Çəhrayı Yalan (28-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 453
Səs ver:
(səs: 0)
Gözlərimi açdığımda bir xəstəxana otağında olduğumu gördüm. Bura necə gəldiyim haqqında hec bir fikirə sahib deyildim. Göz qapaqlarım yorğunluqdan gah açılır gah qapınırdı. Tək idimmi? Çarpayıdan dəstək alıb bir az dikəldim. Qarnımda sancılar vardı... Əlimi bətnimə yerləşdirdim. Bu qədər niyə ağrınmışdım mən? Özümdə islaqlıq hiss etdiyimdə hər seyi yeni - yeni idrak etməyə başlayırdım. Ən son ürəyim getmişdi... Bir ara özümə gəlmişdim. Sonra təkrar yenə ürəyim getmişdi... Bunu düşündüyümdə qapı açıldı. Fəqan bir təlaşla içəri daxil oldu. "Nəhayət ayıldın" deyib yanıma gəldi. "Nə baş verib?" dedim olanları xatırlamağa çalışıb.

"Ürəyin getdi... Özünə gəldin sonra yenə ürəyin getdi... Və vəə də"

"Və də nə? Körpəm? Körpəmə nəsə olub?!"

"Yox sakit ol... Sənə həycanlanmaq olmaz. Körpən indi yaxşıdı"

Ürək edə bilməsəmdə, üstümü qalıdırıb özümə baxdım. Şalvarımda olan qan damlalarını görəndə gözlərim dörd açıldı. İçimdən kicik qorxu qıpırtısı keçdi. Ağlayacaqmış kimi oldum...

"Fəqann, Fəqan düzünü de yaxşıdı körpəm?" deyib əlim ilə bətnimi sardım. Onu itirmək istəmirdim mən.

"Qanı görməsəydim səni xəstəxanaya gətirməyəcəkdim. Məcbur qalıb gətirdim. Əsas odu körpənə hec nə olmadı. Sən ancaq yatıb dincəlməlisən. Hər seyden uzaq olmalısan" dedi

Orda tək deyildim... Bütün ailə üzvləri orda idi. Hamiləliyimi bilən təkcə Fəqan idi. Sorğulayıcı gözlər ilə ona baxdım. Fəqan isə baxışlarını məndən qaçırtmağa başladı. Bu baxışlar içimə bir qorxu saldı

"Başqa bilən olmadı hə?!" dedim

Yanımdan ayağa qalxdı. Sağa - sola bir iki adım gedib gəlməyə başladı. Qorxu içimi indi daha bürüdü...

"Bax hər nə olursa olsun mənim sənin yanında olduğumu unutma"

"Fəqan mənə nağıl danışma! Kimsə bildi hamiləliyimi?!"

"Mən dərman almaq üçün aşağı düşdüm... Yuxarı çıxanda çox gec oldu... Həkim atana hər seyi deyib"

Dilim bir söz tutmadı daha. Bu mənim məhv oluşum idi. Başından bəri bir evin içində 4 yad oğlan ilə, birgə yaşamağıma razı olan adam atam idi. Bütün günahlarımın səbəbləridə burdan qaynaqlanırdı... İndi nə edəcəyimi bilmirdim... O, çox sevdiyim insan məni yarı yolda qoyaraq, çıxıb getdi... Həyatı kimi sevgisidə, yalan imiş... Mənim isə bu yalanın içində tək həqiqətim, körpəmin var olması idi... Onun varlığından yenicə xəbər tutmuşdum... Və məni həyata yenidən bağlayan yeganə sey onun var olması, birdə bizə sahib çıxan, digər əmisi idi...
Onu ilk öyrəndiyimdə istməsəmdə, indi onu hər seydən çox sevirdim. Hətda öz canımdan belə çox. Bu xəstəxanadan çıxdıqdan sonra məni nəyin gözlədiyini bilirdim. Tək istədiyim sey güc idi. Hər seyə dayanmaq üçün mənə güc lazım idi...

Səhər açıldığında xəstəxanadan çıxmışdıq. Evə gedirdik... Hansı üz ilə o evə daxil olacağımı bilmirdim... Ramində mənimlə idi. Atam dünən gecədən dəli olmuşdu. Uşağın kimdən olduğunu bilmək istəyirmiş... Uşağın Cahaddan olduğunu necə deyəcəkdim? Cahad ortalıqdan yoxa çıxmışdı... Bitmişdim mən...
Raminin maşınından aşağı düşdüm. Fəqan yanımda dayanıb "Qorxma hec nədən. Yanında biz varıq" dedi. Cahadda belə demişdi... Amma indi isə mən bütün həqiqətlər ilə tək üzləşirdim. Fəqan ilə evə daxil oldum.

Ortalıqda hec kimi görmədim. Bu görməyəcəyim mənasına gəlmirdi. Ağrındığımdan yuxarı çıxmadan qonaq otağında əyləşdim. Fəqanda otağımı düzəltmək üçün yuxarı çıxdı. Gözlərimi yumub yuxuya dalmaq istədiyimdə gələn səs ilə irkildim. Başımı mərdivənə çevirib baxdığımda, atamın piləkanlardan sürətlə düşdüyünü gördüm. Divandan ayağa qalxıb irəli addım atdım. Üzləşməyin vaxtı çatmışdı...
Sanki, qonaq otağının ortasına böyük bir bomba atılmışdı. Atam hamilə olduğumu öyrənmişdi...
Qarşısında dik dayanmağa gücüm yox idi. Mənə kəsgin şəkildə baxan, baxışlarına məruz qalmışdım... İçimdə qorxu vardı... İçimdə titrəyiş vardı... Balaca canım ilə balaca körpəmi necə qoruyacaqdım mən? Titrəmə bədənimə yayıldığınından, özümü sıxmağa başladım. Atam üstümə gəlib, üzümə möhkəm bir şillə çəkdi...
Əlimi sağ yanağımın üstünə gətirib, ona nifrət dolusu baxışlarım ilə baxdım
Atam "Mənə elə baxma kücük! Hansından peydahlamısan hə?!" deyərək, hər iki əlini çiynimə yerləşdirib məni sirkələməyə başladı. Mən isə bir cavab verəcək vəziyyətdə deyildim. Ağlamamaq üçün dodaqlarımı sıxsamda, göz yaşlarım sözümə baxmadı...

"Sənin kimi qız olmaz olsun! Məni öldürməkdi sənin niyyətin?! Amma sən narahat olma ölən sən və sənin yetimcən olacaq!"

Məni möhkəmcə itələdi. Ayağımın burxulması nəticəsində, üzü üstə yerə düşdüm. Bir əlim ilə yerdən dəstək alıb ayağa qalxmağa çalışarkən, digər əlimi bətnimə yerləşdirdim. Körpəm qorxurdu görəsən? Bu qədər zəif və gücsüz anası olduğu üçün, məndən utanırdı? Sən məndən möhkəm yapış körpəm... Əlbət, bir gün meydan oxumaq sırası bizədə gələcək...
Atam məni yenidən sirkələyib yerə itələdiyində Fəqanın piləkandan düşdüyünü gördüm.

"Sən nə edirsən hə!?" deyibdə atamın üstünə getdi. Atam onu itələyib "Sən kimsən?! Sən hec kimsən. Çəkil kənara!" dedi. Gözü dönmüşdü... Nə gözləyirdimki mən? Hər seyi bir anda qəbullanmağımı? Üstümə gəlib dizimə bir təpik atdığında Fəqan onu itələdi. Məni möhkəmcə qucaqlayıb özünə tərəf çəkdi
Qəhər boğan səsi ilə "Ona toxunma... Ona toxunma! Baxmaram kimliyinə..." dedi.

"Səndəndi bu uşaq?!" deyib atam onun üstünə gəldiyində məni özünə tərəf daha çox sıxdı. Atamın onun dizinə atdığı təpikləri hiss edə bilirdim... Bizi qorumaq üçün özünü qarşıya vermişdi...

Ramin evə daxil olduğunda atamı kənara çəkdi. Mətanət xanımda aşağı düşmüşdü. Bərbad halda görsənirdi... Bilirəm onlarda harda səhv etmişik deyə düşünürdü... Axı harda səhv etmişdik...

"Çıx get bu evdən! Yetimçənidə götür çıx get! Məni övlad qatili eləmə!" dedi

Hara gedəcəkdim mən? Çarəsizcə Fəqanın üzünə baxdım. Bir söz deməməyim üçün gözlərini qırpdı... Məni əlimdən tutub ayağa qaldırdı. Anasına baxdığını gördüm. O bu qədər sakit dayanmışdısa, hər seyi bilirdi demək idi.

"Rəşad, Jasmin hec yerə getməyəcək... O körpə mənim nəvəm hesab edilir. Mən Jasmini çölə ata bilmərəm" dedi

"Kimdəndidə bu uşaq?! Biriniz mənə desin bu uşaq kimdəndi?!" deyə qışırdı atam. Körpənin atası ortalıqda yox idi... Getmişdi... Raminin dediyi kimi... Mənə bir miqdar pul verib, telefonun sataraq ortalıqdan yoxa çıxmışdı. Möhtəşəm oyuncu imiş... Alqış çalınası bir oyunculuğu var imiş...

Dəqiqələr sonra qulağıma Fəqanın səsi gəldi. "Mənəm... Mənəm atası..." dedi. Bu qədəridə çox idi... Ah, Fəqan bizə görə dəyərdimi?
"Mən qaçmıram bir yerə. Jasminədə, körpəmədə sahib çıxacam. Onu incitməyinizə icazə verməyəcəm" deyə sözünün ardın gətirdi. Gözlərimlə etmə deyə yalvarırdım... Bizi xilas edim deyərkən, öz gələcəyini korlayırdı...
"Mən elə bildim Cahaddı... Cahad ortalıqda yoxdu deyə..." atam yarımcıq bir şəkildə danışıb dərindən bir köks ötürdü. Üstündə qalacam deyəmi idi qorxusu?!

"Yuxarı çıxın, gözüm görməsin sizi!" dediyində getməyimiz üçün Fəqana baxdım. Daha nəsə deməsini istəmirdim. Bir əlini belimə yerləşdirib, bir əli ilədə əlimdən tutdu. Məni özünə tərəf çəkdikdən sonra pillələri çıxmağa başladıq. Fəqan olmasaydı, atamın əlindən canımı belə asandlıqla qutara bilməyəcəkdim... Otağıma gəldiyimizdə məni çarpayıya uzatdı. Üstümü örtüb yanı başımda oturdu.

"Gözlərini yum, yatmağa çalış" dedi

"Qorxuram..." dedim

Əlimdən tutub əlimi yavaşca sıxıb "Qorxacaq bir sey yoxdu daha. Hər sey keçdi..." dedi.

"Təşəkkür edirəm Fəqan... Hər sey üçün"

"Borcum idi Jasmin... Hər kim olsa belə edərdi"

"Etməzdi... Necəki digərləri etmədi"

"Onlarla məni bir tutma. Unutmusan? Mən axı yad planetliyəm. Yad planetlilər belə seylər edər"

"Mənə bir planet adı ver"

"Venera"

"O niyə?"

"Sevgi və gözəllik ilahəsi olduğu üçün"

Alt dodağımı dişlədim. Bunu bilmirdim... Bu cür gözəl sözün qarşısında deməyə söz tapmadığımdan susdum. Gözlərimi yumdum... Mənim üçün ən gözəl qaçış yolu yatmaq idi.
"Yuxun şirin olsun Venera" deyə qulağıma pıçıldayıb geri çəkildi. Gözüm yumulu şəkildə gülümsündüm...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 453
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri