Çəhrayı Yalan (26-cı Bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3351
Səs ver:
(səs: 0)
Axşam düşmüşdü... Mən yenə pəncərə qarşısında idim. Dünənə qədər dərdim olmazkən, indi üstümə bir yük düşmüşdü. Cahad günorta saatlarından evdən çıxan idi. İsrarla bu uşağı istəyirdi, amma yanımda da yox idi. Bu vaxta qədər harda və kimlər idi bilmirdim. Başqa vaxt olsa yüz dəfə zəng edərdim. İndi isə daha çox ondan qaçmaq, uzaq qalmaq istəyirdim. Çöl qapının açıldığını gördüyümdə, pəncərə kənarından tez çəkildim. Cahad olardı deyə düşündüm. Necə davranacaqdım indi? Nə edəcəyimi bilmədiyim üçün çarpayıma uzanıb gözlərimi yumdum. Yatmış kimi görsənmək xeirimə olardı...
Qapı döyüldü, sonra açıldı. Bağlanış səsini eşitdiyimdə yanıma gəlişini hiss etdim.

"Yatmadığını bilirəm..." dedi

Gözlərimi açıb onun tərəfə çevrildim. Əlində bir dəstə çobanyastığı gülünü gördüm.

"Sən çobanyastığı güllərini çox sevərsən. Sənə aldım" dedi

Gülü əlindən alıb qucağıma yerləşdirdim. Bir güllə bu işin içindən çıxa bilməzdi. Bu vaxta qədər harda olduğunu bilməli idim. Çünki içim içimi yeyirdi

"Hardaydın bütün günü?"

"Hələdə məni qısqanırsan, etiraf elə"

"Qısqanmıram səni... Harda olduğunu bilmək haqqımdı"

"Kicik bir işim vardı, onu həll etdim"

"Nə işidi bu belə?"

Verdiyim sual dolusu sözdən sonra əlini cibinə atdı. Pul qabısını çıxardıb, içini açdı. Gözlərimə inana bilmədim. Pul qabının içi pul ilə dolu idi. Pul qabıdan pulu çıxardaraq mənə uzatdı.
"Bu pul səndə qalsın. Həkimə getdikdə bizə lazım olacaq. Həkimlədə danışıb növbə almışam. Gələn həftə gedirik, körpəmizi görməyə" dedi.
Hər seyi bir kənara atdım... Bu qədər pulu hardan tapmışdı? Tam saya bilməsəmdə əlində 2 minə yaxın pul vardı...

"Sən bu qədər pulu hardan tapmısan?"

"Əlimə pul keçdikcə karta atırdım"

"Bu qədər pul ola bilməzdi. Borc almısan kimdənsə?!"

"Yox... Telefonumu satdım. O qədər bahalı telefon işlətməyə ehtiyyac yoxdu məncə"

"Sən telefonunu çox sevirdin... Niyə etdin belə bir seyi?"

"Körpəmi daha çox sevirəm. Boş ver, təki itirdiyim sey telefon olsun. Mənim körpəm hər seyə dəyər"

"Körpənin varlığını iki gündü öyrənmisən. Ancaq aylardır varmış kimi hərəkət edirsən"

"Səndə bir az onu sevməyi öyrənsən... Onun sənə ehtiyyacı var"

"Sən telefonsuz qaldın indi?" dedim söhbəti dəyişdirməyə çalışıb

"Sabah ucuz bir telefon alaram. Sən de görüm yemək yemisən?"

"Həə yemişəm"

"İnanım?"

"İnan Cahad... Ac qaldıqda ürəyim daha çox bulanır. Məcbur qalıb məndə yedim"

"Onda meyvə gətirəcəm sənə" deyib yanımdan ayağa qalxdı. Bir əlimdəki pula birdə çobanyastığı güllərinə baxdım. Bu adam məni necə çox sevirdi... Telefonunu satacağı ağlımın ucundan keçməzdi. Üstəlik, həkim işinidə həll etmişdi. Çobanyastığını və əlimdəki pulu çarpayının üstünə qoydum. Bir əlimi bətnimə yerləşdərdim... Onun var olmasını qəbul etməli idim. Sevdiyim adam, mənə dəstək durarkən, arxamı ona çevirə bilməzdim... Bizim üçün əlindən gələn hər seyi edirdi... Mən Cahadı itirsəydim, mənim onun atasından bir fərqim olmazdı... Mən özümü öyrəşdirməli idim... Nəyəsə cəhd göstərməli idim...

Cahad əlində meyvə boşqabı ilə otağa daxil oldu. Öz əlləri ilə meyvəni yedizdirməyə başladı. Meyvədən yedikcə "Həkimi hardan tapdın?" dedim

"Əkbər sağ olsun, onunla danışdım. Anası tapdı"

"Əkbərə dedin?"

"Gizlədəcək bir sey deyil. Həmdə dostumdu bilməlidi"

"Fəqanda bilir... Bu gün səhər otaqda testi tapıb"

"Mənə hec nə demədi bildiyi haqqda... Sən səhər oma görə gərgin idin?"

"Hə... Üstümə gəlmədi amma... Əksinə sevindi oda"

"Səndə sevinsəydin tam olardı"

"Mən valideyinlərimizi, gələcəyimizi fikirləşirəm"

"Bizim gələcəyimiz bu körpədi... Nəyin fikirini çəkirsən sən? Mən yanındaykən atan sənə nə edə bilər?! Bax, mən hər seyi yoluna qoymağa çalışıram. Xahis edirəm səndən səndə bir az köməklik göstər mənə. Dostlarıma xəbərdə saldım. İşdə tapacam... Sonra kirayə bir evə çıxarıq. Burda yaşamaq istəmirəm mən"

"Sən əməlli başlı hər seyi düşünmüsən... Bu məsuliyyəti alamağa hazırsan?"

"İcazə verirsən, ona toxunmağıma?" dediyində gözlərimi qırpdım. Ona toxunmaq ən çox Cahadın haqqı idi. Bütün günü bu körpənin gələcəyi üçün çalışmışdı. Bu həvəsini qıra bilməzdim... Dizinin üstündə olan əlini əlim ilə tutub, əlini bətnimə yerləşdirdim. Üzündə məsum bir ifadə yarandı. Birdə xırda gülüşlər... Əlini anidən çəkdi. Niyə çəkdiyini düşünərkən, köynəyimi göbəyimin üstünə qədər qaldırdı. Çılpaq bədənimə barmaqların toxundurub "İndi daha yaxın oldum ona..." dedi.
Mənə qəribə hisslər bəxş edirdi... Həm içimə bir qorxu gəlirdi, həmdə bur qorxuya rəğmən böyük bir sevinc... Bütün hissləri eyni anda yaşamaq olurmuş. Onunla bir gələcəyim olacaqdı mənim. Toxunuşlarını dayandırdıqdan sonra üzümə bir heyranlıqla baxdı. Oysa, heyran olunası bir yanım yox idi. Bu yaşımda əldə etdiyim bir seyim yox idi.

"Çillərini bir daha sayım?" dedi

Məni uzaq keçmişə apardı... Hər sey çillərimi saydığı gün başlamamışdımı?

"Yorularsan sayma. Bu gün bizə görə bütün gün yorulmusan onsuz. Sabah sayarsan" deyərək sağ yanağına bir öpüş qondurdum.

"Ohh rahatladım indi. Sən məni öpəndə dünyaları mənə verirlər" dedi

Üzündən bir daha öpdüm. Gözlərini yumduğunu gördüyümdə dodaqlarına kicik bir öpüş qondurub geri çəkilmək istədim. Ancaq qolumdan tutdu

"Davam elə" deyə bic - bic güldü.

"O gün..." deyib susdum. Ardını gətirim deyə üzümə baxdı. Ardını necə deyəcəyimi bilmədim. Amma ondan utanmalı deyildim. Biz bir birimizin hər seyini bilərdik.

"Bərabər olduğumuz gün" dedim

"Peşmansan?" dedi

Başımı salladım... Buna görə peşman deyildim. Sadecə düşüncələrim başqa tərəfdə idi.

"Yox... Başqa bir sey deyəcəkdim"

"Nə?"

"O günün səhərsi düşündümki məndən uzaqlaşacaqsan. Axı insan əldə etdikdən sonra əlindəkinin dəyərini bilməz... Həvəsini aldı, gedəcək məndən deyə düşündüm... Səndə isə əksi oldu... O gündən sonra mənə daha yaxın oldun"

"Sən indi nə deməyə çalışırsan?"

"Hec nə... Sadecə içimdə qalmasını istəmədim... Körpəmdə bilsinki onun atası, anasını çox sevir. Və bizə sahib çıxır"

"Dəlisən vallah dəlisən. Gör nələr düşünmüsən. Sən dediyin seyi şərəfsiz oğlanlar edir. Qıza sahib olur sonrada ortdan yoxa çıxır. Sən beynini belə seylərlə yorma"

Sözləri üzümü güldürdüyündə, ürəyim birdən birə çiyələk istədi. Hec sırası idi çiyələyin? Yadımdan çıxartmalı idim... Bu vaxtı Cahadı çiyələk arxasıyca göndərə bilməzdim

"Sevgilim nə düşünürsən?" dedi

"Hec... Hec nə"

"Yox sən beyninə nəyisə taxdın yenə"

"Sey... Off mənim ürəyim birdən birə çiyələk istədi"

"Şükür Allaha" deyib sevindi. Çiyələk istədiyim üçün sevinən insan ilk dəfə idi görürdüm.

"Nəyə sevinirsən?"

"Axırki ürəyin bir sey istədi. İndi gedib alıb gələcəm"

"Yox sabah gedib alarsan. İndi o qədərdə vacib deyil. Amma olsa pis olmazdı"

"Çiyələk istəməyinə çox sevindim"

"Nəyə görə?"

"Çiyələk istəyinin qızı olur deyirlər" dediyində qəh qəhə çəkib güldüm. Boş sözlərə necədə inanırdı. "Yalan söhbətdii" dedim onu əsəb etmək üçün.

"Mən inanmaq istəyirəm. Çiyələk kimi qırmızı yanaqları olsun. Off bircə bu 9 ay tez keçsəydi. Qovuşardım ona"

"Burdan belə çıxırki sən qız olmağını istəyirsən?"

"Əsas sağlıqdı. Həm sağlığı olsun, həmdə qız olsun. Üzündə çilləridə olsa əla olar"

"Sən sifariş verirsən. Yanında başqa nə olsun?"

"Bir düşünüm mən"

"Get yolda düşünərsən"

"Onu çiyələk qızım deyə əzizləyəcəm daha" dedi alınıma bir öpücük qonduraraq. Təkrardan üzümə möhkəm bir öpüş qondurub "Səni sevirəm" dedi. Onu qucaqlayıb, qoxusunu içimə çəkdim. Məndə onu çox sevirdim.

"Tez gəl, çiyələk qızın sənin üçün darıxmasın" dedim

"Tez gələcəm, çiyələk qızım" dedi

Sonra otaqdan çıxdı. Sonsuza qədər belə qalmaq istədim... Sonsuza qədər...

Gecə saat 2 idi... Pəncərə qaşrısında idim yenə. Cahadı gözləyirdim. Cahad isə hələdə gəlməmişdi. Zəng etməyə bir telefon belə yox idi. İçimi vahimə basmışdı... Cahad bu saata qədər harda idi? Çiyələk almaq üçün evdən çıxan idi. Birdə geri qayıtmamışdı...
Məni hər seyin gözəl olacağına inandıran insan getməzdi hə? Getməzdi...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri