Çəhrayı Yalan (37-ci bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 4920
Səs ver:
(səs: 0)
Qar kimi təmiz olan həyatımı, zamanla çəhrayı rəngli yalanlar aldı. O yalanların içində ayaqda qalmağa çalışdım. Bəzən bunu bacardım, bəzəndə bacarmadım... Mən hər düşdüyümdə, məni tutacaq bir insanlar oldu. Tək başına ayaqda qalmağı bacarmadım. 18 yaşlı bir qız bir köməyi olmadan necə ayaqda qala bilərdi? Həyatım bir anda hər sey düzəlib, öz yolunu tapan bir film deyildi. Gücüm çatmadığı vaxtlarım oldu... Burda 'bitdi' dedim. Bitdi...
Amma bitmirmiş... Mən yaşadıqca həyat mənə yeni süprizlər yaratmağa davam edirdi. Mən daha, başqa bir süprizlə qarşılaşmaq istəmirdim. Həyatımda olan bütün yalanları yox etmək istəyirdim. Yalanların bir rəngə sahib olmadığını öyrənmişdim artıq. İstər mavi olsun, istər qara, istərsədə çəhrayı... Yalan, yalan idi...
Ağlamaqdan yorğun düşmüşdü bədənim. Çarəsizcə qızımın mənə gəlməsini gözləyirdim. Cahadın Günəşi mənə gətirəcəyini bilirdim. Bu gün bir daha başa düşdümki, mənim üçün çabalayan yeganə insan odur. Hər seyə rəğmən hələdə yanımda olan...
Saatlar keçdiycə gözləməkdən yorulmuş və sıxılmışdım. Beynim hec nə düşünmürdü. Sanki, donmuşdu...
Başqa vaxt olsa, çox şey düşünər ortalığı yıxar dağıdardı. İndi niyə bu qədər sakit idi? Oda bəzi seylərin fərqinə varmışdı?
Mətbəxə keçib bir bardaq su süzdüm. Suyu içməyə başladığımda qapı zəngi çalındı. Qızım... Qızım idimi gələn? Titrəyən əllərimdən, əlimdəki bardaq yerə düşdü. Buna hec fikir vermədən qapıya tərəf qaçdım. Qapını açar açmaz qarşımda qızımı gördüm. Qızımı özümə tərəf çəkib möhkəmcə qucaqladım. Günəşin qarşısında ağlamaq istəməsəmdə, göz yaşlarım sözümə baxmadı...
Günəş ağladığımı hiss edib, məndən aralanaraq balaca əllərini üzümə yerləşdirdi. Göz yaşlarımı silə - silə "Anacan niyə ağlayırsan?" dedi. Ağlasamda gülməyə çalışdım. Onun günəşini söndürmək istəməzdim...
"Sevincimdən qızım" deyib təkrar onu qucaqladım. Qucaqladıqdan sonra Günəşin arxasında dayanan Cahadı gördüm. Dolu baxışlar ilə bizi izləyirdi...
Piləkanın ilk pilləsində isə Fəqan dayanmışdı. Baxışlarım ona tərəf çevrildi... Başını aşağı salmışdı... Yox bu dəfə günahkar axtarmayacaqdım. Bu dəfə hec nədən qaçmayacaqdım... Danışacaqdım... Başqa yolum yox idi. Ayağa qalxıb göz yaşımı sildim. Günəşin əlindən tutub Cahada yaxınlaşdım. Gözlərim dodağına sataşdı... Dodağının kənarı qanamışdı... Saclarının dağınıq olmasından savaşdıqlarını bilirdim...

"Günəşi sənə gətirdim" dedi, gülümsəyib ona baxarkən. Mən isə səni Günəşdən uzaq tutmağı düşünmüşdüm... Qəlbsizcə davranırmışam...
Günəşin əllərini ona uzadıb "Qızım sən Cahad əmi ilə parka get. Orda bir az oynayın. Məndə ata ilə söhbət edəcəm" dedim. Cahad əlini Günəşə qorxaraq uzatdı. Günəş Cahadın əlini tutması üçün mənə baxdı. Ona tutması üçün göz qırpdım. Əlini Cahadın əlinə yerləşdirdi. Əlləriniz bir daha hec vaxt ayrılmasın qızım...
Cahad əlindən tutaraq səssizcə piləkandan aşağı düşməyə başladı. Növbə Fəqanda idi...
Evə keçib, içəri girməsi üçün qapını açıq qoydum. Cahadın onu hardan tapıb gətirdiyini bilmirdim. Amma bu ona deyəcəyim hec bir sözü dəyişdirməyəcəkdi. Divana oturdum. Çəkingən adımlar ilə yanıma gəldi. Tam qarşıma keçib dizlərini yerə atdı.

"Bağışla..." dedi

Əlimdən tutmaq istəyərkən əlimi çəkdim. Qarşımda məyus bir şəkildə dayanmışdı. Ancaq bu məyusluq onu bağışlamağım üçün hec bir səbəb deyildi

"Nəyini bağışlaşım? Səni sevmədim deyə, qızımı götürüb xəbərsizcə çıxıb getmisən!"

"Şeytanın fikirinə qulaq asdım... Belə seyi necə etdim hec özümdə bilmədim. Günəşsiz yaşamaq fikiri qəlbimi kin küdurətlə bürüdü"

"Yolun sonuna çatdıq Fəqan"

"Bu yolun sonu Cahada çıxır hə?"

Səsində hec bir yüksək tonlama olmadı. Çox sakitcə danışmışdı... Mənə qalsa oda yorulmuşdu... İnsan sevgisizlikdəndə yorula bilərdi... O, bir sevgini haqq edirdi

"Yadında? Raminin toy günü sənə bir söz demişdim. Demişdimki, mən mənə yaxşı davranan adama aşiq olmaram. Mənə tək sən deyil, İlkində, Ramində yaxşı davrandı... Mən səni onlardan ayırmadım. Düzdü hər zaman onlardan daha irəli oldun mənə. Çünki məni qaranlıqdan aydınlığa sən çıxartdın. Amma mənim qəlbim hər zaman Cahadda oldu. Onu sevərkəndə, ona nifrət edərkəndə, onu unutmağa çalışarkəndə... Mən bütün hissləri onunla öyrəndim. Mənə hər seyi Cahad öyrətdi. Fəqan, bu gün sən Günəşi alıb məndən götürəndə bilirsən nə düşündüm?" dedim

Yumşaq baxışlarını üstümə dikdi. Oda sualımın cavabını bilirdi...

"Nə düşündün?" dedi dodaqlarını isladıb.

"Düşündümki, sənin etdiyin seyi mən həftlərdi Cahada edirəm. Mən qızımsız qalmağa dözə bilmədim. O necə dözüb? Bizi qırmadan, bizi incitmədən qızına sahib olmaq istəyib... Utanıram Fəqan, utanıram... Onun kimi ürəyimiz yoxdu deyə özümdən çox utanıram" dedim

Hər seyimlə özümdən utanırdım. Belə bir insan olduğum üçün. Zamanında çox seyə yox deməyi bacarmadığım üçün. İnsanları arada qoyduğum üçün.. Düşüncəsizcə rəftar etdiyim üçün...
Utanmalı olduğum o qədər çox mövzu vardıki...
Daha utanmamaq üçün yolun sonuna gəlməli idim. Mənim yolumun sonu Cahada çıxırdı...

"Bəzən harda səhv etdiyim deyə düşünürəm. Mən əvvəl belə biri deyildim. Cahad üçün canımı verərdim. İndi onu canından etməyi düşündüm..." dedi

Başını yerdən qalıdırıb mənə baxdı. Gözünün altına göz yaşları yığılıb qalmışdı. Üzünə bir balaca təbəssüm yerləşdirdi. Dodaqlarını aralayıb "Mən öz dünyamdan qopmamalıydım. Yad planetli olaraq qalmalı idim" dedi. Səni planetindən ayıran mən oldum. Bir insanı dünyasından ayırdım. Halbuki, Fəqanın öz dünyası daha gözəl imiş..

"İndi biz nə edək Fəqan?" dedim

Bir ümüd istəyirdim. Bu ümüd bizə xoşbəxtlik gətirsin. Bu ümüd bizi yenidən yaşatsın.

"Edəcəyimiz sey çox sadə bir seydi"

"Nədi?"

"Mən aradan çəkilməliyəm... Başqasının bədbəxtliyi üstünə özümə bir həyat qura bilmərəm. Bir qadına özümü məcbur sevdirə bilmərəm. Mən öz yad planetimə geri qayıdacam"

"Mən belə olmağını istmədim"

"Bilirəm Jasmin... Sənin hec bir günahın yoxdu. Mən Günəşi götürüb gedərək, sənin gözündə olan hörmətimidə itirmiş oldum. Bağışla məni Jasmin... Bu günü sənə yaşatdığım üçün məni bağışla. Bəlkə Günəş mənə qızım olmadı. Amma mən onu öz qızım qədər çox sevdim. Bizim həyatımız yalandan ibarət oldu. Qoy qızımızın həyatı yalansız olsun"

"Günəş səni hər zaman çox sevəcək. Sən onun ürəyində qalacaqsan"

"Məndə... Məndə onu hər zaman sevəcəm. Mən indi gedirəm. Çamadanımda hazırdı... Günəşədə iş üçün getdi deyərik. Cahada öyrəşdikdən sonra ona hər seyi danışarıq. Çətindi mənim üçün... İndi canımdan can qopur... Sən demə, Günəş mənim planetimdən deyilmiş... Hər zaman həyatınıza günəş saçsın"

Gözündə yaş olsada, gülərək ayağa qalxdı. Gözü evi gəzdi... Sanki, son dəfə idi... Gözü divarda olan çərçivələrə sataşdı. "Günəşim... Sən mənim həmişə qızım olaraq qalacaqsan" dedi dodağını büzərkən...

(Bir gün Sonra)

Evimizə yaxın olan bir parkda idik. Günəş uşaqlarla oynayırdı. Cahad ilə mən isə yanaşı skameyada oturmuşduq. Cahadın fikiri ancaq Günəşdə idi. Sanki, mən yanında yox idim. Dünəndən bura danışmamışdıq. Dünən Günəşi yanıma gətirərək getmişdi. Bəllidiki, çox qırılmışdı... Çox qırmışdım ürəyini. İndidə təmir etmək istəyirdim. Alınardı görəsən?

"Fikirini, Günəşin üstündən bir balaca ala bilərəm?" dedim

Başını mən tərəfə çevirdi. Gülmək istəsədə, gülüşünü üzündə basdırmağı bacardı. Məni gülüşündən məhrum etmişdi...

"Danışmaq istəyirsən?" dedi

"Gec qalsamda, danışmaq istəyirəm"

"Danışmaq üçün birinin ölməsini gözləmə. Mən eşidə bilirəm səni"

"Dünən nə baş verdiyini bilmirəm. Günəşi necə tapıb gətirdin?"

"Ramin gildə gizlənibmiş... Bu il ki, oscarların hamısı Raminə getməlidi. Mənim hec nə də bəxtim gətirməyib. Qardaşlarımın hamısı eyni çıxdı"

"Bir yalan danışıldıqda mütləq ardı gəlir. Çünki, yalan yalanı gətirir... Mən onlardan düz bir sey gözləmirəm daha. Özümü oynadılmış kimi hiss edirəm. Onlar mənlə çox gözəl oynadılar. Amma oyunu qazana bilmədilər"

"Oyunu qazanan kim oldu?"

"Sən... Sən ən yaxşı oyunçu oldun"

"Fəqan... Ona nə olacaq?"

"Çəkilir aramızdan" deməyim ilə baxışlarında boşalma hiss etdim. Dediyimə inana bilməmişdi.

"Nə deməyə çalışırsan?"

"Qızına qovuşursan Cahad. Günəş sənə öyəşdikdən sonra ona hər seyi deyəcəyik. Sən qızınla xoşbəxt olacaqsan"

"Zarafat? Zarafat etmərsən hə bu mövzuda?"

"Cahad... Yolun sonudu... Yolumun sonu sənsən. Sən"

Bu qədər ildi ona gec qalmışdım. Daha artıq bir gün, bir saat belə itirmək istəmirdim. Gözlərinin içi parıldamağa başladı. Gülüşünü gizlətməyi bacarmamışdı. Gülürdü...

"Sən, sən mənə evlilik təklifi edirsən?" dediyində bir qəh qəhə çəkdim. Onun üçün çox darıxmışdım mən. Baxışı üçün, gülüşü üçün, sözü söhbəti üçün

"Cahad içində azda olsa, mənə qarşı sevgi qalıb?"

"Jasmin... Mən sənin çillərini saymış insanam. Çillərini saydığım qızı necə unuda bilərəm? Sən mənim qızımın anasısan"

"Yəni sevirsən məni hələdə"

"Sevirəm... Sevmişəm... Sevəcəmdə"

"Cahad arzunu yerinə yetirək?"

"Hansı arzumu?"

"Getməyi"

"Getmək?"

"Sən həmişə Bakıdan çıxıb gedəcəm deyərdin. Gedəkmi Cahad? Bizi hec kimin tanımadığı bir yerə gedək... Elə bir yer olsunki orda sadecə üçümüz olaq. Hec kimin bizimlə işi olmasın. Hec kim bizə yalan danışıb, oyun oynamasın. Biz orda çox xoşbəxt olaq. Bunu haqq etmirikmi?"

Getmək istəyirdim. Onunla qızımla çox uzaqlara getmək istəyirdim. Bakı bizə hec yarımadı... Bakı bizə bir xoşbəxtliyi çox gördü. Atamada hər seyi danışıb getmək istəyirdim. Burda qaldıqca bizə əngəl çıxacaqdı. Cahadın gözlərinə böyük həyəcanla baxdım. Yanında bizə yer olardı?

"Əminsən buna?" dedi

"Əminəm"

"Mənə, məni sevdiyini de"

"Səni sevirəm"

"Yenə de"

"Səni çox sevirəm"

"Bir daha de"

"Səni çox amma çox sevirəm"

"Məndə səni sevirəm. Sən mənim uşaqlığım, sən mənim gəncliyim, sən mənim ən böyük çarəsizliyim idin. İndi gələcəyim olacaqsan" deyərək əlimdən tutdu. Əllərin əlimə dəymirdi nə vaxtdı...

"Səndən olan bir parçaya sahib olmuşam deyə çox şanslıyam" dedim. Bizdən çox uzaqda olan qızıma baxdım. Onu ilk başda sevməmişdim... Qorxmuşdum... Amma başıma gələn ən gözəl sey O imiş. Sahib olduğum dəyərli varlığım...
Ağılım ilk bərabər olduğumuz günə getdi. O bərabərliyin nəticəsində yaranmışdı Günəş. O günü, Cahad irəli getmək istəməsədə mən hissimə çox qapılmışdım. Və mənim tək aid olduğum adam O idi. Mənim ilkim...

"Mənə öyrəşdiyində onu, çiyələk qızım deyə əzizləyəcəm. İllərdi bunun xəyalını qururam. Səncə ona çiyələk qızım deməyimi sevər?" dedi uşaq yana bir sevinclə. Sevərdi? Məncə sevərdi...

"Günəş, qızım bura gəl" deyə onu səslədim.
Özündən soruşa bilərdim. Cahadın üzünə narahat bir ifadə əmələ gəldi. Düşündüyü kimi soruşmayacaqdım. Günəş yanımıza qaçıb gəldi.

"Eşidirəm ana" dedi

"Qızım səndən bir sey sorusum. Yanımda gördüyün əmi sənə çiyələk demək istəyir. Çiyələk desə sevərsən" dedim

Cahada baxdı. Gözlərinin birini qısdı. Ardından gülümsədi

"Mən meyvəyəm ana?" deyərək gülməyə başladı. O gülərkən, Cahadda güldü.

"Balaca mən səni çox istəyirəm. Mənim çiyələyim yoxdu. Sən çiyələyim olarsan?" dedi

Azda olsa bir cəhd göstər qızım... Fəqanı tez unudacağın düşünmürdüm. Hətda bu gün işə gedib bəhanəsini deyərkən ağlamışdı. Fəqanla telefonda danışdıqdan sonra ağlamasını kəsmişdi. Bizim üçün çətin olacaqdı. Amma bacarcaqdıq. Çünki, mən qızımı yalanlarla böyütmək istəmirdim. Həm yalanlarla, həmdə sevgisiz...

"Olaram. Çiyələyi çox sevirəm mən" deyə Günəş danışdığında, Cahad onu qucağına alıb "Çiyələyim..." deyərək bağrına basdı. Gözlərini yummuş, eləcə qızını qucaqlayırdı...
Bu görüntü qarşısında daha çox dayana bilməyib məndə onları qucaqladım. Hec bir kitabda yazmasada, sən demə, insan birini qucaqlayarkən bütün ağrıları keçib gedə bilərmiş... Keçmişdi... Getmişdi... Mən yarım deyildim daha. Onunla tamamlanmışdım...

Son ❤

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 4920
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri