Ağ Kəpənək (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 2 966
Səs ver:
(səs: 0)
Böyük səssizlik oldu. Üzlərini görməyi o qədər çox istəyərdimki, amma bu alınmırdı. Adım səsləri gəlirdi aşağıdan. Sağa - sola getdiyini düşünürdüm. Adım səsi dayandığında "Onun adını bu evdə çəkmə demişdim!" dedi Sərdar.

"Buna məni sən vadar etdin. Hər kəs onun kimi deyil Sərdar. Qadınlara qarşı içində olan bu kin küdurət hissini basdır. Sən o hissi içində öldürmədikcə, insanlar zərər çəkəcək. Lenanın ki bir günahı yoxdu"

"Oda onun kimi oldu... Qəbul etdi Fikrət! Aydın sağ qalsın deyə, təklifimi qəbul etdi... Niyə? Niyə hə?! Bu qadınlar niyə qarşı tərəfi öz canından çox sevir? Buraxsaydı... Ölsəydi... Bu cəhənnəmdə yaşamayacaqdı!"

"Sevgi Sərdar. Sevgi insana etmərəm dediyin seyləri etdirər. Sevginin dili ağızl olmur. Həe gəlib gedənə baş əyir. Sevginində yazılmamış qanunu budu. Onla yaxşı davran. Səndən sadecə bunu istəyirəm"

"Çalışacam..." deyib dərin bir köks ötürdü. Eşitdiklərimdən hec bir məna kəsb edə bilmədim. Burda qalmağım təhlükəli olacağından, yavaş adımlarla otağıma tərəf getdim. Qapını yavaşca açıb içəri keçdim. 'Oda onun kimi oldu...' dediyində, Sərdar nə demək istədi? Məni kimə bənzətmişdi? Xəyalə dediyi qızamı? O kim idi bəs? Getdikcə ortalıqda gizli sirrlərin olduğunu başa düşürdüm. Mən onların həyatlarının necə olduğunu hec bilmirdim. Həqiqətən onlar kim idi? Əlimi ürəyimin üstünə yerləşdirib, ürəyim səsinə qulaq asdım. Bu otaqda tək səsi gələn sey, ürəyimin sürətli döyüntüləri idi. Artan ürək döyüntülərim qorxudan yaranmışdı. Çünki, mən başıma daha nələrin gələcəyini bilmirdim. Bəlkədə, bunlar ən yaxşı günüm idi. Bir insan bu qədər acı çəkərdimi? İçimdə acı çəkməkdən yer qalmamışdı... Acılar məni əsarəti altına almışdı.
Bir az zaman keçdikdə, Fiko yanıma gəldi. Ondan bir seylər soruşmağı beynimə qoymuşdum. Çarpayımda oturub kürəyimi çarpayının başına sökədiyim üçün oda yanıma gəlib, eynən mənim kimi etdi. Yanaşı idik...
"Qolun incitmədiki?" deyib söhbət açdı.

"Yox, yaxşıdı indi. Vaxtında xilas etdin məni" dedim

"Ailəni gördüyünə sevindinmi?"

"Mənə ancaq suallar verirsən. Hə, sevindim"

"Nə edim, başqa danışacaq bir seylərimiz yoxdu"

"Məncə var"

"Misal üçün, nə var"

"Sənin kimi yaxşı insan, bu batlığa necə düşüb? Və sən qadınlara nəyə görə yaxşı rəftar edirsən?"

"Bu suallara cavab vermək haqqım yoxdu"

"Bizdən çox gözəl dost çıxar. Sən bir dost qazanmaq istəməzsən?"

"Mənim dosta ehtiyyacım yoxdu"

"Mənim isə var... Bu evdə özümü tək tənha hiss edirəm. Fikrət, xahis edirəm səndən suallarıma cavab ver. Cavab ver ki, səndən nifrət etməyimə bir səbəbim olmasın. Yoxsa gün keçdikcə hamıya qarşı içimdə olan nifrətim artır. Nifrətimi qazanma"

Cabab verməsi üçün başımı onun tərəfə döndərdim. Danışmasını çox istəyirdim. Hər insanın gizli tərəfləri vardı. Adım kimi əmin idimki, Fikonunda başından keçən bir həyat hekayəsi vardı. Danışsın deyə, gözlərinə yalvarırmışcasına baxdım. Başını aşağı salıb, dodaqlarını dişlədi. Bütün diqqətim onun üstündə idi. Danışacaq kimi oldu...

"Mənim uşaqlıqda gözəl ailəm vardı. Yəni, mən belə düşünürdüm. Anam xərçəng xəstə idi. Anam xəstə olduğu üçün ağıllı uşaq olmağa çalışırdım. Anamın qeydinə qalırdım. 10 yaşım olanda anam rəhmətə getdi. Anamın rəhmətə getməsi ilə bir gündə böyüdüm. Atam olacaq insan anamın qırxı çıxar çıxmaz yeni bir qadınla evləndi. Məni ögey ananın əlinə saldı. Mən isə anamın yasını tuturdum. Evdən qaçıb anamın məzarının üstünə gedirdim. Atamda məni tutub evə gətirirdi. Bir gün belə, beş gün belə...
Vaxt keçdi. 11 yaşım oldu. Ögey anam daha məni istəmədiyini dedi. Atamda məni uşaqlar evinə verdi. Ən qorxduğum seylərdən biri başıma gəldi. Özün bilirsən uşaqlar evinin necə olduğunu... Dözülməz bir seydi. Hələki bir uşaq anasını və atasını görüb tanıyırsa, orda qaldığı hər gün özünə ölüm arzulayır. Anam olsaydı, məni ora verməzdi... İndi bildin, qadınlara niyə yaxşı davrandığımı? Çünki mən ana nəzavişi, ana sığalı görmüş insan idim. Baxmayaraq ki, atamın evləndiyi qadın məni istəmədi. Amma mən yenədə hec bir qadına nifrət etmədim. Buna şərait yaradan atam olmuşdu" dedi

Nə həyatlar vardı... Eşitdiklərim məni daha kövrək etdi. Uşaqlar evində yaşadığım bütün günlər gözümün qarşısından keçdi. "Sərdarla necə tanış oldun...?" dedim.Hamı kimi mənədə bu maraqlı idi. Necə baş vermişdi bu tanışlıq.

"Uşaqlar evində on üç yaşıma qədər qala bildim. Ondan çoxuna tab gətirməyə gücüm çatmazdı. Günlərin bir günü idi. Qaçdım ordan. Qaçdığım ay isti aylara təsadüf etmişdi. 6 ay qədər çöldə yatdım. Mənim kimi olan uşaqlar ilə yarı tikili binalarada yaşayırdıq. Günlərin bir günü idi. Uşaqlarla pul üstündə aramızda dava düşdü. Onların çoxusu məndən böyük idi. Onların əlindən qaçdığımda, Sərdarla toqquşdum. 19 yaşı vardı onda. İndiki kimi yaraşıqlı oğlan idi. Gözümdəki qorxunu görmüşdü. O gün məni, onların əlindən qutarmışdı. O gündən sonra onun balaca qardaşı oldum. Məni öz yaşadığı evə gətirdi. 2 otaqlı bir bina evində yaşayırdı. O yaşından bu işin içində idi. Mən, Sərdar və O çox xoşbəxt yaşayırdıq. Ta ki, o günə qədər..." deyib, yalandanda olsa üzündə təbəssüm yaratdı.
Lakin, gözünün içi dolub durmuşdu. Toxunsaydım ağlayacaqdı. Onun danışdıqlarına məndə dolub durmuşdum. Öz dərdim az deyilmiş kimi ondan, bunları eşitmək məni daha küncə sığışdırmışdı. O dediyi Xəyalə idimi? Soruşmaq istəyirdim. Amma cavan verməyəcəyini bilirdim. Başımı onun tərəfdən çevirib düz tutdum. Çünki, ağlamaq hissimi içimdə tutub dəf edə bilmirdim. Göz ucu mənə baxdığını gördüm. Çox keçməmiş əlini çiynimə atıb, məni özünə tərəf çəkdi. Başımı çiyninə yaslayıb, göz yaşlarımı sərbəst buraxdım. Mən ağladıqca məni özünə tərəf daha çox sıxdı.

"Mənim bir dosta ehtiyyacım yoxdu. Amma mənim bir bacıya ehtiyyacım var. Bacım olarsan?" dedi

Saniyələr içində şoka düşdüm. Başımı qaldırıb məndən cavab gözləyən üzünə baxdım. Oda bizdən biri idi. Oda bizim kimi idi. Hər seyi arxada buraxıb "Bunu səmimi qəlbdən istəyirsənmi?" dedim

"Məndən yaşca böyük bacım olmasını çox istəyirdim. Tanrıda səni mənə göndərdi"

"Yaş demişkən, aramızda nə qədər yaş fərqi varki"

"Mənim iyirimi bir yaşım var. Sənində iyirimi dörd olmalıdı"

"Elədi. Səndən böyüyəm. Sən bizim Jalə ilə yaşıtsan"

"Jalə demiş, onun sevdiyi falan var?"

"Bizim Jalə uşaqca olduğundan, sevgi işlərindən zəhləsi gedir. Onunki ancaq şokalad və cizgi filimidi"

"Mən şokalad fabrikası açmağa gedirəm" deyib güldüyündə, gözlərimi ağartdım. Nə demək istəməsi indi mənə çatmışdı."Jalə və sən nə əlaqə?" dedim, niyyətinin nə olduğunu başa düşmək üçün.

"Hec... Şirin qızdı. Həmdə sənin kimi baş bəlasıdı. Of Lena, sən nə qəribə sual verirsən. Mən sözün gəlişi elə demişdim" dedi

"Həə elə olsunda. Başımıza iş çıxartma. Həm Jalə səni bəyənməz"

"Niyə bəyənməzki? Əli, ayağı düzgün uşağam"

"Sən mafiyasan. Mafiya. Jalə səncə sənə baxar?"

"Sanki, Jaləni istəyən vardı. Hec istəməsin. Məni istəyənlər çoxdu"

"Sarışın olsaydı, bəlkə olardı. Sarışında deyilsənki"

"Sarışınmı? Mən gedirəm saçımı sarı rəngə boyatdırmağa. Sarı köynəkdə geyinsəm tam olacaq"

"Fikoo! Jaləmi sənə vermərəm!"

"Qısqanc!"

"Qısqancılıq qanımda var mənim"

Söhbətimizə güldük. Az əvvəl ağlasaqda indi üzümüzdə bir gülüş vardı. Onunla söhbət etmək gözəl bir seydi.

"Bu evdə sən varsan, hər seyə dözürəm. Sən olmasaydın, mən hec nəyə dözə bilməzdim" dedim

Açıq danışmaq lazım idi. Fiko olmasaydı, mən burda nəfəs ala bilməzdim...

"Məndə bir etiraf edimki, bu evdə sən yaşayırsan deyə evə tez - tez gəlirəm. Sən olmadıqda, evdəki çayın yerin belə bilmirdim" dedi

Bu gün nə gözəl etiraflar edilmişdi. Onların haqqında kiçik bir seylər öyrənə bilmişdim.

Dünən gecə yarısına qədər Fiko ilə söhbətləşmişdim. Bu gecə azda olsa rahat yatmışdım. Aydın haqqında Sərdardan bu gün xəbər almaq istəyirdim. Lakin, yenə evdə hec kim yox idi. Boş qaldığımdan bağçaya çıxdım. Gözəl bağçası vardı. Bağçada olan güllər diqqətimi çəkmişdi. Gülləri qoxladıqca çöldən gələn hay küy səsləri eşitməyə başladım. Sanki, kimsə dava edirdi. Həyit içində olan qorumalar bir - bir çölə çıxmağa başladı. Nə olurdu? Əlimi güldən çəkməyim ilə tikanı barmağıma atdı. Barmağımı dodaqlarımın arasına aldığımda, daş hasardan kimsə, düz mənim olduğum yerin divarından aşağı hoppandı. Heyrət içində qarşımda duran tanımadığım adama baxdım. Adam yerə düşdüyündən, ilk əvvəl əllərini təmizlədi. Sonradan dizlərini təmizlədiyində, nəhayətki mənim fərqimə vardı. Qarşımda mavi gözlü, ağ dərli bir adam vardı. Saç ağ rəngli boyalı idi. Aralarında isə bənövşəyiyə çalan rənglər qarışmışdı. Bir birimizə eləcə baxarkən "Sən Lenasan?" dedi. Başımı 'Hə' mənasında aşağı yuxarı etdim. Üzündə bir anda gülücüklər açmağa başladı.

"Xəstə olan adamın, dərman ayağına gələrmiş. Məndə səni tanıyıb görmək üçün, adamlarım səhərdən bəri çöldə tamaşa çıxardır. Hec özümü tanıtmadım hə? Mən Danieləm" dedi

Sən kim idin adam? Yenə nə dönürdü mənim ətrafımda? Bir gün sakit gün keçirə bilməyəcəkdimmi mən...?

Bölüm sonu
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri