Ağ Kəpənək (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 8 640
Səs ver:
(səs: 1)
(Lena'nın dilindən)

95 gün Sonra


Bu bizim üçün sonmu idi? Qaranlıq otaqda qanlar içində, yerdə yatan Aydına baxdım. Nəfəs almaqda çətinlik çəkirdi artıq. Bəlkədə, son nəfəsin verirdi... Ağılıma mənə dediyi bir cümlə düşdü. Tez bitirdi, ömürü kəpənəklərin...
Yox, mən buna icazə verə bilməzdim. Ölə bilməzdi... Mən kəpənəyin ömrünün bir gün olmasını qəbullana bilməzdim. Mənim kəpənəyim bir gün deyil, hər gün yaşamalı idi.
Bitgin halım ilə ayağa qalxıb dəmir qapını döyməyə başladım. Əllərimi hər yumruq edib qapıya vurduqca, canım yanırdı mənim. Amma Aydın üçün dəyərdi...

"Açın bu qapını! Açın! Aydın ölür! Aydın..." deyə qışqırıraq danışdım. Məni kimsə eşidəcəkdi?!
Dayanmağa gücüm çatmadığından göz yaşım sözümə baxmadı. Həm ağlayır, həmdə qapını döyürdüm...

Dəqiqələridi çağrışıma bir səs verən olmadı. Bu qədərmi ürəksiz idin Sərdar Qarayev?!
"Aydın ölür deyirəm! Bu qapını aç Sərdar! Aç bu qapını... Nə istəsən, yerinə yetirəcəm... Yalvarıram sənə, məni eşidirsənsə bu qapını aç" dedim. Hec vaxt özümü bu qədər çarəsiz hiss etməmişdim. Mən indi çarəsizliyin nə demək olduğunu dibinə qədər yaşayırdım. Saniyə keçməmiş qapının kilit səsini eşitdim. Bir az aralı dayandığımda qapı açıldı. Gözümə vuran gün işığı ilə əlim ilə gözümün üstünü örtdüm. Göz yaşlarımı silib qarşımda dayanan Sərdar Qarayevə baxdım...

Üzündə bir balaca mərhəmət hissi axtardım. Kiçik bir mərhəmət... Bəlkə bizi rəhmi gələrdi... Amma mən kimdən mərhəmət gözləyirdim? Aydını bu cür hala salan insan, bizə rəhm edərdimi? Yerdə olduğumdan aşağı əyilib gözlərini qısdı. Üzümə baxaraq "Sən səsini niyə kəsmirsən?!" dedi.

"Aydın... Aydın ölür... Nə qədər borcumuz varsa söz verirəm hamısını gətirib qaytaracam. Amma onu indi xəstəxanaya çatdırmaq lazımdı. Yalvarıram sənə onu apar xəstəxanaya"

"Çoxmu sevirsən onu?"

"Ölür deyirəm... Ölür! Ona nəsə olsa səni özüm öldürəcəm mən!"

Dodaqlarının kənarı qıvrıldı. Məni ələ salmış, bir gülüş ilə gülməyə başladı. Əlini arxaya atıb silahını çıxardaraq mənə uzadıb "Öldür... Bu qədər cəsarətli qızsansa öldür məni" dedi. Mənim cəsarətimi sınama adam!

"Ay yazıq... Yazıq olduğunu qəbul et. Sən Sərdar Qarayevə nə edə bilərsənki? Amma mən sizə çox sey edə bilərəm. Aydının yaşaması üşün sənə bir təklifim var" dedi

Təklif? Qarşılıqsız hec nə edə bilməyəcəyin bilirdim. Amma məndən nə istəyə bilərdi? Susduğumu gördüyündə tapancanın ucunu üzümdə gəzdirməyə başlayıb "Təklifimi qəbul etsən, Aydın ölməyəcək. Onu bu dəqiqə xəstəxanaya aparacam. Amma təklifimi qəbul etməsən, üzündə gəzən tapanca ilə onu bu dəqiqə ürəyindən vurub öldürəcəm" dedi. Üzümdə gəzdirdiyi tapancanın ucunu kənara itələyib "Təklifini et daha! Vaxt gedir!" dedim.

"İlk əvvəl belə bir sual verim"

"Sualını ver daha!"

"Bakirəsən?"

"Ağılından keçən seyi unut!"

"Mənimlə bazarlıq eləmə... Təkcə mən səninlə bazarlıq edə bilərəm! Sualımın cavabın ver!"

"Həə..." dedim bu söhbətin sonunun hara gedəcəyini bilərək... Ayağa qalxıb silahını belinə yerləşdirdi. Ardından "Mənimlə yat..." dedi. Özünü sat desəydi, daha az incinərdim...
Dönüb arxamda olan Aydına baxdım. Gözləri qapanmışdı... Sənin qaranlıq işlərin bizi gör nə hala gətirdi. Sən yaşayasan deyə, mən indi öz namusumu satmalı olacaqdım. Çünki, qarşımda dayanan adamın zarafat edər bir halı yox idi. Ciddi idi dediklərində... Bizi bura gətirən sey xırda yalanlarımız olmuşdu. Yalan yalanın ayağın açırdı. Bizi bir başa odun içinə atmışdı. Bəlkədə, cəhənnəm burdan daha soyuq idi... Mələk olan mən, kəpənəyin daha çox yaşaması üçün, şeytana qurban gedilmişdim... Belə başlamışdı bizimkisi... Bir yalan, iki yalan, üç yalan. Və qırıldı mələyin qanadı, şeytanın qəhqəhələri altında...


(95 gün Əvvəl)


Mətbəxdə səhər yeməyini hazırlayarkən, bir yandan da telefonumda oxuyan mahnını özüm üçün mırlandırdım. Nəqarət hissəsinə çatdığımda səsimin tonun qalıdırıb oxumağa başladım

"Darıxıram tək tənha...
Ruhum batıb günaha,
Burda çox ucuz ölüm, yaşam çox baha
Burda ilin dörd fəsili son bahar"

Bura Bakı idi. Biz isə Bakının daimi sakinləri...
Bakı bizə nələri yaşatmadı, Bakı bizə nələri öyrətmədi... Mən Bakının xəyanətlərini belə görmüşdüm. Yox, bütün günahları şəhərin üstünə atmayacaqdım. Ən böyük günah valideyinlərimizdə idi. Biz uşaqlar evində böyüyən, sınıq yetimlər idik. Nə qədər dik durmağa çalışsaqda, bir yanımız hər zaman əksik qalardı. Biz bir birimizin ailəsi idik. Bir birimizə ailə olmuşduq... Ən böyük yükdə hər zaman mənim ilə Akifin üstünə düşərdi. Ailəmizi qoruyub biz ayaqda saxlayardıq. İllər əvvəl altı nəfər, iki otaqlı balaca bir evə sığınmışdı. Sırf başımızda bir dam ver deyə sevinmişdik. Çünki, yağış altında qalmağın nə olduğunu çox yaxşı bilirdik...

Bu gün özümüzə aid olan dörd otaqlı bir bina evində yaşayırdıq. Hər birimizin bir işi gücü vardı. Evə hər ayın sonu gələn pul masanın üstündə olardı. Kim az gətirib, kim çox gətirib ona baxmazdıq. Biz bölüşməyi öyrənmişdik...
Kimin nəyə ehtiyyacı olardısa, ilk onun işini həll edib ona əl tutardıq. Bizim bir niyyətimiz vardı. Valideyinlərimiz kimi olmamaq. Bunun üçün əmin adımlarla həyatda qalmaq üçün mübarizə aparırdıq...

Ağılıma dolan uzaq keçmişimdən məni mahnının bitmə səsi ayıltdı. Masa üstündə olan telefonuma dönüb baxdığımda mahnını Sabirin söndürdüyünü gördüm. Sabir evin qıvırcığı idi. Həmdə evimizin sevinc qaynağı. Təmkinli, ağıllı, zarafatçıl və cana yaxın idi. Digərləri yatarkən mənə çox kömək edərdi. "Elə bil O səs Türkiyədə çıxış edirsən. Özünü qapdırmısan manhıya" deyərək yanıma yaxınlaşdı. Əlimi dəsmal ilə silib qıvırcıq saclarını qarışdırmağa başladım. Sabirin qıvırcıq sacları mənim ən zəif nöqtəm idi. "Səsim pisdi hə?" dedim dodaqlarımı büzüb.

"Pis onun yanında yaxşıdı. Bərbaddı Lena, bərbad"

"Adam hec olmaya nəzakətəndə olsa yaxşıdı deyər"

"Sən mənə nəzakətsiz dedin?"

"Sözümdən elə çıxdı. Sorry qıvırcıq"

"Qıvırcıq, dedin hər sey yadımdan çıxdı"

"Bilirəm mən sənə qıvırcıq deyəndə sən mənim şirinliyimə döz bilmirsən. İndi bir daha sənə qıvırcıq deyəcəmki, səni marketə göndər bilim"

"Marketlik nə işimiz var?"

"Get isti çörək al. Jalə yumurta ilə isti çörəyi yeməyi çox sevir"

"Həə Jalə xanım yatsın, Sabirdə ona görə marketə getsin. Ədalətin budumu dünya?"

"Ədalət Azərbaycanda yalnız adam adıdı. Hec bir şansın yoxdu. Gedəcəksən marketə" dediyimdə gözlərini mənə süzdürməyə başladı.
"Ah bəlalı qıvırcıq başım" deyərək yanımdan keçib getdi. Jalənin isti çörəkləri gəldikdən sonra onu yuxudan ayılda bilərdim. Evin qapısının açılma səsini eşitdiyimdə Sabirin getdiyini başa düşdüm. O getdikdən sonra süfrəni hazırladım. Süfrəni hazır etdiyimdə Sabir gəldi. Bir çörək doğramaq qalmışdı, birdə bardaqlara süd tökmək. Süd içmədən hec birini evdən göndərməzdim. Buna səbəb isə uşaqlığımız idi. Uşaqlıqda südün dadını çox bilməzdik. İçdiyimiz südlər çox olsun deyə, su qatardılar. Hətda buna görə Əsma dəfərlərlə ağlayardı... Amma indi süd içdiyində üzü gülürdü. Yaşaya bilmədiyimiz uşaqlığımızı bu yaşımızda yaşamağa çalışırdıq. Sabirlə bərabər mətbəxə keçdiyimizdə çörəkləri mən doğramağa başladım. Sabir isə altı bardağa süd tökməyə. "Lena süd 5 bardaq oldu. Birinə çatmadı" dediyində başımı doğradığım çörəkdən hec qaldırmadan "Neynək eybi yoxdu. Mən içmərəm. Amma içərdəkilərə içmədiyimi demə. Mətbəxdə içdiyimi deyərsən" dedim. Yoxsa özləri içməyib mənə içizdirəcəkdilər.
"Lenam..." deyən, Aydının səsini eşitdiyimdə başımı qalıdırıb qapıya baxdım. Aydın qapıya söykənib məni izləyirdi... Evin ən başa bəlası Aydın idi. Həmdə mənə ən çox diqqət və qayğı göstərinidə məhz O idi. Onun üçün həyat kicik bir əyləncəndən ibarət idi. Həyatı ciddiyə almazdı...

"Sabir sən bardağın birin burda saxla, dördündə süfrəyə apar" dedi

Sabir dediyini edib mətbəxdən çıxdığında yanıma gəlib arxadan məni qucaqlayaraq, əllərini qarın boşluğumda birləşdirdi. Güldüm...
Dodaqlarını sağ qulağıma toxundurub "Gün işığım..." dedi. Adımın mənası, gün işığı idi. Adımı uşaqlar evində bir rus qadını qoymuşdu.
"Aydınlığım..." dedim ona eyni səs tonunda qarşılıq verib. "Sən de görüm, özünü niyə fəda edirsən? Südü sən içəcəksən. Hec bir etirazda qəbul edilmir" dedi. Qarın boşluğumda yerləşən əllərini özümdən ayırıb ona tərəf çevirildim.

"Yox. Sən içəcəksən" dedim

"Sən içməsən, məndə içən deyiləm"

"İçməyəcəm!"

"Yaxşı. Gedirəm marketə yenisin alıb gətirərək bu savaşa bir son verirəm"

"Getmirsən. Bu günlük idarə edə bilərik"

Onun çiyninə bilə - bilə toxunub yanından keçib yeni bir ədəd bardaq götürdüm. Südün yarsını həmin bardağa boşaladıb ona uzatdım. "İndi könlüncə oldu?" dedim. "Oldu" deyərək tək nəfəsdə bardağı başına çəkib içdi. Yeməyi niyə gözləmədi?

"Yeməklə içəcəkdik" dedim

"Mən yeməyəcəm. Getməliyəm deyə"

"Səhərin gözü indi açılıb. Hara gedirsən?"

"İşim var Lenam"

"Nə işidi bu belə?"

"Hər nə oldu bir işdi. Mən indi gedirəm. Axşama məni gözləmə. Yat"

Burnumu sıxıb üzümə gülərək mətbəxdən çıxdı. Gec niyə gələcəkdi? Yenə hansı işin arxasıyca gedəcəkdi? Qapı kənarında ayaqqabısını geyinən gördüyümdə yanına yaxınlaşıb "Axşam niyə gec gələcəksən?" dedim

"Sənin bu sualların bir gün məni öldürəcək. İşim var dedim axı"

"İşinin nə olduğunu demədin!"

"Gedim gələndən sonra danışarıq"

"Başına iş açıma"

"Narahat olma, Lenam"

"Axşam sən gələnə qədər gözləyəcəm. 12 dən gec evə gəlsən, qapıda qalacaqsan!"

"Ooo evin rəisi əsəbləşdi. Get masaya bir yumruqda vur tam olsun" deyə gülərək danışıb sol yanağıma bir öpücük qondurdu. Qapını açıb evdən çölə çıxdı. Qorxurdum... Keçən il ki, işlərinə qayıdacaq deyə çox qorxurdum. O getikdən sonra hər kəs yuxudan ayılmışdı. Masa arxasında keçib səhər yeməyimizi yeyirdik. Akif Aydının olmadığını görüb "Hara gedib Aydın?" dedi. Akifdə mənim kimi ailəmiz üçün narahat olanlar siyahısında idi. Evin böyüyü...

"İşi olduğunu deyib getdi" dedim

"Gözün üstündə olsun"

"Mənim gözüm onun üstündədi. Amma Aydını özün bilirsən. Hec ipə sapa yatmır"

"Mən yatdızıracam onu. Yadıma düşmüşkən axşama Rüfət bizə gələcək"

"Yenə niyə gəlir?!"

"Bax Lena biz onunla dostuq. Onun bura gedib gəlməsi normaldı. Xahis edirəm səndən, daha ona öyrəş. Mən indi işə gedirəm" deyərək masadan ayağa qalxarkən "Həə birdə kimin nəyəsə ehtiyyacı var?" dedi. Jalə içdiyi çayı yarım saxlayıb "Mənim. Axşama evə gələndə sulu boya alarsanda. Qutarıb" dedi. Akif Jalənin üzündən bir çimdik götürüb "Baş üstə" dedi. Jalə rəsm çəkməyi sevərdi. Məndə bəzən ona qoşulardım. Hər kəs evin içində bir yerlərə dağılarkən mən yenə qaldım tək. Akifin dostu Rüfəti hec sevməzdim. Hec necə dost olduqlarıda mənə qaranlıq qalmışdı. Bir il əvvəl, həyatımıza bir şəkildə daxil oluşdu. Onda xoşuma getməyən bir seylər olsada, Akif mənə qulaq asmırdı. Əslində, normal bir insan idi. Valideyinləri, işi gücü imkanı vardı. Ancaq yenədə o sarışın siması məni narahat edirdi. Bu gün işim olmadığından evdə qalıb dincələcəkdim. Mən bir geyim firmasının reklam üzü idim. Yeni geyimlər olduğunda çəkilişlərim olardı. Bir çox gənc kimi məndə oxumaq istəsəmdə, alınmamışdı. Ayağda qalmaq üçün oxumaq sevdamdan əl çəkməli olmuşdum. Azda olsa bunun peşmançılığın çəkirdim. Hər zamanda çəkəcəkdim...

Axşam düşmüşdü. Rüfət hamını başına yığmışdı. O çox vaxt gələndə mən otaqdan çıxmırdım. İndi isə Akif məni məcbur çıxartmışdı. Ortalığı yığışdırmaq üçün ayağa qalxdığım. Əsmada ayağa qalxıb kömək etmək istədiyində "Sən otur gözəlim mən özüm yığışdıracam" dedim. Bəlkə, mətbəxə keçsəm onun üzünü görməzdim. Nə edim? Sevmirəm. Sevməkdə məcburiyyətində deyiləm. Mən pisminin üstünü təmizləyib mətbəxə keçdiyimdə ardımca Rüfətin gəldiyini gördüm. Bu niyə burda idi?

"Su içməyə gəlmişdim" dedi

Öz içimdə bir ya səbr çəkib, ona bir bardaq su tökərək uzatdım. Bardağı əlimdən alıb "Məndən xoşun gəlmədiyini bilirəm" dedi.

"Xoşum gəlsə nə olar? Gəlməsə nə olar?"

"Mənim valideyinlərimin, imkanımın olması, mənim günahım deyil. Sən isə sırf bunlara görə məni sevmirsən"

"Rüfət suyunu içib bitirdinsə qonaq otağına keç"

"Sözün düzün deyəndə, söhbətdən qaçırsan gözəl"

"Gözəl sözünü sənə yedizdirərdimdə, dua elə Akifin dostusan!"

"Mən onda gedim dua etməklə məşğul olum? Dua edirəm Allahım, məni Akifin dostu etdiyin üçün minnətdaram sənə" dedi gülərək. Tərs - tərs baxdım üzünə. Əsəbləşdiyimi görmüş olacaqki "Səni çox əsəb xəstəsi etmədən gedirəm" dedi. "E bir zəhmət get" deyə qarşılıq verdim ona. Bu halımda onu hec çəkəcək deyildim. Çünki, Aydın hələdə ortalıqda yox idi. Hər kəs evdə olarkən, sən hardaydın Aydın?

***

Rüfətin getməsi ilə hər kəs otaqlara çəkilib yatmışdı. Bir yatmayan mən idim. İşıqları söndürüb tv qarşısına keçərək, divanda uzanmışdım. Saatın 12 i olmağına az qalmışdı. Aydın bir azda gəlməsəydi, mən dəli olacaqdım... Bunu düşünmüşkən, qapıdan səs gəldiyini gördüm. Nəhayət gəlmişdi...
Tv-nin yandığını gördüyündən qonaq otağına gəldi. Gəldiyini gördüyümdə tez ayağa qalxdım. Birbaşa boynuna atlayıb onu qucaqladım. Oda mənim qucaqlayışma qarşılıq verdiyində "Sənə məni gözləmə yat demişdim" dedi. Onun sözünə qulaq asmadan köynəyini qoxlamağa başladım. Bir qoxu axtarırdım...
Amma köynəyinin üstündən hec bir qoxu gəlmirdi. İçimə azca rahatlıq hissi daxil oldu.
Məni özündən ayırıb üzümü ovuc içimə alaraq "Düşündüyün sey deyil, Lenam. Mən bir daha o bataqlığa düşmərəm" dedi. Əllərini üzümdən aşağı salıb əllərindən tutdum.

"Elə isə niyə gec gəldin?" dedim

"Gəl oturaq sənə hər seyi danışacam" dedi

Bərabər keçib divana əyləşdiyimizdə, tv nin səsini aldı. Bir dizini titrətməklə məşğul olarkən, digər yandan əllərini sıxıb dururdu.

"Bir dostum var. Taksiçidi. Məndə ondan taksisini mənə verməsini xahis etdim. Bu saata qədər taksi sürürdüm. Sən pis olmayasan deyə sənə demək istəmirdim. Amma sən məni deməyə məcbur etdin" dedi

İnanmaq istədim ona. İnandımda... İnanmaqdan başqa bir seçim buraxmamışdı mənə

Bölüm sonu

Müəllif: Goncha (Lusi)

Ps. Mentalietedən olduqca uzaq hekayədi. İçində əks göstərişlər və davranışlar var. Oxuyarkən, bunları nəzərə almağınız xahis olunur
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 8 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri