Ağ Kəpənək (18-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 3 525
Səs ver:
(səs: 0)
Günlər günləri keçirtmiş, həftələr olmuşdu. Bu vaxtlar ərzində hər sey olduğu kimi qalsada, bəzi seylər azacıq dəyişmişdi. Fiko ilə olan münasibətim daha güclənmişdi. Məni bu evə bağlayan yeganə sey onun burda var olması idi. Sərdarın gözünü oğurlayaraq, məni iki dəfə ailəmim yanına aparmışdı. Orda diqqətimindən qaçmayan təkcə sey, Fikonun Jaləyə olan baxışları idi. Amma Jalə hec oralı deyildi. Fikonun xoşlantısının cavabsız qalmasından qorxurdum. Evdə Sərdarla vəziyyətimiz çox dəyişməmişdi. Yenə eyni soyuq və məsafəli adam idi. Mən O, insanı başa düşə bilmirdim. Bir gün günəş olurdu, bir gün tufan. Arada qalırdım. Nə edəcəyimi bilmirdim. Onunda yaşadıqları sey ağır bir seylər idi. O gün, Danielin gəldiyini bildiyində qışqır - bağır salmışdı. Qəribə olan o idiki, Daniel daha gəlməmişdi. Bu böyük səssizliyin, fırtınaya çevrilməsindən qorxurdum. Hər zaman belə olmurdumu? Səssizlik ardına, böyük fırtına...
Səhərdən bəri evdə hazırlıq gedirdi. Yeyəcəklər, içəcəklər alınmışdı. Buna səbəb isə ayda bir dəfə bu evə toplaşıb, aylıq vəziyyətlərini gözdən keçirmək imiş. Sərdarın ən yaxşı adamları gələcəkmiş. İçlərində Rüfətlə Sevdada var imiş. Onları görmək istəmirdim. Buna görə aşağı düşməməyi planlaşdırırdım. Otağımda qalsaydım yaxşı olardı. Sanki, hər kəs qaldığı yerdən həyatına davam edirdi. Olan bir tək Aydına olmuşdu... Hələdə komada yatması, mənim səbrimi tükətirdi. Yanına belə aparmırdılar məni. Mən isə sağ idim. Yeyirdim, içirdim, yatırdım. Ondan sonra 'Ölərəm' demişdim. Ölmədim...

Onların gəlişinə vaxt qaldığından, otağımdan çıxıb aşağı düşdüm. Bu gün Sərdar bütün gün evdə olmuşdu. Üstünə rahat bir seylər geyinmişdi. Bu ev halına çox alışqan deyildim.
Mətbəxdə içki bardaqları çıxartmaqla məşğul idi. Məndə səssizliyimi qoruyub, bir seylər yemək üçün soyducunu açdım. Ən yaxşı seçim meyvə yemək idi. Bir alma götürüb, soyducunu bağladım. Sərdarın bir gözü mənim üstümdə idi. Mənə hec baxmamış kimi edib, bardaqlarla maraqlanırmış kimi görünməyə başladı. Onun bu görməzdən gələn havasını hec çəkməyib, almanı yudum. Sərdarın arxası mənə dönük olsada "Alma indi soyducudan çıxıb. Soyuq olar. Bir az gözlə elə ye" dedi. Hanı mənə hec baxmırdı?
Onu qıcıqlandırmaq üçün "Mən soyuq sevirəm" dedim. Üzünü mənim tərəfə çevirdi.

"Boğazın ağrıyacaq. Onuda sevməzsən hər halda" dedi

"Yox onuda sevirəm. Mənim ən sevimli hoppim, soyuq sey yeyib boğazımı ağrıtmaqdı"

"Nə halın varsa gör. Boğazın ağrısa dərman almayacam!"

"Fiko alar! Sənə ehtiyyacım yoxdu!"

"Sənə bu üzü verən Fikodu onsuz. Fikodan üz tapmasan belə danışmazsan!"

Bunu dediyində Fikonu piləkanın axrıncı mərtəbəsində dayanan gördüm. Böyük keyif ilə yanımıza gəlib "Elə bil kimsə mənim adımı çəkdi. Nə demiş, atalar? Yaxşı insan sözünün üstünə gələrmiş" dedi.

"Hardasan səhərdən? Gör nə günə qalmışamki, bardaqları özüm çıxardıram" dedi Sərdar.

"Çıxartda. Bardaq çıxartmaq böyük işdi elə bil"

"Az danış. Gəl, kömək et mənə"

"Acam. Qarnımı doyduzdurum sonra" deyərək tam mənim dibimdə bitdi. Əlimdəki almanı bir göz qırpında əlimdən aldı. Almadan bir dişləm alıb yediyində, Sərdar "Boğazında qalsın" dedi. Fiko yalandan öskürdü. "Kürəyimə vur Lena. Boğazımda qaldı" dedi, güclə danışmırmış kimi. Yalandanmı edirdi? Dediyini edib kürəyinə vurduğumda, güldü. Almadan daha böyük bir dişləm alıb "Sən onu ancaq yuxunda görərsən Sərdar" dedi. Kürəyinin ortasına möhkəmdən vurdum. Ağrısına yanımdan kənara çəkilib

"Əlində yaman ağır imiş" dedi

"Həm almamı yeyirsən, həmdə məni əziyyətə salırsan! Sənə oda azdı" dedim

"Nə demiş, atalar. Paylaşmaq gözəldi. Paylaşki daha çox artsın"

"Sənində bu gün atalar misalları deyəsin tutdu! Atalar başqa seydə deyib!"

"Nə deyiblər?"

"İki qoçun başı, bir qazanda qaynamaz"

"Çünki, qazan balaca olub" deyib qəh - qəhə çəkdi. Əsla bu vaxtı keçmiş zarafatına gülmədim. Hətda tam ciddi dayandım. Eynən Sərdarda gülmədi. Onsuz onun gülən, bir - iki dəfə görmüşdüm ya yox. Elə bil əməliyyatla üzündən gülüşünü aldırmışdı. Of! Məsələ hardan hara gəldi. Fiko gülmədiyimizi görüb, gülüşünü üzündə dayandıraraq qaşlarını çatdı.
"Adam hec olmasa, nəzakətən olsa belə gülər.
Nəzakətsizlər. Xayinlər! Allah məni sizə möhtac edəcəyinə, çöldəki itlərə möhtac eləsin" dedi.
Hec nə başa düşə bilməyib, üzünə qəribə baxışla baxdım. Şair burda nə demək istəmişdi?

"Nəsə düz gəlmədi, hə elə bil? Duzun az elədim. Neynək gələn dəfə daha yaxşı çalışaram" dedi.

Getdikcə batırdı. Özünü dəliliyə qoymasa, yaxşı uşaq idi əslində. Gözümü ona süzdürüb, yanlarından ayrıldım. Nə işləri vardısa, özləri görərdi!

***

Onlar gəldiyindən aşağı düşmürdüm. Eləcə otağımda oturmuşdum. Qulağıma alt mərtbədən qarışıq musiqi səsləri gəlirdi. Demək mafiyanın xüsusi günüdə belə olurmuş. Canım sıxıldığından, telefonumla vaxt keçirirdim. Az sonra qapım döyüldü. Fiko içəri girdi. Yanıma tərəf gələrkən "Niyə gəlmisən" dedim.

"Gəldim səni aşağı aparım. Tək sıxılarsan burda"

"Mən orda hec kimi tanımıram"

"Məni ki tanıyırsan. Həm bir neçə qızda var. Tanış olarsan"

"Mafiya olan qızlarla? Yox, qalsın. İstəməz!"

"Məni onların arasında tək qoyacaqsan?"

"Mənə nə səndən. Mən gəlmirəm"

"Gələcəksən. Könülüm burda, pişik balası kimi tək qalmağına əl vermir"

"Yaradıcı düşüncələrin var! Pişik balasayımışda!"

Əlimdən tutub, məni ayağa qaldırmağı bacardı. Məcbur qalıb, aşağı düşəcəkdim. Bu məburiyyət olmasaydı, insanlar bir seyə məcbur qalmazdılar!

Aşağı düşdük. Aşağıda hər kəs özü üçün bir yerdə oturmuşdu. Göz nəzəri saydım, dörd qız altı oğlan vardı. Bu dörd qızında biri Sevda idi. Baxışlarımız onunla kəsişdi. İnadına üzümü çevirmədən ona baxdım. Oda mənə dümdüz baxırdı. Qəddar birinə bənəzdirdim onu. Acı çəkməklə arası yox idi. Sərdarın isə əlində bir içəcək vardı. Özü yaşlarında olar ya olmaz bir oğlanla söhbət edirdi. Onları başa düşə bilməzdim. Ona görədə bir başa mətbəxə keçdim. Özüm üçün bir qab götürüb içinə şirniyyatlar yığırdım. Bir gözümdə Sevdanın üstündə idi. Fikonun tam yanına oturmuşdu. Əlidə dinc dayanmırdı. Fikonun saçlarının arasında gəzirdi. Bu niyə belə edirdiki? Nədənsə əsəb hissim baş qaldırdı. Mən belə idim. Çox istədiyim insanları qısqanardım. Fikoda indi buna aid edilmişdi? Qaba şirniyyat yığmağı dayandırdım. Fiko arxaya çönüb mənə baxdığında, əlim ilə yanıma gəlməsini işarət etdim. Sevdanın yanından qalxıb yanıma gəldi.

"Yanımda qal" dedim

"Sən bizim yanımıza gəlsən olmaz?"

"Mənim Sevdadan zəhləm gedir. Sənsə onun yanındasan! Sənin nə işin var onun yanına?"

"Hec Sərdar tərəfindən belə sorğuya çəkilmirəm. Sakit ol gözəlim"

"Ola bilmirəm. Qız az qalsın sənin içinə düşə, sən isə qolunu belə tərpədmirsən!"

"Bu səviyyədə qısqanc olduğunu bilmirdim" deyib gözlərini oynatdı.

"Səni boğaram Fiko!" dedim

"Yaxşı, yaxşı bu gecə bütün gün sənin yanındayam" dedi

Zəfər qazanmış kimi güldüm. İlanın yanında qalmaq olmazdı...

Dünənki gecədən sonra, yorğun olduğum üçün yuxudan gec ayıldım. Dünən onlara ətrafı yığışdırmaq üçün kömək etmişdim. Qonaq otağıda, mətbəxdə təmiz idi. Lakin, Sərdarla Fiko gözümə bu gün çox sakit görsənirdilər. Sərdar hec danışmırdı. Fikoya isə sual verdikdə, cavab verib susurdu. Yenə tərs gedən bir seylər olmuşdu. Nəyin tərs getdiyini isə mənə demirdilər. Bu hal isə məni narahat edirdi. Tərədüt etsəmdə, onların yanına oturdum.

"Nə səssizsiz bu gün?" dedim

"Yorğunluqdan" dedi Fiko.

"Məndə yorğunam. Amma yorğunluq danışmamaq üçün bəhanədi"

"Bəhanə deyil"

"Gözümün içinə bax Fiko". Baxmadı...

"Hazırlaş səni bu gün ailənin yanına aparırıq" dedi Sərdar. Birdən birə ailəmin yanına getmək? Həmdə Sərdar özü təklif etmişdi.

"Bayramdıda mənimi xəbərim yoxdu?" dedim

"Bu gün ürəyim, sənə yaxşılıq etmək istədi. Söhbəti çox qarışdırma"

"Nə vaxt gəlib götürəcəksiz"

"Bu gecə ordasan. Sabah"

"Onda vaxt itirmədən gedək"

Ürəyim hec yaxşı seylər olmadığını deyirdi. Nəsə düz getmirdi bu işdə. Çox üstələməyib, üçümüzdə evdən çıxdıq. Fikonun maşını çöldə idi deyə, darvaza qapısından çölə çıxdıq. Maşına tərəf gedib maşına minmək istədiyimizdə, qarşıdan qara rəngli bir maşının gəldiyini gördüm. Maşın yaxınlaşdıqca, maşını idarə edənin Daniel olduğunu gördüm. Maşını sağa çəkib saxlayaraq aşağı düşdü. Və mən nədənsə dönüb Sərdar ilə Fikoya baxdım. Onları ilk dəfə idi belə görürdüm. Necəmi? Sanki, bir sey etmişdilər. Onu gizlədirdilər. Üzlərində günahkarlıq ifadəsi vardı. Hə, həə eynən günaha batmaq kimi...

"Oo sizi gedər ayaq tutmaq, mənim üçün nə gözəl oldu. Hara aparırdınız Lenanı, ona həqiqəti demədən" dedi

Yanımıza gəlib, güldü. Hava atar kimi bir halı vardı. Sərdar bir sey etməyəcəkdimi?
"Daniel çəkil qarşımızdan!" dedi Sərdar.
Bumu? Bir kəliməmi?

"Lena, görünən oduki bu qorxaqlar sənə hec nə deməyib. Elə isə bu acı xəbəri demək mənə düşər. Aydın ölüb... Aydının ölüb, Lena" dedi.

Eşitdiyim son kəlimələrlə gözlərimin qarşısı qaraldı. İlk saniyə nəfəsimi alıb verə bilmədim. Dərdindən nəfəsimi alıb verərkən, Danielin dediyi hec bir seyə inanmaq istəməyib Fikoya dönərək "Düzmü deyir?" dedim. Fiko başını aşağı saldı. Mən isə indi daha çox qorxdum.
"Fiko düzdümü dedikləri?!" deyə qışqırdım. Başını yelləyib "Lena... Lena biz belə olsun istəmədik" dedi. Düz imiş... Aydın ölmüşdü...

"Lena, sənə vaxtında demişdimki bir gün ağlamaq üçün bir çiyin axtaracaqsan. Və o çiyin mən olacam" dedi Daniel.


Onun sözünə fikir vermədim. Diqqətimi tam Sərdarın üstünə verdim. Çənəm sözümə baxmadan əsirdi. Gözlərimin yaşlar yanaqlarıma leysan yağışı kimi süzülürdü. Mən Aydınsız qalmışdım... Bu
dünyamın dağılması üçün böyük səbəb idi. İşarət barmağımı Sərdarın ürəyinin üstünə basdırıb "Bundan sonra..." dedim. Ardın gətirmək üçün boğazımda yaranan yumru düyümü udub, ağlamamğımı dayandırmağa çalışdım. Əlimi ürəyinin üstünə basdıra - basdıra "Adin qatildi ürəyimdə!" dedim. Qatil idin Sərdar Qarayev! Sən bir qatil idin! Sevdiyim adamın qatili...

Danielə tərəfə dönüb "Gedək ..." dedim. Daha məni onların yanında saxlayacaq bir sey qalmamışdı. Gedərək, həyatınını sənə zindan edəcəkdim. Sənə sözüm olsun, Aydın... Qisasını alacaqdım!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 525
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri