Ağ Kəpənək (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 298
Səs ver:
(səs: 0)
Mən bu görüntü qarşısında donub qalarkən, Fiko məndən cəld davranıb sürətlə onlara tərəf getdi. Amilin əli ayağı dolaşığa düşürmüş kimi, tez ayağa qalxdı. Fiko onun yanına çatar çatmaz onun üzünə bir yumruq atdı. Mən burda qalıb nəyə tamaşa edirdim?

Mən Jalənin yanına gedib onu ayağa qaldıraraq qucaqladım. Gözündən yaşlar yağış kimi tökülürdü. Kəkələyərək "Çox qorxdum..." dediyində onu özümə tərəf daha möhkəm sıxıb bağrıma basdım. Sanki, onu gizlətmək istəyirmiş kimi...

Fiko isə Amilin üstünə gedib ona zərbələr indirərək "Sən sənə əmanət edilən qızın başına oyun açırsan?!" dedi. Təkrar onun dizinə təpiklər atıb "Al, buda sənə oyun! Əclaf!" dedi.
Amil yerdə güclə nəfəs alıb danışaraq "Məən, mən əlinə ip bağlamaq istədim. Günahım yoxdu" dedi. Fiko atacağı təpiyi saxlayıb, boynun sağa sola çevirdi. Hər halda inanmazdı belə yalana. İnanılacaq kimi deyildi.
Yerdə yatan Amilə tərəf əyilib, əlini Amilin saclarına keçirtdi. Amilin dilindəki 'aa' nidaları ətrafı bürüyərkən, sacının arxasından dartıb bir göz qırpında alının möhkəmcə yerə vurdu.
Onu itələyib ayağa qalxdığında dəhşət sacan gözlərim ilə ona baxdım. Gülürdü, danışırdı, amma indi hec acımadan belə etməsi, onun həqiqətən bir mafiya olduğunu göstərirdi.
Baxışlarımız bir biri ilə kəsişdiyində "Qız necədi?" dedi. Jalənin ağlaması dinmişdi.
Məndən azca ayrılıb başını qaldıraraq, Fikoya baxdı.

"Məni burda tək qoymadığın üçün çox sağ ol" dedi

Fiko bu sözü eşitməmiş kimi edib, başını salladı. Yerdə olan ipi əlinə aldı. İlk əvvəl Amilin əllərini möhkəmcə bağladı. Sonra isə ayaqlarınada ip keçirtdi. Amil isə yerdə ağrılardan qıvrılırdı.

"Sənin işinə sonra baxacam. Dua elə mən gələnə qədər özün öz işini bitirmiş ol! Mənim yanımda sənin kimi köpəklərə yer yoxdu!" dedi

İşi bitdikdən sonra daha nə edəcəkdi ona? Başının zərbəsi ona bəs edərdi...
Jalədə biz gəlmişdi. O arxa oturacaqda oturmuşdu. Mən isə qarşıda. Yol boyu Fikonun bir gözü arxada qalmışdı. Özü isə çox fikirli, bir o qədərdə əsəbi görsənirdi. Deyib gülən üzündən zəhər yağırdı desəm yeri idi.
"Lənət!" deyə dilinin altından kiçik fısıltı çıxdı. Ürəyində danışdığı mənə məlum oldu.

"İçinə atma" deyə səssizliyi pozdum.

"Kaş onu orda öldürəydim. Amma siz vardınız! Sizə görə hec nə edə bilmədim"

"O etmədiyim halın idi?"

"İşini bitirməli idim onun"

"İçindən bir canavar çıxdı"

"Qorx məndən" dediyində, arxadan Jalə "Biz hara gedirik?" dedi

"Lazım olan yerə" deyə Fiko onu cavabladı.

"Haradı ora"

"Gedəndə görəcəksən"

"Niyə bizə bunu edirsiz?"

"Bizə nə deyilirsə onuda edirik"

"Allah sizin bəlanızı niyə vermir görəsən?!"

"Off! Buda bəla oxuyur! Bax sizin bu bəla oxumağınıza görə başımıza bu gün, bu iş gəldi. Durduq yerə başıma iş çıxdı. Əsəbləşdim! İndi bütün gecə qalacam öz özümə danışa - danışa! Oxumayın bəla falan! Yox əgərki, bir seylər oxumaq istəyirsinizə, fatiha falan oxuyun. Etiyyacınız olacaq!"

"İnsallah sizin fatihanızı oxumaq mənə qismət olar!"

Jalənin bu sözünü özüm belə yadırğadım. Bizim Jalədən belə söz. Yazdım bunu bir kənara.

"Mən alman dilində danışıram? Oxuma bu gün bəla oxuma! Danışma. Yoxsa dilini kəsəcəm sənin!" dedi

Jalə qollarını sinəsində birləşdirib, dodaqlarını büzdükdə mən öz reallığıma qayıtdım. Biz həqiqətən hara gedirdik? Nə işi görəcəkdim mən?

Saatlar sonrasında bir villanın qarşısında dayandıq. Fikonun arxasıyca getmək məcburiyyətində qaldıq. Evə giriş etdiyimizdə, Jalə qolumdan tutub mənə sığındı. Bura hara idi?

Böyük qonaq otağının ortasında Sərdarı gördüm. Ətrafında da bizim yaşlarda bir neçə qız və oğlanı. Onunla göz gözə gəldik. Dodaqlarının kənarı azca qıvrılırdı.
"Digər qızı niyə gətirmisən" deyə, Jaləni baxışları ilə işarət etdi.

"Amil korladı işləri" dedi Fiko.

"Həll etdin işini?"

"Sayılar"

"Gərək ordaca vurub öldürəydin"

"Qızlar vardı"

Nə danışırdı bunlar? Bir adam öldürməkdən bəhs edirdilər... Ki, Amili məndə öldürə bilərdim. Amma çox rahatlıqla danışırdılar. Sərdar digər uşaqlara "Siz dağılışın. Evədə saat 3 dən tez gəlməyin" dedi. Yenə hec nə başa düşmədim. Onlar yanımızdan keçib getdiklərində "Nə istəyirsən bizdən?" dedim.
"Çox sadə bir sey" dedi, qarşıma keçib.

"Nə edəcəm mən"

"Satacaqsan"

"Nəyi?"

"Bağçamda yaxşı güllərim var. Onu satışa çıxardarsan. Nəyi olacaq, beyinsiz! Mal satacaqsan səndə hamı kimi"

"Mən elə sey bacarmaram!"

"Öyrəncəksən"

"Bunu etmək məcburiyyətində deyiləm! Borcunun yarı hissəsini ödəmişik. Geri qalanında ödəcəyik. Sən bizdən nə istəyirsən axı? Bizi bu pis işə niyə sürükləyirsən?!"

Mən qəzəblənmişdim. Onda isə böyük rahatlıq vardı.

"Sən görmürsənki, bu iş artıq borc işi deyil. Bir prinsip məsəlinə çevirilib. Zöqv alıram. Zövq üçün edirəm" dedi

Səhb bir hərəkət etməyim deyə dişimi sıxdım. Sadecə bununla fikayətlənə bildim. Bizim çıxış yolumuz hec yox idi.

"Afərim yola gələcəyini bilirdim. İndi bu qız mənlə qalır. Sən isə Fiko ilə işini görməyə gedəcəksən. İşin nə qədər tez bitsə bu qızıda əlimdən o qədər tez alacaqsan. Sənə kiçik bir yaxşılıqda edirəm. Səni Aydının yanına göndərəcəm. Bərabər gülə - oynaya həll edərsiz işinizi" dedi

Bu iş necə olurdu hec bilmirdimki... Hələ Aydınla bərabər. Aydının yanında...
Bu vaxta qədər bizdən xəbər ala bilməmişdilər. Dəliyə döndükləri dəqiq idi. Hər nə iş idisə, tez bitməsini istəyirdim. Jalə üçün... Jalə üçün, bunu etməli idim.

"Sənə nifrət edirəm... Məni belə çıxılmaz vəziyyət qarşısında qoyduğun üçün!" dedim

"Fiko mənə nifrət edən qızı apar, işinə" dedi

Bir gün bu əsarət bitərdi... Bitəcəyi günə qədər dözməyə məcbur idim. Jaləni qucaqlayıb, üzündən öpərək ondan ayrıldım. Fiko ilə bərabər daha bir yola çıxdıq. Yolun sonunda Aydına qovuşacaqdım...

Yol getdikcə nə edəcəyimi mənə başa salmışdı. Üstümə qramla mal yığılacaqdı. Məndə yol kənarında bir yerdə dayancaqdım. İstifadə edənlər özü yaxınlaşıb alacaqdı. Aşağı pula razılaşmaq olmayacaqdı. Təkcə yuxarı qiymətə satılacaqdı. İşin qəribə yanı, buna razılıq verməyən alıcalar olanda dava düşürmüş. Hətda yerdən uzaqlaşaraq, anonim olub polisə yerimizi bəlli edənlərdə olurmuş. Filmdən gördüyüm bu səhnəni, indi özüm yaşayacaqdım. Məni qəribə həyəcan basmışdı...

Hec bilmədiyim bir yola gəlib çatmışdıq. Maşını dayandırıb "Mənim işim burda bitir. İndi aşağı düşürsən. Qarşıda dayanan qırmızı rəngdə olan maşına minirsən. Orda sənə əmanəti verəcəklər. Kapşonkanın papağını başına keçirt. Malıda onun cibinə yerləşdir. Şalvarının cibinə hec nə yerləşdirmə. Çıxardıb edəndə yerə düşə bilər. Ehtiyyatlı ol" dedi. Bitmirdi... Bitmək bilmirdi, bu qayda qanunlar...

Dediyi kimi edib aşağı düşdüm. Qırmızı maşına tərəf yaxınlaşdıb. Pəncərəni döydüyümdə, maşının qapısı açıldı. Maşına mindim. Dönüb yanımdakı adama baxdığımda, həmin adamın Rüfət olduğun gördüm. "Sə - ənn" deyib içimdəki təcübü basdırmağa çalışdım. Olmadı...
Bu bir təcübdə deyildi. Təsüf hissi idi. Onun bizim aramıza göndərilən biri olduğunu bilirdim.

"Mən belə olsun istəməmişdim" dedi

"Qurban getdin səndə?"

"İlk vaxtda sizin aranıza qatılmağa peşman deyildim. Ay keçdikcə sizin necə yaxşı insanlar olduğunuzu gördüm. İçdən içə peşman oldum. Amma bizim işdə peşmançılıq hissinə yer yoxdu. O gün əmr gəldiki, sizə hər seyi deyim və aradan çıxım. Məndə etdim"

"Hec kimə əsəbləşə bilmirəm... Sərdar güclüdü deyə biz ona boyun əymək məcburiyyətindəyik. Kaş hər sey biziç xeyirimizə olsaydı. Onum hecmi zəif nöqtəsi yoxdu"

"Hamı kimi onunda zəif nöqtəsi var"

"Nədi?"

"Bunu sənə deyəcəyimi düşünürsən? İşini görməlisən Lena. Aydında çox uzaqda deyil. Buralıqda bir yerdə olmalıdı"

Bir gün sənin zəif nötqənin nə olduğunu tapacaqdım. Biz onda zülüm görmək məcburiyyətində qalmayacaqdıq. Rüfətlə aranı yenidən soyuq tutub, malı olan təhvil olaraq maşından aşağı düşdüm. Düz gedəcəkmişəm...
Yolun kənarı ilə getməyə başladım. Ətraf qaranlıq idi. Bu yoldan sadecə arada sırada maşınlar keçirdi. Yolun kınarında ara - sıra küçə lampaları yerləşmişdi. Və o lampaların birində bir adam vardı. Yaxınlaşdıqca Aydın olduğunu başa düşdüm. Burda Aydın ilə üz üzə gəlmək, hec də yaxşı bir sey deyildi. Amma indi ən az onun qədər məcburiyyət hissinin nə olduğunu başa düşürdüm. Hətda iliklərimə qədər hiss edirdim...

Həmin küçə lampalarına tərəf çatdığımda ayaq saxladım. Məni daha yaxından görmək üçün yanıma yaxınlaşıb, məni incələməyə başladı. Başımızın üstünə vuran lampa vardı. O məni aydın gördü. Məndə onu. "Lenam?" dedi. Səsindəki çarəsizliyi, kaş eşidə biləsiniz. Səsini eşitməmək üçün, kar olmaq istəyərdim...
"Məndə məcbur qaldım..." dedim
Gözləri doldu. Əlini yumruq edib dişlərinin arasına keçirtdi.

"Tanrı, bizə hec şans tanımır" dedi

İç çəkdi, qaranlıq göyüzünə baxıb. Məndə göyüzünə baxdım. Tanrım, gör bizi...

"Canım yanır... Canım çox pis yerdən yanır" deyib aşağı çökdü. Təsəlli edə bilmirdim. Biz bərbad gündə idik. "Aydın... Aydın" deyə bildim.
Sözümün ardı gəlmədi. Kaş, lal ola bilsəydim. Danışmaq məcburiyyətində qalmazdım.

"Ölməyəcəm demişdim. Amma yaşamaq ağır gəlir Lenam... Yaşmaq mənə ağır gəlir. Hec belə hiss etəmişdim özümü. Bu necə talehdi? Bizim valideyinlərimiz olsaydı, belə olmuş olacaqdı? Bizdə hamı kimi indi evdə ana, atamızın yanında olacaqdıq. Hər sey başqa cürə ola bilərdi..." dedi

"Valideyinlərimiz olmuş olsaydı, biz bir yerdə ola bilməyəcəydik. Bəlkədə səhər bizi məktəbə yola salan anamız, axşam işdən evə gələn atamız, başımızın üstündə bir damımız, özümüzə aid olam oyuncağımız, bacı və ya qardaşımız olmadı... Amma bunlara dəyəcək olan, sizlər varsınız. Mən sizinlə xoşbəxtəm" dedim

Nə olursa olsun, xoşbəxt idim. Onunla hər yer mənə cənnətdi deyirlər ha, bax mən o cənnəti yaşaya bilməsəmdə, onunla cəhənnəmdə belə yanmağa razı idim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri