Ağ Kəpənək (28-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 2 349
Səs ver:
(səs: 1)
2 Ay Sonra

"Daha möhkəm, daha möhkəm vur" deyən Alexsin sözləri məni daha çox qaza gətirirdi. Qum torbasına şiddətli zərbələr endirdim. Hər zərbəmdə gözümün qarşısına qisas alacağım günü gətirirdim. Beləliklə, zərbələr özü özlüyündən güclənirdi. Qum torbasına bir yumruq daha atıb, əlimi saxladım. Əlimi alınıma gətirib, əlimin tərsi ilə alınımdan axan təri silib, Alexsə göz vurdum.

"Son gün üçün necə idi?" dedim

"Heyrət edicisən, Dina"

"Sənin sayəndə Alex"

"Mənim deyil, sənin əzminin sayəsində"

"Ahh, olmadı bu. İndi durub bir birimizi tərifləyəcəyik?"

"Səni tərifləməkdən bezmərəm"

Məndə özümə tərif yağdırılmasından bezməzdim. Alexs mənim 30 yaşlarında olan sarışın idman müəllim idi. İdmanla yanaşı, mənə döyüşün sirlərinidə öyrədirdi. Bu gün isə son günüm idi. Bu iki ayda bir çox seyi öyrənmişdim. Həm həyatım dəyişilmişdi, həmdə mən. Daniel mənə, Dina Weber adını vermişdi. Bu adla ətrafda tanınmağa başlamışdım. Hər kəsin gözlədiyi məhşur Dina... Bu müddət ərzində Sərdarın qarşısına çıxmamışdım. Qarşını çıxmaq üçün bu günü gözləyirdim. Çünki, mən artıq güclənmişdim. Silah atmağı, döyüşməyi, kart oynamağı, ağıla gələ biləcək hər seyi öyrənmişdim. Yeni kimliyim mənə çox sey qazandırmışdı. Daha ağlayan, hər seyi içinə atan qız yox idi. Lena'nı öldürmüşdüm mən. Yenidən küllərimdən Dina olaraq yaranmışdım. Uzaq keçmişi yada salıb, təkrar qum torbasına zərbələr endirdiyimdə, Alex "Səninki gəlir" dedi. Ona mənimki deməkdən əl çəkmirdi. Gələn, Daniel idi. Yumruq etdiyim əlimi saxlayıb arxaya döndüm. Daniel bu idaman zalını xüsusi mənim üçün yaratmışdı. Üzündə güllər açırdı.
"Bizim canavar son gündə iş başındadı" deyib, sol yanıma tərəf keçdi. Onun mənə canavar deməsini sevirdim. Mən axı, onun nifrəti ilə böyüdülmüşdüm...

"Sənin canavarın bu son gündə əlini əzəcək. İndidən deyimdə sonra mənim üstümə düşmə. Mən hələlik gedim. Siz bərabər çıxarsız" dedi Alex.

Alex yerdə olan dəsmalı çiyninə atıb otaqdan çıxdı. Daniel meyxoş bir hal ilə gözlərin süzdürdü mənə. Bir əlin yuxarı qaldırıb, ovuc için açaraq "Vur" dedi.

"Hay hayy" dedim, əlimi yumruq edib. Ovuc içinə bir yumruq atdım. İkinci yumruğu atmağım üçün baxdığında, təkrar bir yumruq atdım. Bu onu qane etməmişdi, deyə təkrar birin atdım. Zərbələrin arasını kəsmədən, ovuc içinə yumruq atdığımda, anidən ona yumruq atdığım əlimi, əlinin içinə aldı.

"Belə bir sey edəcəyini təxmin etməliydim" dedim

"Dinam canını məndən xilas elə"

"Canım sənə fəda olsun"

"Yox bu dəfə xoş dilindən istifadə edə bilməyəcəksən"

"Xoş dilim səni yoldan çıxartmaz?"

Verdiyim sualın cavabını gözləyərkən, Daniel mənim boşluğumdan istifadə edib, əlində yumruq tutduğu əlimin, qolunu burdu. Qolumu burub, arxama keçmişdi. Qulağımın dibinə "Çıxartmaz, Dinam" deyə pıçıldadı. Qolum çox incitməyəcək şəkildə, tutsada qolum incinirdi. Bu döyüşün bir növü sayılırdı. İndi onun əlinin altından çıxmalı idim. Qolumu daha möhkəm burduqda, boşda qalan qolumun dirsəyini möhkəmcə qabırğa altına keçirtdim. Ağırının təsirindən özü məndən ayrılanda "Kaş yoldan çıxsaydın" dedim. Əli ilə qabırğasının altını tutarkən "Sən tam bir canavarsan" dedi.

"Sənin tərəfindən böyüdülən canavar" dedim.

"Dina zərbən çox incidir. Nəfəs ala bilmirəm" deyə tənginəfəs şəkilində danışdığında yanına gəldim. Əlimi qabırğasının üstünə yerləşdirdiyi əlinin üstünə qoyub "Ciddisən Daniel?" dedim. Bunu deməyim ilə ayağını, ayağıma keçirib məni kürəyi üstə yerə yıxdı. Özüdə üstümə düşdü.

"Xayinlik etdin!" dedim

"Bir vəziyyətimizə bax"

"Vəziyyətimizdə nə var?!"

"Altımdasan, hələdə dikbaşlıq edirsən"

"Məsafəni qoru Daniel!" dedim, onu öz sözündən vuraraq. Bizim məsafəmizdə belə idi. Bir az yaxınlaşan kimi, məsafə sözünü bir birimizə xatırladırdıq. Mavi gözlərində olan parlaqlıq bu sözümlə söndü. Gözlərindəki işıq sönsədə, üzünü güldürməyə çalışıb "Yaxşıki, vaxtında məsafə qoymuşam. Yoxsa sən mənim cazibəmə dayana bilməzdin" dedi. Mənimi söz atmışdı? Burnumun üstünə kiçik öpücük qondurub, üstümdən qalxdı. Yerə oturduğunda, məndə qalxıb yanına oturdum. Sözü hələdə beynimdə idi.

"Yalançı! Sən mənə dayan bilmədiyindən belə bir sözləşmə etdik" dedim

"Mənə yalançı deyənə bax! Sən yalançısan. İşin gücün məni yoldan çıxartmaq istəməkdi"

"Üstümə yıxılan sən idin!"

"Altımda qalanda sən idin" deyərək mənə dil çıxartdı. Çiyninə ağrıdacaq bir tərzdə yumruq atdım. Çiynini tutduğunda "Yaxşı, zarafatı qoyaq kənara bu gün böyük gündü" dedi.
Həə bu gün günlərdən, o gün idi. Vaxt gəlib çatmışdı. Bu gün Sərdarın qarşısına çıxacaqdım. Onu yalanlarım ilə aldadacaqdım. Hər sey təsadüf imiş kimi görünsün deyə bu günü seçmişdik. Bu gün mafiya adamlarından biri olan, Qarğa adı ilə tanınan Xalid bəyin restoran açlışı idi. Məndə ora dəvət idim, Danieldə. Sərdar orda olacağı üçün Daniel bir az gec gələcəkdi. Mən o sırada Sərdar ilə danışacaqdım. Ona özümü inandırmalı idim. Günlərdi bunun məşqini edirdik. Yavaş - yavaş onu ələ keçirdəcəkdim.

"Mən hazırlaşmağa evə gedirəm. İşin yoxdusa bərabər gedək" dedim

"Kazinoya baş çəkməliyəm. Sən hazırlaşıb, sürücü ilə gedərsən. Axşama mənlə qayıtmaq şərti ilə"

"Sabah məndə sənlə gedəcəm. Oyun üçün darıxmışam"

"Sən bir azdan məni keçəcəksən"

"Qorxma. Səni unutmaram"

"Mən gələnə qədər Sərdarla danışmaq planını aradan çıxart"

"Gedim gözəl geyimlərdən birini seçim. Onun gözünü oxşmaq istəyirəm"

"Mən onun gözünü yumruğum ilə oxşaya bilərəm"

"Yox qalsın, Daniel. Mən qısa ətəyim ilə oxşayaram" deyib özünə möhkəm bir öpüş qonduraraq ayağa qalxdım. İdman zalından çıxıb, maşınıma minərək evin yolun tutdum. Bu günü çox gözləmişdim mən. Bu gün hər seyin başladığı gün idi. Sol biləyimdə yerləşən, kəpənək simvolu olan dövməmə göz ucu baxdım. O kəpnək dövməsi mənə güc verirdi. Onu məzardan gəldiyimiz gün elətdirmişdim. Bu dövməyə hər baxdıqca, qisas hissim daha güclənirdi. Bir günlük ömürü olan, kəpənəyim kimi...

***

Sürücü qapını açdığında maşından aşağı düşdüm. Bu gün sadə, amma bir o qədər gözəl görünən qara rəngli, qısa bir don geyinmişdim. Artıq rəngli geyimlərə əlvida demişdim. Geyindiyim hər sey qara rəngdən ibarət idi. Az mərtəbli olan piləkanı çıxdım. Qapıda qorumalar var idi. Məni tanıdıqlarından sorğu sualsız içəri keçdim. İçəri girən kimi gözüm Sərdarı axtardı. Tanımadığım bir adamla restoranın ən künc hissəsində dayanıb söhbətləşirdi. Ondan baxışımı kəsdiyimdə, yanıma gülərək Xalid bəyin yaxınlaşdığını gördüm. Məndə saxta gülümsəmə ilə ona güldüm.

"Oo Dina xanım. Xoş gəldiniz. Gəlməyiniz ilə mənə şərəf verdiniz" dedi

"Xoş gördüm. Xeyirli olsun. Gözəl məkana bənzəyir"

"Daniel bəyi görə bilmədim. Təksiniz?"

"Danielin bir az işləri olduğunu, gec gələcəyini bilirdi. Lakin, ürəyi buradı"

"Sizin kimi xanımı tək bura göndəribsə, ürəyinin burda olmasından şühbəm yoxdu. Buyurun keçin, əylənin"

"Təşəkkürlər" dedim, yanından ayrılaraq. Bir çox tanıdığım adam vardı. Xüsusi ilə Sərdar tərəfdə olan qadınların yanına getdim, salamlaşmaq üçün. Onların yanına gedib salamlaşdığımda, Sərdarla göz gözə gəldik. Məni görməsi ilə donub qaldı. Yanındaki adam onunla danışsada, hec nə eşitməmiş kimi görünürdü. Gözü məndə idi. Onu gördüyümdə tək fikirləşdiyim sey, Fikonu yanında görə bilməməyim oldu. Gəlməmişdimi? Aradan nə qədər vaxt keçsədə mən onu unuda bilməmişdim. Nə qədər, daş ürək olsam belə...
Gözümü Sərdardan çəkib, qadınlarla söhbətləşməyə başladım. Söhbətimiz geyim və gözəllik üstündə idi. Hə, birdə Danieli soruşurdular məndən. Nə qədər şanslı olduğumu, dilə gətirirdilər. Onun mavi gözləri məndən başqa bir qadın görməzmiş. Hər kəsə qarşı kor imiş...

Qadınlarla bir az söhbətləşdikdən sonra əlimə bir içki qədəhi alıb ortalıqda gəzindim. Məqsəd Sərdarın gözünə girmək idi. Qonaqların hamısı gəldikdən sonra açlış olub, masa arxasına keçəcəkdik. Ona görədə, çölə baxan geniş pəncərə tərəfə keçib, özümə təkliyi bəxş etdim. Qədəhi görüntü olaraq götürmüşdüm. Daniel, iş başında içmək olmaz deyirdi. O, olmadığına görədə içməyi düşünmürdüm. İşarət barmağımı yumru qədəhin kənarında gəzdirdiyimdə, yanımda bir kölgə gördüm. Sağ yanıma, Sərdar gəlmişdi.

"Yanına gəlim gəlməyim deyə çox düşündüm. Nəhayət burdayam. Ayaqlarım məni bura gətirdi" dedi

Başımı qədəhdən qaldırıb ona baxdım. Saqqaları yenicə çıxmışdı. Saçını yuxarı daramışdı. Qəbul, yaraşıqlı biri idi. Amma bu yaraşıqlığı, Aydının qatili olmadığı mənasına gəlmirdi. O, mənim üçün hələdə bir qatil idi.
Danielin mənə öyrətdiklərindən istifadə edib bir yola çıxdım. Onunla xoş danışacaqdım. Ona özümü acındıracaqdım. Elə isə, ilk addımı atmalı idim

"Bəlkə səni mənim yanıma gətirən ayaqların deyil, ürəyindi" dedim

"Son görüşümüzdən bu yana dəyişilmisən"

"Necə dəyişilmişəm?"

"Daha çox gözəlləşmisən. Qara sənə çox yaraşıb"

"Sənin adın olan Qara, indi mənim üstümdədi"

"Hər kəs səni Dina olaraq tanıyır. Mən isə Lena... Lena olaraq, məndə çox xatirələrin var"

Söhbəti açmaq üçün tam zamanı idi. Rola girməyin vaxtı idi. Gözü doldurmağa çalışıb, utancaq yana bir hal ilə ona tərəf çevrildim. Məsum qız roluna girib "Mən keçmişimi çoxdan basdırdım. Özümə yeni bir kimlik götürdüm. Hec kimlə işim yoxdu. Sənidə bağışlamışam" dedim

"Nifrətin belə tez söndü?"

"Düşündüm. Çox düşündüm. O vaxtlar sağlam başla düşünə bilmirdim. Onda yas tuturdum... Yasım bitəndən sonra başa düşümdüki bu olanlarda nə sənin günahın var, nə də mənim. Aydın bu yolu özü seçmişdi. Aydın ölmək istədi, sən isə kömək etdin"

"Doğrusu, təcübləndirdin məni... Sən həqiqətsən?"

"Bu işlər məni özünə çox çəkdi. İndi hər seyə sahibəm. Mən hec olmayacağım qədər həqiqətəm. Hər kəs öz yolunu secdi. Məndə bu yolu"

"Sənə inanmaq istəyərəm... Lakin, Danielin yanında olmağın mənim bütün inanmımı qırır"

Daniel mənə nə öyrətmişdi? Əgər mənim adımla bağlı nəsə desə, gözlərini qaçırmadan əmin tərzdə onun gözlərinə baxaraq qorxusuzca danış. Bu onu razı salacaqdı. Bir növ göz tilsimi idi. Axı, yalan danışan insanlar gözlərini qaçırdardı...

Onun gözlərinə tam sabit şəkildə baxıb "Mən Danielin yanında pula görə qalıram. Yoxsa mənim onunla bir işim olmaz. Mənə pul lazımdı. Oda mənə boşuna pul vermir. Onun işlərini görürəm deyə, işin qarşılığında ondan pul alıram. Mənim niyyətim çoxlu pulumun olmasıdı. Pulum olduqdan sonra ölkəni tərk edib gedəcəm" dedim. Ancaq pul... Pul beyni yuya bilirdi. Pul hər seyə qadir idi. Onun üçün pulun adını çox çəkmişdim.

"Ölkəni tərk etmək istəyirsənsə mən sənə köməklik edə bilərəm" dedi

"Bu təklifi mənə Danieldə etmişdi. Lakin, mən öz hesabıma nələrsə etmək istəyirəm. Yenədə təklifin üçün çox sağ ol"

"Hec ağılıma gəlməzdiki, sənlə nə vaxtsa normal söhbət edə bilərəm. Davasız, səs küysüz..."

"Mən böyümüşəm, Sərdar. Böyümək gözəl bir seydi"

"Mən 10 dəqiqəliyinə baş çəkməyə gəlmişdim bura. Səni gördüm deyə, bir saatdı burdayam. Mən indi getməliyəm. Yenidən görüşmək ümüdü ilə, Dina"

"Görüşənə qədər, Qara" deməyim ilə yanımdan getdi. O yanımdan gedərkən, qədəhdə olan qırmızı şərabdan bir qudum aldım. İnanmalı idi dediklərimə. Ölkədən getmək istəyi, inandırıcı bir sey imiş gəlməli idi. Onu daha çox görəcəkdim. Planlarımı bir - bir həyata keçirməyin vaxtı idi. Şərabdan bir qudum daha aldığımda, arxadan kimsə mənə sarıldı. Hiss etdiyim qoxu ilə Daniel olduğunu başa düşməyim saniyələrimi almadı hec. Başını çiynimə yaslayıb sol üzümə bir öpüş qonduraraq "Darıxmışdım, canavarım" dedi. İnsan içində məsafə söhbəti hec yadına düşmürdü. Sanki, hamıya göstərirdiki, bu qız mənimdi. Üzümü ona tərəf çevirib "Sənsizlikdən, ürəyim sıxılırdı" dedim

"Sərdarın getməsini gözləyirdim. Ona görə gec gəldim. Xəstədə də gec getdi. Əsəbləşdim"

"Mənə görə getmirdi. Danışdıq onunla"

"Nədən danışdınız?"

"Nələrdən danışmadıqki"

"Misal ver"

"Misal necə gözəl olduğumu vurğuladı"

"Gözəl olduğunu məndə bilirəm" deyib məni başdan aşağı süzdü. Gözləri donun qısalığına taxıldığında, boğazımı təmizləyib "Oda belə baxırdı" dedim.

"Nəyə baxırdı?" dedi, ciddiyətlə.

"Ətəyin boyuna. Hər halda ətəyin boyu qısa idi deyə, dizlərimə baxırmış"

"Ha haa haaa... Öldüm gülməkdən!"

"Gülmürsən" dedim, üzündə gülüş görmədiyim üçün!

"Gülməyə imkan vermirsən! Qəsdən edirsən hər seyi"

"Evə gedəndə detaylı danışacam sənə hər seyi. Belimə falan necə toxunduğunda deyəcəm"

"Belinə toxunub?!" dediyində, göz bəbəkləri böyüdü.

"Toxunmaqla qalmadı. Məni özünə tərəfdə çəkdi"

Üzünün dəyişildiyini gördüyümdə "Zarafat edirdim! O dəqiqə hər seyə inanırsan səndə!" dedim

"Sənin əlinə nə keçir belə etməklə?"

"Əylənirəm"

"Özünə başqa əyləncə tap. Mən bu əyləncəni sevmədim"

"Mən sevdim" deyərkən, mikrofondan uca səslə çıxan Xalid bəyin səsini eşitdim. Qonaqları salamlayıb, açılış haqqında danışdı. Onun ardından masalar açıq elan edildi. Daniel ilə bərabər iki nəfərlik masaya keçdik. Ləzzətli yeməklər vardı. Mən həm yeyib, həm ətrafa baxıb əylənsəmdə Danielin kefi yox imiş görünürdü. Ola bilsin, çox irəli getdiyimdən kefi qaçmışdı. Gözüm həm onun həmdə ətrafdakıların üstündə olarkən, bizdən üç masa irəlidə oturan Seymur bəyə sataşdı. Qırxa yaxın yaşı olsada, gözü ətrafda oynayırdı. Ən çoxda gözü mənim üstümdə idi. Sağ qolu olan Elgiz ilə oturmuşdu. Mənə baxaraq Elgizə bir seylər dedi. Elgiz ayağa qalxıb bizim masaya tərəfə gəldi. Yanımıza gəldiyində qulağıma tərəf əyilib "Seymur bəy, sizi öz masasına dəvət edir. Dəvətini dəyərləndirsəniz şad olar" dedi.

"Seymur bəyə deyinki, Dina xanım hec kim ayağına getmir. Məni narahat etməsin!" dedim

Daniel yanımda olarkən, bu nə cəsarət idi? Daniel dönüb arxaya baxaraq, təkrar mənə dönüb "O, boranı baş nə deyirdi sənə?" dedi.

"Hec nə... Seymur bəy salam göndərib" dedim.

Təkrar dönüb onlara baxdı. Elgiz dediklərimi Seymur bəyə dedikdən sonra, Seymur bəydə ona nəsə dedi. Elgiz mənim yanıma gələrkən, Seymur bəy güldü. Yenidən qulağıma əyilib "Təklifimi geri çevirməsin. Onu pullara qərq edərəm" dedi. Əsəbləşmişdim... Masaya dəvət etmək, mafiya qanunlarda səndən xoşum gəlir, hətda mənlə bir gecə keçir mənasına gəlirdi. Bu insan şir ürəyimi yemişdi? Öz əsəbimi içimdə boğmağa çalışarkən, Danielin əlinə çəngəl alıb ayağa qalxdığını gördüm. O ayağa qalxar qalxmaz məndə ayağa qalxıb, qarşısına keçərək "Mən özüm həll edəcəm" dedim. Onun masasına tərəf yaxınlaşdım. Yenə bəzi gözlər üstümüzə dönmüşdü. Lakin, bu dəfə bu gözlər məni qorxutmurdu. Əksinə zövq verirdi. Gözüm masanın üstündə olan çaxır şüşəsinə taxıldı. İçki şüşəsini əlimə alıb, Seymur bəyin qədəhin onla doldurdum. Şeytanlıqla gülümsünüb "Belə tez yola gələcəyini bilmirdim" dedi. İndi gülüşün üzündə qalacaqdı. Saxta təbəssümlərimi üzümə bəxş edib, anidən içki şüşəsini masanın kənarına vuraraq sındırdım. O an hər kəs dönüb bizim tərəfə baxdı. Əlimdə tutduğum içki şüşəsinin qırığını onun boğazına tərəf gətirib, boğazına dəydirdim. Artıq onun gülüşü dayanmışdı.

"Dua elə bu dəfə masanın küncündə sındırdım. Gələn dəfə başında sındıraram!" dedim.

Əllərin yuxarı qaldırıb "Kömək edin, kömək edin..." deyə bağırdı. Danielin qorxusundan hec kəs ayağa qalxmadı. Şüşə qırığını daha çox boynuna batırdığımda, qulağıma alqış səsi gəldi. Daniel, gülərək əl çaldı. Yanıma tərəf gəldiyində, əlimdəki şüşə parçasını yerə atdım.
Hər iki əlini masaya basdırıb, Seymura baxaraq "Ağıllı ol, sənin ağılını başından alaram!" dedi. Masa üstündə olan dolu qədəhi əlinə alıb, Seymurun üzünə tökdü. Əlimdən tutub məni özünə tərəf çəkərək, alınımın ortasına bir öpüş qondurdu. Qulağıma tərəf əyilib "Afərin mənim canavarıma" dedi. Qürur duymuşdum özüm ilə. Və mənə bu gücü bəxş edən adamla...

Bölüm sonu
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 349
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri