Ağ Kəpənək (27-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 288
Səs ver:
(səs: 0)
Tez tələsiy aşağı düşdüm. Gözüm hər yerdə Danieli axtarırdı. Onu tez tapıb, gedəcəyimi deməli idim. İcazə verər, deyə hec düşünmədim... Sərdarda mənə icazə verməzdi. Fiko, məni gizlin aparıb gətirərdi. İndi isə yanımda, məni onların yanına gizlin aparacaq bir Fiko yox idi. Danielin getmək istəyimi necə qarşılayacağını bilmədən, hərəkətə keçdim. Yuxardan gələn adım səslərini eşitdiyimdə, piləkanın baş ucunda dayandım. Gələn O, idi. Mənim bu halımı gördüyü üçün, addımlarını sürətləndirib, yanıma gəldi. "Nə olub, sənə?" dedi, baxışları ilə məni sorğuya çəkərkən. Mən hec yaxşı görsənmirdim. Yıxılmış kimi idim...

"Mən ailəmin yanına getməliyəm. Məcburam buna. Onların mənə çox ehtiyyacı var. Getməyim üçün icazə ver mənə" dedim

Çox aciz bir vəziyyətə düşmüşdüm. İcazə istəyirdim... Amma Danielin mənə öyrətdiyi, planı ona qarşı edirdim. Xoş danışırdım... Sərt üz göstərmirdim. Yalnız belə öz istədiyimi elətdirə bilərdim

"Ailənə nəsə olub?" dedi

"Həə... Jalə xəstə düşüb. Onu görməliyəm. Getməyim üçün icazə verəcəksən"

"Ailənin yanına getmək üçün, məndən niyə icazə istəyirsən? Mən ilk başdan demişdimki, ailəni nə vaxt istəsən görə bilərsən. Səni ailənə həsrət qoya bilmərəm. Onların yanına getmək istəməyən sən idin"

"Minnətdaram sənə..." deyib, dolan gözlərim ilə onun yanından ayrıldım. Qapını açıb çölə çıxmaq istədiyimdə "Mənsiz hara gedirsən?" dedi. Odamı gələcəkdi mənlə? Ona tərəf çevrildim.

"Sən mənlə getmək istəyirsən?" dedim

"Səni bu vəziyyətində tək qoya bilmərəm. Başına mütləq bir iş açarsan. Tək olmaz"

"Yaxşı. Amma sən maşında qalacaqsan. Mən ailəmin yanına tək gedəcəm"

"Razılaşıram"

Ona xırda təbəssüm edib evdən çıxdım. Ardımca oda çıxdı. Maşınına minib yola düşdük. İçim içimi yeməkdə idi. Məni görəndə nə edəcəkdilər? Mən necə davranacaqdım? Bəlkədə, bu yola baş qoymasaydım hec nə belə olmayacaqdı. Mən onların yanında xoşbəxt yaşayacaqdım. Amma Aydına qarşı olan sevgim, hər seydən daha güclü çıxdı...

Özümdə güc toplayıb binaya giriş etdim. Evin qapısını döydüm. Bir vaxtlar açar ilə açdığım qapını, indi döyürdüm. Zaman hər seyi dəyişmişdi...

Qapını üzümə açan Sabir oldu. Baxışdıq onunla. Onu qucaqlamaq üçün irəli addım atmaq istədiyimdə, geriyə bir addım atdı.

"Evin yolun özün bilirsən. Əgər yadından çıxmayıbsa..." dedi

Arxasını mənə döndərib qonaq otağına tərəf getdiyimdə, məndə içəri keçdim. Belə bir qarşılamanı gözləmirdim... Gözləyirdimdə, bu qədərini yox...

Yavaş adımlarım ilə dəhlizin sonuna gəlib çatdım. Boynu bükük bir şəkildə dayanıb onlara baxdım. Uzaqdan uzağa Akif ilə göz gözə gəldim. Baxışlarını məndən tez qaçırtdı. Onlara tərəf gedə - gedə "Üzümə hec biriniz baxmaycaqsız?" dedim. Baxmadılar...
Divanda uzanan halsız Jaləni gördüyümdə, onun yanına gəldim. Əsma başında dayanmışdı. Mənim gəldiyimi gördüyündə kənara çəkildi. Jalənin gözləri yumulu olsada, gözlərindən yaş axırdı. Yanaqları qırmızı idi. Əlimi alınına qoydum. İstiliyi çox idi. Onu belə görmək məhv etmişdi. "Susmayın! Sumayın!" deyə bağırdım.

"Sən bizim səsimizi batırdın, Lena!" dedi, Akif.

Mənimdə səsimi batırmışdılar, Akif... Deyə bilmədim ona. Mənidə susdurdular. Gözümdən yanağıma düşən bir damla yaşla "Həkim, həkim çağırmısız?" dedim. Göz yaşımı sildim. Göz yaşımı özüm, öz əllərim ilə sildim... Başqa vaxt olsaydı, onlar silərdi...

"Çağırmışdıq... Səni görmək istəyirdi... Biz isə səni tapa bilmirdik. Sən bizdən uzaqdasan. Sənə əlimiz çatmır" dedi, Sabir.

Jaləyə tərəf döndüm. Gözlərini açmağa çalışırdı. Göz qapağını aram - aram qaldırıb məni gördü. Üzünə bir gülümsəmə yarandı.
"Lena? Yuxu, yuxudu bu?" dedi, zəif çıxan səsi ilə.

"Yuxu deyil, birdənəm. Gəldim... Sənə gəldim..." deyərək əllərindən tutdum. Əlləri istilikdən yanırdı.

"Getmə, Lena... Getmə... Bizimlə qal" dedi

Yanağını isladan göz yaşlarını əllərim ilə sildim. Əlinin üstünə öpüş qondurub, ayağa qalxdım. Akifin üzünə baxdım. Onların bu yadlığı məni yıxmışdı. Dağ olsam, yıxılmazdım demişdim. Halbuki, dağ olsamda dayana bilməmişdim bu soyuqluğa. Gözüm Sabirlə, Akifin üstündə olarkən, Əsma arxadan məni qucaqladı. Qoxusundan O, olduğunu bilmişdim.

"Sənsiz, bizə çox çətin idi. Bizi günəş işığına həsrət qoydun. Sənsiz günəşimiz söndü. Günəşi söndürdün sən" dedi

Qollarımda birləşən əllərinin üstünü əllərim ilə tutdum. Günəş yox idi. Məni söndürmüşdülər. Əsma nə qədər dik dayanan, kinli bir kimi görünsədə qəlbi yox idi. Sinəsində gəzdirdiyi ürəyi yumşaq idi. Sabir kinci deyildi. Amma indi mənə kim bəsləmiş kimi gəlirdi.

"Mən hec nəyi bilərək etmədim Əsma. Mənidə məcbur qoydular..." dedim

Bu sözümlə Akifin gözündə iti bir baxış yarandı. Məni Əsmanın qolları arasından aldı. Hər iki qollarımdan tutub "Bildiyin tək söz, məni məcbur qoydular sözüdü! Sən başqa söz bilmirsənmi Lena?! Bizi parçalara ayırdığını görmürsənmi?! Cavab ver! Sənin bu oyunlarından bezmişəm... Kimin yanındasan sən? Aydın hardadı... Niyə bizə bir xəbər demirsən. Ailən deyilmiydik sənin?" dedi
Aydının ölümün necə deyim? Jalə bizim yoxluğumuzda bu vəziyyətə düşərkən, Aydının ölümün mən necə deyim... Yıxılarlar...

"Akif mən hec bir sualına cavab verə bilmərəm. Cavab vermə haqqım yoxdu. Məni belə qəbul edin... Mən sizə sonra hər seyi açıqlaycam. Yalvarıram Akif, məndən üz döndərməyin"

"Sən bizdən çoxdan üz döndərmisən! Harda olduğunu, nə işlər çevirdiyini bilmirik! Bizə hec nə demirsən... Sıxılıram Lena... Sənin bir gəlib, iki itməyindən sıxılıram!"

"Sən Lenanı tanımırsanmı? Mən sizi təhlükə altına atmayım deyə, canımla əlləşirəm! Siz burda rahat nəfəs alın deyə, mən nəfəssiz qalıram. Mənədə çətindi! Sizin qədər mənimdə ürəyim yanır. Bütün kəlimələr ürəyimin içində yığılıb qalıb. Sən mənim susuqunluğumu niyə başa düşmürsən Akif?! Gərək qışırıb, bağıram..." deyib onu itələdim.

Aydının ölümün deyib, özümlə bərabər sizidəmi öldürüm mən? Edimmi bunu? Deməsəydim onları tamami ilə itirəcəkdim. Onları itirməyi gözə ala bilməzdim. Özümü hazırlayıb Aydının ölümünü demək üçün dodaqlarımı araladığımda, arxadan gələn zəif səs "Dava etməyin..." dedi. Jalənin çarəsiz baxışlarını görüncə içimdə bir seylər qopdu. Qaldıra biləcəkdi Aydının ölümünü?

Mən bunu fikirləşərkən, qolumdan kimsə tutdu. Başımı çevirib baxdığımda qolumdan tutanın Akif olduğunu gördüm.

"Tez bir qərar verirsən. Ya bizimlə burda qalırsan, ya da bir dəfəlik çıxıb gedirsən həyatımızdan!" dedi

Qalsaydım, Aydının qisas ala bilməyəcəkdim. Bu vaxta qədər yanımda olmuş Danielə qarşıda haqqsızlıq olacaqdı. Getsəydimdə, onları itirəcəkdim... Akif məni niyə seçim qarşısında qoymuşdu?

"Məni secim qarşısında qoyma! Bir gün sizə hər seyi açıqlayacam. Sizin yaxşılığınız üçün bunu etdiyimi bilin. Mən istədiyim kimi, bu evə gedib gələcəm. Sizdə bu hərəkətlərinizi yığışdıracaqsız!" dedim

Əsas qayda bu idi. Bu işin qaydası ailəni uzaq tutmaq idi. Bu işə ailə qarışdıqda, son yaxşı olmurdu. Eynən Aydının bizi bu işə saldığı kimi...
"Sənin boş sözlərinə göz yummayacam! Özün istədin belə olmasını!" deyərək qolumdan tutduğu əli ilə məni sürüklədi. Evdən atırdı məni? Dəhlizin başına gəlib çatdığımızda, Əsma ilə Sabir məni onun əlindən almaq istədi. Bacarmadılar... Akif Sabiri itələyib "Bəsdi! Göz yummayın Lenaya! Görmürsüz, saymır bizi!" dedi. Qapının yanına çatdığımızda, qapını açıb məni çölə itələdi.

"Get! Nə vaxt ağılın başına gələr, bizə hər seyi danışarsan onda bu evdən içəriyə addımını atarsan!" dedi

Qapını üzümə möhkəmcə örtdü. Qapını döyməyə başlayıb "Akif! Akiff aç bu qapını! Məni üzü üstə buraxmayın!" dedim. Qapını nə qədər döysəmdə açan olmadı. Ağlamaqdan halım qalmamışdı...

Qapını döyməkdən ovuc içlərim ağrıtsada, dayanmadım. Qapını yenə döydüm. İçəridən onların səsləri gəlirdi... Əsma qapını açmaq istəyirdi. Akifsə icazə vermirdi. Yerə çöküb, dizlərimi özüm tərəfə çəkərək ağladım. Ağlamaqdan hec nə görmürdüm. Gözümün qarşısı tonlaşmışdı. Bir ayaq səsi eşidə bilirdim. Eşitdiyim ayaq səsinə başımı qaldırıb baxdım. Daniel idi. Arxamca gəlmişdi yenə...
Məni belə gördüyündən sürətlə yanıma gəldi. Əlimdən tutub ayağa qaldırdı. Gücsüz görünürdüm...

Soyuq adamın necə qarşılıq verəcəyini bilmədən, başımı onun sinəsinə qoyub onu qucaqladım. Əllərimi kürəyində birləşdirdiyimdə, onunda əlləri mənim belimi sardı. Onlar mənə qucaqlamamışdı...
Dil ucu "Məni burdan apar..." dedim. Başımı qalıdırıb ağlaq gözlərimlə ona baxdım. Soyuq adam, mənə istilik bəxş etmişdi. Məni yağışdan, küləkdən qorumuşdu... Mən onun yanında gün işığı saçırdım. Günəşimi söndürməmişdi...
Binadan çıxıb, maşına mindik. Maşını işə salmamışdı. Məndə böyük boşluğun içinə düşmüşdüm. Onlara doğma idim. Bir anda yad oldum

"Belə görürəm, görüş istədiyin kimi baş tutmayıb" dedi

"Məni istəmədilər... Akif məni evdən atdı..." dedim

Yenidən ağlamamaq üçün, dodağımı büzüb durdum. Məni atdılar... Haqqları var idi. Haqq qazandırırdım. Sonsuza qədər məni sevəcək deyildilər...

"Ağır olub... Düzgün etməyiblər" deyə, Daniel içli şəkildə danışdı. Baxışlarım bir anda sərtləşdi. Məni düşünürmüş kimi etməsini sevmirdim!

"Mən sənin vecinəyəm?!" dedim

"İndi yaralısan. Yaralı birinin üstünə gəlməyəcəm. Sakitləş sonra danışaq"

"Sualıma cavab ver! Aramıza məsafə qoyaq deyən birinin, nə qədər vecinə ola bilərəmki?! Bax, yenə axmaq kimi ağlayıram! Sözümü tutmağı bacarmıram!"

"Əsəbisən... Əsəblərinə hakim olmağı bacar. Əsəbin sonu hec yaxşı yerlərə gedib çıxmır"

"Bacarmıram! Mən sən deyiləm! Sənin kimi sakit, səssiz, soyuq olmağı bacarmıram!"

"Bacaracaqsan... Səni elə bir yerə aparacamki, o görüntünü gördükdən sonra bacaracaqsan"

Maşını işə saldı. Hara aparırdı məni?

"Məni hara aparırsan?" dedim

"Sevdiyin adamın məzarına" dedi

Sevdiyim adamın məzarı... Aydının məzarına. Mənim sevdiyim adam ölmüşdü hə? Mənsə onun məzarının harda olduğunu bilmirdim. Mən bu yaşıma qədər qəbirstanlığa getməmişdim. Məzar başında nə edilər bilmirdim... Nə edirdilər? Duamı oxunurdu...?
Aydının ölümün xatırlayıb "Tanrıya inanırsan?" dedim. Tanrım var idinsə, Aydının ölməsinə niyə göz yumdun?

"Hec nəyə inanmasamda, bir tək Tanrının var olduğuna inanıram. Tanrı bizi indi görür. Tanrı duaları sevir" dedi

"Dua etməyi bilmirəm"

"Bizim niyə sıxıldığımızı bilirsən? Bəzən içimizə kədər çökər. Özümüzü qoyacaq yer tapa bilmərik. Sağa dönərik, sola dönərik amma olmaz. İçimizdəki hiss keçib getməz. Bunun üçün Tanrı duanı yaradıb. Elə olduğumuzda, Tanrı bizi eşitmək istəyər. Bizdə içimizdəkilərin ona danışıb, dua edərik"

"Cənnət? Cənnət varmı? Aydın cənnətdən mənə baxmırmı?"

"Lena bir almanla danışdığının fərqindəsən? Mən sənin suallarına cavab vermək gücündə deyiləm. Oralar məni aşar. Sən inandığın Tanrının cənnətinə dua etki, Aydın orda olsun"

Yenə məntqili danışmışdı. Zəkası hər keçən gün məni özünə valeh edirdi. Başımı arxaya yasladım. Ümüd edirəm, Aydın cənnətdədi. İnandığım cənnətin pəncərəsindən mənə baxır...

***

İlk dəfə idi bir qəbristanlığa gəldiyim. Aydının məzarını görmək, onun ölü olduğunu qəbullanmaq idi. Danielin arxasıyca gedirdim. Düz yolun sonunda sağa döndü. Sağda üstü torpaqla örtülü olan bir məzar gördüm. Baş daşına kicik taxta löhvəsi basdırılmışdı. Daniel həmin məzarın yanına tərəf getdi. Aydının məzarı idi... Bir kimsəsiz kimi dəfn olunmuşdu. Bu vaxta qədər onun məzarına gəlmək istəməmişdim. Onu bu yerdə yatan görmək istəmirdim. Nə qədər istəməsəmdə, bu gün öz ayaqlarımla bura gəlmişdim. Məzarın yanına gedib, aşağı çökdüm. Gözlər özü özlüyündən doldu. Son göz yaşlarımı bu gün bu məzarın üstündə axıdacaqdım. Əlimi torpağının üstündə gəzdindirməyə başladım. Canımı incidirdi... Torpağın üstünə deyildə, tikana basırmış kimi hiss edirdim. O cür yanırdı içim. "Mən gəldim, sevgilim..." dedim. Sevgi etirafın, bizim sonumuz sənin isə ölümün oldu...

"Kəpənəyim deyirdim uşaqlıqda sənə. Kəpənəklərin tez öləcəyini bilsəydim, deməzdim. Sənində ömrün kəpənəklərin ömrü qədər oldu. Gözəl seylər tez bitərmiş. Gözəl seylər tez ölərmiş... Səndə gözəl olduğundan, getdin... Tanrım, onu cənnətində qarşıla" dedim

Ağladım. Əlimə torpağından götürüb ovuc içimdə möhkəm sıxa - sıxa hönkürtü vuraraq ağladım. Sən öldürdün onu, Sərdar Qarayev... Sənə görə, Aydın torpaq altında yatır. Sənə görə, mənim kəpənəyimin ömrü az oldu. Sənin ağ ölüm aldandırdığın, həyata görə...
Əlimi yuxarı qaldırıb burnuma yaxınlaşdırdım. Torpaq qoxusunu içimə çəkdim. Onun qoxusunu, hiss edirmiş kimi... Bu torpaqdan onun ətiri gəlirmiş kimi...

"Məzarın üstünə and içirəmki, Sərdarı doğulduğuna peşman edəcəm. Ona ölümlərdən ölüm yaşadacam. O, necə məni aydınlıqdan qaranlığa qərq etdisə, məndə onu gün üzünə çıxartmaycam. Qisasın qiyamətə qalmayacaq. Qisasını alacam. Söz verirəm sənə, Aydın..." dedim

Əlimdəki torpağı məzarının üstünə buraxıb, ayağa qalxdım. Danışa bilmədiyim çox söz vardı. Həmin sözlər, gözlərimdə yığılıb qalmışdı. Başımı aşağı əyib, əllərimlə oynamağa davam edərək "Məndən bir canavar yarat. Elə canavar yaratki, hec kimə acımayım" dedim. Saniyələrin ardından, yanıma gəlişini hiss etdim. İsti əlləri ilə çənəmə toxunub, çənəmi qaldırdı. Onunla üz üzə gəldim.

"Nifrətimlə böyüməyə varsan?" dedi

Var idim... Onun tərəfindən gələn nifrətdə, kində qəbulum idi.

"Varam..." dedim

Hec bu qədər əmin olduğumu xatırlamırdım. Nə istədiyimi bilirdim. İstəyim, Aydının qatilindən qisas almaq idi. Bu qisas alınacaqdı...

"Bu gündən başlayırıq. Bu gün sənin yenidən doğulduğun gün olsun. Ad günün mübarək" dedi

Həm ad günüm, həmdə ölüm günüm. Bu gün qeydlərə belə keçsin...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 288
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri