Ağ Kəpənək (22-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 404
Səs ver:
(səs: 0)
Başımda yetəri qədər dərd olarkən, Samuelin xəstə olmasına pis olmuşdum. Xəstəlik cavan, qoca demədən hər kəsi tuta bilirdi.

"Nə xəstəsisən? Çarəsi yoxdumu?" dedim

"Xərçəng... Yeni öyrənmişəm. Həyatımın ən gözəl yaşını xəstəxanada keçirəcəm. Çox sevdiyim saçlarım gedəcək... Mən saçlarımı xüsusi diqqət edirdim. Çox sevdiyim hər sey gedir"

"Başqa ölkəyə gedib müalicə alsan sağala bilərsən. Saçlarında yenidən çıxar. Ümüdünü üzümə"

"Niyə məni tapdı bu xəstəlik? Mənim nə günahım vardı... Özümü dərin quyuya düşmüş kimi hiss edirəm. Onun içində boğuluram. Ölmək istəmirəm... Mən həyatı yaşmaq istəyirəm"

Başını aşağı salıb, əlini üzünə tutmuşdu. Mənim isə gözlərim dolub durmuşdu. Həsas bir qız olmuşdum. Və ölüm mənə qorxuducu gəlirdi. Göz yaşım gözümdə qalmadı. Özümü tuta bilmədiyimdən səsli şəkildə ağlamaq səsim çıxdı.

"Ailən yanındadı... Ailə hər sey deməkdi. Daniel sənin bu xəstəliklə tək mübarizə aparmağına icazə verməz. Sənin ən böyük dəstəkcin O, olacaq" dedim

Sözümü bitirdiyimdə, Samuel əlini üzündən çəkib güldü. Gülüşünə bir məna verə bilmədim. O güldükcə, mən göz yaşımı silməyə başladım. Nəyə gülürdü belə?

"Safsan... İnandın?" dedi

Yalan demişdi! Belə bir seyi niyə etmişdi. Həmdə mənim bu vəziyyətimdə! Çiyninə bir yumruq atıb "Siz ailəlikcə belə anormalsız?!" dedim. Əlini vurduğum çiyininə atıb, ovuşdurdu. Yanımdan ayağa qalxıb "Sənin yanında qalsam, digər çiyinimdə itirmiş olacam. Sənlədə zarafat edilmirmiş" dedi

"Belə zarafat olmaz! Artist kimi gözümün qabağında özünü rola qoydun!" dedim

Bunu deməyim ilə Daniel aşağı düşən gördüm. Bizim vəziyyətimizə baxıb "Burda nə baş verir?" dedi

"Qardaşın yalandan mənə xəstə olduğunu dedi. Məndə ona inanıb ağladım!"

"Ağladın? Tanımadığın adamın xəstəliyinə görə niyə ağlayırsan?"

"Tanımasamda oda bir insadı. İnsanların acısına dözə bilmirəm!"

"Mülayim insandan, bir canavar olmaz. Hec kimin acısına pis olmamağı öyrənməlisən. Yoxsa nailiyyət əldə edə bilməzsən"

Əsəbləşmişdim. Həmdə çox. Mənim nə işim vardısa burda? Bu insanların içində...
Sürüklənməkdən bezmişdim. Yaşamaqdanda...

"Samuel, sən nə artislik edirsən. Onun vəziyyətinin ürək açıcı olmadığını görmürsənmi? Ayaq üstə güclə dayanır... Dayanmağa gücü yoxdu. Hər dəqiqə başı ağlayır. Bu həyatda ən yaxşı bacardığı sey ağlamaqdı. Ağlamaqdan gözləri tanınmaz hala gəlib. Burdan baxanda yazığa oxşayır. Özünü yazıq kimi aparır. Sən bu yazığın nəyinə artislik edirsən?" dedi

Məni yerdən yerə vuraraq, gözümü açmaq istədi. Bu qədər hər şeyi çox bilməsi, mənim xoşuma gəlmirdi! Belə danışması, məndə nifrət oyadırdı. Həmin nifrət mənə deyirdiki, sil göz yaşını. Ağlama... Yazıq kimi görsənmə. Dik dur.
Əlim ilə göz altlarımda olan göz yaşlarımı möhkəmcə sildim. Burnumu çəkib, ağlamağımı dayandırdım.

Bacarırdı. İçimə canavar toxumlarını səpməyi çox gözəl bacarırdı. Məndə ona qarşı gələ bilmirdim. Ayağa qalxdım. Hec birinin üzünə baxmadan yanlarından keçdim. Sürətlə yuxarı çıxdım. Otağa keçib qapını arxadan kilitlədim. Otağa gəlməsini istəmirdim. Çarpayımın yanında olan tumbanın üstündə telefonum vardı. Onları görməsəmdə, zəng edə bilərdim. Ehtiyyacım vardı onlara. Telefonu əlimə götürüb Akifə zəng etdim. Mənə dəfələrlə zəng etmişdilər... Yadlarında idim indi. Kim bilir, bəlkə aylar sonra yadlarına düşməyəcəkdim...

Telefonum ilk çalınışında açıldı. Akifin dediyi "Alo... Şükür bu telefona baxmaq yadına düşdü" səsi qulağıma gəldi. Səsi üçün darıxmışdım...
Danielin dedikləri bir - bir yadıma düşərkən, səsimi dik tutub "Danışmağa çox vaxtım yoxdu. Necəsiz Akif?" dedim.

"Lena nə olduğun danış bizə. Sən hardasan? Bizim ailəmiz parçalanır..."

"Sərdarın yanında olduğumu bilirsiz -"

"Yalan danışma mənə! Sərdarın yanında olmadığını bilirəm. Fiko neçə gündü evimizin ətrafında fırlanır. Dünən mənə yaxınlaşdı. Lena daha bizimlə deyil. Onu getdiyi yoldan döndərin dedi. Bu nə deməkdi Lena?"

"Başqa bir sey dedimi sizə?"

"Başqa hec nə demədi. Yerini de bizə. Bitsin bu həsrət... Qayıt evinə... Hamı səni gözləyir. Yalvarıram sənə, qayıt geri" dedi çarəsizcə.

Yenə doldu gözüm. Gözümü qırpsaydım, ağlayacaqdım. Qırpmadım... Yuxarı tavana baxdım, ağlamamaq üçün. Dəf edəcəkdim, içimdəki ağlamaq hissini. Öyrənməli idim. Buna məcbur idim.

"Məni bağışlayın... Hər nə olursa olsun, hər zaman xoş xatırlayın. Mən çıxmaz bir yola girmişəm. Bu yolun girişi var, çıxış yoxdu. Özünüzə yaxşı baxın. Allaha əmanət olun Akif... Allah qorusun sizi..." deyə titrəyən səsimlə danışıb telefonu söndürdüm. Mən mənə yazılan qismətlə barışmağın vaxtı idi. Sərdarın yanında Aydının yaşaması üçün qalmışdım. Danielin yanında isə Aydının qisasını ala bilmək üçün. Əlimdə titrəşim hiss etdiyimdə, telefonumun ekranına baxdım. Akif zəng edirdi. Göz görə - görə zəngi sonlandırdım. Bəzi seylərdən əl çəkməyi öyrənməli idim...

(Sabah)
Hec birinin üzünü görməyim deyə otağımdan dünən çıxmamışdım. Bədənim yorğun düşmüşdü. Bunun ən böyük səbəbini dünən yağış altında islanmağıma verirəm. Ağılıma oturmayan bir çox şey vardı. Aydın ölmüşdü. Mən isə hələdə onun harda basdırıldığını bilmirdim. Danieli gördüyümdə bunu soruşmağı düşünürdüm. Otaqdan çıxıb aşağı düşdüm. Mətbəxdən hər üçünün şən səsi gəlirdi. Mətbəxin qapısına yavaşca yaxınlaşıb onları seyr etdim. Daniel, Lauranın içdiyi çayı soyuması üçün nəlbəkiyə tökürdü. Samuel isə bir dilim çörəyin üstünə, bal yaxmaqla məşğul idi. Hazırladığı çörəyi Lauraya yedizdirməyə başladı. Bu görüntü mənə aylar əvvəli xatırlatdı. Bizdə belə idik... İndi bizdən geriyə hec nə qalmamışdı. Biz deyə bir sey yox idi. Başları bir birinə qarşıdıqları üçün məni daha sonradan Daniel fərq elədi. Məni fərq etdiyində içəri addım atdım. Nəzakətən olsada "Sabahınız xeyir..." dedim.

"Sabahım indi xeyir oldu. Hardaydın saf qız" dedi Samuel. Ona cavab verməyib Danielin yanında olan boş stola oturdum. Başda Laura oturmuşdu. Sağ tərəfində Daniel, sol tərəfində də Samuel. Daniel yanımdan ayağa qalxdığında arxaya çevirilib nə etdiyinə baxdım. Yeni bir bardaq götürüb, çay süzürdü. Yeni bir boşqabaq, çəngəldə çıxardıb qarşıma qoydu.
"Əziyyət oldu..." dedim, dilimin altında.

"Mənə hec bir əziyyəti yoxdu. Öyrəncəliyəm mən" dedi.

Yanıma təkrar oturub Lauraya diqqət etdi. Məndə təbiki diqqətimi onların üstünə verdim. Daniel hec nə yeməyib, onun yeməsini izləyirdi. Laura ağızındakı son tikəni udub "Mən doydum. Yemirəm" dedi.

"Yeyəcəksən, balaca xanım" dedi Daniel.

"Doydum deyirəm. Doymuşamsa necə yeyim? Lenaya verin O, yesin"

"Oda yeyəcək. Sən isə yaxşı yemədin"

"Bütün süfrəni məni yedizdirdin. Yemirəm. Həm Samu məni gəzməyə aparır. Yolda bir seylər alar yeməyə"

"Gəzintinizdən niyə mənim xəbərim yoxdu?"

"Səhər qərarlaşdırdıq. Samu qalx gedək. Sıxılıram evdə qalmaqdan"

"Üstünü qalın elə Laura. Sənə soyuq olduğunu bilsəm, iqilimi dəyişdirərəm"

İqilimi dəyişdirmək? Onlar gülərək ayağa qalxdıqlarında, mən hələdə nə demək istədiyini bilməmişdim. Ona qəribə baxdığımı gördüyündə "Yəni onu isti ölkələrin birinə göndərərəm. Etmədiyim seydə deyil. Etmişəm" dedi. Bacı üçün bunu edən qardaş. İçimdə 'vay' deməkdən başqa bir sey deyə bilmədim. Onlar yanımızdan ayrılıb getdi. Məndə bir dilim pendiri qaba qoyub yeməyə başladım.

"Səndə hazırlaş. Çıxırıq evdən" dedi

"Hara gedirik?"

"Mağazaya. Sənə bir seylər almalıyıq. Sabah böyük gündü"

"Hec nə başa düşmədim desəm, mənə hər seyi izah edərsən?"

"Sabah bizim kimi adamlar bir saraya yığışıb məclis edəcək. Səndə mənim yanımda həmin məclisə gedəcəksən"

"Dediyin o məclisin mahiyyəti nədi?"

"Mahiyyəti ondan ibarətdiki, yığlışırıq bir araya. Hər kəs, öz gözünün nizamı ilə özünü güclü göstərir. Yeni çıxan mafiya adamları ilə, köhnə mafiya adamları bir biri ilə tanış olur. İşlərini müzakirə edirlər. Kim - kimə nə kimi işdə köməklik edə bilərsə, onu danışırlar. Kimsə kiminsə gözünü tutur. Qısaca lazımlı bir məclisdi"

"Mən istəmirəm. Mənim elə yerdə nə işim var"

"Həyatının fürsəti budu Lena. Özünü tanıdacaqsan"

"Mənim acım hələ təzədi. Mən içimdə yas tuturam. Necə bacara bilərəmki?"

"Sual vermə. Bacaracam de! Tamda zamanı budu. Acın təzədi. Gözün hec nəyi görmür. Həm Sərdarda orda olacaq"

Sərdarı görmək istəmirdim mən. Özümü buna hazır hiss etmirdim. Elə bir məclisədə getməmişdim. Mən belə işləri bilmirdim...

"Olmaz Daniel... Sən tək get" dedim

"Olar Lena, olar. Olacaqda. Ağlaq qız olmaqdan əl çək. Həyat sənə bu seçimi vəd edir. Səndə gec ya tez, bu secimi qəbul etməlisən. Gedirik indi sənə məclis üçün geyim secməyə. O məclisin ən gözəl qızı sən olmalısan. Bütün gözlər sənin üstündə olmalıdı. Küllərindən yenidən doğmağın vaxtıdı" dedi

Yandığımı qəbul edirdim. Yanmışdım mən. Geriyə küllərim indi qalmışdı. İndi isə yenidən küllərimdən doğulacaqdım...
Yenə məni təsiri altına atdı. Dediyini elətdirdi. Məndə razılaşdım...

***

Səhərdən bəlkə 30 cu geyimim idi. Geyinib çıxartdığım. Hec nəyi bəyənmirdi. Bu geyindirmə oyunundan lap sıxılmışdım. Həmdə çoxusuda açıq geyimlər idi. Model olduğuma görə açıq geyinməyə öyrəşmişdim. Lakin, insan içinə belə çıxmamışdım. Ən son bardovi rəngli uzun, incə asqılı və yarığı olan bir platyanı geyinib onun qarşısına çıxdım. Bitgin halda "Bu necədi? Bəyənirsən bəyən, bəyənmirsənsədə daha hec nə geyinən deyiləm!" dedim. Mən əsəbi görünsəmdə, onda az əvvəlki bəyənməz üz mimikaları yox idi. Yoxa çıxmışdılar. Yanıma tərəf gəlib qarşımda dayandı. Elə bil sehirlənmiş kimi idi... Yox O, sehirlənə bilməzdi. Mavi gözlərini üstümdən çəkməyib "Deyəsən, sabahki məclisdə ağız burun qırmalı olacam. Çox yaraşdı..." dedi. Şükür, bəyənmişdi.

"Alırıq bunu? Alaq gedək evə. Bezdim daha" dedim

"Alırıq. Amma evə getmirik"

"İndi hara gedirik?"

"Gedəndə görəcəksən"

"Yaxşı! Gedib üstümü dəyişim"

"Digər aldığımız qara geyimləri geyin"

"Əmrin olar!" deyib onun yanından ayrıldım. Bu platyadan canımı qutardıqdan sonra, dizlərimi saran dar qara rəngli bir şalavar geyindim. Üstünə qara rəngli bədənimi saran boğazlı köynəyin birini geyindim. Gödəkcə olaraqda, qara dəri çəketi geyinib çıxdım. İstədiyi kimi tam qara geyinmişdim. Bu dəfəki yolumuzun hara olduğunu bilmirdim. Mağazdan çıxıb yola düşdük. Bu yolun sonunda nə ilə qarşılaşacağımı bilmirdim. Getdikcə yol uzanırdı. Şəhərdən çox uzaq bir yerə çıxmışdıq. Ətraf yaşıllıq idi. Evlər ara - sıra görünürdü. Nəhayət maşın boz rəngli bir qapının yanında dayandı. Aşağı düşüb darvazdan içəri daxil olduq. Hər yer yaşıllıq idi. Yol cığırdan idi. Qarşımda böyük bağ evi vardı. Sakitcə addım atıb evin arxasına doğru getdiyində, məndə arxasıyca getdim. Buranın sahəsi çox böyük idi. Uzaqda olan ağaclar tərəfində, taxtadan yumru masa vardı. Yanında isə iki stol. Və ondan bir az daha aralıda şişirdilmiş tək - tək bağlanan rəngli şarlar. Marağıma mane ola bilməyib "Bura haradı? dedim. Ora tərəf adımlaya - adımlaya "Hazır evdən çıxmışkən, burada baş çəkək" dedi. Masanın yanına çatdığımızda üstünə silahlar olduğunu gördüm.

"Məndən nəyisə özümün başa düşəcəyini gözləmə. Başa sal məni" dedim

"Nəyi başa düşmürsən? Boş sahədi. Sən burdasan. Yanında silah var. Əlinə silah alacaqsan"

"Silahı necə tuturlar, onu belə bilmirəm mən!"
"İndi biləcəksən. Al, əlinə birini"

Masanın üstündə olan hər hansı bir silahı əlimə aldım. Markasın belə bilmirdim. Əlimdəki silaha baxırdım. Əlim özündən qeyri ixtiyari titrəyirdi. Əlimin titrəməsini dayndırmaq üçün, digər əlim ilədə tutdum.

"Əllərin titrəyir... Canavarlar titrəməz. Titrədər! Vur indi o şarları" dedi

Başımı silahdan qaldırıb, sıra ilə düzülmüş şarlara baxdım. Vura bilərdimki? Arxamda Danieli qoyub qarşıya bir - iki addım atdım. Silahı şarlara tərəf tutdum. Düz atış edə bilməyəcəyimi bilirdim.

"Gözün ilə mavi rəngli şarı nizamla. Sonra tətiyi çək" dedi

Dediyini etmək istədim. Gözlərimi qısıb mavi rəngli şara baxdım. Şar getdikcə gözümdə kiçilirdi. Boşluğuma gəldiyindən gözümün hər ikisini yumub ateş açdım. Ateş açdığımda, güllə səsi qulağıma gəldi. İlk dəfə canlı güllə səsi eşidirdim. Gözlərimi aram - aram açmağa başlayıb ətrafa baxdım. Vura bilməmişdim. Olduğu kimi qalmışdı hamısı. Dönüb arxama Danielə baxdım. Addımlayaraq yanıma gəldi. Qarşıya çönüb baxdığımda, arxadan mənə sarıldığını hiss etdim. Bir əli ilə qarın boşluğuma tutub, başını sol çiynim üstə yerləşdirdi. Digər əlini əlimdə olan silahın üstünə qoyub,yuxarı qaldırdı. Tez - tez gedib gələn nəfəsini boynumda, qulağımın dibində hiss edirdim. "Öyrənəcəksən..." deyə qulaq ardıma pıçıldayıb, barmağımın üstündən tətiyi çəkdi. Tətiyi çəkməsi ilə mavi rəngli şar partladı. Üzüm onun üzünə dəyəcək şəkildə döndü. Ona baxdım. Baxmağım ilə əlini qarın boşluğumdan çəkib, məndən ayrıldı. İsti nəfəsinidə özü ilə apardı. Təsiri altına düşməməyə çalışmalı idim.

"İndi özün vurmalısan. Ağ rəngli şarı nizamla" dedi

Silahı ağ rəngli şara tərəf tutdum. Tutsamda, küləkdən saçlarım gözümün qarşısına tökülüdü. Bu diqqətimi pozmuşdu. Saçlarımı geri edib yenidən bütün diqqətimi şara verdim. Külək yenə saçlarımı uçurtdu. Ofladığımda, Daniel qarşıma keçdi. Əlini yuxarı qaldırıb, saçlarımı qulaq ardına verməyə başladı. Saçlarımı qulaq ardına verdikcə, isti barmaq ucu mənim üzümə ara - sıra toxunurdu. Görünüşcə, xasiyyətcə soyuq və donuq biri olsada, bədəni isti idi.
İçimdə kiçik canavar hissi baş qaldırdı. Hec düşünmədən "Bəlkə saçımı kəsək?" dedim. Saçımı kəsərək, hər seydən xilas ola bilərdim...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 404
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri