Ağ Kəpənək (20-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 616
Səs ver:
(səs: 0)
Mənə göstərdiyi otağa daxil oldum. Nə otağın ölçüsünə, nə içindəki əşyalara baxmadan özümü çarpayıya atdım. Mən son aylarda ordan bura, burdan ora sürüklənirdim. Bəlli bir qalacaq yerim yox idi. Mən düşünürdüm. Aydın komadan ayılacaqdı. Sağalacaqdı. Biz evi satıb borcu ödəyəcəkdik. Sonrada sonsuza qədər Sərdardan uzaq qalacaqdıq. Hec düşündüyüm kimi olmadı. Mən indi Sərdara düşman kəsildim. Bu səbəbdən burda idim. Bu səbəbdən Danielin evinə gəlmişdim. Kinim, nifrətim hər seydən daha üstün gəlmişdi. Hətda ailəmdən belə üstündə dərəcədə idi. Aydının öldüyünü demək istəmirdim. Deyədə bilməzdim. 'Aydın ölüb' sözünü dilimə gətirmək istəmirdim. Bilirdim buna görə məndən küsəcəkdilər. Küssələrdə, mənim yolum bu idi. Bu yol mənim idi. Bu düşüncələr məni alt üst etdiyində, qapının açılması ilə hər seyi beynimdən atdım. Daniel içəri keçsədə, qapıya söykənib qalmışdı. Bərbad göründüyümü bilirdim. Onun vicdanı var idisə, indi mənim bu görüntümə içi sızlayardı. Qadına gözəl edən sey gülüşü idi. Ağlaq gözləri deyil...

"Elə bir vəziyyətdəsənki, sənə nə deyəcəyimi bilmirəm" dedi

"Hec kimə bu vəziyyəti düşməyi arzu etmərəm"

"Sərdara arzu etdin amma"

"O qatilə nə arzu etsəm, az olar. Adı üstü bir qatildi. Qarşımıza çıxdığı günə lənət olsun!"

"Dözəcəksən. Alışacaqsan"

"Nəfəs almaq, dözmək demək deyil. Dözə bilmirəm"

"Sil gözünün yaşını. Dik dayan. Sən indi mənim yanımda Sərdardan belə güclüsən. Özünü azad burax. Və içindəki acının səni qəddar bir insana çevirməsinə icazə ver"

Son cümləsi... Son cümləsi, mənim həyat yolumun başlağıcı idi. Acı insanı güclü deyildə, qəddar edərdi. Fədakar Lena, qəddarmı olacaqdı?

"Sizin aranızdaki düşmanlığın səbəbi nədi?" dedim

"Yadıma salma, hec nəyi. Bir onu bilki, mənim bu düşmanlıqda günahım yoxdu. Hər seyi edən Sərdar özü oldu. Məni boşuna günahlandırdı. Ona düşman kəsilməyimi özü istədi"

"Mən sizin kimiləri başa düşə bilmirəm. Bir seyi gizlədib demədikdə, ağıllı mafiya falanmı olursunuz? Budumu sizin sirriniz?"

"Məni aşar belə mövzular. Həm mən Sərdar kimi insanları zəhərləyən mafiya deyiləm. Mən insanlara şans tanıyıram. Kart oyunlarının başçısıyam"

"Yəni, qumar..." dedim. Buda bir növ insan həyatına müdaxilə etmək idi. Bu da insanları uçuruma aparırdı. Aydının uçurumdan aşağı düşməsi kimi...

"İnsanlar pul qazanır. Bunun nəyi pisdi?" dedi

"Ailələr dağılır... Uşaqlar ac qalır... Qadınlar döyülür... Evdə satılası əşya qalmır"

"Mən kiməsə evinin əşyasını satıb, gəlsin oyun oynasın demirəm. İnsanlar azad düşüncəlidi. Hər kəs öz istədiyini edir. Eynən sənin kimi. Öz azad iradən ilə mənim yanıma gəldin"

"Bu söhbət açılmışkən, bir sey deyim. Mənim burda qalmağımın nə xeyiri olacaq mənə?"

"Özünü ələ aldıqdan sonra sənlə məşğul olacam. Silah tutmaqdan, atıcılığa, atıcılıqdan döyüşməyə qədər hər seyi öyrənəcəksən. Kart oynamağıda öyərənə bilərsən. Başını qatmaq üçün. Bunları etdikdən sonra tam dəyişmiş, bir güclü Lena olaraq Sərdarın qarşısına çıxarsan. Onun işini bitirərsən"

"Məndə bir qatil olaram..." dedim, yenə Aydının ölməsini xatırlayarkən. Bu ölüm hər yadıma düşdüyündə, bütün bədənimi öz əsarəti altına alırdı.

"Səndən bir qatil yaradacam" deyib güldü.

"Açıq sözlülüyün xoşuma gəldi"

"Nifrətimlə böyüyəcəksən"

"Bu nifrətdə məni uçuruma aparacaq"

"Uçurumdan aşağı düşdüyündə, əlimi sənə uzadacam"

"Əlindən tutmasam necə?"

"Arxanca atlayaram..." dediyində, səsindən ciddiyət axırdı. Əylənərək demədi. Ona uzaqdan uzağa ağlaq, şişmiş gözlərimlə süzdüyümü gördüyündə bu vəziyyəti dəyişmək üçün "Ailən? Ailən nə olacaq? Onlara bir sey deməyəcəksən?" deyə suallar verdi. Ailəmi düşünmək sənə qalmamışdı. Mavi gözlü adam...

"Ailəmin hec nə bilməsini istəmirəm. Bir müddətliyinə hec nə bilməsinlər. Mən onları bu işin içinə atmaq istəmirəm. Onlara zərər gəlməsin yetər mənə. Nə qədər tək olsam o qədər yaxşıdı. Onlar yanımda olsa, başlarına nəsə gələ bilər" dedim

"Okey. Mənim üçün hec daha yaxşı oldu belə istəməyin. Belə işlərdə ailəyə yer yoxdu"

"Sənin ailən var amma. Bacında, qardaşında"

"Kimsə onlara bir sey etmək cəsarətin tapa bilməz. Onlara nəsə edənin, başını bədənindən ayıraram. Səndə belə olduğunda ailəni yanına ala bilərsən"

"Sərdar gil onları tanıyır. Evlərinə qədər bilirlər. Nəsə edə bilərlər onlara?"

"Borcun vardı Sərdar gilə?"

"Həə... Həmdə ödəyə bilməyəcəyim qədər çox"

"Mən o pulu sənə verəcəm. Səndə aparıb ailənə verərsən. Onlardan biridə Fikoya verər. Pul işi beləcə bitər"

"Olmaz. Onlar deməzmi pulu hardan tapmısan? Mən onlara hec nə deməyəkdim. Onlar hec nə bilməyəcəkdi"

"Deyərsənki, böyrəyimin birin satmışam" deyib öz ailəmində zarafat eləmək istədi. Böyrək satmaq demək, yaxşı ki orqan mafiyası falan deyildi. Düşünün elə olsa, bir gecə məni öldürüb orqanlarımı satardı.

"Hey zarafat elədim. O dəqiqə qaşlarını çatırsan. Həm böyrək o qədərdə pul etmir. Amma sən yenədə düşün. Böyrəyini satmaq istəsən mənə de. Tanış orqan mafiyası var. Səni ona verərəm. Səni kəsər, biçər. Üstündə də pul verər. Neynirsən iki böyrəyi? Biri işini görürdə" dediyində şişmiş gözlərimi daha çox bərəltdim.

"Sən yəqin tək böyrəkli gəzirsən!" dedim

"Vallah hə. Hardan bildin? Daş basmışdı içini"

"Manyaksan sən?!"

"Səni güldürməyə çalışmışdım..."

Gülə bilməzdim... Çünki, Sərdar ən böyük gülüşümü bu gün əlimdən almışdı. "Mən yatmaq istəyirəm" dedim söhbəti bağlaması üçün.

"Mədəni sürətdə, get deyirsən" dedi

Getməsi üçün gözümlə qapını işarət etdim. Qapının yanında olduğundan, qapını açıb əl edərək otaqdan çıxdı. Danışmışdım, nəfəs almışdım. İndidə yatacaqdım. Amma bu yaşamaq deyildi. Mənimkisinə yaşamaq demirdilər. Bu çarpayı mənim üçün yataq deyildi. İndi bu çarpayı mənim üçün soyuq məzardan seçilmirdi. Aydının ölüsünü görməzkən, mənim üçün hər yerə cəhənnəmdi. Xoş gəldiniz, mənim cəhənnəmimə...

Həmin o bərbad günün səhəri açılmışdı. Axşamdan bəri yağmağda olan yağış vardı. Mənim üçünmü ağlayırdın göyüzü? Bundan idimi bu yağışlar?
Acı idim, yuxusuz idim. Yorğun idim, hərəkətsiz idim. Çıxmamışdım bu otaqdan çölə. Hər kəs öz işində gücündə olub gününə davam edərkən, mən özümü bu otağa bağlamışdım. Ağlayanda keçirdi deyirlər. Ağlayırdım, keçmirdi. Dinmirdi içimdəki acı. Rahatlana bilmirdim. Yağışın səsini qulaqlarımda hiss edirdim. Ağılıma gələn bir fikirlə çarpayımdan qalxdım ayağa. Otağımdan çıxıb aşağı düşdüm. Aşağıda olan Lauranı görsəmdə, qapını açıb özümü çölə atdım. Arxamca gəlməyəcəyini bilirdim. Halım olmasada irəli addım atdım. Yağış üstümə vurduğunda, bədənimə kiçik titrəmə daxil oldu. Məndə yağışa qoşuldum. Yağış yağdı, mən ağladım. Mən ağladım, o yağdı...
Yağış getdikcə sürətlənmişdi. Leysana çevrilmişdi. Mən isə yarım saatdan çox idi yağışın altında idim. Nə yağış kəsirdi, nə də mənim ağlamağım...
Bu çarəsizliyin ən dibi idi. Yanan canım sönmürdü. Yağış belə bu fəryadı söndürmürdü.
Yağışın altında güclə nəfəs aldığımda, kimsə qolumdan tutdu. Qolumdan tutması ilə titrəyərək yanımdaki insana baxdım. Daniel mavi gözləri ilə mənə acınası bir halda baxırdı. Gözlərinin rəngi tündləşmişdi.
"Sən neçə saatdı bu yağışın altdındasan?! Canına qəsdin var sənin?!" deyə əsəblə danışdı. Susdum. Ağızımı açası halda deyildim. Gücsüzlükdən dodaqlarım aralanmırdı...

"Gedirik evə!" dedi bağıraraq.

"Məni düşünürmüş kimi etmə! Səndə yaxşı insan deyilsən. Az gir bu rollara!"

"Gəlirsən bu evə!"

"Gəlmirəm! Bu yağış kəsənə qədər burdayam"

"Bunu sən istədin!" dediyində, nə edəcəyini düşündüm. O an boşluğuma gəldiyindən məni qucağına aldı.

"Burax məni! Burax! İmkan ver ölüm!" dedim

Sözümə baxmırdı. Məni qucağından yerə qoymayıb evə tərəf addımladı. Yağış altında qaldığından oda su olmuşdu. Saçları alınına yapışmışdı. Üzünə su axırdı. Evə girdiyimizdə məni yuxarı çıxartdı. Otağa aparacağını düşünərkən, məni bir başqa qapıya tərəf apardı. Qapını açıb içəri keçdiyimizdə nə etmək istədiyini başa düşdüm. Bədənim qızsın deyə məni duşa salacaqdı. Məni tam vannanın içinə qoyub, duşu açdı.

"Mən sənin ölməyinə belə asanlıqla icazə verməyəcəm! Sən tam bir xəstə imişən. İpə sapa yatmayan xəstə!" dedi

Duşu əlinə alıb başımdan aşağıya doğru isti suyu bədənimə axıtdı. İsti su bədənimə dəydikcə, qızındığımı başa düşürdüm. Günah işləmiş kimi idim. İşimi bildiyimdən danışmırdım...

Suyu bağladı. Mənə bir dəsmal uzatdı. Dəsmalı əlindən alıb, bədənimə doladım.

"Mən indi gedib, Lauranın geyimlərindən sənə gətirəcəm. Üstünü dəyişərsən. Mən gələnə qədər, sakit dayan. Başıma yeni işlər açma" dedi

Başımı yellədim. Paltarlarım su olduğundan, məcbur qalıb Lauranın paltarlarını geyinməli olacaqdım. Vannadan çıxıb, güzüdən özümə baxdım. Gözüm itici bir alətə sataşdı. Sakit qalacaqdım...

Ülgüc vardı. Onu götürsəm hər sey bitərdi. Bu şeytanı fikirlər ağılıma daxil olmuşdu. Həyat biləyimin arasında yerləşən damardan ibarət idisə mən nəyi gözləyirdim? İçimdəki şeytan 'Gözləmə' dedi. Mən özümə sözlər verərkən, eyni zamanda onları yerinə yetirə bilməyən zəif bir qız idim. Ölmək, hec bu qədər gözəl gəlməmişdi mənə. Çünki, bu ölümün sonu Aydına çıxırdı...

Ps. "Və içindəki acının səni qəddar bir insana çevirməsinə icazə ver"
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri