Ağ Kəpənək (23-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 389
Səs ver:
(səs: 0)
Saçlarım işimə mane törədirdi. İş üçün kəsmək istəmiş kimi görünə bilərdim. Lakin, bu içimdə bir yerlərdə belə deyildi. Acı çəkən qadın, acısını söndürmək üçün saçlarını qısaldarmış. Acısını saçlarından çıxarmış. Bu insanı rahatladırdı. Məndə azda olsa rahatlanmaq istəyirdim. Üzümün hər cigizsini incələyirmiş kimi baxırdı mənə. Bu baxışların altında özümü həqiqətən yenidən doğulmuş kimi hiss edirdim. Bu baxışlar mənə çox seyi ifadə edirdi.
Nifrəti...
Qisası...
Acı'mamağı...
Üzümə tərəf gələn son saç telimidə qulaq ardına atıb, əlini aşağı saldı. Yanaqlarında gülümsənmə yarandı. Soyuq adam, gülə bilirdi.

"Bu gün səndə irəlləyiş var" dedi

Ondan bu sözü eşitmək, mənidə gülümsətdi.

"Bu saçların işimə mane olmasını istəmirəm" dedim

"Demək bu işi qəbullanırsan artıq"

"Əlimə silah aldım. Bundan o tərəfə nə var? Səni təbrik edirəm. Sən məndən bir canavar yaratmağı bacarırsan"

"Yaratdığım canavar, böyüdüyündə məni unutmasın. Qisasın hamıya qarşı gözünü bürüsədə, mənə hər zaman sevgi saçsın"

"Bunu gələcək göstərəcək bizə... Sənə xəyanət etmərəm. Sən mənə seçim verdin. Seçiminlə razılaşan isə mən oldum. Mənə məcbur hec nə elətdirmədin. Öz çıxarını, mənim çıxarım ilə birləşdirdin. Bu çıxardı bizi bir yerdə tutan"

"Xoşum gəldi, Lena. Səni hər zaman belə görmək istəyirəm. Amma mənə yalan danışmağını istəmirəm"

"Sənə bu vaxta qədər yalan danışmamışam. Danışmayacamda"

"Saçların... Saçlarını bu işə görə deyildə, acına görə kəsirsən. Acına görə kəsdiyini deyə bilərdin. Əgər saçını kəsmək səni rahatladacaqsa, bunu indidə edə bilərik"

"Sən insanların fikirini oxuyursan? Necə hər seyi bilə bilirsən"

"İnsanın üz cizgiləri, baxışları çox sey ifadə edir. Onun üçün üz cizgilərini və baxışlarını gizlətməyi bacar. Səni ələ verməylərinə icazə vermə. Sərt bax, soyuq ol... Vecsiz görün. Üzünə hec nə yansıtma. Ağlansada, gül. Gülüşün hər seyi ört basdır edəcək"

"Yəni sənin kimi edim..." dedim. Oda eynən belə idi. Ona görə ona baxanda hec nə görə bilmirdim. Məndə onun kimi olmaq istəyirdim. Görəsən bacarardım?

"Getdikcə aramızda bir kimya yaranmağa başlayır. Səndə bunu hiss edirsən?" dedi

Hiss etmədiyini göstər ona Lena. Gizlət özünü. Gizlətdə, necə? Necə bacarım bunu? Mən hələki bu işin ilk başındayam. Yeni qəbullanmışam. Hec nə də bilmirəm. Hec nə bilmədiyimdə, açıq danışacaqdım. Danielin ilk öyrətdiyi seylərdən biridə bu idi. Açıq danışmaq ən güclü silah idi. Əlimdəki silahdan belə...

"Aramızda yaranan bu kimyanı, hiss edirəm. İndi bunu sənə deməli deyildim. Bilməmiş kimi etməliydim. Amma edə bilmərəm deyə düşündüm. Necə, hansı yolla gizlədim?" dedim

"Afərin sənə. Ən güclü silah açıq danışmaqdı. Səndə ondan istifadə edirsən. Səndə möhtəşəm canavar olacaq. Gizlətmək yoluna gəlincə onlarıda sənə başa salacam. Gedək indi saçını kəsəkmi?" dedi

Başımı 'Yaxşı' mənasında yellədim. Mən saçımı kəsəcəkdim, oda baxacaqdı. Necə şizofren idik biz? Silahı masanın üstünə qoyub, onun ardıyca getdim. Atdımlarını yavaş atırdı. Yanına çatmağı gözləyirdi. Sağ tərəfində bərabər atdımladığımızda, yenə gülümsündü. Gülümsəməsi içindən idi. Gözlərinin altına yığılan qırışlardan bəlli olmuşdu. Evə çatdığımızda, evin qapısını açdı. İçəri daxil olduğumda, gözüm ətrafı gəzdi. Digər ev kimi, bəzəkli və bahalı əşyalar yox idi. Ora kimi böyükdə deyildi. Tam bağ evi havasında idi. Əşyalar bir az qədimdən qalmaya oxşayırdılar.

"Yuxarı otaqların birində qayçı olmalıdı. Çıxaq işimizi görək. Sonra istəsən evi gəzə bilərsən" dedi

Taxtadan olan piləkanların pillələrin çıxdığında yenə ardıyca getdim. Hər zaman xəyal etdiyim ev idi burası. Hər kəsdən uzaq və şirin bir yer.
Bir otağın qapısını açdı. İçəri ilk mənim girməyim üçün əlini uzatdı. İçəri ilk mən keçdim. Otaqda tünd boz rəngli geniş yataq vardı. Qarşısına komidi qoyulmuşdu.

Arxama dönüb Danielə baxdığımda, yanıma gəldi. Komidinin çəkmələrin açıb bir - bir içinə baxdı. Üçüncü çəkməsin açıb baxanda qayçını tapıb "Axırki səni tapdım" deyib, qayçını mənə uzatdı.

"Al bu sənin işini görər" dedi

"Ev bulaşacaq"

"Təmizləyərəm"

"Məndə sənə kömək edəcəm"

"Bacara biləcəksən?"

"Həə. Burda bacarmayacaq bir sey yoxdu"

Komidinin güzgüsündən özümə baxdım. Saçlarım çiynimdən aşağı idi. İndi onları qısaldıb, boynumdan edəkdim. Qısa saç sevmirdim. Qısanı özümə yaraşdırmırdım. İndi birdən birə qısa saçın eşqinə düşdüm. Sağ tərəf üstə olan saçımdan bir parça aldım. Bir əlim ilə onu tutub, digər əlim ilə qayçını saçıma yaxınlaşdırdım. Güzgüdən, Daniel ilə göz gözə gəldik. Arxada dayanmış, məni seyr edirdi. Qayçını saçıma vurub, az - az kəsməyə başladım. Saçımı kəsdikcə, boğulurmuş kimi oldum. Oysa, bu boğulmaqdan xilas olunmaq istəyirdim. Bir parçasını kəsib yerə atdım. Saç parçlarımı yerdə gördüyümdə, yadıma Aydın düşdü. Aydın ən son oxşamışdı, bu saçları...
Onun əlləri dəydiyi saça, sonradan başqa bir adam toxundu. Həmin adam saç diblərimə qədər məni incitdi. Oxşamadı saçımı...
Saçlarıma ölüm bəxş etdi. Mən isə indi saçlarımı qurudan adamın yanında, saçlarımı kəsirdim. Bir parça daha alıb kəsdim. Hər kəsdikcə, ağrım daha çox çoxalırdı. Sanki bir yaranın üstünə, duz dəyirmiş kimi...
Kəsib bitirdiyimdə yerdə olan saçları işarət edib "Bitdi... Qurutuldum acılarımdan" dedim.
Daniel aramızdaki məsafəni bitirib, qayçını əlimdən aldı. Mən dolan gözümü ondan gizlətməyi yenə bacarmadım. Bu son olsun istəyirdim. Ağlamaq istəmirdim.

"Saçlarının ucları eyni olmadı. Çevril, düz kəsim" dedi

Dediyini edib güzgüyə tərəf çevrildim. Saçımın bir tutamın əlinə alıb, uclarını kəsdi. O saçımın ucunu hər kəsdikcə, acılarım keçirmiş kimi olurdu. Beynim donurmuş kimi. Hec kimi tanımırmış kimi olurdum. Beynimə yüklənən hər seyi silirdi...

Saçımın ucun kəsdikdən sonra əlindəki qayçını komidinin üstünə qoyub, yenə arxama keçdi. Saçlarım boynumdan olmuşdu.

"Üstün tük oldu. Onlarıda təmizləmək lazımdı" dedi

Dəri ceketimi çıxartmışdım. Boğazlı köynəyim ilə qalmışdım. Ona hec nə demədən əl atıb köynəyimi çıxartdım. Üstümdə olan qara rəngli büsqaltrla qaldım. Bunu gözləmədiyindən şok olmuş kimi baxırdı, güzgüdən mənə.

"Təmizlə..." dedim

"Əminsən?"

"Həə. Burda böyüdüləcək bir sey yoxdu"

"Narahat olacaqsan"

"Olmaram"

"Günahı mənim, boynuma yazılmasın" deyib
nəfəsini boynuma verərək üfləməyə başladı. İsti nəfəsi boynumun dibində hiss edilirdi. Üfləməyi buraxıb, barmaqlarını boynuma dəydirdi. Barmaq ucları rəqs edirmiş kimi, boynumun arxasında gəzindi. Hər toxunuşu, yanğın verirdi içimə. Su səpmirdi...
Bu yanğını söndürmək üçün, boşda qalan əlindən tutdum. Əlini tutmağım ilə, boynumda gəzən barmaqlarını saxladı. Məni ani sürətlə özünə tərəf döndərib, hər iki əlini çılpaq belimə yerləşdirdi. Yenə üz mimikalarını, mükəmməlcə gizlətmişdi. Özünü hec ələ vermirdi. Mən isə yenə hec nəyi bacara bilmirdim. Boynumdan, belimə keçən əlləri məni daha çox sardı. "Keçdimi ağrıların? Dindimi acıların?" dedi, sual dolusu gözləri ilə mənə baxarkən.

"Bir saç kəsilməsi ilə ağrı, acı keçə bilərsə
onda dünaydaki bütün qadınlar saçlarını kəsə gərək" dedim

"Belə qısa kəsməklə keçmədisə, keçəl edə bilərik. Keçəl etsək hamısı keçər. Yenə öz dərdini unudub, saçının dərdinə düşərsən"

"Çirkin olaram"

"İndidə çirkinsən"

"Demək çirkənəm hə? Yanımda gəzmə, çirkinliyim sənə keçmiş ola bilər!"

"Sənə bu vaxta qədər kimsə, gözəlsən sözünü deməyib? Çirkinsən dedim, inandın... Oysa çox gözəlsən sən"

Vəziyyəti yenə öz əlinə aldı. Gözəl, çirkin anlayışı ilə beynimi yormayacaqdım. Dediyi söz nə məna verir, onu belə düşünməyəcəkdim. Məndə ağıllı olmağı öyrənməli idim. "Görürəm xoşuna gəldi, məni belə görmək. Əllərini belimdən çəkmirsəndə" dedim, bu vəziyyətimizi ima edib, özümə qarşı bir çıxar kimi istifadə edərək. "Yox səndə dəqiq bu gün böyük irəlləyişlər var. Sən böyüdündə, mənə sözümü atırsan? Məni söz altındamı qoyursan" deyib güldü. Həqiqətən güləndə, gülə bilirdi. Xoşuna getmişdi bu vəziyyət. "Əllərin belimdədi hələdə" dedim, onu çıxmaza daha çox salmaq istəyərək.

"Əllərimi çəksəm, yenə boşluğa düşəcəksən. Mən indi səni tutmuşam, fərqində deyilsən bunun. Mənim etdiyim sey, sənin çılpaq bədəninə toxunmaq deyil. Mənim etdiyim sey, səni özünə gətirməkdi. Kim olduğunu, sənə hansı məqsədlə burda olduğunu xatırladmaqdı. Toxunuş kiçik bir təmasdı. Sözlər isə ondan daha təsirlidi. Sən isə sözlərin təsirində deyildə, toxunuşun təsirində qalmısan. Sənə kimsə, yaxın təmas göstərsə bundan xoşlanma. Bu hissinidə öldür içində" dedi

"Sən, sən indi hecmi xoşlanmadın bu təmasdan?"

"Mən adi qadınların təmasında xoşlanmıram"

"Yəni, adi qadınam məndə"

"Amması var. Tələsmə gözəlim"

"Amma nə?"

"Sən mənim üçün adi qadın deyilsən. Adi qadın olmuş olsaydın, səni yanımda saxlamazdım"

"Xoşlandın hə?"

"Yalan yox, hal hazırda məni dəli edirsən. İstəsəm sənin bu vəziyyətindən istifadə edərəm. Çılpaqlığından deyil, ağrından, acından... Onlardan istifadə edib, rahatlıqla səni əldə edə bilərəm. Səndə özünü mənə təslim edə bilərsən. Amma nəyə lazımdı, bu cür senari? Biz işimizi görək ortaq" deyərək, əllərini belimdən boşaldıb, gülümsünərək məndən ayrıldı. Dediyi kimi oldu. O imiş məni tutub saxlayan. Məndən getdiyində, boşluğa düşürmüş kimi oldum. Təkliyə həbs olunmuş kimi...

Ortalığa başqa söhbət atıb "Sabah bəzənmək üçün gözəllik salonların birinə gedərsən. Saçlarınında uclarını düz götüzdürərsən" dedi.

"Evdə bir seylər edərəm. Getmək istəmirəm"

"Getmək istəmirsənsə, bizim Laura belə işlərdə yaxşıdı. O, sənə köməklik edər"

"Laura mənlə hec danışmaq istəmir. Kömək necə edəcək. Bacında olsa bunu bilki, soyuq qızdı"

"Danışmaq istəyir... Bacarmır... Ünsiyyətdən qaçır... İnsanları çox sevmir"

"Bunun səbəbi var?"

"Gözəlim, hər seyin bir səbəbi var. Sənində burda olmağın kimi"

Nə ola bilərdi səbəb? Maraqlı kimi görünüb, üstünə getmək istəmədiyimdən susdum. Çiyinlərimdən yük götürülmüşdü. Rahatlanma gəlmişdi mənə. Yük edən saçlarım, getmişdi məndən. Yerdə olan saçlarıma təbəssümlə baxdım. Əlvida sizə... Əlvida...

(Bir gün sonra)

Laura çox danışmasada işini mükəmməl görmüşdü. Qısa kare saçlarıma, dalğalı buruq ilə dolğunluq vermişdi. Üzümə az miqdarda makiyaj etmişdi. Gözlərimi isə ön plana çox çıxartmışdı. Dodaq boyasını, açıq bardovi rəngdən yana istifadə etmişdi. Aldığımız geyimi, qara nazik dabanlı ayaqqabı ilə tamamlaşdıq. İlk dəfə idi, belə görünürdüm mən. Həm özümdən razı, həmdə içimdə qorxu. Orda necə olacağını bilmirdim. Elə məclislərdə hec vaxt olmamışdım. Hardan ola bilərdimki? Günün birində mafiyaların yanında olacaqsan desələr, inanmazdım. İndi onlarla eyni səviyyədə idim...

Güzgüdən özümə baxmağı kəsdim. Daniel məni aşağıda gözlədiyini bildiyimdən, onu daha çox gözlətmək istəmədim. Əlimə Lauranın mənə verdiyi kiçik qara rəngli kürkü götürüb otaqdan çıxdım. Pilələri özümə diqqət edə - edə aşağı düşdüm. Daniel aşağı düşdüyümü hiss etmiş olacaqki, oturduğu divandan başını mənim tərəfə çevirdi. Məni görməsi ilə ayağa qalxdı. Bədəninə yapışan qara rəngli kostyum geyinmişdi. Geyindiyi ağ rəngli köynəyin düymələrini yarıya qədər açıq qoymuşdu. Onun rəngi ağ imiş. Ağ rəngli saçları, ağ köynəyi mavi rəngli gözləri ilə çox gözəl yaraşmışdı. Deyəsən, mən onu incələdiyim kimi oda məni incələyirdi. Mənim incələməm bitmişdi. Səsizliyin ardından dayanıb - dayanıb "Qərarımı dəyişdim. Sən getmirsən" dedi. Bu nə demək idi? Boşunamı hazırlamışdım?!

"Pis olmuşam deyə?" dedi

"Dəlisən? Çox gözəl olmusan sən"

"Gözəl olmuşamsa mən niyə getmirəm"

"Bu gözəlliyinə görə. Gözlər sənin üstündə olacaq"

"Sən nə üçün varsan? Gözlərini çıxardarsan" dediyimdə, öz dediyimə özüm inanmadım.

"Sən get - gedə mənə bənzəyirsən. Əmrin olar, gözəl xanım. Bu gün hamını kor edəcəm" dedi

"Yanımdan ayrılma orda. Sənsiz nə edəcəyimi bilmərəm. Düşsəm, tutarsan məni"

"Yanındayam. Güclü ol sən. Dik duruşunu əsla pozma. Unutma sən ordakılarının hamısından daha yaxşı olacaqsan"

"Olacam. Olmalıyam" dedim qürurlanaraq. Mənə dediklərini, öyrənirdim. Sərdarın söndürdüyü gün işığımı, Daniel parıldadacaqdı...

***

Maşın böyük bir sarayın qarşısında dayandı. Daniel maşından aşağı düşüb, maşının açarını bir nəfərə uzatdı. Mənim tərəfə gəlib, qapını özü açdı. Maşından aşağı düşdüm. Əlini mənə uzatdı. Əlindən tutdum. Qarşımda böyük sarayın, böyük piləkanı vardı. Bu pilələri çıxmaq vardı. Piləkana qırmızı xalça sərilmişdi.
Əlimdən tutub bərabər addımlacaqca "İlk adımın, xeyirli olsun" dedi. Həyəcanlandım. Az əvvəl belə deyildim. İndi həycan basdı məni. Geri qayıda bilərdim? İç səsim "Axmaq olma, Lena" dedi. Axmaq düşüncəmi bir kənara atmalı idim. Bu yola adım atmışdımsa, geri dönüşüdə yox idi. Bunu bilə - bilə adım atmışdım bu yola...
İçəri keçdik. Uzun bir dəhliz vardı. Dəhlizin başına az qaldığımızda, qulağıma həzin musiqi səsi gəldi. Qapının yanında olan iki qorumalardan biri qapını açdı. Daniel onlara baş salamı verikdən sonra içəri adım atdıq. İçəri eyni qədim dövrülərin sarayı bəzədilmişdi. Yüksək tavan vardı. Tavanda asılan böyük çılçıraq hər tərəfi işıqlandırmışdı. Ətraf sarı rəngə bürünmüşdü. Yumru masaların ətrafında insanlar dayanmışdı. Danielin əlini möhkəmcə sıxdım. Sıxdığımın fərqinə varanda, "Bağışla..." dedim. Əlimi yuxarı qaldırıb, dodaqlarına yaxınlaşdırdı. Əlimin üstünü öpüb, qulağıma tərəf əyilərək "Çox şanslıyam. Hər dəfə hamı cüt gəlirdi. Mən isə tək gəlirdim. Bu gün isə yanımda dünya gözəli bir qadın var" dedi. Utandırdı məni...
Əlimi hec buraxmadan boş masanın birinə tərəf irəllədik. Bəzi gözlər üstümüzdə idi. Mən isə hamıdan baxışlarımı qaçırdırdım. Görəsən burda olan qadınlar, mafiyaya qulluq edirdi hamısı? Məndəmi onlardan biri olacaqdım?
Boş masanın yanına keçdiyimizdə, Daniel əlimi buraxdı. Masanın üstündə içəcəklər vardı. Həmin içəcəklərə baxıb, başımı yuxarı qaldırdığımda bizim masadan 3 masa irəlidə olan bir adamla ilə baxışlarım kəsişdi. Bu adam mənə yad deyildi. Məni bu yola sürüklənməyə, vadar edən Sərdar Qarayev idi...

Baxışları uzaqdan belə sərt və itici baxırdı. Yanında da Fikrət vardı. Fikrət az sonra məni fərqimə vardı. Darıxmışdım... Onun üçün darıxmışdım. Bunu inkar etməyəcəkdim. Amma yanında olan insana qarşı hec acımayacaqdım mən. Fikrət mənə tərəf gəlmək üçün bir addım atdığında, Sərdar düz gözümün içinə baxa - baxa onu qolundan tutub saxladı. Onlarla olan bu baxışlarımı kəsib, yanımdaki insana döndüm.

"Elə bilirdim, onu görsəm dayanmağa gücüm çatmaz. Amma dayanıram indi. İçimlə bir savaşdayam. Bu savaş mənim sonum olacaq" dedim

"Bu gün özünü göstər. Nələr edəcəyini göstər Sərdara. Qorxut onun gözünü. Hec acı'ma. O sənə acımadı. Səndə ona acıma" dedi

Məni doldururdu. Mənə lazım olan tək seyi O, edirdi. Ehtiyyacım olan sözləri deyib məni doyuzdururdu. Və məndə onun sözlərinə doyurdum...

Gəldiyimiz yarım saatdan çox olardı. Sevda ilə Rüfətdə gözümə dəymişdi. Tək düşmançılığım Sərdarla olmayacaqdı. Sevda Sabiri ürəyindən vurmuşdi. Rüfət isə Akifi kürəyindən...
Vaxtı çatanda onlarıda cəzalandıracaqdım. Yanımıza 35 yaşlarına yaxın, alçaq boy, az çəkili bir adam yaxınlaşdı. Danielə əl uzadıb "Salam. Yanımıza hec baş çəkmədin" dedi. Daniel həmin əli sıxıb görüşdükdən sonra "Yanımdaki gözəl ilə, masalara yaxınlaşmağım bir az təhlükəlidi Cavid bəy" dedi. Adını yeni öyrəndiyim Cavid bəy, əlini Danielin əlindən çəkib, mənə uzatdı. Sıxıb sıxmayım deyə Danielə baxdığımda, göz qırpdığını gördüm. Əllərimin titrəməsinə fikir verərək, həmin adamın əlini sıxdım. Sıxdıqdan həmən sonra əlimi çəkdim.

"Bu xanım nəyin olur? Səni həmişə belə məclisə tək gələn görmüşük. Doğrusu mətəl qaldıq" dedi

"Bu xanımın adı Lenadı. Oda bizdən biridi. Mənim üçün böyük xəzinədi. Mən bir xəzinəyə sahibəm" deyə, Daniel adamı cavabladı.

Mən və xəzinə olmaq? Olsam, olsam borc ola bilərdim ona. Nə xəzinəsi...?

"Tanış olduğumuza şad oldum, Lena xanım. Səni aramızda tez - tez görmək diləyi ilə" dedi, adam.

"Bundan belə aranızda tez - tez olacam. Bəzilərinin qorxulu yuxularına çevriləcəm!" dedim, Sərdara baxaraq. Adama hara baxdığımı bilmək üçün, arxasına baxdı. Baxdığım tuşun Sərdar olduğunu gördüyündə "Sərdar Qarayev? Pis deyilmiş, iştahın" dedi.

"Sizdə bilin, burdaki hamıda bilsinki O, Sərdar Qarayevin sonu mənim əlimdən olacaq!" dedim

Masada olan bir içki bardağını alıb, Sərdara tərəf böyük məmuniyyətlik ilə qaldırdım. Danielə tərəf çevrildim. Oda məmunun olmuşdu çıxışımdan. Adam bizim yanımızdan ayrılar ayrılmaz, bir əlini belimə atıb məni özünə tərəf çəkdi. Əlimdəki içki bardağını alıb masanın üstünə qoyaraa "Yatmış canavar oyandı. Nələr var imiş səndə. Hər zaman belə davam et" dedi.

"Oldumu?"

"Oldu. Həmdə çox gözəl oldu"

"Dahada gözəl olacaq hər sey"

"Artıq inanıram buna"

"Səninlə olacaq... Səninlə"

Qulağıma bir xarici mahnısının musiqi səsi gəldiyində "Vauu ən sevdiyim mahnıdı bu. Buna mütləq dans edirik" dedi. Ətrafa baxdım. Hec kim dans etmirdi indi. Tək bizmi edəcəkdik?

"Hec kim etmir" dedim

"Onlar etməsin. Biz edərik" dedi

Əlimdən tutub, incə şəkildə məni arxasıyca sürüklədi. Boş dans səhnəsinə gəldiyimizdə, əlini belimə atdı. Əlimi çiyninə atdım. Digər əllərimiz bir - biri ilə birləşdi. Aramızda azca məsafə saxladı. Bir geriyə, iki arxaya gedərək dans etməyə başladıq. Bu mahnıya illər əvvəl qulaq asmışdım. Tərcüməsi az çox yadımda qalmışdı. Danielin almanca olan səs tonu ilə qulağıma, mahnın tərcüməsini oxudu.

"Seninle
Yaşlanmak istiyorum
Seni öpmek
Seninle vakit geçirmek
Sırlarını tutmak,
Her anınla ilgilenmek istiyorum..."

Bura qədər tərcümə edib dayanaraq, mahnını öz içində yaşamağa başladı. Mənim isə gözüm bu qədər adam içində Sərdara taxıldı. Əsəbi baxırdı. Hər an, hər sey edəcək kimi...

Əlindəki içki bardağını tutub sıxmışdı. Ona olan baxışlarımı gördüyündən, dəliyə dönmüş kimi olub, əlindəki içki bardağını başına çəkdi. Bardağı möhkəmcə masaya çırpma şəkilini gördüm. Bu anda mahnı bitdi. Mahnın bitməsi ilə hər kəs bizi alqışladı. Bu düşdüyüm oyunu getdikcə çox sevmişdim. Öz masamıza tərəf getdiyimizdə, Danielə "Mən ayaq yoluna gedib gəlirəm. Sənsiz... " dedim. Razılıq vermək istəməsədə, razı oldu. Ordan çıxıb uzun dəhlizin sağ tərəfinə döndüm. Hər halda buralıqda bir yerdə olardı. Məndə tapardım. Bir az daha irəli gedib tapdım. Ayaq yoluna daxil olub, güzgüdə öz əksimə baxdım. Bu an ayaq yolunun qapısı möhkəmdən açıldı. Sərdar idi... Qapını sərtçə örtüb içəri keçdi. Onun nə işi vardı burda?
İlk əvvəl sakit olmağa çalışıb "Çıxa bilərsən?" dedim

"Çıxmayacam. Saatlardı, tək qalmağını gözləyirəm! Sən nə edirsən hə?!" dedi

"Sənə nə?! Sən kimsənki, hələdə məndən hesab soruşursan!"

"Nə etmək, istədiyini bilirəm! Mənə düşman olmaqdı niyyətin. Danielin yanında qalıb özünə zülüm etməkdənsə, indi öldür məni. Özünə əziyyət vermə"

"Səni öldürmək, sənə ən böyük hədiyyə olar! Mən sənin canını ala - ala səni öldürəcəm! Peşman olacaqsan hər seyə!"

"Peşmanam... Peşmanam!" deyə möhkəmdən qışqırdı. Bu peşmançılığının hec bir əhfi yox idi! Yanından keçib qapıya tərəf getdim, getmək üçün. Qapını açacağım sırada, əlini qapıya vurub qapını açmağıma şərait yaratmadı. Məni qapı ilə öz arasına aldı. Bu yaxın məsafə hec yaxşı deyildi...

"Hara qaçırsan...? Danielinin yanına? Bir azda mənlə qal... Gözəlliyini bir azda mən yaxından görüm. Məndə tutum belindən... Məndə tutum əlindən..." dedi

Alıb verdiyi nəfəsdən nə qədər əsəbi olduğu bəlli idi. Nəyə əsəbi idin? Məni vəziyyətə salan idin... Susdum mən...

"Susursan? Amma az əvvəl hec belə deyildin. Necədə mafiya qadını kimi, içki bardağını mənə qaldırdın... Doğrusu qürur duydum. Bir seylər öyrənmisən. Sə - ən, sən çox gözəl olmusan Lena" deyə tənginəfəs qalmış şəkildə danışdı. Burnunu burnuma sürtüməyə başladığında, əllərimi sinəsində birləşdirib onu itələdim. Həddini biləcəkdi! "Sən mənim nifrətimsən! Nifrətimsən Sərdar Qarayev!" deyib onun üzünə bir şillə çəkdim. Əli ilə üzünü tutarkən, tez qapını açdım. Qapını açar açmaz qapının arxasında Danieli gördüm. Daniel mənə, ardından göz ucu arxamda olan Sərdara baxdı. Nə etmiş olduğumu başa düşmüş olacaqki, dodağının kənarı qıvrıldı. Əlini mənə uzadıb "Gedəkmi, evimizə gözəlim?" dedi. Addımımı atıb, mənə uzatdığı əlindən tutdum. Məni özünə tərəf çəkəndə, Sərdar qapının kənarına gəlib, yaslandı.

"Acığıma edirsiz bunu?!" dedi

"Lena, mən hec nə eşitmədim, sən nəsə eşitdin?"

"Nc ncc... Yanında bir qadın gəzdirərək, bu gün bütün gözləri öz üstünə çəkdin!"

"Bacarırsansa səndə et. Bacarmarsan. Çünki, Lena mənimlədi. Mənim yanımdadı"

"Birdə sahibiyəm de tam olsun!"

"Demirəm. Lenanın üstündə sahiblik işləri görmürəm. Onu öz fikirləri ilə baş başa buraxıram. Ona seçim etmək haqqı verirəm. Onu et, bunu et demirəm. O məndən qorxmur. Mən onu başa düşürəm. Sənin kimi, üstündə vəzifə haqqımı sınamıram. Məndə başına silah dayamağı bilərdim, am - ..." dediyində onun sözünü yarıda kəsib "Amma ən güclü silah açıq danışmaqdı. İndi məndə sənlə açıq danışacam. Səni mən bitərəcəm. Sən məndən qorx Sərdar! Başıma dayadığın silahın, yolduğun saçların, məni bir daxmaya salıb ac susuz qoyamağın bədəlini çox pis ödəyəcəksən! Bunlar başlanğıc olacaq. Aydına gəlib çatdığımda, səni yaşatmayacam!" dedim.

Onu orda qoyub Danielin əlindən tutaraq gözünün qabağından ayrıldım. Peşman deyildim. Ən kiçik peşmançılıq hissi içimdə baş qaldırmamışdı. Mən bu başlanğıcıda, yeni dövrdə çox sevimişdim...

Evimizə gəlib çatdığımızda üstümü dəyişib, üzümdəki makiyajı təmizlədim. Danieli gözləyirdim. Yanıma gələcəkdi. Bu günü öz aramızda müzakirə edəcəkdik. Qapım döyüldüyündə gəldiyini bildim. Yorulduğumdan çarpayıda uzanmışdım. İçəri üzündə böyük gülüş ilə daxil oldu.

"Günün qəhrəmanı yorğun görsənir" dedi

"Bir az yorğunluq var üstümdə. Amma sevinc hissidə var. Hisslərim bir az qarışıqdı"

"Sərdarın qaşrısında dik dayanmağını çox sevdim. Bunun üçün səni təbrik eləməyə gəldim. Hədiyyə olaraq nə istəyirsən?"

"Hədiyyə istəmirəm. Bir seyi bilmək istəyirəm"

"Nəyi?"

"Sərdarla düşmanlıq səbəbinizi... Sən mənim niyə düşman olduğumu bilirsən, mən isə yox" dedim, hec düşünmədən. Daniel pəncərənin yanına gedib, pərdəni sağ tərəfə çəkdi. Bu qaranlıqda, çölü izlədi.

"Danışmaq çətindi mənim üçün... Amma sənində bəzi seyləri bilmək haqqındı. Bu yola bərabər baş qoymuşuqsa səndə bilməlisən, düşmançılıq səbəbimizi" dedi

Mənə dönüb 10 saniyə baxdıqdan sonra, başını təkrar pəncərəyə sevirdi. Pəncərədən əksini görə bilirdim mən.

"Üç il əvvəl idi. Xəyalə adında yanıma bir qız gəldi. Çox pis vəziyyətdə olduğunu, pula ehtiyyacı olduğunu dedi. Məndə kim olduğunu bilmirəm. Mənim görə, ayağıma gələn insanlar mənim üçün həmişə şans olub. Bəlkə, yaxşı oyunçu olar adı ilə onu yanıma aldım. Həqiqətəndə yaxşı oyunçu oldu. Çoxlu pul qazandırırdı mənə. Pulları yarı bölürdük. Günlərin bir günü idi Sərdar gəldi yanıma. Mənə hec nə demədən məni vurmağa başladı. Nə olduğu, niyə vurduğu haqqında hec bir fikirə sahib deyildim. Onunla o qədər yaxından tanışlığım olmasada, Fiko ilə yaxşı münasibətim vardı. Bizdən biri onlara qarşı səhvmi edib deyə düşündüm. Sən demə, işin üzü başqa imiş. İşə aldığım Xəyalə onun keçmiş sevgilisi imiş. Sərdarın başına gələnləri bilirdim. Ondan sonra Sərdar çox qəddar adam olmuşdu. Qadınlara sadecə yataq gözündə baxırdı. Ölkədə nə qədər Xəyalə adında qız var. Mən hardan bilə bilərdimki, bu Xəyalə O, Xəyalədi? Amma tanıyanlar vardı. Hec kim mənə hec deməmişdi. Niyyətləri Sərdarla aramı pozmaq idi. Bacardılarda. Sərdara onu tanımırdım dediyində, mənə inanmadı. Yalan danışdığımı düşündü. Beləcə aramızda ilk düşmançılıq başlamış oldu. Məndə acığa düşüb Xəyaləni çıxartmadım. Və hər sey o gündən sonra xarabaya döndü" dedi

Səsinin tonundan necə qəhərləndiyi məlum idi mənə. Sadecə bunun üstündəmi idi bu düşmançılıq? Əlini açıb ovuc içi ilə pəncərənin şüşəsinə vurdu. Bir dəfə, iki dəfə, üç dəfə...
Dördüncüsündə alınına şüşəyə yasladı.

"Aradan hec bir ay keçməmişdi. Evə gəldim axşam. Evdə Lauranı görə bilmədim. Dəliyə döndüm o gecə. Hər yerdə dəli kimi, on beş yaşlı bacımı axtararkən bacım sən demə mənim düşmanım olan Marifin evində imiş. O gecə... O gecə bacımın ah naləsi bütün evi götürübmüş. Gedib, çatanda çox gec idi. Əclaf, on beş yaşlı bacıma təcavüz etmişdı. İnan bilirsən buna? On beş yaşlı, balaca qıza... Və bilirsən, bacımı Marifin əlinə verən kim imiş?" deyə sual verdi. Artıq mənə məlum idi kimin verdiyi. İçim sızlamışdı... Ayağa qalxıb yanına getdim. Əlimi çiyninə atıb, onu özüm tərəfə çevirdib. Gözləri dolub durmuşdu. Əsəbdən mavi gözləri, tündləşmişdi.

"Sərdar... Sərdar Qarayevdi, mənim bacımı onun əlinə verən. Bilə - bilə, mənim on beş yaşlı bacımı onun əlinə verdi! Bu işin qayda qanunu çox gözəl bilirdi, Sərdar! Özünündə başına gəlmişdi. Bu işin ən pis tərəfi sevdiyi qadına hər an təcüvüz edilə bilməsidi. Daha doğrusu bilməsi idi... O gündən sonra hec kim, başqa birinin qadınına, bacısına toxunmağa cəsarət edə bilmədi. Çünki, mən Marifi tikə - tikə doğratdırıb itlərə yem etdim! Buda hər kəsə böyük dərs oldu. O gündən sonra mafiya aralarında təcavüz məsələsi bağlandı. O gündən Sərdarla düşman olduq. Özü istədi... Belə olmasını özü istədi... O, şərait yartdı" dedi

Eşitdiklərimdən qanım dondu, bədənim ürpəndi. Ona görə imiş Lauranın soyuqluğu... Ona görə imiş məsafəli davranmağı... Balaca qızın başına nələr gəlibmiş. Üstəlik Sərdarın mənə etdiyi təklif. Və bu təklifi yerinə yetirməməsidə, buna gör imiş...
Hər ikimizin gözü yetəri qədər dolub durmuşdu. Mən əl atıb Danielin gözünü baş barmağım ilə sildim. Oda üzümü bir əli ilə oxşayıb "Ağlama... Sən ağlama. Sənə ağlamaq olmaz" dedi.

"Mən çox pis oldum... Laura necə dözüb bu yaşananlara?" dedim

Əlini üzümdən çəkib, məndən aralanıb, pəncərənin tininə söykəndi.

"O gecə onu ordan gətirəndə, ağırlardan qıvrılırdı. Başını nəylə qatsam alınmırdı. Dəli kimi olmuşdu. Yadıma limonlu çay düşdü. Hər xəstə olanda limonlu çay içərdi. Oda limonlu çay ilə ağrılarının keçəcəyinə inandı... Çayı gətirdim. Güclədə olsa içdi. İçdikdən bir necə saniyə keçdikdən sonra 'Keçmədi...' dedi. Dünyam o sözlə başıma yıxıldı. Lauranı qucaqlayıb, saatlarca düz o şəkildə ağladım. Bizim üçün necə çətin bir gecə olduğunu bilə bilməzsən... Bacı balaca uşaq, qardaş böyük. Amma acı çəkən balaca bacı idi. Onun acısını sakitləşdirə bilməyən isə böyük qardaş..." dedi

"Səni qucaqlamaq istəyirəm. Olar?" dedim

Başını razılıq əlaməti kimi yellədi. Bu yelləyişin ardından, bir saniyə belə daha artıq gözləmədən onu qucaqladım. Oda məni qucaqladı. Başını boyun girəcəyimə basdırdığında qulağıma kiçik ağlayış səsi gəldi."Qoruya bilmədim onu..." dedi. Səni gözəl başa düşürdüm. Məndə Aydını qoruya bilməmişdim. Oda Sərdar tərəfindən qurban edilmişdi...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri