Çəhrayı Yalan (34-cü Bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 3246
Səs ver:
(səs: 0)
Bu gecə ortada Günəş, sağında mən solunda isə Fəqan yatmışdı. Fəqan Günəşi möhkəmcə qucaqlamışdı...
Dünən axşam verdiyi sual qarşısında bir az düşünmüşdüm. Onunla xoşbəxt idimmi? Tam əmin ola bilməsəmdə 'Xoşbəxtəm' demişdim. Xoşbəxt idimsə nəyə görə özümü dərin bir boşluğu düşürmüş kimi hiss edirdim indi? Cahad gəlmişdi... Sevdiyim insan, qızımın əsl atası...
Beynimin içi çox dolu idi. Unutmuş kimi edirdim... Hec sevməmiş kimi davranırdım... Mən özüm özümü başa düşə bilmirdim. Bir gəlişi ilə hər sey alt üst oldu... İllərdir əziyyətlə düzəltdiyim həyatımı darmadağın etdi. Qızımı istəyirdi məndən... Qızımı...
Özümə yalanlar içində qurduğum, həyatımda tək həqiqətim olan qızımı istəyirdi məndən. Buna razı ola bilməzdim. Onu Fəqandan ayıra bilməzdim. Yoxsa Günəşin dünyası dağılardı...
Fəqanın ayıldığını hiss etdiyimdə gözlərimi yumdum. Yataraq bir seyləri yoluna qoymağa çalışırdım...
Bir az vaxt keçdikdən sonra üstümü örtdü. Gözlərimi açmağım üçün gedişini gözlədim. Amma hec bir tərpəniş hiss etmədim. Bunun ardına gözləri açıb onun tərəfə çevrildim. Çarpayının aşağısına çökmüş, məni izləyirdi.
"Yatmadığını bilirdim" dedi, buruq bir gülümsəmə ilə ...

"Bu gecə hec yatmamışam. Gözümü yumduğumda gözümün qarşısına O, gəlib. Qızımı alıb götürmək istəyib"

"Mən özüm danışacam onunla. Əgərki dediyi kimi Günəşi çox sevirsə, onun yaxşılığını düşünüb çıxıb gedər"

"Mən sona qədər qızımı yalanlar içində böyüdəcəm?"

"Yalan... Yalan bizim qismətimizdi... Bizim başqa bir yolumuz yoxdu"

"Hər sey mənim kicik yalan danışmağım ilə başladı. Ardından yalanlarımın arxası kəsilmədi. İndi qızımada yalan danışıram. Mən yalan üstündə həyat qurmağa öyrəşmişəm deyəsən"

Özümü bərbad hiss edirdim. Keçmişim bir anda yadıma düşmüşdü. Mənim ayaq üstə qalmağa bir başqa yolum olmuş olsaydı, Fəqanla əsla evlənməzdim. Amma mən ayaq üstə qala bilməyəcək qədər yorğun idim. Qızımı bu dünyaya gətirim deyə özümü qurban etdim. Özümü, sevgimi, gəncliyimi... Bir sözlə həyatımı...
Fəqanın mənə olan incə baxışlarını görməzdən gəlib ayağa qalxdım. Nə qədər olacaqdı? Nə qədər yalan danışacaqdım mən? Atam belə bu vaxta qədər Günəşin atasının Fəqan olduğunu düşünürdü. Ən çoxda atama nifrət edirdim. Yanımda olub mənə dəstək çıxsaydı indi hec nə belə olmayacaqdı. Mən özümü nəyəsə məcbur hiss etməyəcəkdim. Cahad məni qoyduğu yerdə tapacaqdı. Amma indi? Kağız üstündə olsada Fəqanla evli idim. Mən evli bir qadın idim. Bu yükün altında qalıb hər an əzilə bilərdim...

Otaqdan çıxıb hamama daxil oldum. Əl üzümü yuduqdan sonra güzgüdən özümə baxdım. Mən belə həyat yaşamaq üçün harda səhv etmişdim? Qapı döyüldüyündə qapını açıb çölə çıxdım. Fəqan divara söykənib məni gözləyirdi.

"Narahat oldum. Yaxşısan sən?" dedi

Hə, çox əla idim. Qızımın əsl atası ortaya çıxıb. Mənədə günümü gün etmək düşərdi... Hec bir sey demədən mətbəx keçdim. Çay hazırlamaq üçün qaz sobasını yandırdım. Yenə yanımda dikilib qaldı

"Jasmin sənə nə olur?"

"Fəqan məndən hec bir sual soruşma. Hec özümdə bilmirəm necəyəm. Çox qarışığam"

"Cahadın gəlməsi ilə bu qədərmi dəyişdin?!"

"Dəyişmədim! Mən bu idim bu! Hər zaman belə idi! Yanımdaki ürəyimdə olan deyildi!"

Sözümün hansı məna verdiyini indi başa düşdüm. Lakin gec idi... Mən deyəcəyimi demişdim. Başını sağa - sola yellətdi... Onu qırdığımın fərqində oldum. Qolumdan tutub məni özünə tərəf çəkdi. Ardından mətbəxdən çıxardıb ardıyca apardı. Nə edirdi Fəqan? Otağın qapısına çatdığımızda qolumu buraxdı.

"İçərdədi Günəş... Get, get ona bütün həqiqətləri danış! Başa düşəcəksə, mənimlə qurduğu dünyası dağılmayacaqsa, get ona hər seyi de! De ki, sənin atan Fəqan deyil! De ki, Fəqan 3 ildi roldadı! De ki, indi əsl atan birdən birə ortalığa çıxıb! Deyə biləcəksənə get de! Qarşını kəsməyəcəm!" dedi əsəbi bir formada. Hətda elə əsəbi idiki gözü məni belə görməmişdi. Üstümdən keçib gedərək məni əzmişdi...

"Yemək hazırla... Günəş harda olsa oyanacaq. Bu gün parka getmə gününüzdü" dedim

Daha başqa bir söhbət açıb onunla danışmaq istəmirdim. Özümə gəlməyim böyük vaxt alacaqdı...
Otağa keçib Günəşi oyatdım. Günəşə görə məcbur qalıb gülürdük. Yemək yeyildikdən sonra Fəqanla bərabər evdən çıxdılar. Bu günlərdən parka getmə günü idi. Onlar evdən çıxdıqdan sonra ortalığı yığışdırmağa başladım. Amma əlim bir işə yatmırdı. İçimi qorxu bürümüşdü... Normal gedən həyatım yenə mənə zəhər, yenə mənə zindan olmuşdu...


Cahad'ın dilindən
Yarım saatdı bir ağaca söykənib qızım ilə Fəqana baxırdım. Yenə parka gəlmişdilər... Məndən bir az aralıda olan qızıma əlim çatmırdı. Bu qəlbimi məhv edirdi mənim. Fəqan onun saclarına sığal çəkirdi. Mən isə qızımın saclarına toxunmaq, nədir bilmirdim... Günəş onunla xoşbəxt idi. Atası olaraq onu bilirdi... Mən isə həsrətlə ona qovuşacağım günü gözləyirdim. Mənim idi O... Mənim canımdan mənim qanımdan idi... O, mənim çiyələk qızım idi. Gözlərimin yaşardığını hiss etdiyimdə beynimdəki düşüncələrimi bir kənara atıb onları izləməyə davam etdim. Ətrafda çox uşaq vardı. Normal vaxtı bura bu qədərdə dolu olmazdı. Arada sırada onları izlədiyimdən bu parkı yaxşı tanıyırdım. Günəş uşaqların içinə qarışdı. Fəqan isə üzü düz harasa gedirdi. Getdikcə üzü marketə tərəf getdiyini gördüm. Çox vaxt belə edirdi. Günəşə sevdiyi şokaladlardan alıb gətirərdi. Günəşdə ağıllı qız olduğundan onu gözləyirdi. Ancaq bu dəfə fərqli oldu. Günəş uşaqların içindən ayrıldı. Üzü ağaclara tərəf getdiyini gördüyümdə dayana bilməyib arxasıyca getdim. Bir pişiyin arxasına düşmüşdü...
Pişik getdikcə onun getdiyini gördüm. Parkdan çıxmışdı artıq. Geri qayıtmalı idi... Fəqan onu axaracaqdı. Ancaq necə yaxınlaşacağımıda bilmirdim ona...
Yolu keçdikdən sonra dayanıb ətrafa baxdı. Ah, balaca bir pişiyə aldanıb necə uzaqlaşdın parkdan. Gözü dolmuş formada ətrafı gəzdiyində aşağı çöküb ağlamağa başladı. Buna dözə bilməzdim. Yanına gedib "Ağlama balaca" dedim. İlk dəfə idi ona bu qədər yaxın olduğum. Başını qaldırın nəmli kiprikləri ilə mənə baxdı.

"Mən itdim. Atamı istəyirəm" dedi.

Atan yanında idi qızım... Atan düz sənin yanında idi.

"Ağlamasan səni atanın yanına aparacam" dedim

Oysa, onu möhkəmcə qucaqlamaq istəyirdim. Qoxusun içimə çəkmək istəyirdim. Amma mənə yaxın durmazdı. Məni tanımırdı...

"Atamı tanıyırsan?"

"Hə tanıyıram"

"Mən səni tanımıram amma"

"Gəl tanış olaq. Mən Cahadam. Bəs sənin adın nədi?"

"Günəş... Atam qoyub adımı"

"Çox gözəl adın var Günəş"

Bəxtində adın kimi gözəl olsun qızım... Mənim bəxtim olmadı, sənim bəxtin olsun... Ayağa qalxıb əlimi ona uzatdım.

"Tut əlimdən... Səni atana aparacam" dedim

Ayağa qalxıb balaca əlini böyük əlimə qoydu. Əlindən tutmuşdum... Onun balaca əli böyük əlimin içində itdi. Əlimi tutması ilə mənə necə böyük bir xoşbəxtlik bəxş etdiyindən xəbəri yox idi. "Atamın yanına tez apar məni" dediyində fikirlərim dağıldı. Ən yaxşısı onu evlərinə aparmaq idi. Parka aparıb Fəqanla dava etmək istəməzdim... Yol üstündən bir taksiyə mindik. İnana bilmirdim, yanımda idi... Burnuma, sacından gələn xoş qoxu doldu. Gözlərimi yumub ətrini hiss etməyə çalışdım. Məndən bir az aralıda oturmuşdu. Gözü yolda idi...

"Parka getmirik ki biz?"dedi. Necədə ağıllı idi...

"Səni birbaşa evinizə aparıram. Jasmin evdə səni gözləyir"

"Anamın adın hardan bilirsən?"

"Ananla dost olmuşuq biz"

"Anam səndən mənə hec bəhs etməyib"

"Vaxtı olmayıb yəqin"

Yaxın olduğundan gəlib çatmışdıq. Taksidən endikdən sonra Günəş ətrafa baxıb "Düz gətirmisən məni" dedi gülərək.

"Əlini mənə verirsən. İtməyəsən deyə" dedim.

Bu bəhanəni əlindən tutmaq üçün fürsətə çevirib. Təkrar əlimdən tutduğunda binaya daxil olduq. Evlərinin qapısını döyüb açılmasını gözlədim. Günəş bu halından razı kimi görünürdü. Üzündə böyük bir gülümsəmə vardı... Jasmin bizi bərabər gördüyündə nə edəcəkdi?

Bölüm sonu
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri