Ağ Kəpənək (30-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 4 231
Səs ver:
(səs: 0)
Mən yerə düşərkən, Fiko yanıma gəlib məni ayağa qaldırmağa çalışdı. Lakin, onun kürəyindən vurub qalxmasına mane oldular.
"Sən mənim arxamca niyə gəlirdin?!" deyib mənə əsəbləşdi.

"Sənə kömək etmək üçün gəlmişdim! Səni burda tək qoya bilməzdim!"

"Necədə möhtəşəm köməklik göstərdin mənə. Həm mənim başıma bəlaya girdi, həmdə sənin"

"Mən səninlə bütün bəlalara varam" dediyimdə başımızın üstündə Seymur dayandı.

"Söhbətiniz bitdi? Yoxsa mən gəldim, sən getdin söhbətləriniz davam edəcək?" dedi.

"Dinanı buraxın. Nə işiniz varsa mənlə həll edin!" dedi Fiko.

"Mənim hər ikinizlədə işim var. Sizlə çox əylənəcəyik"

"Ona barmağının ucu belə dəyməyəcək! Yoxsa səni öldürərəm!"

"Dinanın sevəni yaman çox imiş. Hə Dina?" deyə əlləri ilə saçlarıma toxunmağa başladığında, Fiko onun biləyindən tutdu.
"Əlini sındırmamağım üçün rahat dayan. Söz eşit!" dedi. Seymur özündən razı halı ilə, üzünə geniş gülüş gətirdi. Əlini Fikonun əlindən çəkib "Mənə sizin sahibləriniz maraqlıdı. Belə marağı yoxdu. Zəng edib, sizin burda olduğunuzu həm Sərdara deyəcəm, həmdə Danielə. Sizi pulun qarşılığında onlara verəcəm. Bir az pul qazanmalıyamda" dedi. Adamlarına göz vurdu. O arxasını çevirib getdiyində, adamlarıda arxasıyca getdi. Otaqdan çıxdılar. Qapının kilit səsini eşitdim. Bizi bu otağa kilitləmişdilər. Danielə zəng edib burda olduğumu deyəcəkdi. Kaş Seymur məni öldürsəydi. Çünki, Daniel burda olduğumu bilsə çox əsəbləşəcəkdi. Fikoya tərəf çevrildim. Gözümün içinə - içinə baxırdı.
Bu baxışa məna verə bilmədiyimdə, məni anidən özünə tərəf çəkib qucaqladı.

"Çox darıxmışdım..." dedi, məni hələdə qucaqlayarkən. Məndə onun üçün çox darıxmışdım. Ondan azca aralı dayanıb əlimi qanayan yarasının yanına gətirdim. Heyvan kimi döymüşdülər onu. Yarası incitdiyindən üz gözünü turşutmuşdu.

"Ağrının keçməsi üçün nə edim" dedim

"Ağrımı boş ver. Sən niyə dəlilik edib arxamca gəldin?"

"Səni tək qoya bilmədim. Mənə etdiyin yaxşılıqları unutmamışam mən. Hər zaman ağılımda idin"

"Sən mənim yanımda olmağı deyil, Danielin yanında olmağı seçdin. Səni hər onun yanında gördüyümdə dəliyə dönürəm. Mənim səndən başqa hec kimim yox idi. Sən məni kimsəsiz buraxdın"

"Belə olmasını istəmədim... Səndən ayrı qalmağı düşünmürəm. Mənə yanında yenidən bir yer ayırarsan?"

Həyatımda hər sey dəyişmişdi. Bir tək O, eyni qalmış kimi idi. Sualımın cavabını, məni yenidən qucaqlayaraq verdi. Kürəyi ağrıdığından ortada yerdə qalmayıb kənara keçərək, kürəyimizi divara söykəyib yanaşı oturduq. Başını çiynimə yasladığında "Fiko sən burda camera olduğunu bilmirdimmi?" dedim.
"Xarab olduğunu demişdilər" dedi, məsum uşaqlar tək mənə baxarkən.

"Səndə yedin"

"Oo yedin falan. Başqa vaxt olsa inandın deyərdin. Səndə irəlləyiş çox imiş"

"Zarafata salma. Belə seyə inanmalı deyildin"

"Sən bunu boş ver. Bir azdan burda yaranacaq ona vəziyyəti düşün"

"Daniel ilə Sərdar bizə görə yan - yana olacaq"

"Daniellə aran necədi?"

Fikonun sualı məni bir az düşünürdü. Onunla aram necə idi? Aram gah yaxşı olurdu, gahda məsafəli. Pis deyildik onunla. Ancaq aşa bilmədiyimiz bir mane vardı aramızda. Və bu manenin nə olduğunu bilmirdim. Bilmədikcədə ona tərəf gedirdim. İnsan övladı nəyi qadağa görübsə, ona tərəf həmişə meyil edərmiş. Mənimdə meyilim ona tərəf idi.

"O çox başqadı... Məni incitmir, qırmır. Hər seyi mənə izah edir. Qayğıma çox gözəl qalır. Mənə qarşı olan davranışları nazikdi. Diqqətcildi...
Onun yanımda olması mənim üçün yeni bir dünya kimidi. Onu əvvələr hec xoşlamırdım. İndi isə onsuz nəfəs belə ala bilmirəm" dedim

O, mənə bir oksigen kimi lazım idi. Necəki, oksigensiz yaşaya bilməzdiksə, oda mənim üçün eyni seyi ifadə edirdi.

Çiynimdə tərpənmə hiss etdim. Fiko başını çəkib, gözünün altı ilə mənə baxdı. Baxışlarının nə məna verdiyini, kəsb edə bilmirdim. Susub - susub, birdən birə "Sevirsən onu?!" dedi.
Sevməkmi? Yox, sevgi ola bilməzdi...

"Əlbətdəki yox! Suala bax!" dedim

"Sənin halın hal deyil. Qapılmısan Danielə!"

"Fiko mənim sevdiyim adam yeni ölüb. Nə sevməsindən bəhs edirsən sən?!"

"Sən hər ehtimala qarşı hisslərinə sahib çıx!"

Bu suala həddinən artıq çox əsəbləşdim. Ola bilməzdi. Bu düzgün olmazdı. Mən olmayacaq bir seyə, bu qədər meyil edə bilməzdim. Bizimkisi sadecə vaxt öldürməcə idi. Hə, belə idi. Belədə olmalı idi!

Saatlar keçmişdi. Saatların ardından Seymur, onun yaşlarında tanımadığım bir adam, birdə üç qoruma içəri keçmişdi. Tanımadığım adamın adı Aqil idi. Bu kazinonun sahibi idi. Seymurla yaxın dost imişlər. Dünən gecədən Seymur məni izlədiyindən, məni burda tapa bilbimiş. Seymur öz özünə danışıb, öz özünə qəh qəhə çəkərək "Görək, ilk kim gələcək. Hansınız sahibləriniz üçün daha dəyərli olacaqsız" dedi.

"İtin qarşısına sümük atılar!" dedim

Bizə görə pul istəyirdi. Pulun qarşılığında bizi onlara verəcəkdi. İtdə belə idi. İtin qarşısına sümük atılardı. Oda sümüyü yeməklə məşğul olardı. Seymurun üzündəki gülüş dayandı. Qaşlarını çatdı. Aşağı əyilib gözlərini qısaraq mənə baxdı. Dodaqlarını aralayıb nəsə demək istədiyində, qapı möhkəmcə açıldı. Hər kəsin gözü qapının üstündə oldu. Gələn Sərdar idi. Seymur Sərdarı görəcək ayağa qalxıb "İlk sən gəldin. Gəl, gəl səninkinin marifətinə bax" dedi.
Sərdarın əsəbi olduğu üz cizgizsindən bilinirdi. Əlindəki pul çamadanı ilə içəri keçdi. Çənəsini sıxdığından, çənə sümüyü çox bəlli olurdu.
"Onları burax" deyə, normal səs tempində danışdı. Onları burax, demişdi... Yəni, mənidə hesaba qatmışdı

"Sən pulu ver, Fikonu al. Daniel gələndə qədər Dina bizimlə qalacaq" dedi Seymur.

"Dinanı burdan buraxmayana qədər, hec kim hec yerə getməyəcək!"

"Səninki adamın Dina deyil. Sən niyə narahat olursan, Sərdar?"

"Məni hövsələdən çıxartma Seymur!"

Əlindəki pul çamadanını tam Aqilin qarşısına atdı. Hamı bu mənzərəyə baxdı. İt olduqlarının sübutu idi bu görüntü. Sərdarın baxışları Fikonu tapdı. Başımızı bəlaya saldın, deyər kimi ona baxırdı.

"Həm adamın gəlsin kazinomda hiyləgərlik etsin, həmdə sən gələsən pulu üstümə atasan. Ürəkmi yemisən sən?!" dedi Aqil.

"Kimdisə Fikonu oyuna gətirib. O belə sey etməzdi. Sizin işiniz onunla olarkən, qızı niyə burda saxlamısız?!"

"Onun məsələsidə Seymurladı. Mən öz məsələmə baxaram. Mənə pul lazımdı"

Bu sözü dediyindən sonra qapı yenə açıldı. Daniel idi gələn. Danieli görməyim ilə içim böyük rahatlıq tapdı. İlk əvvəl ətrafa göz gəzdirdi. Yenə hər zamanki kimi mükəmməliyinə bürünmüşdü. Üzündə hec bir sey hiss olunmurdu. Nə əsəbi olması bilinirdi, nə də gərgin olduğu...

Tam Sərdarın sol tərəfinə keçib, rahatca "Dinanı yerdən qaldırın" dedi. İlk fikir verdiyi sey, mənim yerdə dizlərim üstə qalmağım olmuşdu. "Əmir verirsən?" dedi, Seymur dodağının kənarını qıvrıldıb. "Biz səhv etdik... O şüşəni başında sındırmalı idik! Qaldır onu yerdən!" deyə, bu dəfə səsinin tonun ucaltdı.
"Qalxacaq. Ancaq pulları verdikdən sonra. Pulları sayın" dedi, adamlarına əmir verərkən.
Bir adamı yerdə olan pul çamadanın götürərkən, digəridə Danielin əlində olan pul çamadanın aldı. Qapağı qaldırıb pula baxarkən Aqil "Pulun saxta olub, olmadığını yoxlayın" dedi. Bu söz beynimdə dejavua oldu. Sərdara saxta pul vermişdi. Biz bitəcəkdik...
Adam pula baxdığında, Danielə göz gözə gəldik. Göz qapağını 'naraht ol' mənasında açıb yumdu.
"Pul saxta deyil" deyə, qoruma danışdığında içimə fərəhlik hissi oturdu. Seymur qolumdan tutub məni ayağa qaldırdı. Möhkəmcə məni Danielin üstünə tərəf itələdi. Tam yerə yıxılacağım sırada, Daniel məni tutub özünə tərəf çəkdi. Başımı sinəsinə yasladığımda, əlini belimə atıb məni qucaqladı. Onun qolları arasında özümü hər zaman güvəndə hiss edirdim. Evim kimi idi... Bir ev nə qədər güvənlisi yer idisə, oda mənim üçün eyni o hissi verirdi. Başımı sinəsindən qaldırıb ətrafa baxdım. Fikoda qalxmışdı. Sərdara tərəf gəldiyini gördüyümdə, Sərdara baxdım. Onunda bir gözü üstümdə idi. Sanki, əsəbi daha iki qata çıxmış kimi idi. Özünü cilovlamaq istəyirdi. Fiko onun yanına gəldiyində qardaşyana qucaqlaşdılar. Biz dördümüz, qarşımızda daynan adamlara baxırdıq. Pul yenə hər seyi həll etmişdi. Vaxtında bu pul olmuş olsaydı, Aydın indi sağ olardı. Yenə yadıma Sərdarın Aydının qatili olması, düşdü. Və özümdən aslı olmadan içimdən titrəmə keçdi. Daniel bunu hiss etmiş olacaqki, məni özünə daha möhkəm sarıb, qulağıma "Mən yanındayam..." dedi. O, var idi deyə belə məğrur kimi dayanmışdım.

"Biz gedirik. Sən özünü qorumağın yollarını fikirləş. Sənə lazım olacaq həmin yollar" dedi Daniel.

Onun bu qədər sakit qalmasını indi başa düşmüşdüm. Seymurun cəzasın sonra verəcəkdi. Məncə qorxsunlar Danieldən. Sərt qayaya çarpdıqları üçün...

***

Maşına minib yola düşdüyümüzdən bəri ağızını bıcaq açmamışdı. İndi gərgin və əsəbi olduğu bilinirdi. Mənimdə bir söz deməyimə icazə verməmişdi. Və bu vəziyyəti məni azca qorxutmuşdu. Evə getdiyimizdə nə baş verəcəkdi?

Evə çatdıq. Laura qonaq otağında idi. Onun yanında danışacağını hec düşünmürdüm. Ona görədə bir başa yuxarı çıxmışdı. Məndə onun ardıyca yuxarı çıxdım. Mənim otağıma daxil oldu. Ardıyca girib qapını bağladım. Sarı üzü əsəbdən qırmızlaşmışdı. Mavi gözləridə tündləşmişdi. Bu dəfə çox böyük səhv etmişdim... Amma yenədə zeytun yağı kimi üstə çıxmağı bacaracaqdım.

"Bu əsəbin pul itirdiyinə görədisə, mən sənə sənin pullarını qaytararam. Doğrusu saxta pul verməmisən deyə təcübləndim" dedim

Mavi gözləri bir anda çox sərt baxdı mənə. Əli ilə alınının ortasına, ya səbr çəkmiş kimi vurmağa başladı.

"Əsəbi olduğumu bilə - bilə, mənlə niyə belə danışırsan?! Mənə o pul maraqlıdı səncə?! Mən axmaq sənə görə qorxdum! Sənin nə işin vardı orda?! Sənə mənsiz ora getmə deməmişdimmi? Bir dəfədə mənə qulaq as. Öz bildiyini etmə. Bəs Fikonun ardıyca niyə getmisən?! Cavab ver suallarıma!" deyə səsin ucalatdı. Yanıma tərəf gəldi. Hirsi yeri göyü dağıdacaq kimi idi. Mən bu qədər əsəbləşəcəyini hec təxmin etəmişdim.
"Cavab ver mənə!" dediyində, arxa arxaya getməyə başladım. Kürəyim soyuq divarı tapdı. Oda qarşıma keçmişdi.

"Sən nəyə görə bu qədər vecsizsən?! Mən o pulların saxtasın gətirsəydim, nələr ola biləcəyini təxmin edə bilirsən? Öyrəşmisən... Danielin səni hər bəladan qutaracağına öyrəşmisən! Hərcənd, mən olmasaydımda Sərdarın səni orda qoymazdı. Üçünüz çıxardınız ordan!" dedi

"Mən səni bu dərəcə əsəbləşdirəcək bir sey etmədim. Sən özündən çıxmısan" dedim, onun əksi onunla sakit danışıb.

"Sən bu gün, nələr - nələr etdin! Ora getdin. Fikonun arxasıyca getdin. Pul söhbətində üstə çıxmağa çalışdın. Üstünə Sərdarda ordaydı
!"
"Məni Sərdara qısqanırsan hə?"

"Hər seyi qısqanclığın üstünə yıxmağa çalışma! Söhbət tamam ayrı bir söhbətdi!"

"Bəsdi! Uşaq deyiləm mən! Qısqandığını görürəm. Aramıza məsafə qoyaq dediyinə görədə hec bir sey deyə bilmirsən! Çünki, sən qorxaqsan. Qorxursanki, məni sevərsən!"

Bir az cəsarətin, bir azda onun tünd mavi gözlərinin verdiyi, tutqunun nəticəsində ona belə demişdim. Əlini yuxarı qaldırıb, yumruq etdiyini gördüyümdə, gözlərimi yumdum. Məni vuracağın düşünərkən, qulağımın dibində səs eşitdim. Gözlərimi açıb kənara baxdığımda, yumruğunu divara vurduğunu gördüm. Mənə toxunmamışdı... Bütün əsəbini divardan çıxmışdı...

"Bundan belə aramızda ancaq iş barəsində söhbət gedəcək! Əksi olmayacaq! Sərhəddi keçməyə çalışma" dedi, məndən aralanıb. Mənə sərf edərdi.

"Mən razı. Hələki bir işimiz olmadığı üçün. Gedirəm Fikonun yanına" dedim

"Hec yerə getməyəcəksən!"

"Fikonun yanına gedib Sərdarla vaxt keçirəcəm. Sənində buna qarışmaq haqqın yoxdu!"

"Nə bilirsənsə et!" deyib, qapını açaraq otaqdan çölə çıxdı. Nə tez yola gəlmişdi? Mən onlara gedib, nə edəcəkdim? Bu gün çətin gün keçirmişdik. Onların yanına gedib, vəziyyətlə maraqlanmış kimi edə bilərdim. Bu gecənin sonu onlarda bitməli idi...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 231
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri