Ağ Kəpənək (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 2796
Səs ver:
(səs: 0)
İş bitdikdən sonra pərişan halda həmin yerdən uzaqlaşmışdıq. Yolun sonunun başında bizi Fiko gözləyirdi. Jaləni yanımıza almaq üçün Sərdarın yanına gəlmişdik. Aydın Jalənin onun yanında qaldığını biləndən daha çox narahat görsənirdi. Səssiz idi. Lakin, bu səssizlik hec bir xeyir əlamət kimi görsənmirdi. Üstünə üstlük Sevda və Rüfətində əslində kim olduğunu ona demişdim. Bu isə məni çox qorxudurdu...
Az əvvəl gəldiyim yerə təkrar gəldim. Evə girməmişdik. Qapı kənarında çöldə gözləyirdik. Burdan evə getməkdə vardı. Bu gün nəhayət bitir desəmdə, bizim üçün hər sey evə gedəndə başlayırdı. Fiko evə daxil olmuşdu. Biz isə hələdə gözləyirdik. Səbrim daralırdı...
Dəqiqələr sonra qapı üzümüzə açıldı. Qarşıda Jalə arxasında isə Sərdar vardı. Jalə bizi görəcək biz tərəfə gəlib, Aydının boynuna atlayıb onu qucaqladı. Qorxduğu bəlli idi. Kim olsa qorxardı...
Aydın əlini belinə yerləşdirib, özünə tərəf sıxaraq "Keçdi, mələyim... Evə gedəcəyik indi" dedi. Bir gözüdə Sərdarın üstündə idi.
"Yaman qorxaq dostunuz var imiş" deyə Sərdar, bizi ələ salırmış kimi danışdı. Aydının Jalədən ayrılıb, onun üstünə keçmək istədiyini gördüyümdə qolundan tutub onu saxladım. Hətda Jalədə Aydının qarşısına keçib onu dayandırdı. "Eləmə Aydın. Onunda istədiyi budu. Gəl çıxaq gedək evimizə" dedi Jalə.

"Bu iş belə qalmayacaq. Bunu bilirsəndə hə? Sən mənim sevdiklərimə zərər verəcəksən, məndə sonra qədər buna dözəcəm? Bu fikiri yol yaxınkən beynindən at. Mənə nə etsəndə, bu işə sevdiklərimi cəlb etdiyin üçün, çox peşman olacaqsan"

Aydının sözlərinə Sərdarın üzündə canlanma oldu. Gah ciddi dayandı, gahda gülmək istədi. Son anda üz ifadəsi ciddi qalıb "Mən və peşman olmaq? Bir az gülünc səslənir. Mənim göz zövqümü korlamadan çıxıb gedə bilərsiz? Yoxsa sizi evimə qonaq kimi dəvət etməliyəm? Gedin məncə. Digər işlər üçün yatın. Mənə lazımsız hələ" dedi. Əyləncəsinə belə edirdi! Əyləncəsinə görə bizim həyatımızı bizə zindan edirdi! Getməyimiz üçün Aydının əlindən tutdum. Aydın isə hec tərpənmirdi. Beynindən nə keçdiyini bilmirdim. Amma biz indi getməli idik. Sərdarın gözləri bizim birləşən əli tapdı. Ona inad Aydının əlini daha möhkəm sıxıb "Gedək Aydın" dedim.


Jalədən bir qolundan tutub getmək üçün sürüklədiyində məcbur qalıb tərpəndi. Hər üçümüz bərabər əl - ələ verib çölə çıxdıq. İndi qarşımızda tək bir yol vardı. Oda evə getmək idi.

Evə gəldiyimizdə, evdəkilər bizi tapmadıqlarından dəliyə dönmüşdülər. Onlara başımıza gələnləri danışmışdıq. Ancaq Sevda və Rüfət haqqında hələki hec birimiz hec nə deməmişdik. Lakin, gizlətməyəcəkdim. Dünəni gizlətdiyim üçün Akif mənə qarşı çox əsəbi idi. Nə qədər danışsada, əsəbi keçib getmək bilirdi.
"Mənim sənə sözüm yoxdu! Dünən bizdən nə gizlətdiyinin fərqində idin? Biz nəyik bu evdə?! Bizi adam yerinə niyə qoymursan" deyib möhkəmdən danışdı. Gəldiyimizdən bəri, sənə sözüm yoxdu deyə - deyə mənə nələr deməmişdi. Mən isə haqqlı olaraq susmaqdan yana olurdum. Çünki, hamısı üstümə düşmüşdü.

"Akif bizim daha böyük məsələmiz var! Gəl onları həll edək!" dedim

"Bundan böyük nə məsələmiz ola bilər?!"

"Çətində olsa deməliyəm. Sevda ilə Rüfət, Sərdarın adamı imiş"

Daha çox uzatmadan onlara bu həqiqəti dedim. Akifə nəzər yetirmədən, Sabirə baxdım. Sabir donmuş kimi qalıb "Sevda? Ha - aansı Sevda?" deyə kəkələdi. Nə qədər Sevdamız vardıki...
O daha çox qırılmasın deyə, beynimdə nə deyəcəyimi götür qoy etdiyimdə, Əsma əlini möhkəmcə divanın küncünə vurub ayağa qalxdı.
"Bu necə zibil işdi! Ac gözünü Sabir! Sənin Sevdandı. Sənin!" dedi. Bu qədər qırıcı olmaq lazım deyildi Əsma... Yetəri qədər hər kəs qırılmışdı.

Sabir əllərini üzünə keçirtdi. Akif əlini onun çiyninə atıb onu özünə tərəf çəkdi. Və Akifin üzünədə bir ağırlıq çökdü. Rüfətlə onlarda dost idi. Rüfət bizim evimizə gəlib, çayımızı içərdi...

"Bizə bir ildi oyun hazırlayırmışlar... Kimə güvənək biz daha?" dedi Akif.

Sabir ondan ayrılmağa çalışanda Akif ona icazə verməyib "Canının necə yandığını təxmin edirəm Sabir" deyə davam etdi. Lakin, Sabir onu itələyib ayağa qalxaraq "Təxmin edə bilməzsən! Canımın necə yandığını indi bilə bilməzsən. Sevmişdim onu! Sevmişdim...!" dedi. Bəzən sevgi yetmirdi...

Evimiz bir yanğın yerinə bənzəyirdi. Hər kəsin ürəyinə bir köz düşmüşdü. Və bu yanğın bizi təhlükə altında qoyurdu. Sabirin gözləri sözünə baxmamışdı. Dolan gözlərindən yanaqlarına bir yaş süzüldüyündə, bizim yanımızda qalmayıb balkona çıxdı. Onu tək qoymaq istəsəmdə, özümlə bacara bilməyib yanına getdim. Çünki, ilk onun acısını dindirməli idim. Qapının açılma səsini eşitdiyində arxaya dönüb baxdı. Mənim gəldiyimi gördüyündə əlləri ilə gözlərini ovuşdurub silməyə çalışdı. Amma göz yaşını silməyi dayandırmırdı. Gözlərinə ziyan verirdi. Yanına gəlib əllərini gözlərindən aşağı saldım. Başımı 'olmaz' mənasında yelləyib "Bəsdi... Gözlərini çıxardacaqsan" dedim.

"Çıxsın. Mən onsuzda bir kor imişəm! Gözümü necə boyayıbsa ona inanmışam...!" dedi

Nə deyimki, içindəki acı keçsin. Nə deyimki, ağlayan göz yaşı dinsin...
Elə bir vəziyyət olurki, həmin vəziyyətdə insan hec nə deyə bilmir. İnsan bir birinin susmasından nə dediyini başa düşə bilərmi? Gəl, biz susaq... Susduqlarım mənim fəryadım olsun. Mənim özümün ayaqda dayanmağa hec bir təqatim yoxdu. Amma ailəmi ayaqda tutmaq üçün, qorxusuz görünməliyəm. Bu idi mənim ailəm...

Əlimi Sabirin ürəyinin üstünə yerləşdirdim. Boşda qalan əlim ilədə göz altlarında olan yaşları sildim. Üzünə güclədə olsa, gülümsədim.
"Hər seyin üstəsindən bərabər gələcəyik. Mənə inanırsan?" dedim, ona ümüd dolusu baxıb.

"İnanıram. Sən yanımda olduğun müddətcə mən hər seyə inanacam. Başıma dünyanın ən pis hadisəsi gəlsə belə... Bilirsən? Ürəyim az əvvəl qırılmışdı. Ürəyimin üstünə yerləşdirdiyin əlin, ürəyimi yenidən birləşdirdi" dedi

Ürəyinin üstündə olan əlimi əlinə alıb üzünə yerləşdirdi. Üzünü barmaq uclarım ilə oxşayıb, daha çox onsuzluğa dayana bilməyib onu qucaqladım. İnsan hər çətinə düşəndə sevdiyi insanlara sığınarmış. Və dünyanı qucaqlayarmış kimi, qarşısındaki insana sarılarmış...

İçəri keçdiyimizdə hamısının üzü düşmüşdü. Akiflə Jalə yan yana idi. Əsma tək kresloda oturmuşdu. Amma çox əsəbi görsənirdi. Aydın isə masa kənarında olan stolda oturub, fikirə dalmışdı. Gözümü onun üstündən hec çəkmədim. Onum fikirləri məni qorxudaqcaqdı. Dodaqlarını aralayıb gözlərini masa üstünə zillədi.

"Siz gedəcəksiz... Mən isə yarım qalan işimi həll edəcəm" dedi

"Hara gedirik? Niyə gedirik?!" deyib özümdən çıxdım.

"Getməlisiz... Burda qaldıqca zərər görəcəksiz. Başqa bir şəhərə köçün. Məndə onları polisə verəcəm. Polisə verdiyim üçündə məni tapıb öldürəcəklər. Beləcə canınız sonsuza qədər bu hadisədən qutaracaq"

"Budu şəhanə fikirin?! Sənin öz dediyini qulaqların eşidir? Bizim səni ölümə tərk edib gedəcəyimizi düşünürsən?!"

"Lena problem yaratma. Gedin... Gedin burdan uzaqlara. Yoxsa bu adamlar bizi rahat buraxmayacaq. Başqa çarəmiz yoxdu"

"Qızları göndərək. Amma mən hec yerə getməyəcəm. Sənin yanında qalacam. Səni tək qoymaram qalasan" dedi Akif. Yaxşı idi bunlar? Bu nə fikir idi?

"Siz yaxşısız?! Mən hec yerə getməyəcəm! Lazım gəlsə özüm Aydın ilə qalaram. Hətda özüm ölərəm, amma onu tək qoymaram. Kim mənlədi bu yolda?" dedim

Gözümü qızların üstünə saldım. Hər ikisidə təbəssüm edib eyni anda "Mən" dedi. Əsma ayağa qalxıb Aydının yanına gələrək əlini çiyninə atıb "Sorry Aydın. Sənin bizdən qurtuluşun yoxdu. Ölənə qədər bərabərik" dedi.
"Qucaqlaşırıq?" deyə Jalə gülərək danışıb ayağa qalxdığında "Bir olduğumuz müddətcə bu adətimiz hec vaxt bizdən əskik olmayacaq" dedim. Qollarımı açdığımda sağ qolum alta Jalə girdi. Sabirdə sol qol altıma girərəkən "Bu mənim üçün bonus qucaqlaşması olsun" dedi. Gəlməsi üçün gözüm ilə Akifi təhtid etdim. Təhtidimi almış olacaqki Əsmanın əlindən tutub mənim tərəfə sürüklədi. Bir tək qalmışdı Aydın.

"Sən nəyi gözləyirsən? Xüsusi dəvətnamə sənə?" dedim

"Məni kövrəltdiniz..." deyərək yanımıza gəlib Akif tərəfdən bizə sarıldı. Biz bir arada idik. Ümüd edirəm hər zaman belə qalardıq...

Sabahın açılması ilə sanki üstümüzdən bir yük götürülmüşdü. Aydın, bu gün bu işi həll edəcəm deyib evdən çıxmışdı. Məndə evdən çıxıb işimə getmişdim. İşə gedirdim deyəndə, mənə veriləcək bir miqdar pul vardı onu aldım. Çünki, artıq bir işim yox idi. Qovulmuşdum...
Dünən hec bir xəbər etmədən deyə ortalıqdan yoxa çıxdığımdan çəkimləri başqa bir model ilə etmişdilər. Onlar məni bir mafiya qaçırdı deyə bilməzdim...
Hər an bir yerdən Fikonun çıxacağını düşünürdüm. Qorxu ilə getmişdim hər yerə. Evdəkilərədə çölə çıxmamağlarını bildirmişdim. Bu gündən çox ehtiyyatlı olmaq lazım idi.
Telefonumun zəng səsini eşitdiyimdə, içim titrədi. Aydından xəbər gözləyirdim. Xəbərdə gəlmişdi...
Telefonu əlimə alıb zəngi açıb, telefonu qulaqlarıma tutdum. Addım atmayıb olduğum yerdə dayandım. Telefon arxasından "Etdim..." deyə Aydının səsi gəldi. Bizdə öz ədalətimizi özümüz kəsəcəkdik... Polisə getmək bizim üçün ən son addım idi. Polisə getmək bizim üçün ölüm demək idi. Biz ölüm ilə üzbəüz dayanmışdıq. Bəlkədə bizə yaraşacaq yeganə sey ölüm idi. Kəpənəyə yaraşan sey ölüm deyildimi?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri