Ağ Kəpənək (BÖLÜM 3)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 678
Səs ver:
(səs: 0)
(Günlər sonra)

Bizi bir arada tutmaq işi hər zaman mənim ilə Akifin üstünə düşürdü. Digərlərinin üstünə yük düşməsin deyə özümüzü qarşıya vermişdik. Bəzən düşünürdümki, düzmü edirdik? Bəlkə onlara bu xoş deyil...

Sonradan beynimdən keçən fikiri atırdım. Biz ailəmizin böyükləri idik. Bu gün nəsə kədərli notların üstündə idim mən. Bunun səbəbi isə Sabirin sevgilisi ilə tanış olacağımız üçün idi. Qızın bizi sevməsini çox istəyirdim. Sabirin özünü əksik, kimsəsiz hiss etməsini istəmirdim. Düzdü, başımızda bir ana, bir ata yox idi. Düzdü, bizə qıraqdan baxan yetim deyirdi. Ancaq biz yenədə bunlara rəğmən ayaqda qalmağa çalışmışdıq. Mən indi qızın bizi aşağıda görməsini hec istəmirdim. Onun üçün hər sey mükəmməl olmalı idi. Sabah qızı axşam yeməyinə gətirəcəkdi. Bu gecə yata bilməyəcəkdim. Sabaha çox gözəl yeməklər bişirməyi düşünürdüm. Bunun həycanı vardı içimdə. Bir yandanda Aydının hələdə evdə olmaması içimə sıxıntı salmışdı. Axşam düşmüşdü. Aydın hələdə evdə yox idi. Onun bu gedib gəlmələri canımı sıxırdı. Otaqda uzandığımdan birdən otağın qapısı döyüldü. Qızlar olmazdı deyə düşündüyümdən çarpayıdan qalxdım. Bu sırada içəri Akif gəldi.
"Oyatmadımki?" deyib yanımda gəldi.

"Yox yatmamışdım hec. Sabahı düşünürdüm"

"Lena sənə bir sey deməliyəm mən"

"Buyur kimin haqqındadı?"

"Kimin haqqında olduğun hec özümdə bilmirəm. Amma bizi Rüfət yanına çağır. Söz deyəcəkmiş bizə"

"Rüfət bizə nə sözü deyə bilər? Mən hec kimin ayağına getmirəm"

"Məndə onu bura dəvət etdim. Ancaq olmaz dedi. Digərlərinin yanında danışa bilməzmiş. Çox ciddi bir sey olduğunu dedi. Ona görə hazırlaş gedək"

"Of başıma iş açır həmişə bu Rüfət!"

"Bir dəfədə oflamdan bir iş gör. Rüfət pis biri deyil"

Gözlərimi süzdürdüm. Yaxşı ya pis, mənim O insandan xoşum gəlmirdi. Xoşum gəlməyədə məcbur deyildim. Akif otaqdan çıxdığında üstümü dəyişib məndə otaqdan çıxdım. Evdəkilərə hava almağa çıxırıq deyib evdən çıxdıq. Rüfət bizə nə deyə bilərdi? Yol boyu bunu düşünmüşdüm. İşə bax Rüfətin evinə gedirdik... Sanki başqa yer qalmamış kimi.
Maşından aşağı düşüb ətrafı baxdım. Bu böyük evdəmi yaşayırdı?

Üzünə belə baxmayıb evə keçdim. İçmək üçün bir şeylər təklif etsədə, qəbul etmədim. Mənə bura niyə gəldiyimiz maraqlı idi. Ona görədə daha çox susmağa dayana bilməyib "Ümüd edirəm, deyəcəyin söz hər nədisə bura gəlməyimizə dəyər. Yoxsa səni elə burdaca boğaram!" dedim. Akif mənə gözlərini ağardıb baxdığında, "Nədi? Düz deyirəmdə. Gecə vaxtı bizi bura çağırıb. Gündüzü əlindən almışdılar" dedim

"Sən həmişə belə aqrisivsən? Yoxsa bu aqrisivliyin tək mənim üçün xüsusi bir seydi?" dedi Rüfət.

"Baxır adamına"

"Onda mənə qulaq asın. Bunu sizə deyim deməyim deyə çox düşündüm. Sonda demək qərarı aldım. Sizdən bunu gizlədə bilməzdim"

"Nəyi?" deyə Akif həycanla soruşdu. Rüfət isə ayaq üstə sağa - sola gedib gəlirdi. Çox gərgin görsənirdi...

"Keçənlərdə bir dostum ilə bərabər idim. Maşında idik. Dostum bir yerə deyəcəyini dedi. Məndə razlaşdım. Onunla bərabər bir yola çıxdıq. Yolun ortasında maşını saxlayıb, mən birindən bir sey alıb gəlirəm dedi. O maşından düşdüyündə, mənə nə alacağı məlum oldu" dedi

Nə nağılı danışırdı bu bizə? Sözünün ardın gətirsin deyə gözünün içinə baxdım. Rüfət daha dərindən nəfəs aldı.

"Necə deyim hec bilmirəm" dedi

"Necə varsa elə de!"

"Deyəcəm. Ancaq o dəqiqə üstünə getməyəcəksiz. Bəlkə mən səhv görmüşəm"

"Rüfət! Uzatma!"

"Dostum bir maşının yanında getdi. Maşından aşağı düşən adam Aydın idi. Aydından mal aldı..."

O saniyə Akif ilə göz gözə gəldik. Nə hiss keçirirdim bilmirdim. Hisslərimin hamısı bir birinə qarşdı... Ən pisidə, O elə sey etməz deyə bilməməyim idi...

"Dəqiq Aydın idi? Rüfət bəlkə səhv görmüsən?" deyərkən Akif ayağa qalxdı. Gözlərindən necə əsəbləşdiyi bəlli olurdu.

"Dostumdan adın soruşdum. Aydın dedi... Şəkilində göstərdim... O idi Akif, O idi" dedi.

Mən hər seyi içimə atdım. İçim indi bir məzarlıq idi. Göz yaşlarımı gözümdə tutub, axıtmadım. Mən gücsüz olmaq istəmədim... Tək istədiyim sey Aydının yaxasına yapışmaq idi. Mən insanlara onun tərəfini tuturdum. O isə məni insanlara qarşı haqqsız çıxartdı. Qorxduğum sey başıma gəldi... Gün işiğını, söndürdü... Məni dünyaya həsrət qoydu...

Evdən çıxdığımızdan bəri ağızımı bıcaq açmadı. Özümü qırılmış, incinmiş, yox olmuş kimi hiss edirdim. Akifin üzünə belə baxmırdım...
Evimizə gəlib çatdığımızda, binaya giriş etmək üçün maşından aşağı düşdük. Akif məni səsləyib "Lena evə getmədən danışaq" dedi. Ona tərəf dönüb baxdım. Qollarını iki yana açdığında, qaçaraq yanına gedib onu qucaqladım. Nə çox ehtiyyacım var imiş qucaqlaşmağa...

"Nə hisslər keçirtdiyini çox gözəl bilirəm. Amma səndən xahis edirəm evə gedəndə hec kimə hec nə bildirmə. Aydınada hec nə demə... Sabah Sabirin sevgilisi gəlib getdikdən sonra danışarıq onun ilə. Sabir üçün bu gün susmalıyıq..." dedi Akif. Haqqlı idi. Sabirinin gününü məhv etmək istəməzdim. Bu günlük susmağa məcbur idim. Qəlbi deşən ağrıya fikir vermədən "Yaxşı... Hər sey Sabir üçün..." dedim. Ondan ayrılıb binaya giriş etdim. Evə getdiyimdə nə olacağını hec bilmirdim. Sanki üstümə böyük bir yorğunluq çökdü. Qaçsam, bu qədər yorulmazdım...

İndi üzümə maska taxıb evə girməli idim. Yenə hər sey mənim üstümdə qalmışdı. Niyə etdin bunu bizə Aydın? Özümü əla alıb evə keçdim. Jalə tez üstümə qaçıb "Harda idiz? Darıxdım mən" dedi. Məcburda olsam gülməyə çalışdım.

"Təmiz havada saatın necə keçdiyini hec bilməmişəm" dedim.

"Mənə nəsə almamısız yeməyə?" deyib dodaqlarını büzdü. Nəsə almaq yadıma belə düşməmişdi. Aydın məndə ağıl qoymamışdı...
'Yox' deməyə hazırlaşırdımki, qapı açıldı. Akif içəri əlində dolu paketlər ilə girdi. Akifin yadına düşmüşdü. Həmişə Akif, Jalə evin balacası olduğundan ona hər zaman başqa yanaşardı.

"Biz hec səni unudarıq? Bax gör Akif sənə nələr alıb" dedim

"Aşkom birdənəsən" deyib Akifin əlindəkiləri. almaq istədi. Ancaq Akif əlindəkiləri ona verməyib "Öp sonra" dedi. Şühbələnməsinlər deyə bu gün əlimizdən gələn hər seyi edəcəkdik deyəsən. "Böyük məmnuniyyət ilə" deyib Jalə Akifin üzündən öpdü. Geri qalan bir seyə qulaq asmadan qonaq otağına keçdim. Keçməz olaydım... Aydın evdə idi... Onunla üz üzə gəlməyə hazır deyildimki mən. Aydın məni görəcək uzandığı divandan tez ayağa qalxıb yanıma gəldi. "Gün işığım, çox darıxdım mən" deyib məni qucaqlamaq istədi. Mən isə geri çəkildim. Özümdən aslı deyildi...

"Geri niyə çəkildin?" dedi üzünü asıb. Dönüb arxama baxdım. Akif yumşaq baxışlarını mənim üstümdə gəzdirirdi. Susmalı olduğumu başa düşdüm. "Evə gec gəldiyin üçün!" deyibdə birbaşa otağa keçdim. Arxamca gəlib otağa keçdi. Belə edəcəyin bilməli idim!

"Aydın çölə çıx üstümü dəyişəcəm" dedim

"Lenam, bu nə soyuq hərəkətlərdi?"

"Nə etməliyəm? Boynunamı atlamalıyam?!"

"Yox, dəqiq sənə nəsə olub"

"Hec nə olmayıb. Yorulmuşam. Yatmaq istəyirəm"

"Arxamı çevirim üstünü dəyiş. Sonrada saçlarını oxşayım Elə yuxuya dal. Olar bu?"

"Olmaz"

Baxışları bir anda sərtləşdi. Ən nifrət etdiyi sey mənim ona soyuq davranmağım idi. Buna dayana bilmirdi. Lakin, dayanmağı öyrənməli idi. Mən ona bu dəfə çox pis qırılmışdım... Həmdə məni eyni yerdən qırmışdı. İndi aləmi bir birinə qatmaq vardıda, yatsın dursun Sabirə dua etsin!

"Bax, mənim sənə çox ehtiyyacım var. Məni səndən məhrum qoyma. Gün kimi, parıldayan saçlarını oxşayım..." dedi

"İstəmirəm" dedim qətiyyət ilə. Hec nə demədən otaqdan çıxdı. Üstümü dəyişib, işığı söndürərək özümü çarpayıya atdım. Bildiklərimi üzünə vurmayıb, içimdə tutduğumdan, nəfəsim daralırdı. Bu gün özümü yatmışlığa qoymaqla, işin içindən çıxacaqdım. Sadecə sabahın açılmağın gözləyirdim...

***

Sabah çoxdan açılsada mən hələdə çarpayımdan ayağa qalxmamışdım. Sırf Aydını görməyim deyə. Aydın getdikdən sonra otağına baxacaqdım. Otağımın qapısı döyüldü. Gözümü yumdum. Aydın idisə, mənim yatdığımı bilməsini istədim. Amma Aydın deyildi. "Sən yatmısan?" deyən adam Sabir idi. Tez gözlərimi açıb "Yox indi ayağa qalxırdım elə" dedim. Yanıma gəlib aşağı çökərək "Qorxdum. Elə bildim xəstələnib etmisən" dedi.

"Qorxma qıvırcıq. Mən sağlamam. Hətda indi qalxıb axşama hazırlıq görəcəm"

"Əgər özünü halsız hiss edirsənsə, mən Sevdaya deyərəm başqa gün gələr. Sənin yorulmağını istəmirəm"

"Sən məni düşünmə. Üstümdə kiçik bir halsızlıq var. Oda keçib gedir. Sənin xoşbəxt olmağın mənə bəsdi"

"Səni çox istəyirəm"

"Hisslərimiz qarşılıqlıdı qıvırcıq"

Əlimdən tutub əlimin üstünə bir öpücük qondurduqdan sonra otaqdan çıxdı. O çıxdıqdan sonra çantamdan bir az pul götürdüm. Çoxdandır yazdığım siyahıyıda götürüb otaqdan çıxdım. Əsmanı, Jaləni, Sabiri evdən göndərməyin yolu bu idi. Əllərinə alınacaqlar siyahısını verib onlar hər üçünüdə evdən bir təhər göndərdim. Aydında çoxdan çıxmışdı. Akiflə qalmışdıq... Aydının otağına daxil olub. Sakitcə ətrafa nəzər yetirdim. Hələki sakit idim. Akif ətrafa sakit göz gəzdirdiyimi görüb "Aydınla mən özüm danışacam. Aranızın dəyməsini istəmirəm" dedi.

"Aramız yetəri qədər dəyib! Mənim əl ayağıma dolaşma. Mən axtardığımı tapacam. Səndə mənə kömək et. Paltarların axtar" dedim

Mən çarpayısına yaxınlaşdım. Çarpayısının üstündə olam yastıq, yorğan, döşək nə varsa hamısını yerə atdım. Çarpayısının altında hec nə yox idi. Akif isə paltarların qarışdırırdı. Otağından başqa, harda ola bilərdiki?
"Bəlkə hec evə hec nə gətirmir..." deyə Akif danışdığında gözüm pəncərə kənarına qoyulmuş, dibçəkdə olan gülə sataşdı. Nə vaxtdan Aydının otağında dibçəkdə gül var idi? Pəncərənin kənarına yaxınlaşıb, dibçəyə diqqətlə baxdım. Əlim ilə dibçəyin içindəki torpaqları eşməyə başladım. Əsəb bütün canımı bürümüşdü...

"Lena özünü ələ al" deyib Akif məni dibçəyin yanından uzaqlaşdırmağa çalışdı. "Burax məni!" deyə üstünə qışqırıb dibçəyi əlimə alaraq, bədənimə yayılmaqda olan əsəb ilə bərabər onu yerə çırpdım. Gül qırılmış, torpaqlar isə ətrafa səpələnmişdi. Aşağı əyilib dibçəyin içinə baxdım. İçində sarı kağıza bükülmüş bir paket var idi. Axtardığım sey bu idi mənim...
Qəribə idi... Canım yanırdı... Ancaq gözümdən bir damla yaş belə axmırdı. Qəhərimi içimdə boğmağa çalışırdım. Məni incitməsini gözə alaraq...

Bu eyni ilə Aydına bəslədiyim hisslər kimi idi. Göz görə - görə özümü incidirdim. Gözüm yerdə qırılmış olan gülə sataşdı. Eyni bu gül kimi idim mən. Az əvvəl bu gülün gözəl həyatı var idi. İndi isə yerlərdə idi. Aydında məni eyni ilə belə yerə çırpmışdı...

Bölüm sonu

Müəllif: Goncha (Lusi)
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri