Ağ Kəpənək (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 2241
Səs ver:
(səs: 0)
Məni qucağından yerə qoymadan otağıma gətirib çarpayıya uzatmışdı. Mənə yeməyim üçün bir seylər hazırlamağa görə otağımdan çıxmışdı. Mənə görə Sərdarla üz üzə gəlmişdi. Məni o soyuq daxmadam xilas etdi. Bu yaxşılığını unutmayacaqdım. Sərdar mənə hec qulaq asmadı. Mən bir qatildən hələdə bir mərhəmət hissi axtarırdım. Aydını ölümə tərk edən insan, mənimi düşünəcəkdi? Axmaqlıq idi mənimkisidə...
Bədənimdə üşütümə hələdə qaldığından yorğanı sinəmə qədər çəkmişdim. Gözlərim məni çox incidirdi. Dayanmadan günlərdi ağlayırdım deyə. Ağlamağında bir xeyiri yox idi. İçimdə baş verən acıların hec birini söndürmürdü...
Bir az vaxt keçikdən sonra içəri əlində sini ilə Fiko daxil oldu. Çarpayının boş qalan yanına sakitcə oturub bir yeməyə birdə mənə baxdı. Bu dəfə naz etməyəcəkdim... Çünki, ayaqda qalxmaq üçün o yeməyə ehtiyyacım vardı.
Əlimi qaşığa atıb əlimə almaq istədiyimdə, Fiko məndən cəld davranıb qaşığı götürdü.

"Özüm yedizdirəcəm" dedi

Mənə bu yaxşılığı niyə edirdi? Fikirimdə bu düşüncə olsada etiraz etməyib, göz qapaqlarımla razılıq əlaməti verdim. Mərci supundan bir qaşıq alıb mənə uzatdı. Onu içdiyimdən sonra bir dilim çörəyi, bir tikə bölüb ağızıma atdım. Aclıq çox pis bir sey idi. Düzdü, uşaqlar evindən aclığa öyrəşmiş adam idim mən. Orda yeməklər verilsədə, çox az verilərdi. Jalə doymadığı üçün, mən toxam deyib yeməyimi ona verərdim. Bunu görən Aydında hər zaman yeməyini mənlə bölüşərdi. Onun yeməyindən yemədiyimdə, yeməyin dadının olmadığını deyərdi. Yeməyə dad verən mən imişəm. Yeməyimi yarıda kəsib, içimdə qalan bəzi seyləri ona demək qərarına gəldim.

"Mənə görə Sərdarla aranız dəyəcək" dedim

"Dəyməz. Sən bunları hec düşünmə. Sən yeməyini ye ki, ayaqda qala biləsən"

"Sən mənim ölməyimi arzu etməzsən?"

"Mən hec bir qadının ölməyini istəmərəm. Həm sənin mənə hec bir pisliyin dəyməyib. Belə düşünmə"

"Sən yaxşı insansan..." dedim, onun gözlərinin ən dərininə baxıb. Gözlərinin dərinliyində mərhəmət görə bilirdim. Gözlərin məndən qaçırtdı... Əli ayağı dolaşığa düşmüş kimi sinini dizimin üstünə qoyub qalxdı.

"Səni xilas etdim deyə, məni qəhraman elan etmə. Mən hecdə yaxşı insan deyiləm" dedi

"Yaxşı insansan. Səni pis edən ətrafındı"

"Sən məni tanımırsan!"

"Tanıt... Özünü mənə tanıtdır"

"Bu gün sənə etdiyim bu yaxşılığımı unut. Çünki, ardı gəlməyəcək" deyib üzümə baxmadan otağımdan çıxdı. Məni yenə öz qaranlığıma qərq etdi. Məxus olduğum yerə...

***

Səhər çoxdan açılmışdı. Yuxudan ayılsamda hələdə aşağı düşməmişdim. Elə bil gizlənirdim. Halbuki, bu vaxt evdə hec kimin olmadığını bilirdim. Bir az aradan sonra çox sıxıldığımdan aşağı düşdüm. Fikonu mətbəxdə gördüm. Evdə imiş. Məni gördüyündə əlindəki işi yarım saxlayıb yanıma yaxınlaşdı. "İndi ayılmısan yuxudan?" deyə məndən soruşdu.

"Yox, çoxdan ayılmışdım"

"Necə saatdı ac qalmısan?"

"Səndə mənim yemək yeyib yeməməyimə taxdım. Acamsa acam, sənə nə? Bəlkə niyyətim ac qalıb ölməkdi"

"Elə məndən bunda qorxuram. Bir seylər hazırlayım ye"

"İstəmirəm"

"Sən hər zaman belə naz edəcəksən bizə?!"

"Naz etmirəm! Mən ailəmin yanında olmaq istəyirəm, sizin deyil. Dünən burdan onun üçün çıxmışdım. Niyyətim onları görüb qayıtmaq idi. Ancaq O, Sərdar bütün günümü əlimdən alaraq məni daxmaya saldı!"

"Ailəni unutsan yaxşı edərsən. Sərdar ailəni görməyə icazə verməz"

"Mən onları unutmayacam! Aydın komadan ayılanda bu kabus bitmiş olacaq! Siz vicdanınızı itirmiş insanlarsınız!"

"Sənə belə bir təklifim var. Əvvəl gedirik bir restorana yemək yeyirik. Üstünə geyim almaq üçün, mağazalara baş çəkirik. Necə fikirdi?"

"Mən hec yerə getmirəm. Mənim başımı bunlarla aldadma"

"Bəs bu etdiklərimizdən sonra səni bir saatlıq ailənin yanına aparsam necə? Yenə getmərsən?"

Zarafatmı edirdi? Ya ciddimi idi? Ümüd verib, məni aldadmasından qorxurdum. Üzündəndə ciddi olub olmadığı bilinmirdi. Mimikasız dayanmışdı. "Sərdar icazə verməzdi?" deyib az əvvəlki sözündən vurdum onu.

"Ondan icazə almırıq. Gedirik, səssizcə gəlirik. Oda hec nə bilmir"

"İndi sən həqiqətən məni ailəmin yanına aparırsan?"

"Əgər başdakı şərtlərimi qəbul etsən, hə. Səni ailənin yanına aparacam"

"Mən dünəndən razıyam o şərtlərinə" deyib sevincimə mane ola bilməyərək, qollarımı onun boynuna keçirdib onu qucaqladım. Başda hec bir reaksiya verməsədə, saniyələr bir birin əvəzlədiyində əlini belimə yerləşdirdi.
"Növbəti etdiyin yaxşılıq..." deyə yavaşca danışdım. Axşam bir daha yaxşılıq etməyəcəyini deyirdi. İndi isə mənim üçün ən böyük yaxşılığı edirdi.

"Allah günahıma yazmasın bu yaxşılığı. Mələk siman məni yoldan çıxardır" dedi

Qolumu boynundan ayırmadan başımı qaldırıb ona baxdım. Yalan deyirdi. Yaxşılıq onun qanında vardı. "Necədə böyük yalançısan" deyib uşağa bənzər simasına diqqətlicə baxdım. Sanki, oda bizdən biri idi. Eynən Sabir kimi... "Yalanıma inanma" dediyində qollarımı boynundan ayırıb, ondan aralandım. Onda müsbət bir seylər vardı. Bütün mənfilərinə inad, müsbət cəhətlərin axtarıb tapırdım.
"Gedək? Mən səbirsizlənirəmdə" dedim.
Ailəmi görəcəm deyə ürəyim böyük sevinc ilə atırdı. Onları möhkəmcə qucaqlayacaqdım...

İlk əvvəl bir restorana gedib yemək yedik. Restorandan çıxıb geyim mağazalarına baş çəkdik. Mən çox bir sey almasamda, Fiko hər gördüyü paltarı mənim üstümə tutub baxaraq, almışdı. İndi isə yolda idik. Ailəmə qovuşmağıma az qalmışdı. Sözünün üstündə durmuşdu. Məni onların yanına aparırdı. Onları görəcəm deyə sevinsəmdə, Sərdar yadıma düşdüyündə içimi ürpənmə basırdı. Bura gəldiyimi bilsəydi nə olardı? Fiko məni yenə ondan qoruya bilərdimi? Yoxsa mənə görə başı ağrıyardı?
Suallarım beyninimi yormuşdu. Bir tərəfdən sevinərkən, bir tərəfdən kədərə qərq olurdum. Mən nə vaxt belə ara qaldım? Bu arada qalmaq mənim sonum olacaqdı...

***

Gəlib çatmışdıq. Böyük həycanla qapını döydüm. Fiko mənim yanımda dayanmışdı. Bir birimizə baxarkən, qapı açıldı. Qapını açan Akif idi. Məni görüb şoka düşərək "Lena?" dedi.
"Gəldim Akif..." dedim üzümdəki böyük təbəssüm ilə. Akif üzündə gülümsəmə yaratmaq istəyərkən, gözü yanımda dayanan Fikoya sataşdı. Üzünün siması bir anda ciddiləşdi. "Onun burda nə işi var?!" deyib üstünə getmək istədiyində qarşısını kəsdim.

"Akif onun günahı yoxdu... İçəri keçək hər seyi danışacam" dedim.

Gözüm ilə razı olmasını işarət etdiyimdən sonra Fiko ilə bərabər içəri keçdik. İçəri keçər keçməz Əsma məni gördü. Qaçaraq yanıma gəlib məni qucaqladı. Səsimizə Sabir ilədə Jalədə gəldi. Onların hamısını bir arada görüb kövrəldim. Kövrəlməmək əldə deyildi. Mən onlardan uzaq düşmüşdüm. Qucaqlaşdıqdan sonra gözləri Fikonu tapdı. Hər seyi onlarla üz üzə danışacaqdım. Qonaq otağına keçid etdik. Fiko oturmayıb ayaq üstə qalaraq divara söykəndi. Qızlar isə yanımda oturmuşdu. Onların üzlərini kicik zamanda incələdim. Üzlərinin rəngi qaçmışdı... Solan üzləri deyildə, ruhları idi...

Başımıza gələn hər seyi onlara danışdım. Danışdıqca Akifin gözün Fikonun üstündə gedib gəlirdi. Onu öldürəcəkmiş kimi baxırdı. Oysa bura gəlməyimə şərait yaradan Fiko idi.
"Sənin başına bu qədər sey gətiriblər. Və bu insan hal hazırda bizim evimizdədi?" deyə Akif səs tonunu ucalatdı.

"Akif məni bura gətirən Fikodu. Fiko olmasaydı indi sizlə olmayacaqdım mən"

"Minnətdar olmalıyam ona?!"

"Sənidə başa düşürəm. Hər sey o qədər ani olduki, mən belə yuxuda olduğumuzu düşünürəm. Çox əlacsızam"

"Səni qaçırdan Fiko ididə hə? İndi günahların yumaq üçün səni bura gətirib"

"Elə danışırsızki, sanki mən burda yoxam. Burdayam mən. Sizi eşidirəm" dedi Fiko.

Bilirəm vəziyyətimiz hec düzgün deyildi. Akif bu vəziyyəti başa düşmək və qəbullanmaq istəmirdi. Lakin, mənim başqa yolum yox idi.

"Onda o qulaqlarını aç məni yaxşı eşit. Sizin bu etdiyiniz ədalətsizlik gün gələcək yox olacaq. Aydının başına gətirdikləriniz, Lenanın yanınızda saxladığın üçün çox peşman olacaqsız! Bir insana bu qədər zülüm edilərmi?!" dedi Akif.

"Mən hec kimə zülüm etmirəm. Zülüm etmiş olsaydım, Lenanı yanınıza gətirməzdim. Boş - boş mənim haqqımda danışacağınıza, birlikdə vaxt keçirdib bu dəqiqələrinizin dadın çıxardın. Bir azdan Lena mənimlə gedəcək"

"İşə bax... Mənim dostumu mənim yanımdan başqa biri aparır. Məndə hec nə edə bilmirəm... Bu necə dünyadı"

"Dünyanı günahlandırma. Dünya öz işindədi"

"Səni insan bilmişdim mən..." deyə Jalə kövrəkcə danışdı. Fiko ilk başda donub qaldı. Sonradan özünü əla alıb "İnsanlıq ölüb bilmirsən? Ölən bir seyi mən dirildə bilmərəm" dedi

"Lenamı bizdən alıb aparacaqsan. Aydınında sağ qalıb, qalmayacağını bilmirik. Buna bəsdi deyən olmayacaqmı?!"

"Jalə sən balaca beynini belə seylərlə yorma. Qalx mənə içmək üçün su gətir. Bu necə qonaq pərvərlikdi? Gələndən hec çayda verməmisiz"

"Zarafat kimisən! Sənə zəhər verəcəm" deyib Jalə yanımızdan keçib mətbəxə tərəf getdi. Fiko ilə belə davranmaları xoş olmamışdı. Hər nə olursa olsun, bizi görüşdürən O idi. Bir az empati qurmaq olardı, deyə düşünürəm. Mənimu çox saf düşüncədə idim? Yoxsa həqiqətən mən düzgün düşünürdüm?

***

Bir az daha söhbət etdikdən sonra onlarla sağollaşıb evdən çıxmışdıq. Onlardan ayrılmaq istəməsəmdə, Fikonu daha çox pis vəziyyətdə qoymaq istəmədiyim üçün çox qala bilməmişdim. Evə Fiko ilə bərabər giriş etdik.
Sərdar qonaq otağında idi. Divanda oturmuşdu. Fiko mənə hec baxmadan Sərdarın yanına gedib "Nə əcəb tez gəlmisən?" dedi. Fikonun arxasıyca məndə getdim. Sərdar başını döndərib hər ikimizə baxaraq "Harda idiz?" dedi. Əlimdəkiləri göstərib "Geyim almağa getmişdik" dedim. "Elə bu?" dedi, qaşlarını oynadaraq.

"Əvvəl kafeyə getdik. Daha sonra mağazaya" dedi Fiko

"Başqa hara getdiniz?"

"Evə gəldik"

"Fiko sən nə vaxtdan mənə yalan danışar olmusan? Başqa hara getdiniz deyirəm!"

"Bildiyin sualın cavabın niyə soruşursan məndən?"

"Səndən eşitmək istəyirəm!"

"Lenanı ailəsinin yanına apardım..."

Sərdarın baxışları kəskinləşdi. Fiko onun qarşısında dik dayansada, mən əsirdim. Mənə görə aralarının pozulmasını istəmirdim. İstəməsəmdə bu baş verirdi. "Kimdən icazə almışdın?!" dedi, Sərdar ayağa qalxaraq. Mənim yanıma gəlib biləyimdən tutdu. Biləyimdən tutması ilə əlimdəki poşetlər yerə düşdü. Biləyimi sıxmağa başladığı üçün ağrısından dilimdən "Aa" deyə nida töküldü.
"Lenanım canın incidirsən Sərdar! Qolunu burax!" deyib, Fiko yanımıza gələrək Sərdarın əlini biləyimdən çəkməyə çalışdı. Sərdar isə buraxmamaq israrlı idi. Fiko var gücü ilə biləyimi Sərdarın əlindən xilas edib, qolumdan tutaraq məni arxasına aldı.

"Bir qadınla belə rəfatar edilməz! Bunu ən yaxşı bilən sənsən... Niyə ona əzab çəkdirirsən?" dedi

"Olmaz demişdim! Hec kimlə görüşməsin. Dünən ona verdiyim cəzanın üstünə bu gün ürək yeyib səninlə getməyə razı olub. Hecmi qorxusu yoxdu bu qızın?!"

"Ən çox onun qorxuları var... Amma o qorxulara rəğmən bu getdi ailəsi ilə görüşdü. Sən bir insanı ailəsindən uzaq tuta bilməzsən. Onun sevdiyi adam bizim əmrimizə görə xəstəxanada yatarkən, biz ona pislik etməyə davam edə bilmərik. Onu bu evə bunun üçün gətirməmişik. Hərəkətlərinə diqqət yetir"

"Bir qıza görə qarşıma keçib, mənə bunları deyirsən! Hec kim bunları deməyə cəsarət edə bilməz Fiko!"

Sərdarın gur çıxan səsinə qarşılıq Fiko mənə tərəf dönüb "Sən yuxarı, öz otağına çıx. Bir azdan gələcəm yanına" dedi. Çəkinərəkdə olsa Sərdarın yanından keçib, yuxarı çıxdım. Piləkanın ən başında oturub onlara qulaq asdım.

"Bəsdi... Özündən bir canavar yaratma! Hər kəs eyni deyil... Lenanın hec bir günahı yoxdu. Sən Xəyaləni, başqa bədənlərdə axartmağa davam etmə. Lena, Xəyalə deyil..." dedi

Xəyalə kim idi? Böyük maraqla Sərdarın cavabın gözlədim...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri