Ağ Kəpənək (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 427
Səs ver:
(səs: 1)
13 gün Sonra

Bu gün polisə xəbər verdiyimiz günün üstündən, düz on üç gün keçirdi. On üç gün idi qarşımıza hec kim çıxmırdı. Bir az şühbəli bir vəziyyət yaranmışdı. Çünki, bu vaxta qədər bir xəbər çıxmalı idi. Bu on üç gündə Sabiri təsəlli etmişdim. Düşdüyü vəziyyətin bir təsəlli yeri olmasada. Hər birimiz tikan üstündə oturmuş kimi idik. Böyük bir səssizlik vardı. Bu səssizliyin sonunun fırtına olmasından qorxurdum. Aydın evdən səhərdən çıxan idi. Biz isə hamımız evdə idik. İş istəyirdim mən. Evdə oturmaqla ay soununu necə gətirə bilərdik? Əlimizdə də hec nə qalmamışdı. Bir tək evimiz vardı...
Gözüm evin hər küncünü, əzbərləmək istəyirmiş kimi gəzdi. Sanki, bu evə son baxışım idi. Məni baxışlarımdan sey ayıran, Akifin "Yenə nə fikirdəsən?" deməsi oldu.

"İş. İş axtarmalıyam"

"Bir müddət evdən çıxmaq olmaz. Bunu özündə yaxşı bilirsən. Bu fikirini yaddan çıxart"

"Hava ilə qidalanmırıq biz Akif. Bunun ay sonunu gətirmək var. Əlimizdə də hec nə qalmayıb"

"Sən düşünmə bunları. Mən özüm həll edəcəm. Ac saxlamaram sizi"

"Akif söhbət yemək söhbəti deyilki... Qızlar sıxılır artıq. Həmçinin məndə. İcazə ver iş axtarışına çıxım"

"Olmaz. Bu söhbəti yaddan çıxart"

"Off!" deyib qollarımı sinəmdə bağladım. Bu vəziyyət hec ürək açıcı deyildi.

"Mən gedirəm çölə. Bir - iki işim var. Gələndə səni evdə tapım. Tapmasam sənin üçün pis olacaq" dedi

Akif getdiyindən sonra bir az evdə sağa - sola getdim. Yox olmurdu... Sıxılırdım... Mətbəxdə olan qızların yanına keçdim. Qaz sobasının üstünə qızdırılması üçün yemək qoyulmuşdu. Amma evdə çörək yox idi. Jalə dodaqlarını büzüb "Çörək yoxdu" dedi.

"Gəl makoron bişirək. Yeməyi axşam yeyərik" deyə Əsma danışdı. Çörək almaq olardı.

"Mən çörək alıb gəlirəm. Məndə acam" dedim

"Akifi eşitmədin sən?" dedi Əsma

"Eşitdim. Amma mən çörək almağa çıxıram. Çörək alanda kimdi mənə nəsə edən"

"Getmə. Biz çörəksizdə idarə edərik"

"Yox Əsma. Mən sizi hec vaxt ac saxlamaram. Çörəksiz yemək yeyəndə Jalə doymur. Mən 10 dəqiqəyə gələcəm"

"Ehtiyyatlı ol Lena"

Göz qapaqlarımı qırpıb razılıq bildirdim. Hər ikisinində üzündən öpüb, evdən çölə çıxdım. Uzaq başı bir çörək alacaqdım. Bunda qorxulası bir sey yox idi. Binanın blokundan çölə çıxış etdim. İlk əvvəl ətrafa baxdım. Bu nə idi? Film havasına çox girmişdim!
Hava açıq olsada, qaralmağa tərəf gedirdi. Burda qalacağıma marketə getməyim daha düzgün olardı. Yaşadığımız yerdən bir az aralıda yerləşən böyük marketə daxil oldum. Həm çörək alacaqdım, həmdə Jalə üçün bir şokalad almağı fikirləşirdim. Pulum çatardı hər halda... Son günlər üzü gülmürdü. Evin içində hər kəs elə idi. Ancaq O, bambaşqa cür idi. Mənim gözümdə böyüməyən balaca uşaq idi O, hələdə. Şokaladların qiymətinə baxa - baxa qaldım. Qiymət tərəfdən hansını götürüm deyə düşünərkən, yanımda bir hərəkətlənmə hiss etdim. Sol yanıma baxdığımda, Fikonun 32 dişini ağardıb gülərək mənə baxdığını gördüm. Keyiflə iç çəkib "Axırki Lena..." dedi.
"Sənin nə işin var burda?!" dedim, səsimin titrəməsini ümüd etməyərək.

"Səsin titrədi. Qorxudandı?"

"Mənə hec nə edə bilməzsən! Marketdəyik"

"Mənim bir sey etməyimə ehtiyyac qalmayacaq. Özün öz ayağın ilə bizim yanımıza gələcəksən"

"Nə çərənləyirsən sən!"

"Aydın bizim əlimizdədi"

"Ya - lan, yalan deyirsən! Məni özün ilə aparmaq üçün deyirsən!"

"Aydının ölür Lena... Ölərkən onu görmək istəmirsən?"

"Səndə onlar kimi imişsən!" deyə hirslə danışdım. Mafiya, mafiya idi. Sadecə bəziləri maskalanırdı...

13 günün səssizliyinin ardından hər sey darma dağın olmuşdu. Gözümü bağlayaraq bir yola çıxmışdıq. Gəlib çatdığımızı maşının dayanmasından bildim. Qolumdan tutaraq maşından aşağı düşürdüldüm. Hec nə görmürdüm. Harda olduğumu belə bilmirdim. Yanımda sadecə Fikonun varlığını hiss edə bilirdim. Birdə ətrafda bir neçə insanın səsi qulağıma gəlirdi. Bir az yeridikdən sonra dayandıq. Əllərim bağlı deyildi. Bağlı olmasada Fiko qolumdan möhkəmcə tutmuşdu. Qapının açılma səsini eşitdim. Hələdə, nə olduğunu başa düşməmişdim.

"İrəli beş addım at. Sonra gözünü ac" dedi Fiko.

Dediyini edərək hec nə görməsəm belə irəli addım atdım. Beşinci addımımda qapının bağlanma səsi gəldi. Bağlandıqdan sonra kilitləndi...

Əllərimi gözümə gətirib, gözümə bağlanan parçanı açdım. İlk əvvəl ətrafı yaxşı görə bilmədim. Gözüm bulanıq və hec nə görmürdü. Dəqiqələrin ardından gözümü ovuşdurub qarşıma baxdım. Eni kiçik, uzunluğu isə uzun olan qapalı bir tiklinin içində idim. Başımı sağ tərəfə çevirdiyimdə, sağ künc üstündə yatan Aydını gördüm. Qanlar içində yerdə yatırdı. Sürətlə yanına qaçıb "Aydın... Aydın..." dedim. Bir baxdım ağlayıram... Onu bu vəziyyətdə belə görmək məni sağikən öldürmüşdü. Başını dizimin üstünə qoyub "Aydın aç gözünü. Aydın sən mənə söz vermişdin" dedim. Ağlamaqdan gözüm hec nəyi görmürdü. Əlimin üstündə hiss etdiyim əl ilə içim ürpəndi. Gözlərini azca aralayıb, güclə "Gözümün qarşısı qaralır Lenam... Mənim üçün işıqlar sönür" dedi. Nəfəs alıb verməsində problem vardı.

"Danışma... Hec nə danışma. Yalvarıram sənə Aydın məni sənsiz qoyma" dedim

"Madamki bu sondu. Sənə bir söz deyəcəm" deyərək gözlərini açıq tutmağa çalışdı. Diqqətlicə onun qana bulanmış üzünə baxdım. Nəfəsini dərib, nəfəsini çölə buraxdıqdan sonra "Səni sevirəm..." dedi. Bu vəziyyətdə sevgi etirafı qəlbimin ən orta yerinə oturdu. Bu vaxta qədər məni sevməsi, mənə hec bir sey deməmisi məni daha pis etdi. Son olmasını istəmirdim...

Çünki, hisslərimiz qarşılıqlı idim. Bu vaxta qədər özümə deməsəmdə, onu sevdiyimi məndə bilirdim. Sevgi olmasaydı, kim gözü bağlı ölümə getmək istəyirdi?

"Məndə səni sevirəm..." deyib onun başını sinəmə doğru tutub yasladım. Son olmasın Tanırım... Yoxsa mənim dayanmağa gücüm çatmaz. "Sən günəşsən... Mən ölsəm belə sən parılda..." dediyində ondan ayrılıb ayağa qalxdım. Hec nə etmədən əlim qolum bağlı qalaraq, onun ölməyini seyr edə bilməzdim. Mən belə bir sonu qəbul etmirdim.

Bu bizim üçün sonmuz ola bilməzdi! Qaranlıq otaqda qanlar içində, yerdə yatan Aydına baxdım. Nəfəs almaqda çətinlik çəkirdi artıq. Bəlkədə, son nəfəsin verirdi... Ağılıma mənə dediyi bir cümlə düşdü. Tez bitirdi, ömürü kəpənəklərin...

Yox, mən buna icazə verə bilməzdim. Ölə bilməzdi... Mən kəpənəyin ömrünün bir gün olmasını qəbullana bilməzdim. Mənim kəpənəyim bir gün deyil, hər gün yaşamalı idi.
Bitgin halım ilə ayağa qalxıb dəmir qapını döyməyə başladım. Əllərimi hər yumruq edib qapıya vurduqca, canım yanırdı mənim. Amma Aydın üçün dəyərdi...

"Açın bu qapını! Açın! Aydın ölür! Aydın..." deyə qışqırıraq danışdım. Məni kimsə eşidəcəkdi?!
Dayanmağa gücüm çatmadığından göz yaşım sözümə baxmadı. Həm ağlayır, həmdə qapını döyürdüm...

Dəqiqələridi çağrışıma bir səs verən olmadı. Bu qədərmi ürəksiz idin Sərdar Qarayev?!
"Aydın ölür deyirəm! Bu qapını aç Sərdar! Aç bu qapını... Nə istəsən, yerinə yetirəcəm... Yalvarıram sənə, məni eşidirsənsə bu qapını aç" dedim. Hec vaxt özümü bu qədər çarəsiz hiss etməmişdim. Mən indi çarəsizliyin nə demək olduğunu dibinə qədər yaşayırdım. Saniyə keçməmiş qapının kilit səsini eşitdim. Bir az aralı dayandığımda qapı açıldı. Gözümə vuran gün işığı ilə əlim ilə gözümün üstünü örtdüm. Göz yaşlarımı silib qarşımda dayanan Sərdar Qarayevə baxdım...

Üzündə bir balaca mərhəmət hissi axtardım. Kiçik bir mərhəmət... Bəlkə bizi rəhmi gələrdi... Amma mən kimdən mərhəmət gözləyirdim? Aydını bu cür hala salan insan, bizə rəhm edərdimi? Yerdə olduğumdan aşağı əyilib gözlərini qısdı.

"Sən səsini niyə kəsmirsən?!" dedi

"Aydın... Aydın ölür... Nə qədər borcumuz varsa söz verirəm hamısını gətirib qaytaracam. Amma onu indi xəstəxanaya çatdırmaq lazımdı. Yalvarıram sənə onu apar xəstəxanaya"

"Çoxmu sevirsən onu?"

"Ölür deyirəm... Ölür! Ona nəsə olsa səni özüm öldürəcəm mən!"

Dodaqlarının kənarı qıvrıldı. Məni ələ salmış, bir gülüş ilə gülməyə başladı. Əlini arxaya atıb tapancasını çıxardaraq mənə uzadıb "Öldür... Bu qədər cəsarətli qızsansa öldür məni" dedi. Mənim cəsarətimi sınama adam!

"Ay yazıq... Yazıq olduğunu qəbul et. Sən Sərdar Qarayevə nə edə bilərsənki? Amma mən sizə çox sey edə bilərəm. Aydının yaşaması üşün sənə bir təklifim var" dedi

Təklif? Qarşılıqsız hec nə edə bilməyəcəyin bilirdim. Amma məndən nə istəyə bilərdi? Susduğumu gördüyündə tapancanın ucunu üzümdə gəzdirməyə başlayıb "Təklifimi qəbul etsən, Aydın ölməyəcək. Onu bu dəqiqə xəstəxanaya aparacam. Amma təklifimi qəbul etməsən, üzündə gəzən tapanca ilə onu bu dəqiqə ürəyindən vurub öldürəcəm" dedi.
Üzümdə gəzdirdiyi tapancanın ucunu kənara itələyib "Təklifini et daha! Vaxt gedir!" dedim.

"İlk əvvəl belə bir sual verim" dedi

"Sualını ver daha!"

"Bakirəsən?"

"Ağılından keçən seyi unut!"

"Mənimlə bazarlıq eləmə... Təkcə mən səninlə bazarlıq edə bilərəm! Sualımın cavabın ver!"

"Həə..." dedim bu söhbətin sonunun hara gedəcəyini bilərək... Ayağa qalxıb tapancanı belinə yerləşdirdi. Ardından "Mənimlə yat..." dedi. Özünü sat desəydi, daha az incinərdim...
Dönüb arxamda olan Aydına baxdım. Gözləri qapanmışdı... Sənin qaranlıq işlərin bizi gör nə hala gətirdi. Sən yaşayasan deyə, mən indi öz namusumu satmalı olacaqdım. Çünki, qarşımda dayanan adamın zarafat edər bir halı yox idi. Ciddi idi dediklərində... Bizi bura gətirən sey xırda yalanlarımız olmuşdu. Yalan yalanın ayağın açırdı. Bizi bir başa odun içinə atmışdı. Bəlkədə, cəhənnəm burdan daha soyuq idi... Mələk olan mən, kəpənəyin daha çox yaşaması üçün, şeytana qurban gedilmişdim... Belə başlamışdı bizimkisi... Bir yalan, iki yalan, üç yalan. Və qırıldı mələyin qanadı, şeytanın qəhqəhələri altında...

"Razıyam..." dedim öz ölüm fərmanıma özüm imza ataraq. Daha artıq vaxt itirmək istəmirdim. "Razıyam" deyə yenidən təkrar edib, qarşımdaki qatilimin gözünün içinə baxdım. Qeydlərə keçməsədə, bu gündən etibarən Sərdar Qarayevdə mənim qatilim idi!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 427
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri