Ağ Kəpənək (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 442
Səs ver:
(səs: 0)
Maşından aşağı düşdüyümüzdə, məni dünən axşamki olan yerə gətirdiyini başa düşdüm. Ətrafda başqa bir tikili yox idi. Hər yer boş idi. Gözümə sataşan sey sadecə, iki xarici maşın oldu. Markalarının nə olduğunu tam bilməsəmdə, bahalı olduqları dəqiq idi.
Fiko dəmir qapını açıb "Keç içəri" dedi. Yenə bu lənət yerə daxil olacaqdım. Bu dəfə başıma nələr gələcəkdi? İçəri addım atdım. İçəri keçməyim ilə dünən mən olduğum yerdə, yerə çöküb oturan Jaləni gördüm. Yanında Rüfət ilə Sevda vardı. Qarşısında isə Sərdar və iki adamı...

Bu görüntü qarşısında dəhşətə gəldim. Onlarıda tutmuşdu? Onların nə günahı vardı?
İrəli addım atıb yeridikcə, ayaqlarım sözümə baxmırdı. Sərdar dönüb arxaya baxdı. Məni gördüyündə "Gəl, bizdə səni gözləyirdik" dedi. Yanından düz keçib Jalənin yanına getdim. Jalənin üzündən necə qorxduğu görünürdü. Amma Rüfət və Sevdanın üzündə hec nə hiss olunmurdu. Hətda hər ikisidə qara geyinmişdi.
Jaləni özümə tərəf çəkib qucaqladım. Titrəyən səsi ilə "Bunlar kimdi? Nə istəyirlər bizdən" dedi. Ona bunlar bizim əcəlimizdi deyə bilmədim...

"Sən necə adamsan?! Mən bəs etmədim sənə? Bunları niyə tutmusan! Jalədən, Rüfətdən, Sevdadan nə istəyirsən?!" dedim, Rüfətlə Sevdaya baxarkən. Rüfət gözlərin məndən qaçırtsada, Sevda dimdik gözlərimə baxırdı. Qulağıma bir gülüş səsi gəldi. Sərdarın səsi idi bu.

"Sənin hələdə o boş beyninə daxil olmayıbki, Sevda və Rüfət mənim adamımdı?" dedi

Eşitdiyim həqiqət tüklərimi biz - biz etdi. Əsl dəhşət bu idi. Mənim hiss etdiyim hər sey düz imiş. Onlar hec də yaxşı insan deyilmişlər.

"Niyə etdiz belə bir sey! Bir insanın qəlbindən oyuncaq kimi istifadə etdiyinizdə hecmi vicdanınınız sızlamadı?!" dedim

Mən niyə boşuna danışıb, özümü yorurdum. Mən burda kim başa düşəcəkdi?

"Bizim məsələmiz bu deyil. Biz əsas məsələyə gələk. Sən dünən axşam evdə niyə hec nə deməmisən? Desəydin, Aydın üstümüzə gəlmiş olacaqdı. Demədiyin üçün bu gün bonus olaraq, bu siçana bənzəyən qızıda villamıza dəvət etdik. Hər sey öz günahındı" dedi

Jalədən ayrılıb ayağa qalxdım. Sərdarın tam qarşısına keçib, dik duruşumu pozmadan onun qarşısına keçdim. Yox, mən qorxusuz deyildim. Qorxum var idi. Amma bu qorxumu ona bəlli etsəydim, işlər daha pis olacaqdı. İndiki tək deyildim. İndi canımdan çox sevdiyim insan yanımda idi. Və Jalənin çox qorxduğuna adım kimi əmin idim. "İstəyin, nədi məndən" dedim, qorxusuzca.

"Borcunuzun bir miqdarı ödəmək üçün əlinə şans düşüb. Bizə kömək edəcəksən"

"Nə edəcəm?"

"Bizim pis işlərdən birini görəcəksən"

"Etməsəm nə olacaq"

"Etməsən arxadaki qız daha çox qorxacaq"

"Sənin məqsədin nədi hə?! Nə istəyirsənsə, məndən Aydından istə. Günahsız insanları bu söhbətə niyə qatırsan!"

"Sən şansını çox zorlayırsan. Və mən belə seyi sevmirəm!" deyə səsinin tonun qaldırdı. Dönüb arxaya baxdığımda Jalədə ayağa qalxdı. Mən tərəfə deyildə, Rüfətlə Sevda tərəfə gedib onlara baxdı.

"Sizə evimizi açmışdıq... Sizlə yeməyimizi bölüşmüşdük biz. Bizə bunu niyə etdinizki? Hamısı bu adama görə imiş? Onun kuklası olmağa dəyər?" dedi

Jalənin canı yanmasaydı, bunları deməzdi. Ağlayış səsini eşitdiyimdə, mənim canım daha çox yandı. Haqq dedikləri sey, zalımın əlində güclü idi. Bizim deyil...

"Bir azdan sənin çox sevdiyin Lenanda, bizim kimi kukla olacaq! Sən bu saf başla bu yaşa gəlib necə çatmısan hec bilmirəm!" dedi Sevda.

Daha dözə bilmirdim. Hər sey üstə - üstə gəlmişdi. Bu qədərinə dayanmağına gücüm çatmazdı.

"Jaləni buraxın getsin. Mənlə nə işiniz varsa hamısını edəcəm. O getməlidi... Burda qala bilməz" dedim

"Mənlə bazarlıq etməyi kəs!"

"Dediyin hər seyi edəcəm. Daha nəyi başa düşmək istəmirsən!" deyə, özümə mane ola bilməyib səsimin tonun yüksəyə qalırdım.
"Sənin bu qorxusuzluğun məni dəli edir!" deməsi ilə, əllərini saçlarıma keçirtdi. Saç uclarımı əlinə dolayıb dartamağa başladı. Dünən axşam Aydının oxşadığı saclarım, indi tel dibinə qədər ağrıdan qıvrılırdı. Sənə nifrət edirəm, Sərdar... Sən ən böyük nifrəti haqq edirsən!

"Səsinin tonuna diqqət elə! Yoxsa gələn dəfə yolmağa saçın belə olmayacaq!" deyərək əlini saçımdan çəkib məni yerə itələdi. Üzü üstə yerə dəydim. Jalə əlimdən tutub üzümə baxdığında, ona gülümsədim. Oysa, sac diblərimin ağrısından özümə yer tapa bilmirdim.

"Fiko, Amil ilə sən bu qızların başının üstündə qal. Vaxtı çatanda sənə zəng edəcəm. Qorxusuz qızı yanıma gətirərsən. Digər qalanları mənlə gedir" dedi

Getdilər... Getməkləri ilə Amil adında olan oğlan bizi bir küncə gətirib hər iki əlimizi qarşıya gətirərək, biləngimizdən möhkəmdən sıxıb bağladı. Mənim əlim bu qədər incidirdisə, Jalənində əli inciyirdi. Acısına dözə bilmədiyini gözlərindən görürdüm. Gözlərindən yaşlar yanağına bir - bir axmağa başladı.Jalə ağladığında dayanmırdı. Hələki, bu vəziyyətində hec dayanacağını düşünmürdüm.

"Jaləm, gözəlim ağlama. Hər sey düzələcək. Sən axşama çıxıb evə gedəcəksən" dedim

"Sən? Sənə nə olacaq? Nə vaxta qədər bizim üçün belə fədakarlıq edəcəksən. Bir azda özünü düşün, bizi deyil"

"Biz bir ailəyik. İnsan ailəsini necə düşünməsin?"

"Bizi Aydın düşünmədi... Aydın bizi bilə - bilə odun içinə atdı. Bizdə indi o odun içində yanırıq. Mən indi evimizdə, sən işində ola bilərdin. Amma indi ətrafa bax Lena. Biz hardayıq?!" dedi ağlayış səsi artaraq. Mən onun ağlamasına dözə bilmirdim. Əlimdəndə hec bir sey gəlmirdi. Mən hec bu qədər çarəsiz olmamışdım...

Fiko onları yola salmaq üçün çölə çıxmışdı. İndi içərdə idi. Jalənin ağlamaq səsi onu bezdirmişdi.

"Lena bu qızın səsini kəs! Həyatda ən nifrət etdiyim sey ağlamaq səsidi!" dedi

Kəsə bilməyəcəkdim... Bu əllər bağılı olarkən, mən hec nə edə bilməzdim. Həm Jalədə susmağa niyyətli görünmürdü. Jalə isə sanki acığa daha möhkəmdən ağlamağa başladı. Fiko əlini saçlarıma keçirib "Sus! Sus daha! Uşaq kimi nə ağlayırsan!" dedi. Jalə ağlamasını azca dindirib, iç çəkdi. Ona yaşlı gözləri ilə baxdı. Fiko bu baxışları görüb onun yanına gələrək aşağı çökdü.

"Nə? Niyə elə baxırsan indi" dedi

Jalə bu sözü gözləyirmiş kimi, yenidən ağladı. Onun ağlamaq krizi tutmuşdu... "Ağlamağa davam etsən, ağızını bağlayacam!" dediyində, daha çox sakit qala bilmədim bu görüntüyə
"Onun ağlamaq krizi var. Ağladığında susmur. Gözüdə hec nəyi görmür" dedim

"Ee? Bəs indi bu axşama qədər belə ağlayacaq? Mən məcburam onun ciy - ciy səsini çəkməyə?!"

"Xoş danışsan, bəlkə susar"

"Xoş danışmaq? İşim gücüm qutarıb, ağlayan qızın oturub nazın çəkəcəm? Nə edirsən et, bu qızı sakitləşdir!"

"Onu yalnız şokalad sakitləşdirə bilir..." dedim son çarəni bu olaraq görüb. Akif hər zaman belə olanda ona şokalad alardı. Oda şokaladı yeyib sakitləşərdi.

"Amil get ən yaxın marketlərdən birinə. Nə qədər şokalad var hamısını al gətir. Tez ol!" dedi

Həqiqətən şokalad aldırırdı... Amilin getməsi ilə Jalənin ağlamaq üzünə yapışan saçlarını qulaq ardına verməyə başlayıb "Bax balaca indi şokaladın gələcək. Hec olmaya şokalad gələnə qədər ağlama" dedi

"Yeməyəcəm!"

"Başına silah dayasam necə? Onda da yeməyəcəksən?!"

"Çox adisən!"

"Şərəfsizdə de tam olsun"

"Şərəfsizsən!"

"Vallah sizin bu cəsarətiniz mənim gözlərimi yaşardır. Deyəsən, məndə sənə qoşulub ağlamalı olacam"

"Mənim niyə ağladığımı bilirsən?"

"Qorxduğun üçün"

"Yox! Əlim... Əlim çox möhkəm bağlanıb. Ağrıdır..." dedi. Ah, mənim gözəlim...
"Neçə saatdı bunu niyə demirsən? Dilin yoxdu sənin?!" deyə, Fiko hirslə danışıb Jalənin biləyinə bağlanmış ipi açmağa başladı. Bu sırada Amildə içəri gəldi. Dediyi kimi marketdə hec bir şokaladı qoymamışdı. Fiko ipi açıb, Jalənin qızarmış biləylərinə baxdı. Nə qədər sıxmışdısa...

Amil "Aldım" deyib Fikonun yanına gəldiyində, Fiko sərt - sərt ona baxıb "Zəhər aldın! Dərd aldın! Heyvan! Qızın qolun nə qədər sıxmısan! Mən neçə saatdı buna görə, bu qızın ağlamaq səsinə məruz qalmışam! İtin biri it!" dedi. Əlin atıb şokaladlardan birini əlinə alaraq açıb Jaləyə uzatdı. Jalə isə şokaladı almayıb mən tərəfə çöndü. Fiko dərindən nəfəs alıb "İndi nə? İndi nə, maniyə qaldı?!" dedi

"Lena... Lenanında ipin açın"

"Başqa əmrin?!"

"Başqa hec nə... Açmasan ağlayacam yenə"

"Təmiz zibilin içinə düşmüşəm bu dəfə. Təmiz zibildəyəm ha!"

"Zibil özünsən!

"Sizə zibil demədim mən! Düşdüyüm bu vəziyyətə dedim! Amil Lenanında əllərin aç"

"Amma Sərdar bəy əllərinin bağlı olmasını dedi. Açmaq olmaz" dedi Amil.

"Sərdar var burda? Sərdar bizi güdür nə etdiyimizi? Aç deyirəmsə, aç! Qaçacaq halları yoxdu"

Açmışdı. Mənimdə əlimi açmışdı. Əlimin ipi açılar açılmaz Jaləni qucaqlamışdım. Saatlar beləcə keçmişdi. Amilin gözü Jalənin üstündə idi. Baxışını hec sevməmişdim. Jalə isə şokaladlarını yeməklə məşğul idi. Az sonra nə olacağını bilmirdim. Mən Fiko ilə gedəcəkdim. İşim bitənə qədər Jalə burda qalacaqdı. İşimin nə olduğunu belə bilmirdim. Sevda ilə Rüfətin Sərdarın adamın çıxdığı düşüncəsi ağılıma oturmuşdu. Sabirin qırıq ürəyi bir daha yenə qırılırdı. Həyat bizi valideyinsiz qoyaraq ən böyük zərbəsini vurmuşdu. Birdə üstünə bu gəlmişdi. Necə dayancaqdı Sabir bu vəziyyətə?

***
Vaxt gəlib çatmışdı. Fiko ilə məkandan çıxıb maşınına mindik. İçim içimi yeyirdi... Jalə tək qalmışdı. Maşını işə saldığında "Sey..." deyib susdum.

"Sözünü de" dedi

"Jalə tək qaldı"

"Tək deyil, Amil ilədi"

"Məndə ondan qorxuram"

"Beynində nə düşünmüsən?"

"Amilin baxları baxış deyildi... Jalə qorxar ondan"

"Mənə nə?"

"Hiss edirəm, içində bir yerlərdə səndə mərhəmət hissi qalıb. Xahiş edirəm səndən, hətda yalvarıram Jaləni O, oğlan ilə tək qoyma"

Əlini rola möhkəmcə çırpıb maşından aşağı düşdü. Onun düşməsi ilə məndə aşağı düşdüm.
"Düş qabağıma!" dedi. İndi içimə rahatlıq çökdü. Dəmir qapını özüm itələyərək içəri keçdim. İçəri keçdiyimdə Amili Jalənin üstündə görməyim ilə, bütün bədənim titrədi. Ya Fiko geri qayıtmasa idi? Ya mən, bu baxışları vaxtında tuta bilməsəydim? Bizim başımıza daha nə gələcəkdi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri