Ağ Kəpənək (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4239
Səs ver:
(səs: 0)
Harda olduğumu bilmirdim. Ancaq soyuğu hiss edə bilirdim. Göz qapaqlarım sanki, yorğun düşmüşdü. Açılmırdı...

Lakin, ətrafda olan səsləri qulağım eşidirdi. Bu səslərin sahibi mənə tanış deyildi. Bir nəfərin birinin üstünə acıqla danışıb "Fiko, sənə min dəfə demişəmki, iş başında olanda belə geyim geyinmə! Bilinmir mafiyanın sağ qolusan, yoxsa cluba əylənməyə gedən biri!" dedi. Göz qapaqlarımı yavaşca açmağa çalışıb harda olduğumu dərk eləmək istədim. Mən indi bir kresloya uzadılmışdım. Saçlarımın arasından məndən bir az aralıda ayaq üstə dayanan adamlara baxdım. Az əvvəl qarşıma çıxan oğlan vardı. Yanında isə başdan ayağa qara rəngə bürünmüş, hündür boy biri dayanmışdı.
"Sərdar, mən sənin kimi yasa gedirmiş kimi geyinə bilmirəm. Mənim geyim tərzim budu. Səndə mənə qarışma" deyə mənim qarşıma çıxan həmin oğlan danışdı. Demək, adı və ya ləqəbi Fiko idi. Yanındaki adamın isə adı Sərdar...

Belə bir sual yaranır. Onlar kim idi? Mən niyə burda idim?

"Səni tanıdığım gün başıma daş düşəydi. Ömrümə qara ləkə kimi yazılmısan!" dedi Sərdar.

"Xətirimə dəyirsən ha!"

"Amanda aman xətiri varmış bunun. Az danış, get qızı oyat"

"Mən qorxuram"

"Nəydən Fiko?"

"Qız belə ruha bənzəyir. Mən ruhlardan qorxuram"

"Sən mənim hansı günhalarımın cavabısan?!"

"Sayım? O qədər günahların varki"

"Cəhənnəm ol, get qız ayılt!"

Fiko yanıma tərəf gəlirdi. Başa düşdüyüm tək sey mafiya olmaları idi. Filmlərindəkinə bənzəməsələrdə... Ya da hər sey pərdənin arxasında idi. Həmin oğlan yanıma çatdığında, gözlərimi yumdum. Əlin çiynimə toxunurub "Hey oyan, oyanmasan üstünə soyuq su tökəcəm" dedi. Ürəyi gedən adama belə təhtid?

"Sərdar bu məni eşitmir. Üstünə su tökəcəm deyirəm, ayılmır yenə" dedi Fiko.

"O səni eşitmirsə, üstünə su tökəcəyini necə bilsin?! Malsan sən?"

"Bəxtimi sınayım dedim də!"

"Hay mən sənin bəxtinə!"

"Yaxşı əsəbləşmə. Bəxtimi bir daha sınayacam"

Yenidən çiynimə toxundu. Alınmadığını görüb, üzümə düşən saçlarımı qulaq ardıma verdiyində, qəfildən gözlərimi açdım. Gözlərimib açılması ilə "Bismillah!" deyib geriyə getdi. Və o an Sərdar ilə göz - gözə gəldik. Sərt baxışlı adam...

Aram - aram yanıma yaxınlaşdıqca, Fiko əlini ürəyinin üstünə qoyub "Az qalsın ürəyim ayaqlarımın altına düşmüşdü. Adam ayılanda xəbər edər!" dedi. Necə beyinə sahib idi ilahi?!
Ətrafa göz gəzdirdim. Tərk edilmiş bir yerə bənzəyirdi. Məndən bir az aralıda odun qalanmışdı. Ətrafda bir neçə taxtandan hazırlanmış stol vardı. Sərdar tamda o stollardan birin əlinə alıb, mənim qarşıma keçdi. Stola oturub, göz altı şəkildə məni incələməyə başladı. Burda niyə olduğumu, başa düşməyə başlamışdım...

Üzünə məni ələ salmış kimi bir gülüş gətirib "Aydının gözəlçəsi sən imişsən" dedi.

"Sən kimsən?!"

"Mən Sərdar. Digər adım ilə Qara"

"Məndən nə istəyirsən!"

"Pələngə dönmə. Mən pələngləri sevmərəm"

"Sən Aydını bu bataqlığa salan adamsan?!"

"Bataqlıq deməyək, xətirmə dəyər onda. Hər kəs öz cəzasın alır deyək biz buna. Sənin Aydınında bu işin içinə daxil"

"Sənin məni bura gətirməkdə məqsədin nədi"

"Gözünüzü qorxutmaq. Necədə açıq sözlüyəm mən" deyərək güldü. Mənə indi hər sey daha çox aydın oldu. Qarşımdaki şəxs Aydını bu bataqlığa sürükləyən adam idi. Məni qaçırdanda onlar sayılırdı. Yanımızda dayanan Fikoda onun adamı idi. Ayağa qalxdı. Məni başdan aşağı süzüb "Bu hələ fragmentdi"dedi. Mən qorxmalı idim? Qorxsamda bunu ona bildirmək fikirim hec yox idi. Bəlkədə, məni indi öldürəcəkdi. Öləcəkdim mən? Ölüm bu qədər asand bir sey idi?

"İndi düşünürsənki, filmlərdə belə olmur. Mafiyalar bir kəskin alət qızdırıb, onu adamın ya qoluna ya da üzünə basdırırki, həmin adama bir xatirə qalsın" dedi

Göz bəbəklərim sözümə baxmadan böyüdü. Dediyini etməzdi hər halda...

"Bu filmdən olan bir parça gələn dəfəyə qalsın. İndi işim çoxdu getməliyəm" deyərək tam yanıma gəldi. İşarət barmağını alınımın ortasına basdıra - basdıra, "Amma bunu o boş başına yerit. Borc ödəmək ilə bu işin içindən çıxmaq olmaz. Bu işin içinə girənin tək çıxış yolu ölümdü" dedi. Başımı sağ tərəfə çevirib onun alınıma dəyən barmağından canımı qutardım.
Bu hərəkətimə qarşılıq əli ilə çənəmdən möhkəmcə tutdu. Gözlərindəki qəzəb hissi, içimi titrətdi. Mən qorxmuşdum... Onunla başa çıxa bilərdim? Ya qorxunun əcələ bir faydası yox idisə? Ona gözlərinə inad, dik - dik ona baxmağa başladım. Bu onun xoşuna getmirdi...
Çünki, çənəmi daha möhkəm sıxmağa başlamışdı. "Bizdə qadına şiddət olmaz. Amma sən insanı buna məcbur edirsən. Səni indi burda, bu dəqiqə elə itirərəmki, hec izin tozunda qalmaz. Amma etmirəm. Niyə? Çünki, ürəyim əyləncə istəyir. Siz kimi acizlərlər əylənmək xoşuma gedəcək" dedi, əlini çənəmdən çəkərək. Əlimi sıxdığı çənəmə toxundurdum. Heyvan idi!

"Fiko sən özün geri qalanın həll et. Mən gedirəm" dedi

Onun gedişini, qapıdan çıxışını izlədim. Bir insanı əzmək necədə asand bir sey imiş. Bu yerlatı dünyanı hec sevmədim mən...

"Qalx ayağa. Səni evinə aparım" dedi

"Qəbul etməsəm necə?"

"İstəsən Sərdarı geri çağıra bilərəm"

"Off! Sizin getdiyiniz yol, yol deyil biləsən!"

"Özünü ağıllı kimi göstərmə. Düş qabağıma!"

Başqa yolum ya da bir seçənəyim yox idi. Məcbur olub dediyini qəbul etdim. Maşına minib yola düşdük. Səssizcə yola davam edirdik. Fikonun baxışları isə ara - sıra mənim üstümdə gəzinirdi. Az əvvəl ki olan qorxu indi üzə çıxırdı. Dizlərim sözümə baxmırdı. Əsirdi...
"Hey bu maşın, meyid daşıyan maşın deyile. Bir az üzün gülsün" dedi gülərək. Ona sərt - sərt baxdım. Gülüşünü üzündən silib "Əslində meyiddə daşımışam bu maşında. Yəni sən otur dua elə ki, evinə sağlam gedirsən. Meydini aparmıram" dedi. Normal idi bu oğlan? Bax bu vəziyyətimdə onun normallığın niyə sorğulayırdım?!

"Nə etməliyəm?! Məni qaçırdıb, təhtid edən insanla oturub gülməliyəm?!" dedim

"Ncc. Gülmək olmaz. Gülmək bizim işlərə tərsdi"

"Bax səndə gəncsən. Görünür sənidə yanında güclə tutub saxlayıb. Yol yaxınkən gəl, dön bu yoldan"

"Özün dedin? Kimsə kömək etmədiki?"

"Polisə getmək olar!"

"Gedin"

"Həqiqətən getmək olar?"

"Olar. Sizə polisə gedin, Sərdarda sonra sizin dərinizi üzsün. Həmin dəriləri bəslədiyi şir - pələngə versin. Necə fikirdi səncə?"

Mən ağılsızca niyə danışmışdım? Susdum... Susmaq lazım idi. Susmasaydım özüm öz sonumu gətirmiş olacaqdım.

Bir az daha yol getdikdən sonra evə çatmışdıq. Evin ünvanına qədər bilirdilər... İş həqiqətən ciddi imiş kimi görünürdü. Bu gün məni qaçırdan insan, sabah çox sey edə bilərdi. Mən, mən nə edəcəkdim? Evdəkilərə bunu deyə biləcəkdim?

Maşını saxladığında son dəfə onun üzünə baxdım. Oda özünə yazıq etmişdi... Çox gənc görünürdü. Hələ yolun başında idi. Özünə bunu niyə etmişdi?

Ona baxdığımı görüb "Maşından aşağı düşəcəksən? Yoxsa xüsusi kömək lazımdı? Ah, ya da sən gözləyirsənki düşüm qapını özüm açım?" dedi. Sualları beynimi yandırmışdı...
Çantamı əlimdə bərk tutub, qapını açaraq aşağı düşdüm. Bu gecə canımı qutara bilmişdim. Sonraki gecələrin necə olduğunu bilmədən...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4239
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri