Ağ Kəpənək (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 2730
Səs ver:
(səs: 0)
Mənim Daniel adında bir tanışım yox idi. Bu dəqiq məlumat idi. Lakin, O mənim adımı hardan bilirdi? Göydən düşmə kimi, bir anda həyatıma daxil olub, özünü mənə tanıtdırdı. Rahatlığı ilə diqqətimi çəksədə, ona bir cavab verməli olduğumu düşünüb "Kimsən?" dedim.

"Mənim çox vaxtım yoxdu. Çox vaxtım olmadığı üçündə qısa kəsib danışacam. Səni düşdüyün bataqlıqdan xilas etməyə gəlmişəm. İndi mənimlə gəlsən, burdan xilas ola bilərsən. Sərdarla qalıb çürməyini istəmərəm. Həftələrdi ona necə dözürsən hec bilmirəm. Sərdar dözülməz insandı" dedi

"Mən səni başa düşmürəm. Səni tanımadığım halda səninlə niyə gəlməliyəm mən"

"Tanış olmağa çox vaxtımız olacaq. İndi mənə çətinlik çıxartmadan gedək. Harda olsa bir azdan Sərdarın qorumaları gələcək"

"Nədi bu zarafatdı?!"

"Zarafat etməyi sevirəm. Amma bu bir zarafat deyil. Qorxma burdaki kimi, mənim yanımda da həyatın askiyonlu olacaq. Ağıllı qız, qəbul edirsən təklifimi"

"Bir anda daş hasardan oğru kimi bağaçaya düşürsən. Və mənə bunları deyirsən. Normalsan sən?"

"Off... Sən nə inadçı çıxdın. Məndən sənə zərər gələn deyil. Açıq danışmaq lazımdısa, mən Sərdarın düşmanıyam. Düşman olmağımı Sərdar özü istəyib. Sənin sevdiyin oğlanda, Sərdara görə xəstəxanada yatır. Komadadı. Hətda ölə bilər. Sərdar səni burda yanında saxlayırsa demək ki, onun üçün azda olsa dəyərlisən. Mən bu dəyir məhv etmək istəyirəm. Mənimlə gəlirsən, gücümüzü birləşdiririk. Sən sevdiyin oğlana görə Sərdara qarşı olursan. Bu evdə qalıb onun qayda qanunu ilə niyə oturmalısan?"

Adından və səsinin avazından hiss olunurduki, Azərbaycanlı deyil. Xoş səs tonu vardı. Dediklərindəm isə hec nə başa düşə bilməmişdim. Qarışıq çıxış etmişdi.

"Tutalım mən səninlə gəldim. Etdiyim yəni bir ağılsızlıq. Bəs bu Sərdar Aydını sonra öldürməyəcək? Mən Aydının yaşaması üçün Sərdarın evindəyəm. Yoxsa onun yanında mənim nə işim ola bilər" dedim

"Aydının ölüb ölməməyi səncə Sərdarın vecinədi? Bir gün onun ölüm xəbərini alacaqsan. Özünü buna hazırlaşdır. O gün yanında mən olacam. Sən hər kəsdən qaçıb mənə sığınacaqsan. İndi gedirəm. Amma yenə gələcəm. Son dəfə bir sey deyim. Məni gördüyünü hec kimə demə. Yoxsa Sərdar səni bir otağa kilitləyər və çıxartmaz. Səndə ömrünün sonuna qədər orda bağlı qalarsan. Gün üzünə həsərət qoyma özünü. Xudafiz!" dedi

'Sağ ol' şəkilində əlini yuxarı qaldırıb mənə salladıqdan sonra arxasını çevirdi. Bir göz qırpında daş divar hasarı çıxaraq yolun digər tərəfinə tullandı. Nə demək istəmişdi belə danışmaqla? Aydına nəsə olmuş olsaydı, onların hec birinin üzünə baxmazdım. Nə də yanlarında qalmazdım. Həyat mənə qarşı, Aydının ölümünü yaşadaq qədər fani ola bilməzdi. Doğulduğum gündən bu günə sanki, çilə çəkməyə gəlmişdim. Çəkməyədə davam edirdim. Sərdara deməyim deyə məni tənbeh etdi. Sərdar edərdi. Məni bir otağa kilitləyib, sonsuza qədər məni orda saxlayardı. Onun dediyi kimi, gün üzünə həsrət qalmaq istəmirdimdə susacaqdım. Onun qarşıma çıxmasını hec kimə deməyəcəkdim. Bu gizlətmək deyildi. Bu seçim idi. Məndə seçimimi bu yandan istifadə etdim.

Güllərə qarşı olan marağımı öldürdüyü üçün, evə keçdim. İstifadə etməyə telefonum yox idi. Mən isə bu geniş evdə çox sıxılırdım. Ac olduğumu düşündüyüm üçün, yemək hazırlamaq qərarına gəldim. Həm aclığımı yatışdırardı, həmdə başım qarışmış olardı. Ondan icazəsiz mətbəxinə daxil olacaqdım. Yəqinki, əsəbləşəcəkdi mənə. Hə, Sərdarın bacardığı ən yaxşı sey əsəbləşmək idi. Kim mənlə razıdı hə?
Yarpaq dolması hazırlmaq qərarına gəlmişdim. Evdə yarpaq tapmadığımdan qorumalardan birini mağazaya göndərmişdim. Yarpaq gəldikdə isə işimin başına qoyulmuşdum. Dolma bükdüyümdən vaxtım getmişdi. Hazır etdiyimdə qaz sobasının üstünə qoydum. Bişməyinə çox az qalmışdı. Mənim fikrim isə uşaqların yanına getmişdi. Görəsən indi nə edirdilər? Ac idilərmi? Yoxsa yeməyə bir sey hazır etmişdilərmi... Sabir yarpaq dolmasını çox sevərdi. Olsaydı yanımda, oda yeyərdi. Fikirimdən darıxdığımı görüb, mətbəxdən çıxmaq istədiyimdə evin sağ tərəfdə yerləşən şüşə qapısı çəkildi. Sərdarın varlığı ortaya çıxdı. Bəlkədə çoxdan orda dayanmışdı. Mən fikir verməmişdim. Nə olmada içəridən çöl görsənirdi. İçəri keçdiyində yeməyin qoxusundan dolayı, burnunu yuxarı çəkib qoxunu almağa başladı. Yanıma gəldiyində "Bu evdə yemək bişir?" dedi. Başımı sallayıb "Hə... Əsəbləşdin?" dedim. Üzündə kicik miqdarda, təbəssüm əmələ gəldi. Lakin o təbəssümü bir anda da sildi.

"Bəxtin gətirdi. Acam. Əsəbləşə bilməyəcəm" dedi

"Sevindim. Sən evə tez gəlmisən?"

"Hə özü evimdi deyə, tez gəlmişəm. Gəlmək üçün səndən icazəmi almalıydım?"

"Elə demək istəmimişdim... Hər zaman axşamlar gələrdin. Nəysə çox danışsam, səni özündən çıxarda bilərəm"

"Getdikcə ağıllanırsan. Bu xoşuma gəlir. Yemək hazır idimi?"

"Az qalıb bişməyinə. Harda olsa hazır olar"

"Mən onda yuxarı çıxım üstümü dəyişim. Səndə süfrəni hazırla, yemək yeyək"

"Mə - əndə?"

"Yox, sən azlıq edərsən. Çöldəki qorumaları çağır onlarda gəlsin. Əlbətdəki sənlə"

Mənə göz vurub, arxasını döndərərək yuxarı çıxdı. Bu gün Sərdarın içinə nə daxil olmuşdu? Hec özü kimi deyildi...

Süfrə arxasına keçib oturmuşduq. Yemək yesəmdə ağılım çöldəkilərdə qalmışdı. Onlarda insan idi. Onlarda yeyə bilərdi, yeməkdən. Lakin, bunu Sərdara necə deyəcəyimi düşünürdüm. Sərdar əlində tutduğu çəngəli boşqabın kənarına qoydu. Ağızındaki yeməyi bitirdikdən sonra "Dadlı idi. Əllərinə salıq. Gələn dəfə özünü əziyyətə salma. Hansı yeməyi istəsən, uşaqlara de alıb gətirsinlər" dedi.

"Çölə hec çıxmayacam mən?"

"Yaxın zaman üçün yox"

"Bu evdə gün keçirtməkdən bezdim. Başımı qatmaq üçün telefonum belə yoxdu!"

"Sənin öz telefonun mənim otağımdadı. Yadıma salarsan verərəm"

"Ailəmlə danışa biləcəm?"

"Ailənlə istədiyin qədər danış. Ancaq nə sən ora gedəcəksən, nə də onlar bura gələcək"

"Sən mənim ailəm ilə olan bağlarımı qırırsan... Mən onlarsız qala bilmirəm! Məni gətirib bura salmısan. Hec demirsən, bu qızın bir məndən əvvəl bir həyatı vardı! Sən məni gələcəyimdən edirsən!"

"Eşitmədim səni. Nəsə dedin mənə?" deyib gözün hec nə olmamış kimi ətrafda gəzdirdi. Danışsamda, mənə qulaq asacaq kimsə yox idi! Ona hec nə deməmiş ayağa qalxdım.

"Hara belə?" dedi

"Çöldəki uşaqlara yemək verməyə!"

"Necə qayğıkeş insansan. Sevincəklər"

"Səndən fərqli, mən sinəmdə ürək daşıyıram. Daş daşımıram"

"Daş deyil o. Daş olsa, sənin mənim ilə belə danışmağına icazə verməzdim" deyə danışıb, üzündə süni gülüş əmələ gətirdi. Aydın idi. Susaqcaqdım. Daha çox irəli getməyəcəkdim. Mətbəxə keçib əlimə böyük boşqab aldım. Bir az Fiko üçün dolmalardan saxlayıb, digər qalanını qaba yığdım. Mən bununla məşğul olduqca, Sərdarında bir gözü mənim üstümdə idi. Yeməyini yeyib bitirməsini çox istəyirdim. Telefonuma qovuşa bilmək üçün...

Çöldəkilərə yeməyi aparıb vermişdim. Sevinmişdilər. Sərdarda telefonumu vermişdi. Lakin O evdə idi deyə, uşaqların hec birinə zəng edib danışa bilməmişdim. Vaxtımı internetdə keçirtmişdim. Otağıma gedib danışmaq olsada, sonradan ağılıma mənə qulaq asacağı falan gəlib bu fikirimdən əl çəkmişdim. Boşluqdan öz nömrəsi ilə Fikonun nömrəsini vermişdi mənə. Sərdar tvdən futbol izləyirdi. Mənimdə ürəyim sıxılırdı. Fiko olsaydı, başımı qarışdırardı.

"Fikoya yazsam cavab verər mənə?" dedim

"Fikonu neynirsən"

"Üzüm adam üzü görərdi deyirəm. Təklikdən ürəyim sıxılır"

"Mən boyda adam sənə azlıqmı edir"

"Sən boyda adam, ancaq mənə əmr verir. Söhbət etmir!"

"Yaxşı edirəm söhbət. Sadə sual verim adımı telefonuna nə deyə qeyd etdin"

"Sedo deyə"

"Sedo nədi? Məhlə uşağıyam mən sənlə?"

"Allah eləməsin, sənlə məhlə uşağı olam! Zarafat etdim. Adını Zalım Mafiya qoydum. Tam adına layiq hərkətlər edirsən!"

"Səndən daha krativ adlar gözləyirdim"

Gözümü süzdürməklə kifayətləndim. Telefonumun galeriasına daxil olub köhnə şəkillərimizə baxdım. Şəkillərimin çoxusu Aydın ilə idi. Sərdardan çəkinsəmdə, Aydının vəziyyətini soruşmalı idim. Təbiki belə düşünməyimdə, Danielin dediklərinin böyük payı vardı. Telefonu söndürüb əlimdə sıxaraq "Aydından bir xəbər var?" dedim. Gözünü tvdə hec çəkmədən "Yoxdu" dedi. Necədə asand şəkildə demişdi. Yox idisə, bir seylər niyə etmirdin? Göz görə - görə öləcəkdimi Aydın? Onun daş qəlbi hec vaxt yumşalmayacaqdı...
Buranın havası məni boğurdu. Dayanmağa gücümdə yox idi. Divandan qalxdım. Ruh kimi, piləkana tərəf irəllədim. Pillələri çıxdım. Öz otağıma daxil olub, qapını bağladım. Çarpayıya getməyə hec halım olmadı. Eləcə qapının yanına çökdüm. Mən çox darıxmışdım. Darıxmaq isə insana verilən əzaba, bərabər bir hiss idi. Gün keçirdi... Sən gəlmək bilmirdin Aydın...
Halsızlıqdan qapının kənarında yuxuya qalmışdım. Hər yerim tutulmuşdu. Pəncərəyə boylanıb baxdığımda, havanın qaraldığını gördüm. Bu vaxta Fiko gələrdi, düşüncəsi ilə ayağa qalxıb otağımdan çıxdım. Aşağı düşdüyümdə Sərdarın üstünün geyimli bir vəziyyətdə olduğunu gördüm. Gedənə oxşayırdı.

"Mənim bir işim çıxdı. Getməliyəm. Fiko harda olsa 15 - 20 dəqiqəyə evdə olacaq. Qorxma" dedi

Mən soruşmadan, mənə açıqlama etmişdi... Evdən tez tələsik çıxıb getdi. İşlərində tərs gedən bir seylər ola bilərdi. İçimə hüzursuzluq salmaq istəməyib, qonaq otağına keçdim. Tv ni yanıdırıb, hər hansı bir serialın birini açdım. Serial marağımı cəlb etmirdi. Yaxşısı Akifə zəng etmək idi. Tam bunu düşündüyümdə, evin işıqları söndü. Hər yer zülmət qaranlıq oldu. Belə bir evin işıqları niyə sönmüşdü? Ayağa qalxmaq istədiyimdə, qapının səsi gəldi. Qapı açıldı. Kimsə içəri girdi. Qorxsamda, qorxmağımı bəlli etməməyə çalışıb "Fiko? Fiko sənsən?" dedim. Elə bu anda işıqlar yandı. Qarşımdaki adam Fiko deyildi. Səhər qarşılaşdığım Daniel idi. Yenə niyə gəlmişdi?
"Gələcəyimi demişdim" dedi. Belə tez gələcəyini deməmişdi...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2730
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri