Ağ Kəpənək (25-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 2 897
Səs ver:
(səs: 0)
Baxışı mənim tərəfə çevrildi. Baxdı. Baxdı...
Hər iki qaşın yuxarı qaldırıb "Möhtəşəm fikirin bu idimi?" dedi. Möhtəşəm fikir olmasada, qisas üçün ən gözəl yol bu idi. Qisasda hər fikir keçərdi.

"Xoşuna getmədi?" dedim

"Çox klassikdi. Belə senarilərin sonunda qız oğlana həqiqətən aşiq olur. Qorxmursan ona aşiq olacağından"

"Sevdiyim adamın qatilini, hec vaxt sevə bilmərəm mən. Boş düşüncələrini özünə saxla"

"Olmadı elə, oldu belə... Tutaqki sevdin onu. Sevdikdən sonrasın hec düşünmüsən"

"Daniel! Mənim beynimə bu fikirləri salma! Sevsəmdə sevməsəmdə səni maraqlandırmaz. Mənim beynimi idarə bilərsən. Hisslərimi isə əsla!"

"Yaxşı, yaxşı. Möhtəşəm fikirinidə götür uzaqlaş yanımdan"

"Yanından niyə uzaqlaşım? Söhbət edirdik!"

"Məsafə, Lena. Məsafə... Aramıza bir məsafə qoyacağımızı dedik. Sən ilk dəqiqədən bu məsafəni pozmaq istəyirsən"

Hər söhbət edəndə məsafə işini mənə xatırladacaqdısa, işimiz var idi onunla!

"Normal söhbət edirik. Sən nəydən qorxursan. Qulağına pıçıldayıb danışmağımdan? Görünür təsirim altında qalmısan. Mənə təmas bağılımısı deyən insana bax. Bir pıçıltı ilə əriyir" dedim

Həə, bu sözü mən dedim. Dilim uzanmışdı mənim. Elə bil qorxusuzluq iksiri içmişdim.
Daniel isə yenə üzünü məndən gizlətməyi bacarmışdı. Soyuq havalara girmişdi.

"Bir tərəfədən Sərdarı özümə aşiq etdirim, digər tərəfdəndə Danieli özümə bağlayım... Sən bunu etməyə çalışırsan. Bağışla amma, mən Sərdar deyiləm. Sənin ucuz nömrələrinə aldanmaram" dedi

Belə niyə danışmışdı? Məni incitmişdi. Mənim ürəyim hələdə qırılmaq gücünə malik idi. Ona nə deyim? Məndən canavar yaradan O, idi. Məni yaradan insana qarşıda, dişlərimi çıxardacaqdım?

Bir söz demədim. Yanından eləcə ayrılıb içəri keçdim. Mən dediyi kimi biri idim? Mənimki Sərdardan qisas almaq idi. Aydının qisasını...


Günün yarısını yaralamışdıq. Səhər ki, söhbətdən sonra Daniel ilə hec danışmamışdım. Günün yarsına qədər Laura ilə maraqlanmışdı. Məndə gözünə görsənməməyə çalışırdım. Nə də olsa, aramızda məsafə söhbəti vardı. Məni maraqlandıran tək sey pul idi. Pulu alıb, Sərdarın yanına getmək istəyirdim. Möhtəşəm fikirimin başlığına gedən yol, puldan keçirdi. Pulu almaq üçündə onunla danışmalı idim. O isə otağında idi. Məcbur otağına getməli olacaqdım. Otağının qarşısına gəlib, qapını döydüm. Səs gəlmədi. Təkrar döydüm. Yenə səs olmadı. Bir daha döydüm. Yenə cavabsız qaldığımda, məcbur olub qapını açdım. İçəri boylanıb baxdım. Daniel çarpayısında, əllərini başının altında birləşdirərək kürəyi üstə uzanmışdı. Onu elə gördüyümdən içəri keçdim. Başın çevirib qapıya baxdı. Bir səs vermək bu qədərmi çətin idi?

"Eşitmirdin?" dedim

"Eşidirdim"

"Daniel!"

"Yaxşı ki aramıza bir məsafə qoyaq dedim. Bunu deyə - deyə yanımdan əl çəkmirsən. Gör deməsəydim nə olardı"

"Sənin o soyuq üzünə maraqlı deyiləm mən! İş üçün gəlmişəm"

"İşi bəhanə edirsən. Sən elə mənim bu soyuq üzümü görməyə gəlmisən"

"Daniel sən belə danışdıqca mən əsəbləşirəm! Pulu vermirsənsə, vermirəm de! Mənimlə belə danışıb, bəhanə axtarma!"

"Bəhanə söhbətin ilk mən dedim. Sənin dediyin sayılmır"

"Uşaqyana söhbətini özünə saxla. Pulu ver çıxım gedim"

Nəhayət çarpayısından ayağa qalxa bildi. Aşağı əyilib, çarpayısının altından orta boylu, qara rəngdə olan pul çamadanı çıxartdı. Yanıma gəlib çamadanın qapağını qaldırdı. Burda saya bilməyəcəyim qədər pul var idi. Hamısıda dollar idi. Pul çamadanın qapağını örtüb mənə uzatdı.

"Bu sənin işini görər. Bunu Sərdarın üzünə çırparsan" dedi

Pul çamadanını əlimə aldım. Sərdarın evinə getməyi düşünürdüm. Tək bacara bilərdim? Beynimdəki sualı ona verərək "Tək gedəcəm?" dedim.

"Özünü sübut etmək üçün tək getməlisən. Mənsiz bir iş bacar. Həm mən, orda sənə mane olaram. Sən rahat - rahat Sərdarını gör" dedi

Nə demək idi, bu indi? Səhərdən bəri bir havalara girmişdi!

"Sən tam olaraq, məni iynələməyi nə vaxt buraxacaqsan?!" dedim

"Mən səni iynələmirəm. Məsafəmizə diqqət eləməyə çalışıram. Sən məsafəni Sərdar ilə poz. Onun qulağınada adını pıçılda. İşə yarayacaq. Nə də olmasa, mənim üstümdə sınamısan"

"Sənə bu sözlərini tək - tək yezdirəcəm! Tək gedəcəm. Təkdə bacaracam hər seyi. Axşamada məni gözləmə. Gec gələcəm"

Arxamı ona tərəf çevirib, qapını açdım. Qapını açıb otaqdan çıxdım. Qapını bağlayanda onunla göz gözə gəldim. Bu göz gözə gəlmək məsələsini sevmirdim. Maviləri adamı özünə kilitləyirdi.
"Gedər ayaq, sənə bir yaxşılıq edim. Açıq geyin. Bu Sərdarın xoşuna gələr" dedi
Sən mənə səbr ver. Bu oğlanın etmək istədiyi sey, məni əsəb xəstəsi etmək idi. Qapını üzünə möhkəm çırparaq örtdüm. Otağıma keçib üstümü dəyişdim. Başdan ayağa qara geyinmişdim. Qara mənim rəngim olmuşdu. Üstümü dəyişib, pul çamadanında əlimə alaraq otağımdan çıxdım. Evdən çölə çıxdım. Sürücülərdən biri aparacaqdı məni. Yolda Sərdara zəng etməyi düşünürdüm. Süpriz qonaq olmaq fikirim yox idi. Nə bilmək olar, gəlişimi bilib hazırlıq görərdilər. Maşının arxasına oturdum. Maşın yola düşdüyündə, telefonu əlimə alıb Sərdara zəng etdim. Zəngimi çox geçikmədən açıb, boğunuq səslə "Alo..." dedi.

"Telefon nömrəm səndə qeydli idi?" dedim

"Həə... Sən xeyir ola, mənə zəng etmisən. Olmaya yolunu səhv salmısan"

"Sizə gəlirəm. Məndə bir əmanətin var. Onu verəcəm"

"Əmanət falan dediyinə görə, sən bu işi mənimsəmisən"

"Qısa kəs. Evdə olun. Bir saata gələcəm!"

"Səbirsizliklə yolunu gözləyəcəm..."

Telefonu üzünə söndürdüm. Səsi belə məndə qıcıq yaratmışdı. Yanına tək getməyində qorxusu məni sarmışdı. Daniel məni onun yanına tək göndərmişdi. Demək onun gözündə hec əhəmiyyətim yox imiş. Nə də azda olsa kiçik bir dəyərim. O məni yanında qisas işinə görə saxlayırdı. Sərdarı bitirim deyə. Məndə səni bitirmək üçün, sənin yanına gəlirdim Sərdar!

***

Tək əl ilə pul çamadanını möhkəm tutub, digər əlim ilə zəngi basmağa çalışdım. Zəngi basmamış, qapı üzümə açıldı. Gəldiyimi bildiyi üçün, içəri rahat girmişdim. Qapıda qarşılanacağımı isə bilmirdim. "Qonağımı qapıda qarşılayım dedim" deyə, Sərdar imalı bir səs tonunda danışdı. İçəri girməyim üçün kənara çəkildi. Addımı bu evə təkrar atdım. Evi tanıdığımdan addımlarımı əmin tərzdə atdım. Bu evdə xatirələrim vardı... Gözümə Fikrət dəymədi. Bu evdə ən çoxda onunla xatirələrim vardı. İndi isə mən bu evdə yaşamırdım. Mən Daniel tərəfindən, Sərdara qarşı böyük nifrətlə böyüdülürdüm. Məni nifrətlə böyüdürdü. Nifrətin saxtası olmazdı deyə...

"Ayaqda qaldın, keç əyləş. Özünü öz evindəki kimi hiss et" dedi

Oyuncaq oyunu oynayırdıq. Hər seyin əslinin necə olduğunu bilsəkdə, söz ataraq bütün işlərə öyrəşməyə çalışırdıq. Divanın bir küncünə keçin, pul çamadanını yanıma qoydum. Sərdar tək kresloya əyləşib "Məni ziyarət etmək səbəbin nədi" dedi.

"Dünənin əksi, bu gün çox sakitsən" dedim

"Sakitləşdirici içdim"

"Sakitləşdirdi?"

"Səni görənə qədər sakit idim"

"Həə mən beləyəm. İnsanlarda ürək döyüntüsünü sürətləndirirəm"

"Bütün gecəni havadan sudan danışacağıq?"

Sualına göz yumdum. Əlimi yanımda olan pul çamadanına atıb dizlərimin üstünə yerləşdirdim. Qapağını açıb, pulun üzünü onun tərəfə çevirdim.

"Sən bu pullara görə, Aydını öldürdün?" dedim

Bunu gözləmədiyindən, başını aşağı saldı. Pula bax, adam. Sən bu pula görə bizim həyatımızı qaraltdın!

Puldan əlimə bir neçə ədəd alıb ona tərəf gəldim. Qarşısında dayandığımdan başın qalıdırıb mənə baxdı. Pulu əlimdə yellədib "Al bu pulları. Məzar daşını qızıldan elətdirərsən!" dedim. Gözündə qəzəb yarandı. Bu qəzəb məni qorxutmadı. Pulu üzünə atıb "Bu pula görə, Aydın indi həyatda yoxdu! Hec bir pulda onu geri gətirə bilməz! Səninlə olan məsələni bağlamaq üçün, bu pulları sənə sədəqə kimi verirəm. Amma hamısı, haramın olsun!" dedim.
Sözümə ayağa qalxdı. Hər iki qolumdan tutub "Mənim evimdə, mənim üstümə pul atırsan?!" dedi. Qorxma, Lena... Ondan qorxma. O, sənə hec nə edə bilməz!

"Nə edəcəksənki mənə? Daxmaya salıb, ac sussuz saxlayacaqsan?! Mən əvvəlki qız deyiləm Sərdar! Sən mənə hec nə edə bilməzsən!" dedim

"Səni bu qədər cəsarətləndirən Danieldi. Səni üstümə göndərəndə odu! Tək göndərib səni... İndi sənin başına silah dayayıb, səni öldürə bilərəm. Və bu onun hec vecinə olmaz!"

"Sənin işində, gücündə adam öldürməkdi! Aldığın nəfəs belə, ölüm qoxur..."

"Mənim səbrimi sən çox sınayırsan. Etmə... Səndə yanarsan, məndə"

"Aydını öldürərək, sən məni çoxdan yandırmısan..." dediyimdə, əlləri qollarımdan boşaladı. Bu boşluqdan istifadə edib, yanından keçdim. Pulu ona bağışladığıma görə, mənim bir işim qalmamışdı bu evdə. Qapını açmaq istədiyimdə, qolumdan tutub məni saxladı. Ona tərəf çevrildim.

"Hec yerə getməyəcəksən! Səni almaq istəyən, bu evə gələr. Məni öldürüb, səni aparar!" dedi

Uçmuşdu beyni... Mən onun əsiri olmayacaqdım! Onu var gücüm ilə itələyib qapını açaraq çölə çıxdım. Addımlarımı sürətli atıb evin yanından ayrıldım. Hava qaralmışdı. Ətrafda hec bir qorumda yox idi. Bunlar hara getmişdi?
Darvazaya tərəf getdiyimdə, qolumdan təkrar tutuldum.

"Elə bilirsən, qaça biləcəksən burdan? Öz ayaqların ilə bura gəlmişkən, sənin getməyinə icazə verməyəcəm" dedi

Sərdarın bu hərəkəti məni yetəri qədər əsəbləşdirmişdi. Tək olmağımdan istifadə edirdi...

"Sərdar! Burax məni, burax! Sən məni burda saxlaya bilməyəcəksən!" deyə var gücüm ilə qışqırdım. Zəif olmaq istəmirdim. Zəif olmaqdan, zəhləm gedirdi.

"Səsini hec kim eşitməyəcək sənin! Sən yenə mənim əsirim olacaqsan. Gedirik evə!" dedi.

Özü qarşıda gedib, qolumdan çəkişdirərək məni arxasıyca sürüməyə başladı. Mən isə getməmək üçün dirənmişdim. "Bu qədər əclaflıq olmaz! Mən səni istəmirəm! İstəmirəm!" deyə, titrək səsimlə danışdım. Bacara bilməmişdim özüm ilə. Onu özümə aşiq etdirmək planıda gözümdə deyildi. Çünki, mən bu adamın yanında qorxurdum. Hər hərəkəti məni qorxudurdu...
Qulağıma gələn bir səs ilə Sərdarda atdığı addımı saxlayıb dayandı. Səs, daş hasarların yanından gəlmişdi. Qaranlıq olduğundan ora tam görünmürdü. Sərdar "Kim var orda?" deyə səsin tonun ucaladıb danışdı. Ayaq səsləri gəlirdi. Ayaq səsləri yaxınlaşdıqca, onun üzünü gördüm. Gülərək "Mən varam..." dedi. Danieli görər görməz, Sərdarın bu boşluğundan istifadə edib, qolumu onun əlindən çəkərək Danielə tərəf qaçdım. Daniel bir qolun açıb, mənim qolları arasına aldı. İndi güvəndə olduğumu hiss etdim. Onu möhkəmcə qucaqladığımda qulağına tərəf əyilib "Məsafələr, cəhənnəm olsun" dedim. Gülüşünün səsi qulaqlarıma gəldi. Məni möhkəmcə bağrına basıb "İlk əvvəl birini cəhənnəmə göndərməliyəm" dedi. Onun baxdığı yerə baxdım. Sərdara... Sərdar gözləri ilə ateş açırdı. Planları suya düşdüyü üçün...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri