mənimdə... Mənimdə sənə qarşı içimdə bir nifrət yaranmağa başlayıb. Və mən bu nifrətə qarşı gələ bilmirəm. Səndə mənim nifrətim ilə sevilirsən..." dedi. Qapını açıb otaqdan çıxdı... Demək yaxşı hisslərin yerini sonradan başqa hisslərdə ala bilirmiş... Aşağı əyilib məktubu əlimə aldım. Açmağa çalışdığımda dava əvvəl açıldığını gördüm. Fəqan! Vecinə deyil deyib birdə məktubu açıb oxumuşdu! Məktubun içindəki vərəyi çıxardıb, açdım. Sadecə bir cümlə "Sıxılmadınmı bu roldan? İmza: B" yazılmışdı... Bu nə dəyişik bir cümlə idi... Dünən A, yazmışdı bu gün isə B... Bu məktubdan hec baş aça bilmədim. Ağılımada kimsə gəlmirdi... Məni izləyən biri falan vardımı? Ayağa qalxıb məktubu bir kitabımın içinə yerləşdirdim. Cahadın əlinə keçməsini hec istəmirdim... Qapının zəng səsini eşitdiyimdə, pəncərəmə tərəf qaçdım. Pəncərəmi açıb baxdığımda, qapıda Rəvanənin olduğunu gördüm. Ona hər seyi deməli idim? Qapıdan bir az kənarda dayandığından sonra, İlkin çölə çıxdı. Bir birlərini qucaqladıqdan sonra ayrıldılar. Anidən Rəvanənin gözü pəncərə qarşısında olan məni tapdığında, təbəssüm edərək əl salladı mənə. Məsum kimi görünürdü... Amma Fəqana etdikləri? Onun etdiyin məndə Cahada etmirdimmi? Kənara çəkilib pəncərəni tez bağladım. Düşünməli olduğum bir çox mövzu vardı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri