Ağ Kəpənək (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 095
Səs ver:
(səs: 0)
İçinin paramparça olması, amma sənin gülmək məcburiyyətində qaldığın, bir an idi indi mənimkisi...

Hər birimiz masa arxasında idik. Sabir Sevdanı gətirmişdi. Tanış olub, çay içdikdən sonra yemək, yemək üçün masa arxasına keçdik. Sevda hec təsəvürümdəki kimi çıxmamışdı. Zil qara rəngli uzun saçları vardı. Görünüşcə uzun boylu, ağ dərili bir qız idi. Gözəlliyinə söz ola bilməzdi. Ancaq soyuq bir havası vardı. Ya da bilmirəm, bəlkədə ilk tanışlıq idi deyə belə fikirləşirdim mən. Bəlkə sonradan daha isti, daha səmimi ola bilərdi. Sabirlə yanaşı oturmuşdular. Sabirin üzündən xoşbəxtlik axırdı. Aydın ilə mənim üzümə hec baxılası deyildi. Aydın bir seylərin tərs getdiyini başa düşmüşdü. Ona görə aramızada bir soyuqluq yarandığının fərqinə varmışdı. Əsma hazırladığı yarpaq dolmasını Sabirə uzadıb "Sevda bununda dadına bax. Sənin üçün öz əllərim ilə hazırlamışam" dedi. Əsmadan gözləmədiyim hərəkət. Bu gün bütün gün mənə kömək etmişdi. Əsma bizim aramızda, ünsiyyət cəhətdən bir az problem çəkən insanlardan biri idi. İnsanlar ilə ünsiyyət qurmaqda çətinlik çəkərdi. Və çox insan sevməzdi...
Sabir dolmalardan Sevdanın boşqabına tökərkən, Sevda gülümsünüb "Təşəkkürlər, gözəl qız. Əslində əziyyət çəkmisiz. Bu qədər seyə ehtiyyac yox idi" dedi. Klassik qonaq yalanı...

"Makoron bişirəydik?" deyə, Əsma dilini saxlaya bilməyib danışdı. Baxışlarımı tez onun üstünə çevirdim. Mənə baxmayıb Sevdaya baxdı. Sevdanın üzündəki gülüş gah silinirdi, gahda geri qayıdırdı. Arada qalmışdı. Son anda özünü ələ almağı bacarıb "Mən makoronda yeyərdim. Sizə əziyyət olduğu üçün dedim. Əsas məsələ bir arada olmaq və sizin ilə tanış olmaq idi" dedi. Yetəri qədər açıqlayıcı bir cavab idi. Əsma bir cavab verməsin deyə ona gözümü ağartdığımda, Jalə cana yaxınlığı ilə araya giriyib "Bu yemək söhbətini yığışdırın. Sən de görüm hələ, bizim Sabirlə necə tanış olmusunuz. Bir birinizi necə sevimisiz?" dedi.
Hə, bizim aramızda hər sey ilə maraqlanan hər seyi bilmək istəyən Jalə idi. Susqunluğumu pozub "Jalə qızı niyə utandırırsan? Hec yeridi belə sualın" dedim.

"Narahat olma, o qədərdə çətin sual deyildi. Biz Sabir ilə maşınım xarab olduğu gün tanışmışdıq. Yolda qalmışdım. Oda çox sağ olsun mənə kömək etmişdi. Qıvrıcıq saçlara qarşı bir simpatyam olduğundan məni özünə çəkdi. Və biz beləcə başladıq danışmağa" deyərək Sabirin əlindən tutdu. Sevdadan çox Sabir utanmışdı. Sabir digər əli ilə qıvırcıq saçlarını qarışdırmağa başlayıb "Həə məndə ən çox uzun qara saçların sevdim" dedi. Bu sözü ilə qarşımda oturan Aydına baxdım. Masa arxasında söhbətlər davam etsədə, mənim gördüyüm sey təkcə Aydın idi. Aydının gözlərində bitgin ifadə vardı. Mən səbr edirdim... Az sonra burda böyük fırtına qopacaqdı. Məni yerdən yerə atmasına bu vaxta qədər göz yummuşdum. Sözün açığı bundan sonrada göz yuma bilərdim. Bilirsiz niyə? Çünki, insan ailəsindən əl çəkə bilmir... İnsan ailəsini özünü seçə bilmir... Mən indi onu atsam, digərlərindən nə fərqim olar?

***

Sevda bizi çox sevdiyini deyib, getmişdi. Onu yola saldıqdan sonra qonaq otağına keçdim. Aydın ayaq üstə masanın yanında dayanmışdı. Gözüm əsəbdən dönmüşdü. Məni hec kimdə saxlaya bilməyəcəkdi. Yanına gəlib üzünə möhkəmcə bir şillə çəkdim. Əlini üzünə gətirib yerləşdirdiyində, Sabir yanıma gəlib məni geri çəkərək "Lena, sən nə edirsən?!" dedi. Gözümü hec qıpırdatmadan, Aydının gözlərinə dikdim.

"İki gündü sənə görə susuram. Ancaq indi susub dözməli olduğum bir sey yoxdu! Bunu bizə yenidən niyə etdin Aydın!?" dedim

Hamısı yanıma gəlmişdi. Aydın susmuşdu... Susması məni daha dəli etmişdi. "Susma! Bir sey de!" deyə möhkəmdən danışıb qışqırdım.

"Nə eşitmək istəyirsən?! Mən sənin nədən danışdığını hələdə başa düşməmişəm!" dedi

"Dibçəkdə olan maldan bəhs edirəm! Bunu niyə bizə, özünə etdin?! Sözünü niyə tutmadın?!" dedim

Sözümü deməyim ilə, Əsmanın əsəbdən gülən səsi qulaqlarıma doldu. Bir insan ağlaya bilmirdisə, əsəbdən gülə bilərdi...
Gülürdü... Gülməyə davam etdi... Jalə isə onun bu gülüş sədasından qorxmuş olacaqki, Akifin sağ qolundan möhkəm tutub onun yanına sığınmışdı. Bölmüşdün bizi Aydın sən... Həmdə biz bunu haqq etməzkən...

Əsmanın gülüşü anidən dayandı. Üzündəki sərt ifadə mənə hər seyi izah edirdi. Aydının getməsini istəyəcəkdi. Mən bunu bilirdim. Bəs mən necə, Aydınsızlığa hazır idim?
Əsman Aydının sinəsinə vura - vura "Aydın sən bizi itirməyi gözə alıb, yenə o zibil işlərə qoşuldun?! Ailən ondan daha dəyərlidimi?! Görünən oduki daha dəyərli imiş!" dedi. Bu dəfə bir kənara çəkilib, bu mənzərəni izləyən mən oldum... Aydın qəfildən Əsmanın əlindən saxlayıb əlini tutdu. Dilinin arasından kicik fısıltı ilə tək bir söz çıxardı. "Məcbur idim..." dedi. Məcbur imişmi? Yox deyildi... Belə bir məcburiyyət ola bilməzdi...

"Gəlin oturub sakit başla söhbət edək. Yoxsa biz belə danışıb bir yerə çıxa bilməyəcəyik" dedi Akif.

"Yox Akif! Aydın rədd olub gedəcək bu evdən! O zibili bizdən üstün tutubsa, gedib özünə başqa yerdə yeni həyat qurar. Mən keçən il ki seyləri təkrar yaşamaq istəmirəm. Nəyimiz var, nəyimiz yox onun yolunda qoyduq. Onu səhv yolundan dönərdik. İndi Aydın o yolu təkrar gedibsə, bu artıq səhv sayılmaz! Bu artıq bir seçim işidi! Onun seçimi budu!"

Əsmanın bu sözündən sonra Aydının əlləri onun tutduğu əllərindən boşaldı. Bir göz qırpında yanımızdan itib otağına keçdi. Yox bu söhbət belə qutara bilməzdi. Ardıyca gedib otağına keçdim. Sport çantasına paltar yığmaq ilə məşğul idi. Biz dağılacaqdıq? Gedəcəkdi?
Yanına gəlib sakitcə dayandığımda, titrəyən səsi ilə "Məni bağışla..." dedi. Əlində olduğu köynəyi alıb yerə atdım. Aşağı əyilən başını çənəsindən tutaraq qaldırıb, mənə baxmasını şərait yaratdım. Göz bəbəklərin məndən qaçırtdığında "Əgər bu işi görəndə, mənim üzümə baxmaqdan belə utanacaqsansa, niyə etdin?!" dedim. Yenə dilinin arasından eyni söz töküldü...

"Məcbur idim" dedi

"Nəyə məcbur idin Allahın bəlası?!" dedim, əlimi çənəsindən aşağı salıb.

"Məndən hec nə soruşma! Əsmanın dediyi kimi ən gözəl yol burdan getməkdi"

"Aydın! Düzün de, istifadə etməyə başlamısan? Yoxsa alıb satırsan?"

"İstifadə etmirəm... Alıb satmaqla məşğulam. Yəni, daha təhlükəli iş ilə"

"Məndən daha vacib imiş hə? Mənim hec dəyərim yox imiş... Mən axmaq isə hər kəsdın çox sənə dəyər verirmişəm" dedim, dodaqlarımı bir birinə sıxıb. Tutub saxladığım göz yaşlarım indi, bir - bir yanaqlarıma axdı...
Əllərini yanaqlarıma yerləşdirib, baş barmağı ilə göz yaşlarımı sildi. Ağlamamaq üçün başını yuxarı qaldırdı.

"Mənim geri dönüşüm yoxdu daha. Burda qalıb sizidə təhlükəyə ata bilmərəm. Yolun sonu bu imiş, Lenam... Yolun sonu ayrılığa çıxırmış. Ancaq bunu bilki bu dünyada, canımı verəcəyim insan təkcə sənsən" dedi

"Canını verəcəyin insanı, niyə öldürürsən bəs? Görmürsənmi Aydın? Mən ölürəm..."

"Bilmədiyin seylər çoxdu Lenam. Mən isə sənə hec nə deyə bilmərəm. Sənin hec nə bilməyini istəmirəm"

"Mənə hər sey de! Deməsən sənə necə kömək edə bilərəm hə?! Mənə bir sey deməsən, mən hər kəsi necə qarışma ala bilərəm?!"

Başını təkrar aşağı saldı. Mən hər seyi bilməli idim. Təkrar çantasına köynək yığımağa başladığında, canıma daha böyük əsəb gəldi. Necə gedə bilərdi? "Aydın... Məni sec, qal onsuz..." dedim, ağlamağımı dayandırıb.

"Elə bilirsən bunu istəmirəm? Mən sənə görə hər seyin üstündən xətt çəkmişdim. Hər seyin daha gözəl olacağını düşünürdüm. Düşündüyüm kimi olmadı... Mən bu yola ikinci dəfə istəyərəkdən baş qoymadım"

"Nə vadar etdi səni!?"

"Etməsəydim, ailəmiz daha böyük zərər görəcəkdi. Məndə ailəmizin mənə görə zərər çəkməsini istəmədim. Məcbur qalıb boyun əydim hər seyə"

"Nəyə Aydın?!"

"Təhdit etdilər Lena... Sabirin həyatı ilə məni təhtid etdilər... Məndə Sabirin həyatına qarşılıq, bu işə yenidən başladım" dedi.
Bədənimə bir ürpənmə daxil oldu. Biz necə işin içinə düşmüşdük? Bir can almaq bu qədərmi asand idi?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 095
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri