Çəhrayı Yalan (27-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 2 836
Səs ver:
(səs: 1)
Səhəri pəncərə qarşısında açmışdım... İçimdə bir dünya vardı... Mən dünyanı böyüdürdüm... Amma acıda çəkirdim... Ağlamamışdım... Ağlamamaq üçün özümü güclə tutmuşdum. Qayıdacaqdı Cahad... Ancaq içimdən bir səs "Ya qayıtmasa?"deyirdi... Bax bu suala verəcək bir cavabım yoxdu. Ətrafın işıqlandığını görər görməz otağımdan çıxdım. Tək gedə biləcəyim yer Fəqanın yanı idi. Başqasına nəsə deyə bilməzdim. Yuxudan ayılıb ayılmayacağını bilmədiyim halda qapısını döydüm. Üçüncü döyüşüm idi... Bir səs yox idi... Yuxudan ayılmadığını görüb, getmək üçün arxamı döndüyümdə qapı açıldı. "Jasmin?" dedi gözlərini ovuşduraraq. Onu yuxusundan etmişdim...

"Fəqan..." dedim gücsüz bir şəkildə. Özümü hiss etmirdim... Yox idim elə bil... İnsan özünü bu qədər dərin boşluqda sayarmı?

"Sən yaxşı görünmürsən..." dediyində otağına daxil oldum. Bir gecənin içində bitmişdim mən... Cahadın yoxa çıxmasını deməyə dilim varmırdı. Bəlkədə mən kor idim... Onun gəlişini görməmişdim...

Çarpayısının bir küncünə keçib oturduğumda, dizlərini yerə atıb qarışma keçdi. Bir sey deyim deyə üzümə baxırdı. Məndə ağlamamaq üçün dişlərimi bir birinə sıxmışdım. "Jasmin məni qorxudursan... Uşağa nəsə olub?" deyə maraqlanan gözlər ilə soruşdu. Başımı 'Yox' mənasında salladım. Danışmağın vaxtı idi. Özümdə bir güc tapıb "Cahad yoxdu..." dedim.

"Necə yəni yoxdu?"

"Yoxdu, Fəqan yoxdu"

"Jasmin sən danışırsan?!"

"Axşam çıxandı evdən... Çiyələk almaq üçün getdi... Bu saata qədərdə qayıtmayıb"

"Sən bunu indi deyirsən!?" deyib ayağa qalxdı. Gözlərim bundan sonra sözümə baxmadı. Yanaqlarım göz yaşlarım ilə islanmağa başladı.
"Zəng, zəngdə etməmisən?" dedi səsi titrəyərək.

"Telefonun satıb..." deyib səssizcə göz yaşıma boğulub. "Başına bir iş gəlməyindən qorxuram. Onu tap Fəqan..." dedim.

"Lənətə gəlsin! Lənətə gəlsinn!" deyərək əllərini yumruq edib sıxdı.

"Ağlama... Ağlama... Harda olsa tapılacaq... Cahad səni və körpəsini qoyub getməz" dedi.

Əmin olmayan gözlər ilə ona baxdım. İki secənək vardı. Ya başına bir iş gəlmişdi, ya da bizi tərk edib getmişdi. Hec birini düşünmək istəmirdim. Ortada olan həqiqətlər mənə ağır gəlirdi.

"Başına bir iş gəlmiş olsaydı, bu vaxta qədər bizə kimsə nəsə xəbər edərdi hə?" dedim

"Məndə sənin kimi hər seydən xəbərsizəm. Mən düşüb aşağı hamıya xəbər salacam. Səndə, səndəə özünü ələ almağa çalışacaqsan. Polis falan gəlsə son dəfə kim görüb edib desə, son görən adamın sənlə mən olduğunu deyəcəm. Ürəyimiz çiyələk istəyib, oda gedib almağa. Bacardığım qədər səni bu işdən uzaq tutmağa çalışacam. Sən sadecə bətnindəki körpəni düşün. Ona bir sey olmağına icazə vermə" dedi

Başqa bir yolumda yox idi. Hər kəsdən gizlətməli olduğum bir körpəm vardı. Fəqanla bərabər otağından çıxıb aşağı düşdük. Fəqan hər kəsə Cahadın yoxa çıxdığını dedi. Məndə bir kənardan durub seyr etdim. Mətanət xanımın halı pisləşdiyindən atam ilə Ramin onu yuxarı otağına çıxartmışdı. İlkin isə dəliyə dönmüş kimi ortalıqda gəzirdi. İlk dəfə idi qardaşı üçün bu qədər narahat olduğunu görürdüm. İlkin yerində dayana bilmədiyindən "Belə olmaz, hec olmaya çıxaq özümüz axtaraq! Oturmaqdan bir sey çıxamayacaq!" dedi.

Fəqanla baxışmağa başladıq. Bəlkədə çıxıb axtarmalı idik... Polislər 24 saat keçmədiyindən axtarışa verməmişdilər... Fəqan baxışlarını məndən kəsib İlkinə çevirdi

"Belə edirik onda, sən tək gedib axtarırsan. Məndə tək başıma. Getdiyimiz yerləri telefonda zəngləşərək bir birimizə çatdırarıq" dedi

"Məndə, məndə tək başıma axtaracam" dedim

"Sən hec yerə getmirsən! Oturursan evdə, mənim gəlməyimi gözləyirsən!"

"Yox! Məndə axtarmalıyam onu. Əlim qolum bağlı qala bilmərəm"

"Jasminnn!"

"Nə Fəqan nəə?!"

"Otur aşağı!"

Uşağa görə qoymadığını bilirdim. Ancaq belədə tək evdə qala bilməzdim. Dəli olardım mən...
İlkin başa düşülməyən gözləri ilə bizdi süzdü. Beynindən nə keçirdirdi, düşünmək belə istəməzdim

"Sizə nə olub belə? Fəqan, nə qədər çox adam olsaq o qədər yaxşı olar. Jasminin axtarmasında bir qüsur görmürəm"

"Sənə danışmaq üçün söz verdiyimi xatırlamıram! Jasmin qalır evdə biz gedirik!"

"Mənim bilmədiyim nəsə var?" deyə şühbəli formada soruşdu. Tək sənin deyil, bütün ailənin bilməli olduğu bir həqiqət vardı. Onu tək bilən insan isə Fəqan idi. Bütün yük onun üstünə düşmüşdü indi. Etməyədə bilərdi, amma edirdi...

"Jasmin mənimlə gəlirsən. Tək olmaz" deyə vurğu ilə danışdığında daha çox israr etmədim. Belə zamanda başa düşülməz bir insan olmaq istəmirdim

İlkin öz maşını ilə getmişdi, Fəqanda Raminin maşınını almışdı. Hara getdiyimizi bilmədən yola düşmüşdük... Ürəyimin bulandığını hiss etsəmdə, özümdə dayanmaq gücünü tapmışdım. Hec nə yeməmişdim... Körpəm ac olardı... Atası ortalıqda olmadığından boğazımdan hec nə keçməmişdi. İndi Cahad yanımda olmuş olsaydı, məcburda olsa mənə yemək yedizdirdi. Əlimi bətnimə yerləşdirdim. Dayan körpəm, dayan... Məni sevirsənsə, dayan... Atan sənin varlığını mənə öyrəşdirərkən sən getmə məndən. Bu son üç gündə hər çətinə düşəndə əlimi bətnimə yerləşdirdim. Qarın nahiyəmə sancılar girdiyində, özümü güclə tutdum. Fəqan halımın yaxşı olmadığını başa düşəcək ki "Jasmin ağrınırsan?" dedi. Acı içində "Hə..."dedim. Ağrım getdikcə şiddətlənirdi...

"Sən səhər bir sey yeməmisən?!"

"Yeməmişəm"

"Bu saata qədər necə ac qala bilmisən? Sən iki canlısan! Özün üçün olmasada o körpə üçün yeməli idin!"

"Cahad ortalıqdan yoxa çıxarkən, mənim ağılıma yemək gələ bilərdi?!"

"Mən səninlə nə edəcəyimi bilmirəm... Sənimi düşünüm, yoxsa körpənimi bilmirəm!"

"Düşünmə... Cahad belə məni düşünməyib gedərkən, sən məni düşünmə!"

"Cahadın başına nə gəldiyini belə bilmirik hələ! Bu qədər ürəksiz olma!"

Dayana bilməyib ağlamağa başladım. Hər sey üstümə - üstümə gəlirdi. Kaş biri məni ən keçmişimə atsa və qaçsa... Fəqan maşını yol kənarında saxlayıb, üzümə tutduğum əllərimi aşağı salmağa çalışdı

"Bağışla... Üstünə bu qədər çox gəlməli deyildim..." dedi

Bu halda kiməsə naz edəcək halda deyildim... Əllərini əlimdən ayırıb "Keçdi Fəqan, keçdi..." dedim. Oysa, keçmirdi...

"İndi gedirik bir kafeyə. Ürəyin istəsədə, istəməsədə bir seylər yeyəcəksən. Yaxşı?"

Başımı sallamaqla kifayətləndim. Mən özüm hec nə yemək istəməsəmdə, körpəm ac qalmışdı. Onun varlığını unutmalı deyildim. Yaxınlıqda olan bir kafeyə gəlib, yemək üçün bir seylər sifariş etdi. Məcburda olsam yeməyə başladım. Yeməkdən sonra maşını bir kənarda saxlayıb Cahadın şəkilini yoldan keçən insanlara göstərib axtarmağa başladıq. Bu samanlıqda iynə axtarmağa bənzər bir sey idi. İlkində hec nə tapa bilməmişdi... Axşam düşdüyündə hamımız evə yığışmışdıq. Mətanət xanım ağlamdaqdan həlak olmuş vəziyyətdi. Deyilən boş sözlər onu təsəlli etmirdi. Nə onu, nə də məni...

Ramin bir yerdə oturmayıb sağa - sola gedib dururdu. Gediş gəlişi başımə döndürürdü...

"Boşuna axtarmağa dəyməz... İstədiyin edib, gedib..." dedi

Mən danışa bilmədiyim üçün Fəqan araya girib "Çiyələk almaq üçün evdən çıxıb. Düşündüyün kimi getmiş olsaydı, başqa bir vaxt çıxıb gedərdi. Onun başına iş gəlib!" dedi

"Nə işi hə!? Bu vaxta qədər hələdə bir xəbər yoxdu. Üstündə nə telefon var, nə şəxsiyyət! Necə tapsınlar onu!"

"Bilmirəm! Hec nə bilmirəmm! Amma belə danışma!"

"Acıda olsa həqiqət budu... Getmək onun ən böyük aruzusu idi!"

"Gedə bilməz!"

"O çıxıb gedib! Atamdan bir fərqi yox imis!"

Bu söz söhbətə daha çox dayanmağa gücüm yox idi mənim. Gözlərimin qarşısı qaralamağa başlayırdı... Artıq onların səsini eşitmirdim... Yanımda oturan Fəqanın qolunu möhkəmcə tutub sıxmağa başladım. Özümdən getməyim saniyələrimi aldı... Sonrası qaranlıq oldu...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri