Çəhrayı Yalan (24-cü Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 848
Səs ver:
(səs: 0)
Onu bu təpənin başında tapacağımı bilirdim. Düşündüyüm kimidə olmuşdu... Günorta saatlarında evdən çıxan idi. Hava qaralıdığında gəlmədiyini görüb, bura gəldim. Bura qədər gəlsəmdə, qarşısına keçib nəsə deməyə özümdə bir cəsarət tapmamışdım. İndi beynindən nələr keçirirdi... Bu soyuqda, bu təpənin başında saatlardı qalmasının səbəbi mən idim. Ona hər seyi başdan danışsaydım, hec nə belə olmayacaqdı. Yavaş adımlar ilə yuxarı çıxmağa başladım. Adım səsləri eşitdiyində, arxaya tərəf çevrildi. Ağlamayacaqdım... Ağlamaq hissimi dəf etməli idim... Ona həqiqətləri deyəcəkdim mən. Məni gördüyü kimi yenidən qarşıya dönüb "Get..." dedi. Getsəydim biz üçün hər sey yarım qalacaqdı. Bizim boş hisslərimizin yerin sevgi hissi almışdı deyə belə olmuşdu. Artıq Cahadında məni sevdiyindən əmin idim. Ürək birləşmək istəyir, ağıl isə israrla inad edir. İnadın qalib gəlməsini istəmirdim.

"Mənə qulaq asmayanca, getməyəcəm burdan!" dedim

İrəli daha adım atıb arxasında dayandım. Cahad isə torpaq üstündə olan, kicik daş parçalarını əlinə alıb onlarla oynayırdı. Məni görməməzlikdən gəlsədə, eşitməli idi. Özümdə güc tapmalı idim. İndi danışa bilməsəm, birdə hec vaxt danışa bilməyəcəkdim.

"O gün İlkin, mənim ilə sənin haqqında çox irəli danışdı. Onu susdura bilmədim... Ona görə özümdən çıxıb, ona şillə atdım... Oda üzünə vurduğuma görə..." deyib dayandım. Arxasını hec cürə gətirə bilməzdim... Arxadan Cahadı qucaqlayıb əllərimi qarın boşluğunda birləşdirdim. Başımı kürəyinə yaslayıb, gözlərimi yumdum. Hec bir qarşılıq verməmişdi... Bu canımı daha çox incitmişdi...

"İstəyərkdən olmadı Cahad... Oda çox peşmandı... O öpüş sıradan bir sey idi. Mən hec nə hiss etmədim... İki dodağın sevgisiz şəkildə birləşməsi sadecə fiziki bir seydir... Məni başa düş... Səndə məni başa düşməsən, mən kim başa düşəcək? Günlərdi öz içimdə mübarizə aparıram. Bilirəm, bu şəkildə bilməli deyildin. Mən gəlib hər seyi sənə danışmalı idim. Ancaq edə bilmədim... İtirmək istəmədim səni"

Daha bir söz deməyə təqatim qalmadı... Səssizcə göz yaşlarıma boğuldum... Bu səhvin, günahın mən tək çəkmək istəmirdim...
Saniyə keçdikdən sonra əllərimin üstündə əl hiss etdim. Əllərini əllərimin üstündə əllərimi sıxdı. Boğunuq səsi ilə "Əllərin buz kimidi..."dedi. Məni bu qədər düşünməsi?

"Səni hec vaxt incitmədim. Hər incinəndə də sənin yanına qaçdım. Bu gün isə kimin yanına gedim bilmədim. Çünki, məni incidən sən oldun... Amma bilirsən, mən yenə səni incitməkdən qorxuram. Mən sənə bir sey olmasın deyə, sənin üstündə əsirəm... Sənsə mənə yalanlar danışırsan. Diqqət etsən, yalan demədim yalanlar dedim... Beş gün evdən itmək səbəbin bu imiş... Mənsə səndən hec nə soruşmadım. Sənə özümdən çox inandığım üçün. Mən indi səni günahkar çıxarda bilmərəm. Ürəyinin qırıldığını hiss edə bilirəm. İlk başlardan biz ikimiz bir birimiz üçün fərqli olduq. Aramızda daha sirr olmasın... Olmasın, Jasmin... Aramıza hec kim girməsin... Biz ikimiz hər zaman bir birimiz üçün tək olaq" deyərək əlini əlimin üstündən çəkib əllərimi ayırdı. Mən tərəfə çönüb "Çünki, mən səni sevirəm..."dedi. Göz yaşlarımın içində gülümsədim... Hər işdə bir xeyir vardı hə?

"Mən səninlə öyrəndim bu sevgi hissini... Mənə sən öyrətdin hər seyi... Bundan sonrada bərabər bu hissi öyrənməyə çalışaq?"dediyində onu qucaqladım. Onu dəli kimi sevirdim mən. Bu cür insan sevilməzmi?

"Səni sevirəm Cahad... Səni Sevirəm... Mənim ürəyim tək sənin yanında sürətli döyünür. Sahibi sənsən deyə..." dedim

Ondan azca aralanıb üzünə baxdım. Külək saclarımı onun üzünə dəydirirdi. Əlini üzümə toxundurub, saclarımı geriyə yığmağa başladı.
Onu hiss etmək istəyi içimə dolduğunda ona daha çox yaxınlaşdım. Mən onu istəyirdim...
Kipriklərimi qırpdığımda, dodaqlarını dodaqlarıma dəydirdi. Soyuğa rəğmən içimə bir istilik daxil oldu. Gözlərimi yumduğumda, məni öpməyə başladı. Mənim ilk öpüşüm bu idi. Ürəyimi yerindən çıxardacaq tək olan, bu öpüş idi... Utanaraq öpüşünə qarşılıq verdiyimdən sonra nəfəs - nəfəsə qalmış şəkildə məndən ayrıldı. Tək xatırlayacağım öpüş...

(5 Ay Sonra)

Məni üzümdən öpərək oyandıran, Cahada bir az daha yatım deyə mızmızlanırdım. Son günlərdə çox yatırdım. Yuxu məni basırdı. "Cahad beş dəqiqə daha yatım" deyib başımı yastığın altına keçirtdim.

"Axşam gec yatanda, səhərdə belə gec qalxarsan. Mən aşağı düşüb yemək hazırlayıram... Sənində beş dəqiqədən çox yatdığını görməyəcəm" dedi

Başımı yastığın altından çıxardıb ona baxdım. Sanki məndən başqa işi gücü yox idi. Bütün günün mənlə keçirirdi bu adam. Əslində qeydimə qalmasını sevirdim. Amma bəzən bu diqqət və qayğı məni çox azda olsa sıxırdı.

"Yaxşı... Yaxşı, sən düş aşağı məndə qalxıram indi" dedim

"Afərim şirin sevgilimə" dediyində gözümü süzdürdüm. Üzümdən təkrar öpüb otaqdan çıxdığında, yatmaq üçün gözlərimi təkrar yumdum. Tam 5 ay idi sevgili idik onun ilə. Münasibətimiz çox gözəl gedirdi. O gündən sonra həyatımızdan hər kəsi silmişdik. Bir birimiz üçün tək ikimiz var idik. Hər sey dəyilmişdi... İndi İlkin, Cahadla arasının düzəlməsi üçün əlindən gələn hər seyi edirdi. Cahad ilə mənsə hec oralı deyildik. Fəqanın üzünü hec görmürdüm. Başı imtahanına qarışmışdı. Bu mənim xeyrimə idi. Onunla az qarşılaşmaq, az danışmaq demək idi.
Mədəmdə hiss etdiyim ağrı ilə ayağa qalxdım. Mən iki gündü niyə belə olurdum? Bu saata qədər ac qaldığımdan ola bilərdi. Son günlərdə bizdə imtahana hazırlaşırdıq deyə özümə hec diqqət etmirdim. Nəhayət, məktəbi bitirə bilmişdik. Soyuq qış ayının yerini, günəşli havalar almışdı. Mənim fəslim yay idi. Mədəmdə olan narahatcılığa çox fikir vermədən üstümü dəyişməyə başladım. Güzgüdə özümə nəzər yetirdiyimdə, rəngimin solduğunu gördüm. Elə bil, gözəlliyim getmişdi...
Mətbəxə daxil olduğumda, Cahad süfrəni hazırlamışdı. Masa arxasına keçib əyləşdiyimdə "Cahad, səncə mən çirkinləşmişəm?"dedim. Səhər - səhər beynimə taxdığım fikirə bax. Cahad süzdüyü iki çayı masaya qoyduqdan sonda yanıma keçib əyləşdi

"Əksinə çox gözəlsən"

"Yalan deyirsən... Güzgüyə baxdıqda özümdən xoşum gəlmədi"

"Sevgilimin canı nazlanmaq istəyir deyəsən. Sən yeməyini ye, nazını sonra çəkərəm"

"Yemək istəmirəm... Mədəm ağrıyır elə bil"

"Mədən boş qalıb deyə ağrıyır. Bu vaxtıda adam yuxudan durar?"

"Belə çıxırkı mən adam deyiləm onda?!"

"Ya səbir... Sən son vaxtlar yaman söz götürməyən olmusan. Sevgilim sən mələysən, mələk"

Susub qarışma dönüb, masada olan qaynanmış yumurtaya baxdım. Ürəyimin bulandığını hiss etdiyimdə "Yumurtanı götür gözümün qarşısından" dedim. Ayağa qalxıb yumurtanı masadan götürdükdən sonra "Sən yaxşı deyilsən" dedi. Yaxşı olmadığımı özümdə hiss etməyə balamışdım. "Mən deyəsən qrip olacam" deyib əlimi alınma yerləşdirdim.

"Yayda?"

"Yayda qrip olunmaz deyə bir qayda var?"

"Qrip olana oxşamırsan... Hamısı bilirsən nəyi günahdı?"

"Nəyin?"

"Soyuq - soyuq içdiyin suların. İçmə deyəndə, mənlə dava edirdin. Onun üstündə mədən bu günə düşüb"

Balaca uşaq tək boynumu bükdüm. Haqqlı idi. Yay girəndən çox soyuq su içirdim mən. Hətda buzlu su içmişliyimdə olmuşdu.

"Asma dodaqlarını elə sevgilim. İndi sənə nanə, limon qaynadaram. Hec nəyin qalmaz axşama" dedi

Məni əzizləməsini çox sevirdim. Biz sanki, onunla bir almanın iki yarısı idik...

Halım olmadığından bu gün bütün gün dincəlmişdim. Səbirsizliklə düzəlməyimi gözləyirdim. Çünki, ediləsi dərslərim vardı. Başımda kicik sızıltı kimi ağrılar yaranmışdı. Bu hec xoşuma gəlməmişdi. Mənə nə olmuşdu belə? Dünəndə belə idim mən... Yay olduğundan hamı bağçada oturmuşdu. Mən isə pəncərədən seyr edirdim onları. Fəqan ilə gözlərimiz bir biri kəsişdiyində, ilk gözünü çəkən O, oldu... Yadıma keçmiş aylar düşdüyündə, ofladım... Biz onla ən yaxın dost ola bilərdik. O, isə dost olmağı deyil, bir düşman olmağı seçdi. Düşman kimi olmaq ona daha asand gəldi. Pəncərə qarşısından çəkilib, çarpayıma keçib oturdum. Bu sırada Cahad içəri keçdi

"Aşağı düşmək istəmirsən?" dedi

"Yaxşı deyiləm deyə düşmək istəmirəm"

"Hələdə mədən ağrıyır?"

"Yox, halsızlıq var üstümdə. Sabaha keçsəydi... Sıxıldım belə olmaqdan"

"Sabah düzəlməsən həkimə gedərik. Səni belə əziyyət çəkən görəndə məndə pis oluram"

"Düzəlməsini ümüd edirəm..." dediyimdə Cahadın üz mimikası dəyişdi. Üzümə diqqətlicə baxmağa başladığında "Qoruxtma məni... Üzümə niyə elə baxırsan?"dedim. Dodaqlarını istlatmağa başlayıb, sacları ilə oynamağa başladı. "Sey... Sənin vaxtın nə vaxt idi?"dedi
Nə vaxt? Bu oğlan nə danışırdı?

"Vaxt nədi?" dedim

"Adət vaxtın..." dedi

Hesablamağa başladım. Çünki dəqiq tarix hec vaxt yadımda qalmazdı. Amma bu ay olmadığımıda dəqiq idi. Hesablamağa başladıqdan sonra, 14 gündü gecikdiyimin fərqinə vardım.

"14 gündü gecikib..." dediyimdə əlim ilə alınıma möhkəmcə vurdum. Mənə hər sey indi aydın olmuşdu hələ... Yox, amma hamilə falan ola bilməzdim mən. Bir dəfə ilə hamiləlik olmazdı...
"Ola bilməz hə Cahad?" dedim başımı sağa - sola yellədərək. "Mən test almağa gedirəm..." deyib otaqdan bir göz qırpında çıxdı. Olmasın, Allahım olmasın...

Hamiləlik testini əlimdə tutub, ağlayaraq hamamdan çıxıb otağa daxil oldum. Hec hazır olmadığım bir sey idi bu. Hazır olmadığım bir vaxtda məni tapmışdı...

"Niyə ağlayırsan?" dedi

"Səncə?!" dedim testi ona uzadarkən. Testdə olan iki xətti gördüyündə, bir adım geri çəkildi. Ağlamağım hər seyi izah etmirdimi?

Ehtiyyatsızlığımızın və təcrübəsizliyimizin nəticəsi...

Sənə həsrət qalan milyonlarca ailə varkən, niyə bizi secdin körpə...?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 848
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri