Ağ Kəpənək (BÖLÜM 5)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 876
Səs ver:
(səs: 0)
Elə bil bir bina sökülmüşdü. Bizdə o dağıntının altında qalmışdıq. Bizim indiki vəziyyətimizin adı tamda bu idi. Mən Aydından əl çəkə bilmirdim...

Dünəndən bura çox şey düşünsəmdə, onun bir baxışı hər sey alt üst edirdi. Özümə verdiyim sözlərimi belə...

Aramızda keçən səsizlikdən sonra yanımıza Akif gəldi. Ətrafa nəzər yetirdiyindən sonra gözünü mənim üstümdə sabitlədi. Bilirəm, hər nə qərar versəm Akif yanımda olacaqdı. Mən isə göz görə - görə Aydını odun içinə ata bilməzdim. O bu yolu istəyərək seçməmişdi...

"Akif, Aydının bir günahı yox imiş. Onu Sabirin həyatı ilə təhtid edirmişlər. Oda ona görə razılaşıb. Biz bir çarə axtarmalıyıq" dedim.

Akifin bu sözlərdən sonra baxışlarında yumşalma baş verdi. Onun sərt üzünü arada bir belə görərdim. Aydının yanına yaxınlaşıb əlini çiyninə atdı. "Lenanın dedikləri düzdü? Sən bu səbəbə görə yenidən başlamısan?" dedi, sakitliyini qoruyaraq.

"Həə Akif... Mən sadecə sizə zərər gəlməsini istəmədim. Hər kəsdən gizlətdim. Gizlətdikcədə başıma gəlməyən qalmadı" dedi

"Mənə deyə bilərdin Aydın! Biz qardaşıq. Sən öz qardaşına güvənmədin?"

"Güvən söhbəti deyil! Qorxdum Akif... Çox qorxdum... Sizin birinizə nəsə olmuş olsaydı, mən özümü hec vaxt bağışlaya bilməzdim"

"Lənətə gəlsin belə həyatı!" deyərək Aydını özünə tərəf çəkib, qardaş yana qucaqladı. Bir birlərindən ayrıldıqlarında "Polisə, polisə gedək" dedim. İkisidə üzümə qəribə baxışları ilə baxdı.

"Nədi? Nəyə baxırsız? Bizə başqa kim kömək edəcək?" dedim

Aydını başını sağ sola yellədib dayandırdı. Acınacaqlı halda gülüb "Polis? Polisə getsək, hamımız ölərik" dedi.

"Niyə ölürük? Ədalət deyilən sey yoxdumu?!"

"Yoxdu Lena! Yoxdu... Olsaydı, gözümü belə qırpmadan polisə gedərdim. Polis bizə kömək etmiş olsa belə, bizim sağ qalmaq kimi bir şansımız olmayacaq. Bizi o dəqiqə bitirərlər. Sabirin həyatı ilə bizi təhtid edənlərdən nə gözləyirsən?"

"Sabiri təhtid etməkdə məqsədləri nədi?"

"Əvvəl Sabiri dedilər. Yerinə yetirməsəm sənidə dedilər. Mənimdə başqa yolum olmadı. Qəbul etdim dediklərini"

"Bu işlərdən əl çəkdiyin yerdə, niyə yenidən belə bir sey istədilər"

"Olmazmış... Bu yoldan yarıdan dönmək olmazmış. O vaxtdan qalan borclarım vardı. Üstünə hər ay faiz gətiriblər. Aylar əvvəl satdığım mallar oğurlandı. Onunda pulu mənim ayağıma yazıldı"

"Nə qədər borcun var?!"

"Çox... Hec düşünə bilmədiyin qədər çox"

Ayaq üstə idim. Amma daxilən yıxılmışdım...
Biz bu borcu necə verəcəkdik? Özümü 'hər sey yaxşı olacaq' yalanına inandırımmı? Yoxsa həqiqətlərə boyun əyim? Hər birimizin içinə eyni qorxu hissi daxil olarkən, Akif "Maşınımı sataram... Nə bilim, ac qalarıq amma o pulun üstün tamamlayarıq. Başımızı bu bəladan qutararıq" dedi. Olardımı? Bir ümüdlə Aydına baxdım. Aydın əlini saçlarına keçirib, dərin bir ah çəkdi.

"Yenədə o borcu verməyə çatmayacaq... Mən ən yaxşısı çıxım gedim. Siz mənsiz həyatınıza davam edin. Məndə hara qədər getsə, ora qədər gedəcəm..." dedi Aydın.

Başımı 'yox' mənasında yellədim. Olmazdı...
Bu yola bərabər çıxmışdıq. İndi onu tək qoya bilməzdik.

"Başın xarabdı sənin?! Belə danışığını bir daha görməyəcəm! Ailəmizi dağılmayacaq bizim" deyə Akif hirslə danışdı. "O paltarlarını yığ yerinə. Sən ancaq mən öləndən sonra bu evdən çıxıb gedə bilərsən!" deyərək otaqdan çölə çıxdı. Qaldıq yenə ikimiz...

Bir addım atdım, yanına getmək üçün. Oda bir addım atdı, yanıma gəlmək üçün. Aramızdaki məsafəni itirdiyimizdə onu özüm tərəfə çəkib möhkəmcə qucaqladım. Getməsin məndən...

"Sizə belə bir həyat yaşatmaq istəməzdim" dedi.

"Yaşadıqlarımız bizim üçün bir təcrübədi. Həm başımıza bunlar gəlməsəydi, bir birimizə bu qədər bağlanmazdıq. Yolumuz uzundu Aydın...
Başımıza nə gələcəyini, bizi nə gözləcəyini bilmirəm. Ancaq mən bu yoldan geri qayıtmayacam. Səninləyəm Aydın... Səninləyəm" dedim

Məndən aralanıb üzümü ovucları arasına aldı. Gözlərindəki yaşartıya inad, gülümsəməyi bacardı. Onun içi aylardı yanırmış. Mən isə görmürmüşəm...

Digər qalanlara hər seyi izah etmək üçün otaqdan çıxdıq. Diqqət mərkəzimdə Əsma oldu. Bir peşmanlıq vardı üzündə. Görünən odu Akif onlara hər seyi danışıb. Aydın çəkindiyindən başını aşağı salıb dayanmışdı. Bunu görən Əsma oturduğu kreslodan ayağa qalxıb, yanına gəldi.
"Əymə başını aşağı... Sən başını aşağa salacaq bir sey etməmisən. Mən özümdən tez çıxdım. Hər seyin günahkarıda qorxudu... Məni bağışlaya biləcəksən Aydın?" dedi, dodaqlarını büzərək. Aydın başını yerdən qaldırıb "Sən məni bağışla..." dedi. Ardından bir birlərini qucaqladılar. Bu qucaqlanmaya dayana bilməyən, Jalədə onların yanına gedib onlara qoşuldu. Ağlamışdı... Ən çox O, qorxmuşdu bəlli idi. Sabirdə yanlarına getdiyində, geriyə Akif ilə biz qaldıq. Hər biri, gəlməyimiz üçün dönüb bizə baxdı. Akifə göz vurdum. Bərabər yanlarına gedib, hamımız qucaqlaşdıq. Necə vaxtdı altı nəfər bərabər qucaqlaşmırdıq. İndi isə bir idik. Bu uşaqlıqdan dəyişməyən qayda idi. İşimiz çətinə düşəndə, işin sonuna hamımız qucaqlaşardıq. Biz böyüksəkdə, bəzi seylər olduğu kimi qalardı...

Hərə öz otağına çəkildiyində bir tək ortalıqda mənlə Sabir qalmışdı. Mətbəxdə ətrafı yığışdırırdıq. Düzün desəm, çox yorulmuşdum. Həm ruhən, həmdə cismən...
Sabir bardaqları silirdi. Amma fikiri çox - çox uzaqda idi. Sanki, gözləri yol çəkirdi...
Onunda bu günki gözəl günün məhv etmişdik. Əlimdəki işi yarım saxlayıb yanına yaxınlaşdım. Yanındaki stolu çəkib oturdum. Mən yox imişəm kimi bardağı silməyə davam edirdi. Amma içindən əsəbləşdiyini bilirdim. Əlindəki çay dəsmalını möhkəmcə tutub sıxırdı. Əlimi əlinə yaxınlaşdırıb, əlindəki çay dəsmalını, sonrada bardağı alıb masaya qoydum. İndi fikirini özümə çəkə bilmişdim.

"Mən belə olsun istəmədim qıvırcığım... Ən gözək gününün bu şəkildə sonlanmasını hec istəmədim" dedim

"Mən ona görə pis deyiləm... Necə oluduki, Aydının bu batağlığa yenidən düşdüyünü görə bilmədim? Özümə əsəbiyəm... Niyə belə olur? Hecmi gülməyəcək bizim üzümüz?"

"Güləcək... İnanki bir gün bizimdə üzümüz güləcək"

"İnanırsan öz dediyinə?"

"Sən mənim sözümə inanmırsan? Mən yalan danışaram sənə?"

Fikirləşmiş kimi etdi. Mən hec öz dediyimə özüm belə inanmırdım. Sabaha sağ çıxacaqmızın qarantisi belə yox idi... Onun fikirini başqa tərəfə çəkmək üçün "Sevda gözəl qız imiş. Mən bəyəndim" dedim. Bu da kicik yalan idi. O qədərdə bəyənməmişdim. Mənə soyuq gəlmişdi...

"Düzün deyirsən?" dedi

"Bir az soyuq gəlmiş ola bilər. Oda bu halını birinci tanışlığımıza verirəm"

"Düzdü. Bir az soyuq qızdı. Ancaq onun görünməyən gözəl tərəfləri çoxdu. Tanıdıqca çox sevəcəksən"

Bəlkə, bəlkə sevərdim. Zaman, zaman bizə hər seyi göstərəcəkdi...

Mətbəxdə bütün işlər bitdikdən sonra yatmaq üçün otağa keçdim. Üstümü dəyişib çarpayıma uzandım. Bu gecədə belə bitirdi...
Gözümü yuma bilmirdim. Qaranlıqda, gözümü tavana dikmişdim. Qaranlığın səssizliyini Jalənin "Tək yata bilmirəm. Yanına gəlsəm olar?" deməsi pozdu. "Gəl, gözəlim" dedim. Bir az kənara keçdim. Oda boş qalan yanıma uzanıb başını sinəmə yasladı. Onu qucaqlayıb "Qorxma hec nədən" dedim. Jalənin necə həssas olduğunu bilirdim. Ailəsi onu 9 yaşından atıb getdiyindən, içində hər zaman bizdən birinə nəsə olacaq, tək qalacaq qorxusu baş verirdi. Biz ki, onun ailəsi kimi deyildik... Onu atıb getməzdik.

"Səni qucaqladım keçdi..." dedi.

Onun balaca uşaqlardan hec bir fərqi yox idi gözümdə. Həm qorunmasız, həmdə müdafiəsiz idi...

***
Günlər günləri qovalayırdı. Biz hamımız borcu ödməyə çalışırdıq. Lakin, bacarmırdıq...
Akif çox sevdiyi maşınını satmışdı. Biz əlimizdə olan bütün pulları vermişdik. Geriyə bir tək evimiz qalmışdı. Hə, ağılımdan keçən tək sey evimiz idi. Ancaq evimiz satılsa, əlimizdə hec nə qalmayacaqdı. Başqada daha qiymətli əşyamız yox idi. Digər tərəfdən başqa problemlərdə üzləşirdik. Akifin dostu Rüfət birdən birə ortalıqdan yoxa çıxmışdı. Sevda Sabirdən ayrılmaq istəyirdi... Sabirin vəziyyəti hec yaxşı deyildi. Hec nə olmadığı halda niyə belə etmişdi? Bizimmi bəyənməmişdi? Yoxsa O, bir ailə qızı idi. Bizi özünə yaraşdırmamışdı? Beynimdə bir ton sual vardı. Yorğunluq desən məndən əl çəkmirdi...

Havanın qaranlığı ilə, soyuğu içimə üşütmə salmışdı. Avtobusun gəlməyin çox gözləmişdim, gəlmədi deyə məndə ayaqlarıma güc verdim.
Yolun kənarına keçmişdim. Küçə lampaları ilə ətraf bir az işıqlanmışdı. Qarşıma ikinci kölgə düşdüyünü gördüm. Arxamda hər halda adam vardı. Yavaş - yavaş yerimdiki, məni keçsin. Amma kim idisə məni keçmədi. Keçməyəcəkdisə, mən tez - tez yeriyə bilərdim. Mən tez - tez yerdim. Ancaq bu dəfədə kölgə mənə getdikcə daha çox yaxınlaşdı. Mən çox film izləmişdim... Hə, bur qorxu ondan idi. Yolun kənarı bitdiyində, küçəyə keçib davam etməli oldum. Qulağıma yenə ikinci addım səsləri daxi oldu. Hec nədən qorxma Lena... Çön arxaya və üzləş!
Atdığım addımı saxlayıb, arxama çöndüm.
Arxamda sport geyimli, bir oğlan gördüm.
Yaşı 20 dən məncə yuxarı olmazdı... Həm uşağa bənzər havası vardı. Həmdə sərt baxışları.
"Sən neçə saatı məni izləyirsən?" dedim, bu vəziyyətə son qoymağa çalışıb. Qarşımdaki oğlan qaşlarını qaldırmağa başladı. Danışa bilmirdi?

"Danışa bilmirsən?" dedim

Qaşlarını yenə qalıdırıb, başını salladı bu dəfə.

"Dərdini mənə necə izah edəcəksən?" dediyimdə arxadan kimsə əli ilə ağızımı tutdu. Əllərim ilə əllərini boşaltmağa çalışsamda, alınmadı. Getdikcə taqətim düşdü. Gözlərimin qarşısı qaraldı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri