Ağ Kəpənək (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 431
Səs ver:
(səs: 0)
Mən bu vəziyyətdə hec bir yemək yeyə bilməzdim. Qarşıma qoyulan boşqabı kənara çəkib qoydum. Hər ikisidə mənə tərs - tərs baxdı. Yeməyəcəkdim. Yeməyə məcbur deyildim.

"Sənə yeməyini ye dedim. Artistlik etmə" dedi Sərdar.

"Sevdiyim adam komada yatarkən, ailəm məndən narahat qalarkən, mən necə yemək yeyim? Həmdə bunun günahkarı sən olarkən! Sənin yeməyini istəmirəm"

"Sən xoşluqca başa düşmürsən? Sənə yeməyini ye deyirəm!"

"Sənin nə vecinədi? Mənim yeyib yeməməyim!"
"Vecimə deyilsən! Amma sən mənə borcu ödəmək üçün sağ lazımsan. Ona görə qidalanmalısan"

"Ailəmdən biri ilə danışmayana qədər yeməyəcəm" deyərək əllərimi sinəmdə çarpaz şəkilində birləşdirdim. Sərdar əlindəki çəngəli boşqabının kənarına qoydu. Fikirləşmiş kimi edib, Fikoya dönərək "Telefonunu ver zəng etsin. Ancaq bilki yalnız bir şansın var. İki dəqiqədən çox danışmaq olmaz. Və bizim yanımızda danışacaqsan" dedi. Son şansım idi bu. Qəbul etdim məndə. Fiko telefonun mənə uzatdığında, əlindən alıb masa arxasından ayağa qalxdım. Bir az irəlləyib, ayaq saxladım. Yadımda qalan tək nömrə Akifin nömrəsi idi. Akifin nömrəsini yığıb, telefonu qulağıma qoydum. Telefonu çalırdı. Birinci çağrışın sonunda telefonu açıb "Alo, kimdi?" dedi.
Səsin eşidər eşidməz kövrəldim. Özümü ələ alıb səsimi düz tutmağa çalışaraq "Lenadı, Akif" dedim.

"Lena? Siz hardasız. Biz çox narahatıq"

"Çox vaxtım yoxdu. Mənə qulaq as Akif. Aydın hec yaxşı deyil. Komaya düşüb"

"Sən, sən nə danışırsan? Hardasan yerini de"

"Mən harda olduğumu hec özüm belə bilmirəm. Sərdar məni öz yanına gətirib. Borcun qarşılığında, Aydın oynana qədər onunla bərabər qalacam"

"Belə bir sey ola bilməz! Qaç ordan!"

"Alınmır Akif..." deyə bitgin halda danışdığımda, Sərdar ayağa qalxıb yanıma gəldi. Telefonu ona verməyim üçün əlini mənə uzatdı.

"Akif indi söndürməliyəm telefonu. Özünüzə yaxşı baxın. Mənə görə narahat olmayın, mən yaxşıyam. Sadecə Aydın üçün dua edin. Onun sağ qalması üçün dua edin" dedim

Nə dediyini bilmədən, Sərdar telefonu qulağımdan çəkib əlimdən aldı. Ağlamamağım üçün başımı yuxarı qaldırdım. Onun yanında zəif və gücsüz olmaqdan bezmişdim. Hər sey onun əlində idi.

"İndi keç yeməyini ye" dedi

Bu dəfə ona qarşı gələ bilməzdim. Masa arxasına keçib çəngəli əlimə aldım. Azda olsa nəsə yeməyə çalışdım. Yeməkdən çox çay içdim. Fərqində deyildim, amma susamışdım.
"Fiko, Lenaya geyinmək üçün nəsə verərsən. Məlum üstü qandı" dedi Sərdar.

"Mən geyimlərimi hec kimlə bölüşmürəm"

"Bölüşsən yaxşı edərsən"

"Bu bəla qızın nəyin özümüzlə saxlayırıq? Bizə nə xeyiri var bunun"

Sözünə dözə bilməyib "Bəla özünsən! Mən burda sizlə oturmağa, sizin söz söhbətinizi çəkməyə maraqlı deyiləm. Hətda bunu bil ki sizin hər ikinizdə nifrət edirəm. Nifrət!" dedim.

"Yola getməyə çalış. Nə də olmasa bir müddət bizimlə burda yaşayacaqsan. Gəl yola gedək" dedi Fiko

"Özün başlatdın birinci! Səndə də insanlıq yoxdu. Səndə insafın azda olsa var olmasına inanmışdım. Amma oda yox imiş!" dedim

Fiko gözlərini oynatdı. Əsəbləşdiyi bəlli idi.

"Lənət! Onun bunun işi həmişə mənim üstümə qalırda. Ona görədə bəd duaya sahib oluram. Əziz Lena, sənin Aydınını mən döyməmişəm. Yeri ged döyənin yaxasına yapış"

"Əmri kim verib?"

"Mənim əmr verməklə aram yoxdu. Əmri verən Sərdardı"

"Bir insanı öldürmək siz üçün hec nədi. Siz insan qanına susamış qatillərsiz. Necə rahat yata bilirsiz gecələr? Vicdanınız hecmi sızlamır? Yadımdan çıxmışdı, sizdı vicdan nə gəzər!"

"Bəsdi!" deyə Sərdar qışqırıb, "Səsini kəs! Sən kimin evində olduğunu unutmusan?" dedi.
Məni burda öldürə bilərdi. Mənə acımadan bunu edərdi. Səsimi kəsib, ayağa qalxdım. Üstümü dəyişib, sadecə yatmaq istəyirdim. Bu kabus dolu günün bitməsini arzu edirdim. Beynimdən keçənləri səsli şəkildə dilə gətirib "Mən yatmaq istəyirəm" dedim. Bu sözümdən sonra Fiko ayağa qalxdı. Bərabər yuxarı çıxdıq. Mənə geyinmək üçün öz geyimlərindən rahat bir seylər verdi. Üstümü dəyişdikdən sonra çirkli olan öz geyimlərimi yuyulması üçün ona verdim. Gerisini özü həll edəcəyini dedi. İndi olduğum otaq, mənim otağım idim. Hə, mənim deyirəm çünki, burda qalacaqdım mən. Çarpayıya uzanıb yorğanı üstümə çəkərək gözümü yumdum. Gözümün qarşısına Aydının o halı gəldi. O ölsəydi, onunla birlikdə məndə öləcəkdim. Ona qarşı olan sevgimi yenicə tapmışkən, itirə bilməzdim. Yuxudan ayıldığımda, hər sey bitmiş olsun Tanrım...

Səhər açılmışdı. Gecə boyu məni yuxu tutmadığından, səhər üzü yatmışdım. Onun üçün yuxudan gec ayılmışdım. Aşağı düşdüyümdə ətrafda hec kim yox idi. Bu böyüklüyündə evdə tək idim? Ürəyim yeməyə bir sey istəmədiyindən, sadecə bir bardaq su içdim. Divanın üstünə hazır qoyulan öz geyimləri geyindim. Otaqda olan pəncərə qarşısına keçib ətrafa baxdım. Ətrafda bir neçə qoruma vardı. Onların gözün oğurlayıb burdan qaça bilərdim? Yox, həmişəlik getdiyimi düşünməyin. Aydın onların əlində olarkən, mən hec yerə gedə bilməzdim. İndi gedib bir saatlıq belə olsa ailəmi görmək istəyirdim. Mənim onlara çox ehtiyyacım vardı. Bu düşüncə ağılıma batdığından aşağı düşüb, evdən çıxdım. Çöl qapının yanına çatdığımda, hündür boy bir oğlan qarşımı kəsib "Hara?" dedi.

"Çölə çıxmalıyam"

"Sərdar bəyin xəbəri var?"

"Bəli var. Bir saata qayıtmış olacam"

"Açın qapını"

Bu qədər asand olacağını bilməmişdim. Çöl qapını açdıqdan sonra çölə ayaq basdım. Ətrafa baxdım. Uzun yol kənarlarında bəzək ağaclar vardı. Vaxt itirmədən, addımlamağa başladım. Gedişimin hansı yolun sonuna çıxacağını bilmirdim. Məqsədim təkcə getmək idi. Gedirdim yol bitmirdi. Ətrafdan maşın belə keçmirdi. Bahalı evlər vardı. Bu bahalı evlərdə bahalı insanlar yaşayırdı. Getdiyim bir neçə dəqiqə olmamış, qarşıdan bir maşın gəldiyini gördüm. Maşın yol kənarında dayandı. Maşına çatmağa az qalmış, maşının qapısı açıldı. Artıq maşının kim olduğunu bilirdim. Sərdar maşından aşağı düşdü. Mən bitmişdim...
"Min bu maşına!" deyə yüksək səslə danışdığında, onunla dava etmədən dediyini edib maşınına mindim. Yol boyu bir gözüm onda oldu. Çənəsini sıxıb durmuşdu. Çox əsəbləşmişdi...

"Adamlarıma yalan demək cəsarətini hardan tapmısan?!" dedi

"Mənə başqa secim yolu buraxmadın. Məcbur idim belə etməyə"

"Qaçacaqdın hə?!"

"Yox! Ailəmlə görüşüb gələcəkdim"

"İnanmıram sənə! Səni evimə aldım mən. Sən isə ilk gündən yalan danışırsan. Sənə etdiyim yaxşılığı hec etdin!"

Bunu dediyində evinə gəlib çatdıq. Böyük əsəblə maşından aşağı düşdü. Maşının qapısını açıb qolumdan tutaraq, mənidə maşından aşağı düşürtdü. Çöl qapısı açıldıqdan sonra içəri keçdik. Qolumu möhkəmcə sıxırdı. Bunun fərqində deyildimi?

Getdiyi yer evin yolu deyildi. Sol tərəfə dönmüşdü. Hara aparırdı məni? Ağacların içindən keçikdən sonra divarın tinində kiçik daşdan tikilmiş daxma kimi bir yerin olduğunu gördüm. Məni onun yanına gətirib "Axşama qədər qalarsan burda. Ağılın yerinə gələr! Sən sarayda yaşamağa layiq deyilsən!" dedi. Daxmanın qapısını açıb, məni eləcə qolumdan tutaraq itələdi. Dönüb ona baxdığımda qapını bağladı. Daxmada çox kiçik pəncərə vardı. Onun sayəsində bir balaca işıq düşürdü. Yerdə isə samanlar vardı. Hə, bir azda soyuq idi. Məncə birazdan daha soyuq olacaqdı. Həm soyuq idi, həmdə mən ac idim...

(Saatlar sonra)

Özümdə deyildim. Hec bir işıq düşmürdü. Havanın qaraldığını düşünürdüm. Aclıqdan bədənim zəif düşmüşdü. Bunda son yaşananlarında payı var idi. Gözüm gah qapanar, gah açılırdı. Soyuqda təsir edirdi mənə. Gözümdən özümdən xəbərsiz göz yaşlarım yanaqlarıma süzlürdü. Mən bu dünyaya, yük çəkmək üçünmü gəlmişdim?
Gözüm azca açılıb yumulsada, qulağıma çöldən səslər gəlməyə başladı. Tam aydın başa düşmək üçün, fikirimi çölə verdim. "Sərdar sən nə etmisən!" deyə, Fiko uca səslə danışmışdı.

"Çoxdan etməli olduğum seyi. Bu qıza acıdıqca bu qız özünü nəsə hesab edir!"

"Qapını aç Sərdar! Lenanını ordan çıxatmalıyam"

"Bu qapı bu gün açılmayacaq Fiko!"

"Qız səhərdən bəri burdadı. Az insafın olsun! Açmasan özüm açacam"

"Nə halın varsa gör! Ancaq O, qız mənim gözümə birdə görsənməsin!"

Eşitdiklərimdən sonra gözümü daha açıq tutmağa çalışdım. Qapı döyüldü.
"Lena... Lena qapının yanından çəkil. Mən indi qapını açıb səni ordan çıxardacam" dedi Fiko.
Tərpənməyə halım olmasada, sürünərək qapının kənarından ən küncə keçdim. Bir az sonra qulağıma güllə səsi gəldi. Gülənin səsindən əlim ilə hər iki qulağımı tutub, gözümü yumdum. Daha hec bir səs eşitmədiyimdə gözlərimi açdığımda qarşımda olan Fikonu gördüm. Aşağı əyilib, qulaqlarımda olan əllərimi aşağı saldı. Halından narahat olduğu görsənirdi. Lakin məni düşündürən tək sey, mənim üçün nəyə görə narahat olması idi?

"Gec bildim. Tez bilsəydim, səni burda qoymazdım" dedi

Əlimdən tutub məni qaldırdığında, irəli addım atmağa gücümün olmadığını gördüm. Halımın olmadığını görüb bir əlin belimə yerləşdirdi. Digər əlinidə diz altıma salıb məni qucağına aldı. Başımı sinəsinə yaslayıb, səsli şəkildə ağladım. Mənim bir adama ehtiyyacım var imiş. Qollarımı boynuna dolayıb, daha dərindən ağlamağa başladım.

"Şşş... Gözəllik sən belə ağlasan, məndə qoşulub sənə ağlayacam. Mən bir qadının ağlamasına dayana bilmirəm" dedi

Mənim ağlamaqdan başqa bir çarəm yox idi. Tək bacardığım sey bu idi. Hər nə olursa olsun, Fiko Sərdara qarşı gəlib məni burdan çıxartmışdı. Ona minnətdar olmalı idim...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri