Çəhrayı Yalan (35-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 3 690
Səs ver:
(səs: 0)
Müəllifin dilindən
Jasmin qapını açdığında qarşısında əl ələ tutuşan Günəş və Cahadı gördü. Onlardan bir az əvvəl Fəqan evə gəlmişdi. Jasminə Günəşin parkda birdən birə yoxa çıxdığını demişdi. Hər ikisinində ağılına ilk gələn kişi Cahad olmuşdu. Jasmin düşüncələrində yanıldmadığını gördüyündə, Günəş əlini Cahadın əlindən ayırıb Jasminin üstünə qaçdı. Cahad boş qalan əllərinə baxdı...

Jasmin Günəşə sarılarkən Fəqan arxadan gəlib "Kimdi gələn?"dedi. Son dəqiqələrdə çox əsəbləşmişdi... Günəşdən bir dəqiqə ayrı qalmaq onu dəli döndərmişdi. Qapı kənarında dayanan Cahadı gördü. İllər sonra rastlaşan doğma qardaşlar, sanki bir birinə yad idi. Cahadın üstünə getmək istəyində Jasmin qolundan tutub "Olmaz... Günəş var" dedi. Fəqan aşağı əyilib Günəşi qucağına alaraq "Qızım" dedi. Günəşdə ona "Atam" deyib qollarını boynuna doladı. Bu mənzərəni ürək ağrısı ilə izləyən isə Cahad oldu. O öz qızına 'qızım' deyərək sarıla bilmirdi. Gözü yaşarmağa başladı. Bu həyatda vaxtı ilə xoşbəxtliyi Jasmində tapmışdı. İndi isə Jasmin ona böyük bədbəxtlik bəxş edirdi. Qolları yerində idi... Amma bu qollar qızını qucaqlaya bilmədiyi üçün hec bir işə yaramırdı...
Günəşi içəri otağa saldıqdan sonra Jasminlə Fəqan çöl qapını bağlayıb çıxdı. Fəqanın gözünü qorxu o qədər bürümüşdüki, öz qardaşının yaxasına yapışdı

"Qızımdan nə istədin hə?! Sənin dərdin bizimlə deyilmi?!" dedi

Cahad Fəqanın əllərini öz yaxasından çəkməyə çalışdı. Nə yəni? İllər sonra qardaşına ilk sözü bumu olmuşdu? Əlini aşağı salmaq istədikcə Fəqan yaxasına daha möhkəm yapışdı.

"Sənin bu susuqunluğun məni dəli edəcək! Susma Cahad... Susma!" dedi

Cahad isə susmaqda qərarlı idi. Həqiqəti onlara demək istəmədi... Hec nədən onu günahlandırmışdılar. Birini günahlandırmaq bu qədər asand idi?
Səhərdən susan Jasmin bu mənzərəyə daha çox dayana bilmədi. Çünki arada qalmaq onu çox incitmişdi. Cahad qızını aldı, getdi deyə düşünmüşdü. Günəşsiz qalmaq düşüncəsi belə onun nəfəsini kəsmişdi

"Bizdən uzaq duracaqsan! Qızımdan isə xüsusi ilə! Sən onu bizdən alıb qaçırtmaq istədin. Bəlkədə yolda polis gördün deyə Günəşi bizi gətirdin... Yoxsa sənin niyyətin başqa idi!" deyə Jasmin nifrətlə danışdı.

Cahad "Görməyəli yaman çox dəyişilmisiz!" deyərək Fəqanı itələyib sürətli addımlar piləkandan düşdü. Binadan çıxdıqdan sonra çölün havasını içinə çəkdi. Boğulmuş kimi hiss edirdi... Boğulmaq boyuna sıxılan əllərlə olmurdu. Bəzən sözlər belə insanı boğa bilərdi. Özünü təmizə çıxartmaq hec istəmədi. Onu tanımayan insanlar üçün özünü yormaq istəmədi. Qardaşının onu qucaqlayacağını düşünmüşdü... Yaxasına yapışacağını yox. Axı vaxtı ilə onu ən çox sevən Fəqan olmuşdu... İlkinin etdiyini indi O Cahada edirdi...
Rahat nəfəs ala bilsin deyə bir taksiyə minib dənizkarı bulvara getdi. Daşların üstünə oturub dənizin havasını ciyərinə çəkdi. Bu yaşında nə qədər problemlə üzləşmişdi...

Bir xeyli dənizin gəlib gedən ləpələrinə baxdı. Başını anidən sağ tərəfə çevirib baxdığında ondan bir az aralıda oturan sarışın bir oğlan gördü. Oda eynən onun kimo fikirli - fikirli dənizə baxırdı. Oğlanında diqqətini Cahad çəkdiyində "Bura dərdlilərin məkanıdı deyəsən" dedi. Cahad başını sallamaqla kifayətləndi. Bütün dərdlər onun üstünə toplanmışdı...

Cahad "Mənim dərdim o qədər böyükdü ki hec bir çarəsi yoxdu" deyə səssizliyini pozdu. Yad bir insanla danışmaq bəlkədə hər ikisini rahatlaşdırardı. Gənc sarışın oğlan aralarında olan daşların üstündən keçib Cahadın yanına gəlib oturdu. Cahadın diqqətini oğlanın gözləri çəkdi. Yorğundan daha betər halda idi. Sarışın oğlan dərindən bir köks ötürüb "Ölüm yoxdusa hər seyə çarə var" dedi. Ölüm yox idi. Amma ölümlə üz üzə olan hal var idi

"Adın nədi sənin?"

"Zəfərdi... Səndə nədi dərdli oğlan?"

"Cahaddı. Mənim dərdimdə ölüm yoxdu. Amma ölüm olmasada bir çarəsidə yoxdu"

"Mənim indi psixoloqum yanımızda olmuş olsaydı deyərdiki, çarə olmasa belə çarə yaratmaq lazımdı. Çarələr tükənməz. Baş işlətmək lazımdı"

Cahadı bu söz düşündürdü. Həqiqətən çarə yox idi? Yoxsa bir çarə vardıda o görmürdümü?
Başından keçənləri Zəfərə danışmağa başladı. Hər seyi danışıb bitirdikdən sonra "Mən sadecə qızımı istəyirəm" dedi
Sarışın oğlanın üzünə kicik bir təbəssüm gəlmişdi. Qarşısındaki oğlan dünyanın ən böyük sərvətinə malik idi. Bir qızı var idi... Həyata tutunmağa bir dalı vardı

"Bağışla məni amma, sənində qardaşının etdiyi tam bir şərəfsizlikdi..." dedi

"Nə deyirsən çarə var mənim üçün?"

"Məncə var. Qızın əsl atasının sən olduğunu bilməlidi. Məhkəməyə baş çək. Denti analiz tələb et. Qızına qovuşmaq varkən, onu qucaqlamaq varkən ondan uzaq durma. Çünki ölüm deyilən bir həqiqət var. Və bu ölüm bizi harda yaxlayacağı bəlli deyil"

"Sən hec nə danışmadın mənə. Bu qədər yorğun baxmağına səbəb nədi?"

Gənc oğlan susdu. Bu gün psixoloquna bir az qırılmışdı. Çünki onunla gəzməyib evinə getmişdi. Oda tək başına bura gəlmişdi. İndi isə yanında özü yaşlarında bir oğlan vardı.

"Kaş mənimdə bir qızım olmuş olsaydı... Onda bu həyata tutunmağa səbəbim olardı. Sən əlində olan nemətin qədrin bil" dedi

Cahad qızını dünyalar qədər sevirdi. Hər səhər ayılanda hər axşam yatanda qızının şəkillərinə baxıb, öpər sonra elə yatardı. Qızı olduğu üçün özünü bir daha şanslı hesab etdi. Fərəh hissi ilə cibində olan telefonunu çıxardıb ekranı yandırdı. Ekranda Günəşin şəkili vardı. Telefonu Zəfərə uzadıb "Bax... Mənim qızımdı. Adıda Günəşdi" dedi. Zəfər telefonu əlinə alıb ekrana baxdı. Ekranda çox gözəl bir qız uşağı vardı. Kipriklərinin uzun olduğu şəkildən belə görünürdü. Şəkilə bir az daha baxıb güldü. Başını qaldırıb Cahada baxdı. Təkrar şəkilə baxıb "Maşallah. Sənə çox oxşayır. Atasına oxşayan qızlar çox xoşbəxt olur" dedi. Cahad telefonu əlindən alıb qızının şəkilinə birdə özü baxdı. Bu gün əlindən tutduğunu bir daha xatırladı. Yavaş - yavaş hər sey onun üçün düzələcəkdi... Telefonu cibinə yerləşdirdikdən sonra Zəfərin danışmasını gözlədi. Zəfər güclə olub bətəni Cahada danışmışdı. Dostunun ölümünü başqa yad bir insana danışmaq içini paramparça etmişdi. Cahad isə eşitdiklərindən sonra həyatı bir daha sorğuladı. Qiymətli biri olmaq üçün ölməkmi lazım idi? Sağikən dəyər niyə verilmirdi? Ölərkən verilən deyər nəyə lazım idi?


Jasminin dilindən davam

Qızımı bizdən ayıracağı düşüncəsi mənə çox pis təsir etmişdi. Dəqiqələrdi Günəş Fəqanın qucağından yerə düşmürdü... Qızım çoxmu qorxmuşdu görəsən? Cahadla olan qarşılaşma hec xoş olmamışdı... Bu qarşılaşma üçündə özümü günahkar sayırdım.

"Qızım O, əmi ilə harda rastlaşdız?" dedim

Ah, Cahad qızımı necə parkdan qaçırda bilmisən. Həmdə Fəqanın yanından...

"Ana mən bir pişiyin arxasına düşüb parkdan çıxdım. Ətrafa baxanda atamı görə bilmədim. O əmidə yanıma gəldi. İtdiyimi dedim. Mənə sizi tanıdığını sizin yanınıza aparacağını" dedi

Hər ikimizində göz bəbəkləri böyüdü. Qızımı qaçırtdığını düşünərkən, qızımı bizim yanımızamı gətirmişdi? Bəs bizim ona dediklərimiz? Onun bizə həqiqətləri deməməsi?

"Qızım sən otağına get oyuncaqlarınla oyna" dedim

Fəqan Günəşin üzündən öpüb onu otağına yola salıb yanıma gəldi. İndiki halımızın bir adı vardı. Oda pərişanlıq...

"Mən özüm özümü tanıya bilmirəm..." dedi

"Məndə Fəqan"

"Bizi bu hala salan kim oldu? Qızımdan uzaq qalmayım deyərkən, öz qardaşımı tanımadım. Hansı ara mən bu qədər qəddar insan oldum?"

"Hec birinizin günahı yoxdu. Bütün günahlar məndədi. Mən yaratdım bu şəraiti sizə...
Peşmanam. Çox peşmanam"

"Bu peşmanlıq mənlə evləndiyinə görədi?"

Yanağıma axan yaşı əlimin tərsi ilə silib ayağa qalxdım. Yaranmış bu vəziyyətə son verməli idim. Bu vəziyyətdədə Fəqanla mən tək başına son verə bilməzdik. Hər kəsi bu evə çağıracaqdım. Vaxtı ilə yanımda olan insanlar indi məndən uzaq qaça bilməzdilər. Tək - tək hamısı mənə cavan verəcəkdi. Başda Ramin olmaqla!

Bölüm sonu
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri