Ağ Kəpənək (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 898
Səs ver:
(səs: 0)
Evə gəlmişdim. Hamısı çox qorxmuşdu. Niyə gec gəldiyimi soruşmuşdular. Hətda telefonuma neçə dəfə zəng ediblər. Bu gün yaşadığım bu hadisəni onlardan gizlətdim. Bilirdim, göz görə - görə səhv edirdim. Ancaq bunu onlara deyib onları qorxutmaq istəmirdim. Üstəgəl Aydının buna görə özünü günahkar hesab edməsinə dayana bilməzdim. İş gec bitdi, deyib aradan çıxmağa çalışdım. İnanıb inanmaqları onlara qalmışdı. Hec nə olmamış kimi davranmağa çalışırdım. Amma kənardan bir ruha bənzədiyimi bilirdim. Ev yasa bürünmüşdü...
Bəlkə, bu gün bu evə meydim gəlməmişdi. Ancaq digər günlərdə nə olacağın bilmirdim. Mən güclü idim hə? Fədakar Lena...
Qonaq otağında idik. Televizor yanırdı. Serial izləyirdik. Gözümüz televizorda olsada, ağılımızda başqa bir seylər vardı. Mən Akiflə yerə oturub, kürəyimizi divana yaslamışdıq. Başımı Akifin çiyninə qoyub, gözümü hec çəkmədən televizora baxırdım. Özümü yox kimi hiss edirdim. Sanki, məni yox etmişdilər...
Hisslərimi nəylə ifadə edim? İnsan özünə görə qorxmurki... İnsan çox sevdikləri üçün qorxur. Bu qorxunum digərlərinin başına gəlməsini istəməzdim. Bu fikirlər ilə Akifə daha çox sığındım. Dönüb mənə baxdığında "Yaxşısan?" dedi. Gözümü yumub açdım, yaxşıyam deyərmişcəsinə. Yaxşı deyildim... Hiss edin...
"Bir az yuxum gəlir. Mən ən yaxşısı gedim yatım" deyərək ayağa qalxdım.

"Gecəniz xeirə mənim sevimli ailəm" dedim

"Bizdən qaçırsan Lena?" deyə Sabir danışdığında, dayandım. Onlara bir sey bəlli etmək istəmirdim.

"Bu gün işdə çox yorulmuşam. Yatmaq istəmək mənim haqqım deyilmi?" dedim

"Bu gün qəribəsən. Bədənin burda, ağılın başqa yerdədi sanki"

"Sənə elə gəlib qıvırcığım"

"Dəqiq olsun"

"Dəqiqdi" deyib, hec nədən şühbələnməsinlər deyə saçların qarışdırdım. Qızlarada göz vurub, otağıma keçdim. Aydın səssiz qalmışdı. Arxamca gəlməsini hec istəmədiyimdən otağın işığını söndürdüm. Yastığıma yenicə baş qoyarkən, otağın qapısı açıldı. Başımı qaldırıb qapıya baxdığımda, mənə tərəf irəlləyən Aydını gördüm. Onu necədə yaxşı tanıyırdım.
"Gün işığım, özünü otağa niyə kilitləyib?" deyərək çarpayımın küncünə oturdu.

"Sadecə yorğunam..." dedim

"Bu yorğunluq mənə xoş gəlmədi"

"Aydın məndə insanam. Yorula bilmərəm?"

"Mənə görə beləsən hə? Məni fikirləşməkdən gülüşün soldu. Mən sənin gülüşünü soldurdum"

"Belə fikirləşmə! Mənim üzümü yeganə güldürən insan sənsən"

Dərindən nəfəs aldı. Bir insan birinin nəfəs almasını hec sevərdimi? Mən sevirdim...
Alıb verdiyi hər nəfəsi sevirdim. Nəfəsin nə qədər qiymətli bir sey olduğunu indi başa düşmüşdüm. Bir əlini dizinə toxundurub "O gün icazə verməmişdin, saçlarını oxşamağa... İndi icazə verərsən?" dedi. Buna ehtiyyacım vardı... Yox da deməyəcəkdim... Yorğanımın altından çıxıb ona tərəfə gəldim. Başımı dizinə yaslayıb gözüm yumdum. Üstümü yorğanımın küncü ilə örtüb, əlini saçlarıma toxundurdu. Hər toxunuşuna, içim getdi...

"Məndə çox yorulmuşam... Bu yorğunluq keçmir. İstəyirəmki, yaşadığım hər seyin yuxu olsun. İstəyirəmki, sənə gözəl həyat bəxş edim. Yanımda hər zaman sən ol. Yanında hər zaman mən olum... Uzaq bir yerə gedək. Sadecə sən və mən... Sən mənlə gedərsən?" dedi

Hec düşünmədən "Gedərəm" deyə pıçıldadım.
Gülüş səsi qulağıma yayıldı. Gözü bağlı şəkildə, güldüyünü hiss etməkdə ayrı bir hiss imiş.
"Ancaq mən səni özümlə bərabər bataqlığa sürükləyirəm. Bu da bizim reallığımız olsun" dedi, bitgin səsi ilə. Realist olmaq lazım idi. Gözlərimi açdım. Sağ tərəf üstə uzandığımdan, üzü ona tərəf çevrildim. Ona baxmağım ilə, əlini saçlarımın ucunda saxladı.

"Mən səninlə batmağada razıyam. Hətda batmış belə ola bilərəm. Bundan qorxmuram. Məni hec nə səndən əl çəkməyə vadar edə bilməz" dedim

Yanaqlarında kiçik təbəssüm yarandı. Əlini saç uclarımdan çəkib üzümə yaxınlaşdırdı. İşarət barmağının tərsi ilə, yanağımı oxşadı. Oxşamağı kəsib dodaqlarıma tərəf endi. Baş barmağını alt dodağıma dəydirib "Sənin üçün ölərəm deməyəcəm. Mən sənin üçün yaşayacam..."dedi.
Həm toxunuşu, həm cümləsi bədənimə istilik gətirdi. Nəfəs almağı belə unutmuş ola bilərdim. Gülməyə çalışdım... Gülməyi bir az bacardım. İçimdəki şəfqət hissinə qarışmış şəhvət hissi bir biri ilə mübarizə edirdi. Mən ilk dəfə idi belə olurdum. Mən gedəcəyi üçün qorxmuşdum. Qorxu hissi digər hissləridə üzə çıxardırdı hə?

Başımı dizindən qaldırdım. Bir yalan at. Bu vəziyyətdən canını qutar Lena. Yoxsa bu işin sonu hec yaxşı yerlərə gedib çıxmayacaqdı.
"Sey... Qızlar, qızlar gələr" dedim. Tez tələsik çarpayımın başına keçib, yorğanı üstümə çəkdim. Aydın isə güldü.

"Gülmə!" dedim

"Etiraf elə ki qorxdun"

"Qorxmadım. Mən yaxın təmas sevmirəm, bilirsən"

"Yaxın təmas? Bu hec təmas belə sayılmaz. Həm sayılsa belə, illərdir səninlə beləyəm mən"

Düz demişdi. Amma bilmirəm, nədənsə bu dəfə çox fərqli hiss etmişdim. Mənə nə olurdu?!

"Aydın sənin yuxun gəlmirmi? Bəlkə çıxasan otaqdan?" dedim

"Qorxduğunu etiraf elə sonra çıxacam"

"Elə sey yoxdu. Həm mən niyə qorxmalıyam?"

"Qorxdunki, səni öpərəm"

"Hec də belə! Bizim aramızda elə sey ola bilməz"

"Ncc nccc... Mən yanağından öpməyi düşünmüşdüm. Sən işi haralara gətirdin" deyib qəh qəhə çəkdi. "Yalansa!" dedim əsəblə.
Ayağa qalxdığında yorğanımı özümə tərəf daha çox çəkdim. Mən tərəfə əyildiyində, gülüşünü kəsdi. Üzündən ciddilik axırdı. Düşünmüş kimi edib, dodaqlarını araladı. Dodaqlarının arasından "Gün işığını, qaranlığa qərq etdim deyə məni bağışla... Onu yenidən aydınlatmaq üçün əlimdən gələn hər seyi edəcəm" töküldü. Nəfəsini üzümə vurub dodaqlarını alınıma yaxınlaşdırdı. Tam alınımın ortasından öpdü. Dodaqlarının istisini alınımdan çəkmədən "Gecən xeyirə qalsın, Lenam. Bir gün günəş bizim üçündə doğacaq" dedi. Gözümü yuma bilməklə kifayətləndim. Onun bu gözəl yanaşmasını, əvəz edəcək bir kəliməm yox idi. Təkrar alınımda bir öpüş hiss etdim. Saniyələrdən sonra gözlərimi açdığımda yanımda olmadığını gördüm. Qapıya tərəf getməkdə idi. Qapını açıb getdiyində, başımı yastığa qoydum. Ürəyim, mədəm hamısı bir birinə qarışmışdı. Deyirlər ha, mədəmdə kəpənəklər uçuşur. Hə, bax məndə elə idim indi. Amma mən kəpənəkləri sevməzdim. Uşaqlığımızda kəpənəklərin gözəlliyini görüb sevinərdim. Aydınada 'Kəpənəyim' deyərdim. Ona hər kəpənək dedikcə özümü xoşbəxt hiss edərdim. Bu Aydınında xoşuna gedərdi. Lakin, günlərim bir günündə Akifdən öyrəndimki kəpənəklərin ömürü bir gün olur. Kəpənəklər ölür... Bunu bildiyimdə Aydına bir daha elə deməmək qərarına gəldim. Amma bilirsiz başqa nə öyrənmişdim? Aydın kəpənəklərin ömrünün qısa olduğunu bilirmiş. Ona mən elə səsləndiyim üçün, mənə bu həqiqəti demirmiş. Uşaq ağılı ilə belə məni düşünərmiş. Bəs indi? İndi nəyə görə, ömrünü kəpənəklərə bənzətməyə çalışır? Axı tez bitirdi, ömrü kəpənəklərin...

Bitən bu gecənin ardından, səhər açılmışdı. Mən Sabir ilə bərabər evdən çıxdım. Hər ikimizdə işə gedirdik. Mən çəkimlərə, O isə kafeyə. Söhbətləşmək üçün yaxşı bir bəhanə idi. Yol boyu addımladıqca, səssizlikdən canım sıxılıb
"Soruşmayım, soruşmayım deyirəmdə amma soruşmadan qala bilməyəcəm. Sevda ilə barışdınız?" dedim. Sıxıntılı halda bir ah çəkdi.

"Yox. Zənglərimə cavab belə vermir" dedi

"Birdən birə bu qıza nə oldu? Bəlkə xətirinə dəymisən?"

"İnan hec nə bilmirəm. Günü gündən soyudu məndən. Uzaqlaşdı... Məndə nə olduğun bilmirəm"

"Ev ünvanın tanımırsan? Ya da işlədiyi yer. Get baş çək"

"Mənə mənim evim budu, dediyi yerə getdim. Başqası qalırmış... O məhlədə elə bir adda adam tanımadıqlarını dedilər"

Bax bu artıq mənə qəribə gəlməyə başlamışdı. Ev ünvanın niyə yalan demişdi?

"Bəlkədə xeyirlisi bu imiş..." dedim

"Özümü istifadə edilmiş kimi hiss edirəm. Həyatıma gəldi, həyatımdan getdi!"

"Başına iş falan gələ bilər?"

"Lena, sən nə qədər xarici film izləyirsən?! Elə sey ola bilməz"

"Ortaq tanışlarınız yox idimi?"

"Lena, Lenaa... O tanış falan sevməzdi. Nə qədər az adam, o qədər azadam temasından gedərdi"

"Günah özündədi! Elə qızın nəyin sevirdin. İndidə eşq acısı çəkirsən!"

Düz deyildi. Bu iş düz deyildi. Mövzuya hardan baxsaq qaranlıq yerlər görə bilərdik. Bunun film izləməyim ilə əlaqəsi yox idi. Yolun yarısında Sabir ilə yollarımızı ayırdıq. Beynimdə düşünməkdən yer qalmamışdı. Beynim yüklənmişdi. Tamami ilə dolu idi.

Bu gedişlə işə çata bilməyəcəyimi düşünüb avtobus gözləmək qərarına gəldim. Avtobus bəxtimdən çoxda dolu idi. İki oturacaqlı yerə keçib, pəncərə tərəfində oturdum. Çöldən yolu seyr etməyə başladım. Bizim sonumuz belə hara gedəcəkdi? Hec birimizin işi düz deyildi.
Yanımda hərəkətlənmə hiss etdiyimdə, çevrilib boş qalan yanıma baxdım. İndi boş deyildi. Yanıma Fiko oturmuşdu...

"Süpriz" dedi, mənə göz vurub. Gözümə görsənirdi? Gözümü yumdum. Təkrar açdığımda, getmiş olardı. Yenidən açdım. Getməmişdi... Hətda 32 dişini ağardıb mənə baxaraq gülürdü.

"Sən nə gəzirsən yanımda?" dedim

"Ürəyim avtobusa minmək istədi"

"Qalx yanımdan ayağa!"

"Səndə bu cəsarətin qaynağı hardan gəlir. Bilmək olar?"

Hər halda hamının ortasında məni öldürməzdi. Bu fikirlə ayağa qalxıb "Saxlayın" dedim. Avtobusdan aşağı düşdüm. Düşdümdə, oda arxamca düşmüşdü.

"Məndən qaçışın yoxdu" dedi

Bu iş getdikcə canımı çox sıxmağa başlamışdı.
Həmdə çox!

"Nə istəyirsən məndən?" dedim

"Gedirik"

"Mən işimə gedirəm!"

"Yumşaqca gedirik dedim. Bunun nəyin başa düşmürsən? Gərək digərləri kimi saçından sürüyüm aparım?!"

"Allah sizin bəlanızı versin!"

"Sən Allah bu gün beşinci gündü. Bəla oxuma. Beşinci günün bəlaları tutur. Artıq iş çıxartma başıma!"

"Hara gedəcəyimizi de hec olmaya. Yoxsa bəla oxumağa davam edəcəm!"

"Sərdar səni arzulayır"

Ətrafa göz gəzdirdim. Mənə kömək edəcək biriləri yox idi. Mən indi qismətimə boyun əydiyim zamanlarımda idim...

Bölüm sonu

Müəllif: GonchA
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 898
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri