Çəhrayı Yalan (23-cü Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 175
Səs ver:
(səs: 0)
1 həftə sonra
Məktəbin arxa bağçasında skameyada oturmuşdum. Əlimdə də yenə bu gün mənə gələn bir məktub vardı... Günlərdi bu məktub mənə gəlməyə davam edirdi. Bu günki olan məktubun içində "Qar yağmasını istəyirəm. Onda hava daha çox soyuq olacaq. Səndə soyuğu sevməzsən hə? İmza: F" yazılmışdı. Kim idisə, məni görməyə gözü yox idi. Hər zamanda imza yerində fərqli həriflər olurdu. Sanki, mənlə oynayırdı. Bu iş hec xoşuma getmirdi... Cahada da bir sey deyə bilmirdim. Onsuzda başımda daha böyük problemlərim vardı. Bu gün sonuncu gün idi. Fəqan mənə Cahada olub bitəni danışmağım üçün 1 həftə vaxt vermişdi. Mən isə hələdə hec nəyə risk edə bilməmişdim. Cahadla bu bir həftədə hər sey o qədər çox gözəl gedirdi. Ona nəsə deyib, bu gözəlliyi məhv etmək istəmirdim. Yalanımın arxasına saxlanırdım... Bütün günüm Cahadla keçirdi. Ona qarşı olan sevgi hisslərimdə hər keçən gün daha çox artırdı. Onu itirmək istəmirdim mən... Həqiqəti bildiyində necə bir reaksiya göstərəcəyini bilmirdim. Məndən uzaqlaşmasını gözə ala bilməzdim... Fəqan isə məni hec başa düşənə oxşamırdı. Bu gün ya ona həqiqəti özüm deməli idim. Ya da Fəqan özü hər seyi ona danışacaqdı. Çox cəsarətsiz tərəfimə rast gəlmişdim. Onu itirmək qorxusu canıma işlədikcə, bu yalanı uzatmalı olduğumu düşünürdüm.

"Of... Mən nə edəcəm?" deyib dodaq büzdüyümdə yanımda bir hərəkətlik hiss etdim. O qədər fikirə dalmışdımki, yanıma gələn Əkbərin varlığından indi xəbərim olmuşdu. Yanıma əyləşib "Necə vaxtı fikirli görsənirsən" dedi. Onla ara sıra danışırdıq. Cahad da artıq mənə qarışmırdı. Bu yaxşıya işarət idi.

"Hə, bərbad bir vəziyyətin içinə düşmüşəm" dedim

"Cahad xətrinə dəyib?"

"Yox başqa bir mövzudu. Hec kimlə bu haqqda danışa bilmərəm"

"Onda səni sevindirəcək bir sey deyim sənə"

"Məni bu vəziyyətimdə hec nə sevindirə bilməz"

"Cahalda barışmışam desəm sevinmərsən?"

Bax buna sevinərdim... Cahad üçün bir seylər yolunda gedirdi. Cahad insanlara qarşı hördüyü divarların yıxa bilirdi

"Buu bu nə vaxt oldu? Tez danış görüm"

"Bu gün səhər barışdıq. Necə gündü yumşaqca söhbət etməyə başlamışdıq. Bir birimizdən üzr istədik... Keçmişdə birdən birə uzaqlaşmağının səbəbinin soruşdum. Oda bu məsələyə aydınlıq gətirdi. Əvvələr məktəbdə çox hadisələr çıxardırdı. Yanında hər zaman biz olurduq. Bəzi müəllimlərin gözü Cahadı götürməzdi. Ona cəza verdikdə bizədə verərdilər... Vaxt keçdikcə, Cahadın gözü hec nə görməməyə başladı. Bizə zərər gəlməsin deyə, uzaq qalmağı secib. Sonra araya bəhanələr, soyuqlaşmalar girdi. Sən isə bunların hamısını dəf etdin. Bizə yenidən bir dostluq qaytardın"

"Bu gün aldığım ən gözəl xəbər oldu. Cahadı bir daha tək qomayın"

İçdən içə bu hadisəyə sevinərkən, yenə bir anlıq öz reallığıma qayıtdım. Elə bilirdim, Cahad məndən gedəcək... Qəlbim sıxışmış kimi olduğunda, əlimdə olan məktubu sıxdım. Məktubun əlimdə qalmasına belə fikir verməmişdim... Əkbərin məktuba baxdığını gördüyümdə, əlimi yavaş - yavaş boşaltmağa başladım. Burda Cahad olsaydı, işlər hec yaxşı getməzdi

"Qədim dövürdə qalıb sənə məktub yazan kimdi?" dedi

"Kimliyini özümdə bilmirəm" dedim başımı sallayaraq. Göz ucu məktuba baxdığını gördüyümdə, məktubu ona uzatdım.

"Günlərdi mənə belə məktublar gəlir. Hec kimədə hec nə deyə bilmirəm" dedim

Məktubu əlimdən alıb, diqqətlicə baxmağa davam etdi. Ürəyində yazılan sözləri oxuduqdan sonra, qaşları düyümləndi. Burdan nə başa düşməli idim?

"Çox safsan..." dedi

Məktubu mənə uzatdığında, məktubu əlindən aldım. Mənə məktub gəlməsi mənim günahım deyildi. Bunun saflıqla bir əlaqəsi yox idi

"Bunun saflıqla nə əlaqəsi var?!"

"Xəttdən başa düşə bilmədin kimdən gəldiyini?"

"Yox tanış xətt deyil"

"Məktubu aç xətə bir daha bax. Əminəm tanış gələcək sənədə"

Bu məktuba günlərdi baxırdım. Amma hec cür tanış gəlmirdi xətt. Ətrafımda da mənə kiminsə belə bir məktub yazacağını hec düşünmürdüm. Məktubu açıb təkrar yazıya baxdım. Yazı həm səliqəli idi, həmdə əyri xətli idi. Bundan mənə pay çıxmazdı.

"Hələdə bilmədin kimin yazdığını? Xət bizim kimi insanların yazacağı xət deyil. Daha çox həkim yazısının xəttinə oxşayır" dedi

Başımı məktubdan qaldırıb ona baxmağım hec bir saniyə çəkmədi. Həkim xəttinə oxşayır deyərkən? Mənə hansı həkim belə bir sey yazardı? Həm niyə yazsın?

"Əkbər boş - boş danışma. Nə həkimindən bəhs edirsən sən?" dedim

"Bu xətt Fəqanın xəttidi... Həkim olacaq, Fəqanın..." dedi

Qaya parçası indi beynimə düşdü! Ah bu iynələyəci sözlərdən təxmin etməli idim! Məni necə çətin vəziyyətə saldığından xəbəri yox idi. Ona bu halım çox xoş gəlirdi... Həqiqətən bir qəlbi yox idimi?

***

Evə gəldiyimizdə Fəqan evə gəlməmişdi hələ. Ona qarşı içimdə böyük əsəb yaranmışdı. Ona nifrət hissi bəsləmək üçün daha bir səbəbim atmışdı. Ondan başqa kim belə yaza bilərdi?! Tam dəqiqləşdirmək üçün mənə yazdığı bütün məktubu əlimə alıb, otağına daxil oldum. Dərs masasına yaxınlaşıb əlimə keçən bir dəftərin açdım. Bir məktuba baxdım, bir dəftərə... Hər ikisini qarşılaşdırdığımda eyni yazının olmadığını görmək üçün kor olmaq lazım idi. Bu yazı eyni idi... Qapı açıldığında içəri girdi. Məni otağında görməyi gözləmirdi...

"Səənin, sənin otağımda nə işin var?" deyib qulağında olan qulaqcığı çıxartmağa başladı. Nifrət dolusu gözlərim ilə ona baxdım. Sən bu nifrəti çoxdan haqq eləmişdin!Yanına adım atıb əlimdə olan məktubları üzünə çırpdım. Üzünə dəyən məktublardan gözünü açıb yumduğunda "Çox əyləndin?!" dedim.

"Cavab verdə mənə! Cavab ver!" deyə qışqırdığımda hec bir hərəkət etmədi. Hec bir sey demədi... Yox bu səssizliyi məni dəli edəcəkdi!

"Cahad bilir bu məktubları mənə yazdığını?! Bildiyində nə edəcək hə?!" dedim

Günlərdi yalan danışdığım üçün məni təhtid edirdi. Özü isə bu yalanlara ayaq uydurub, başıma yeni iş çıxartmaqla məşğul idi!

"Mən sıradan bir oyun oynamaq istədim səninlə. Canım bunu istədi bunuda etdim... İndidə canım sənin həqiqəti deməyini istəyir!" dedi

"Sənin canın yalnızca mənə acı çəkdirmək istəyir! Bu da olmayacaq!"

"Son gündü bu gün... Cahada hər seyi açıb deyəcəksən! Mən istəmirəm qardaşım özünü sonradan mənim kimi hiss etsin... Onunda bərbad hissi yaşamasını istəmirəm... Qoy hər seyi səndən eşitsin"

"Səninlə onun vəziyyəti fərqlidi... Mən bilərəkdən hec nə etmədim! Bizim aramıza girmə Fəqan!"

"Cahad hər seyi sonradan öyrənsə çox pis olacaq. Mənim kimi deyil, O... Qaldıra bilməz... Get onda indi hər sey de"

"Mən hec nə deməyəcəm!"

"Sən deməyəcəksənsə mən deyəcəm! İlkin ilə öpüşdüyünü oda bilməlidi... Yalan danışmaq hec nəyi həll etmir"

İsrarlı idi... Mənim isə gözlərim dolmuşdu... Bəlkədə haqqlı idi... Bu mövzuda özümə qapamaqla çox səhv edirdim. Ancaq hər aşiqin bir yerdə bir səhvimi olmurmu? Hər sey gülüstanlıq ola bilməz...

Dolan gözlərimi gördüyümdə, mənə doğru bir addım atmaq istədi. Mən isə bir adım geri çəkildim... Geri çəkilər çəkilməz qapının qulpunun tərpəndiyini gördüyüm.
Sonra isə qapı açıldı. Fəqanda dönüb qapıya baxdığında, Cahadı gördük... Yox, bu ola bilməzdi... Belə bir şəkildə eşitməsini hec istəməzdim... Üzündəki qatı ifadə, əslində hər seyi bildiyini mənə hiss etirdi. Hər seyi başladan Fəqan idi. İndi bizi düşürtdüyü bu vəziyyətin içindən necə xilas edəcəkdi?
Cahadadın əli hələdə qapının qulpunda idi. Qapının qulpundan tutub içəri bir addım atıb dayanaraq "Eşitdiklərim düzdü?" dedi. Kaş, düz olmasa idi... Yenədə hər seyə rəğmən məndən soruşurdu... Başımı aşağı salıb göz yaşlarıma boğulduğumda "Yalandı de... Yalandı dee!" deyə möhkəmcə qışqırdı. Yalan tək sey bu idi... Geri qalan hisslərim isə həqiqət idi. İndi isə hisslərə yer yox idi. Onun gözünə görsənən tək sey ortada olan yalan idi. Mən sakit qaldığımda, Fəqan irəli dayanıb "Cahad sakit olmağa çalış, hec nə sən bildiyin kimi deyil" dedi. Cahad isə onu sinəsindən itləyərək, düz qarışma keçib dayandı. Sanki, gözü tək məni görürdü... Sanki, dilimdən çıxacaq hər sözə inanmaq istəyirdi...

"Ağlama... Ağlama! Ağlamağın sənin yalan danışdığının sübutudu... Yalvarıram sənə ağlama... Jasmin... Jasmin olmadı de, bir söz de Jasmin!" deyə titrək səslə danışdığında başımı qalıdırıb sulu gözlərim ilə ona baxdım. Ağlamağımı hec cürə dayandıra bilmirdim. Bu şəkildə öyrənməli deyildi... Başımı sağa - sola yellədib, söz tutmaz dilim ilə dodaqlarımı araladım

"Yalan deyil..." dedim

Bunu dediyimə inana bilmirdim... Aramıza girmək istəyən Fəqanın çiyninə toxunub "Əhsən sizə!" dedi. Ardından bir göz qırpımında otaqdan çıxdı. Mənə indi qulaq asmayacağını bilirdim... Fəqan etdiyindən razı qalmışdımı? Yaxşılıq edim deyə, bizi çıxılmaz bir vəziyyətə salmışdı... Nə danışsamda, artıq bir faydası yox idi...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 175
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri