Ağ Kəpənək (21-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 476
Səs ver:
(səs: 0)
Ülgüclə bir az baxışdıq. Şeytana qalib gələ bilməyib, ülgücü əlimə aldım. Bəlkədə, bu məni öldürməzdi. Amma içimdə bitmək bilməyən acını, azda olsa dayandırmağa gücü çatardı. Ülgücü biləyimə tərəf gətirdiyində, qapı anidən açıldı. Qapının açılması ilə ülgüc əlimdən yerə düşdü. Daniel gözünü yerdə olan ülgücə dikdi. Başını yerdən aram - aram qalıdırıb mənə baxdı.

"Həqiqətən ölmək istəyirsənsə, çölə çıxım. Səndə qaldığın yerdən işinə davam elə" dedi

Başa düşmədim hec nə. Boş gözlərlə ona baxdım. Onun mavi gözləridə buz kimi soyuq baxırdı adama. Mən həm o gözlərdən donurdum, həmdə bədənimi saran sudan üşüyürdüm. Bir təhər idim. Yerə əyilib ülgücü əlinə aldı. Ülgücü mənə uzadıb "Götür. Götür işini tamamla. Ölmək sənə belə asand gəlirsə, kəs biləyini hər seyə son qoy. Bəzi insanlar əlacsız qaldığı zamanlarda belə Tanrıya sığınır. Sən isə Tanrıya sığınmaq əvəzinə bu ülgücə sığınırsan. Səni ağıllı qız bilirdim" dedi. Belə danışıb, fikirimi dəyişdirməyi istəyirdi. İndi başa düşmüşdüm. Qarşımdaki insan olduqca hiyləgər idi. Hər vəziyyətə uyğunlaşa bilirdi. Özünü itirmirdi. Üzdə mimika yox... Baxışlar soyuq... Danışıqlar saxta...

Hə, mənim qarşımdaki bu insan şeytana ayaqqabısını təsir geyindirənlərdən idi.
Üstümdə olan dəsmalın ucunu əlimə alıb sıxdım. Gözü etdiyim hərəkətə sataşdı. "Ölmək üçün hələ tez olduğunu qəbullandın demək. Al indi bunları geyin" deyib əlindəki paltarları mənə uzatdı. Əlim titrəsə belə əlində olan paltarı aldım. Nə O, danışdı, nə də mən. Ağılımda tək sey burdan çıxması idi. Çıxsaydı bu geyimləri geyinərdim. Burdan çıxıb otağıma gedərdim.
Hələdə danışmadığını gördüyümdə "Çıxsaydın, üstümü dəyişərdim" dedim.

"Çölə çıxım səndə, özünü öldür hə? Mən işimi etibarlı tutmaq istəyirəm. Çıxmayacam"

"Sənin yanında bu paltarı çıxarda bilmərəm! Çıx çölə üstümü dəyişim"

"Arxamı sənə çevrirəm. Səndə üstünü dəyişirsən. Son təklifim budu"

"Məni düşünürmüş kimi niyə edirsən? Mən ölsəm çoxmu vecinə olar sənin?"

"Kim dediki, səni düşünürəm? Özümü düşünürəm, özümü. Sən ölsən mən hec nə itirmərəm düzdü. Amma sağ qalsan, mənə çox sey qazandıra bilərsən. Səni yanımda bir çıxar üçün tuturam. Mən necədə açıq sözlüyəm...
Mən sənlə açıq danışıram. Çünki, bu həyatda ən güclü silah açıq danışmaqdı"

Yenə son cümləsinə taxıldım. Mənə belə danışaraq höküm edirdi. Beynimi idarə altına alırdı. Və bunu bacarırdıda...
Yanından keçib paltaryuyana tərəf gəldim. Əlimdəki geyimləri onun üstünə yerləşdirdim. O isə arxasını çevirmişdi. Başını belə tərpəndən dayanmışdı. Tez tələsiy üstümü dəyişməyə başladım. Cins bir şalvar, sarı rəngli toxunma bol köynək vardı. Üstümü dəyişdikdən sonra "Dönə bilərsən" dedim.

"Tam 3 dəqiqə 21 saniyəyə dəyişdin üstünü. O qədərdə pis nəticə deyil. Amma gələn dəfə daha tez dəyişməyi öyrən" dedi, mənə dönərkən.

"Səni saata baxan görmədim. Hardan bildin"

"Hesabladım. Beyin nə üçündü bəs?"

"Qorxmağa başlayıram səndən. Arxada gözündə olmuş ola bilər!"

"Olsaydı pis olmazdı" deyib mənə göz qırpdı.

"Tərbiyəsizləşmə!"

"Vay vayy belə danışdın, məndə necədə qorxdum"

"Əylənmə mənimlə!"

"Off sən nə sıxıcı qız imişsən. Vallah bu gedişlə sən, məni iki gündə qocaldacaqsan. Saçlarıma ağ düşəcək" dediyində saçlarına baxdım. Saçının rəngi ağ idi. Oda əlini saçlarına atıb
"Onsuzda ağ imiş. Neynək sən kökündən ağardacaqsan. Oyanı bu yanı yoxdu. Bu saç ağaracaq" dedi gülümsəyərək. Gözümü boyamaq üçün gülürdü. Gülüş keçiçi bir sey idi. Mən isə gülmədim.

"Gül bir az. İnan ölməzsən" dedi. Ardından dayandı. Düşünmüş kimi edib, əlini alınına vurdu.

"Yadıma hec düşmədi. Sənin niyyətin elə ölmək idi" dedi

Niyə belə idi? Asanlıqla insanın düşüncəsinə girə bilirdi. Danışdığımız müddət ərzində hec nə yadıma düşməmişdi. Hansı tilsimdən istifadə edirdi? "Sənə görə taxılıb burda qaldıq. Çıxaq burdan. Mənə burda istilik gəlir" deyib qapını açdı. Ona tərs baxışımı atıb, yanına keçdim. Burada ikinci mərtəbə olmalı idi. Arxama baxmadan otağıma tərəf getdim. Qapını açıb içəri keçdim. Bu kabuslar bitməyəcəkdi. Yaşadığım müddətcə bu kabuslar mənlə olacaqdı. Bədənimə üşütmə daxil oldu. Saçlarım islaq qalmışdı. Əlimi islaq saçlarıma atdım. Sacımın ucuna baxdığımda qapı açıldı. Danielin əlində saç quruducu fenin olduğunu gördüm.

"Mən işimi etibarlı tutmağı sevirəm. Saçlarını qurlaki, xəstələnmə. Xəstələnsən mənim başıma qalacaqsan. Xoş, xəstələnsən sənə baxmayacam" dedi

"Sən nə qəribə adamsan? İkili oynayırsan hər zaman!"

"İki oynamaq, iki üzlü olmaqdan yaxşıdı. Mənim bir üzüm var. Min üzüm deyil"

"Məncə bir üzündə yoxdu. Üzsüzsən!"

"Gəl saçını qurla"

"Qurlamayacam. Yorulmuşam"

"Gəl yanıma" deyə, vurğulayıcı səs tonunda danışdığında onun yanına getdim. Bəzən mafiyanın evində, onun otağında, yanında olduğumu unudurdum. Saç quruducunu komidinin yanında olan eliktirikə qoşmuşdu. Əlindəki saç quruducunu almaq istədiyimdə geriyə çəkdi. Nə etmək istədiyini başa düşmədiyimdə, saçlarıma istilik dəydini hiss etdim. Güzgüdən arxaya baxdığımda, öz əlləri ilə saçlarımı qurutduğunu gördüm. Mənə hec baxmırdı... Tüm diqqətini saçlarıma vermişdi. Əlini saçlarımın arasına keçirib, istiliyi sac diblərimə verməyə başladı. Sərdarın əlini atıb yolduğu saçlarımı, Daniel qurudurdu. Mən bunu niyə müqayisə etmişdim?

Saçlarımı qurutduqdan sonra mənə bir xeyli baxıb "Bu yaxşılığı hec kimə eləmirəm, ha mən. Səndə hələki balaca qorumasız canavarsan deyə edirəm. Böyük canavarlar, balaca canavar balasını qoruyar" dedi. Məndən bir canavar yaradacaqdı. Mən? Mən necə bir canavar ola biləcəkdimmi?

"Nə deyim, indi sənə?" dedim

"Demə. Et. Düşürük indi aşağı. Bir seylər ye. Üstünədə isti limonlu çay içərsən. Üstündəki qırğınlıq keçər"

"Bir limonla keçərmi?"

"Yox keçməz... Keçmədidə..." dedi ciddi halda. Ardından tez ciddiyətini pozub, üzünə gülüş gətirərək "Amma bir maşın limonla keçə bilər. Bir maşın limonun hamısını yeyirsən, düşürsən təzyiqinin dərdinə" dedi. Nədənsə, limonla bir xatirəsi olduğunu fikirləşdim. Həmdə acı bir xatirə...

Bərabər aşağı düşük. Aşağı düşdüyümüzdə, Lauranı yenə qonaq otağında gördüm. Ona fikir verməyib mətbəxə keçdik. Çünki, O mənə hec fikir vermirdi. Yox imişəm kimi davranırdı. Mətbəxdə azda olsa bir seylər yeməyə çalışdım. Görəsən bizimkilər nə edirdi? Telefonuma baxmamışdım. İlk iş telefonuma baxmaq olacaqdı. Daniel, üç bardaq çıxardıb hər üçünədə çay süzdü. Bir bardağa limon atdı.
Çayları əlinə alıb qonaq otağına keçdik. Limonlu çayı götürüb böyük divanın bir küncünə keçib oturdum. Daniel isə Lauranın yanına oturdu. Laura əlindəki telefonu nəhayət yerə qoymağı bacardı."Çay istədiyimi hardan bildin, yaraşıqlı" deyib Danielin boynuna sarıldı. Danieldə onu qucaqlayıb "Sənsiz çay içmək boğazımdan keçməzdi. Sənsiz olmaz" dedi. Laura ondan ayrıldığında mənə döndü.

"Yağışda islanmaq necə hiss idi?" dedi

Mənə sual vermişdi? Dəqiq mənlə idi?

"Xəstə olmasam, yaxşı bir sey idi" dedim, nə deyəcəyimi bilməyib.

"Çayının içindəki limon səni xilas edər"

"Yəqin... Yəqinki. Sey... Çox sağ ol bu üstümdəki paltarlar üçün"

"Dəyməz. Üstündə çox gözəl qalır. Yaraşıb"

Daha nə deyəcəyimi bilmədim. Mənlə söhbət etməyə çalışmışdı. Məni bundan qutaran sey, Samunun aşağı düşməsi oldu.

"Ev əhli burdaymış. Mənə çay yoxdu?" deyib mən oturduğum divanın digər başına oturdu.
"Sən evdə idin?" dedi Daniel.

"Həə. Bu yağışda harda olmalı idim"

"Evdə idinsə Lenanı niyə xilas etməmisən?! Bir saatdan çoxdu yağışın altında qalıb islanıb"

"Onun baxıcısı olduğumu bilmirdim. Baxıçısı olsaydım, xilas edərdim"

"Samu, ciddiyəm mən"

"Görməmişəm. Hec yadımdan qalmayıb bizim evdə yeni bir qızın olduğu"

"Yadında saxla bir zəhmət. O yaddaş sənə nəyə görə verilib"

"Qız nömrələri xatırlamaq üçün"

Danielin tərs baxışını gördüyündə "Zarafat etdimdə. Sizlədə zarafat edilmire" dedi.
Diqqətimi çəkən bir nüans olmuşdu. Mənim evdən çıxdığımı görən Laura idi. Lauraya hec bir tərs söz deməmişdi. Onla çox incə rəftar edirdi. Onu qucaqlaması belə, bir qiymətli əşyanı tutuşu kimi idi. Qırılmasından qorxurdu...

"Mən Samunun boş danışıqlarına qulaq asa bilərəm. Daniel gedək mənə nağıl kitabı oxu" dedi

Daniel və nağıl kitabı oxumaq? Onların söhbəti məni heyrətləndirirdi...

"Necə istəsən prenses, gedək" deyib əlindən tutub, özü ilə bərabər ayağa qaldırdı Lauranıda. Gedər ayaq Samuel yanağını göstərib "Öp məni, sonra get. Üzümün balı azalıb" dedi. Laura əlini Danielin əlindən ayırıb Samuelin üzünə möhkəm öpüş qondurdu.
"Sevimsiz sey olsanda, sənidə çox sevirəm" dedi
Daniel ilə bərabər yuxarı çıxdılar. Samuel mənə bir az yaxın oturdu.

"Pişt! Nə pis qız imişsən sən" dedi

"Nə pisliyimi görmüsən?"

"Çölə yağış altında islanmağa çıxmısan. Hec mənə xəbər etməmisən"

"Tutalım xəbər etdim. Gələcəkdin?"

"Həə. Dəli qızlarla dəlilik etməyə varam"

"Yaxşı olardı məncə. Ən çox sənə yağış altında qalmaq lazım idi!"

"Niyəə?"

"Beyninin yuyulması üçün!"

"Xətrimə dəydin. İncidim səndən" deyib dodaqlarını büzdü. Hara baxsam mavi göz görürəm. Mavi gözlülər ətrafımı sarıb.

"Hey könlümü alda" dedi

"Nə dil bilməzin əlinə keçdim! Get danışdığın qızlara yaz. Başımdan uzaq ol"

"Küsüblər mənə. Onlarla maraqlanmırmışam"

"Maraqlan səndə"

"Nə qədər qız var. Hansı ilə maraqlanım? Çatdıra bilmirəm"

"Sənin beyinim xəstədidə hə bilirsən? Belə ancaq xəstə beyinlər edə bilər!"

"Keçən dəfə getdim həkimə. Diaqnoz qoydu mənə. Xəstə imişəm..."

"Bilirəm xəstə olduğunu!"

"Həqiqətən xəstəyəm..." deyə ciddiyətlə danışdı. Mavi gözlərinin dibləri yaş kimi göründü. Gözünə baxdığımı gördüyündə, gözlərin məndən qaçırdıb aşağı saldı. Zarafat yana dediyim sözün varlığı, hec bu qədər ağır gəlməmişdi mənə. Hər kəsin bir dərdi vardı. Görünməyəm simalarının altında...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri