Ağ Kəpənək (31-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 2 866
Səs ver:
(səs: 0)
Daniel'in dilindən
Laura dənizkənarı sahilə gəlmək istədiyi üçün, onun sözünü qırmayıb onunla bərabər gəlmişdim. Axrıncı dəfə bura nə vaxt gəldiyimi bilmirdim. Bakıda yaşayasan, ancaq Xəzər dənizindən uzaq düşəsən. Gecənin qaranlığı ilə, dənizin ləpə səsləri insana azda olsa hüzur bəxş edirdi. Çünki, mən bu gün hüzurumu itirmişdim. Dina mənim yanımda deyildə, Sərdarın yanında idi. O, yavaş - yavaş öz planın həyata keçirtməklə məşğul idi. Elə idisə, bu plan məni niyə narahat etməyə başlamışdı?
Sol tərəfə çevrilib yanımda oturan Lauraya baxdım. Sanki, ilk dəfə dəniz görmüş kimi, dənizə heyranlıqla baxırdı. Hər zaman belə idi. Hər seyə qarşı heyran və ehtiyatlıqla yanaşardı. Məndə ona heyran - heyran baxmağa başladım. Mənim ən qiymətli varlığım idi. Ona baxdığımı hiss etdiyində, üzünü mənim tərəfə çevirdi. Üzünə kicik gülümsəmə əlavə edib "Təklifimi geri çevirmədiyin üçün təşəkkür edirəm" dedi.

"Mənimdə ehtiyyacım var imiş. Bir az rahat hiss etdim özümü"

"Dina ilə nəsə problem var?"

"Sərdarın yanına getdi"

"Gec və ya tez bunun olacağını bilirdin. Dina qisasını almaqla məşğuldu"

"Mən çox üstünə gedirəm onun. Sərbəst buraxmalıyam. Onu düşünməməliyəm. Amma olmur. Beynimin içinə necə giribsə, çıxmaq bilmir ordan. Məndə əsəbləşirəm. Mənim kimi sakit adamı əsəbləşdirməyi bacarır. Və bunu bilə - bilə edir"

"Bunun adına bilirsən, nə deyirlər?"

"Nə deyirlər?"

"Eşq..." deyə pıçıltı şəkilində danışdı. Yox, eşq olmazdı. Lauraya tərs baxa bilmədiyimdən, üzümü dənizə tərəf döndərdim. Bizim aramızda məsafə vardı. Mən o məsafəni aşıb keçə bilməzdim. O məsafəni aşıb keçəsəydim, hər seyin altında qalıb əzilən mən olacaqdım.

"Laura, lazımsız söhbətləri bağla. Onla aramızda hec nə ola bilməz" dedim

"Elə isə Sərdarın yanında olması səni niyə narahat edir"

"Xoşum gəlmir. Onu onun yanında görmək istəmirəm. Başda belə deyildim. Nə oldusa, sonradan oldu"

"Eşq insanı belə edir"

"Eşq deyil. Mənim Sərdarı sevmədiyimi bilirsən"

Sərdarın adını yenidən çəkməyim ilə gözlərinə hüzun çökdü. Bacardığım qədər adını çəkməməyə çalışırdım. Lakin, arada bacara bilmirdim. Gözünün uzaqlara daldığını gördüyümdə "Laura, yenə o günə qayıtma..." dedim. Nə düşündüyünü çox gözəl bilirdim.
Gözlərini uzaqlıqdan çəkib, gülməyə çalışdı. Məcbur qalmışdı gülməyə...

"O gün hec vaxt ağılımdan silinməyəcək. Mənə o günü yaşadanlarıda hec vaxt bağışlamyacam. Məni yaşıtlarımdan geri qoydular. Sən nə qədər desəndə, o gün unudulmayacaq Daniel. O gün, mənim ömrümə bir ləkədi..." dedi

Laura hər belə danışanda, mən ölüm - ölüm ölmək istəyirdim. Özümüdə günahkar sayırdım. Mən belə işlərə girməsəydim, ona hec nə olmayacaqdı. Bizim mental dəyərlərimiz üçün, bakirəlik o qədərdə vacib bir sey deyildi. Ləkə deyə bəhs etdiyi sey, təcavüzə uğraması idi. Həmdə on beş yaşında... Bunu hər düşündükdə, canım iki qat yanırdı. O gecə onu duşa salıb, saatlarla yumağım, ondan sonraki gecələri kabusla ayılması... Məndən başqa hec kimə yaxın dayana bilməməsi. O gündən sonra bir birimizə çox bağılı olmuşduq. Mənidə bu işdə günahlandıra bilərdi. Amma bunu hec vaxt etməmişdi...

"Səni xaricə göndərəcəm" dedim, bu fikirlərdən yayınmaq üçün. İsti ölkələrin birinə getməyin vaxtı idi. Düzdü, gözümdən ayrı qoya bilmirdim onu. Ancaq ətraf mühütdən geri qalmasınıda istəmirdim. Həyata bir yerdən başlamasını istəyirdim.

"Mən getmək istəyirəm?" dedi

"Getməlisən. Bunu gələcəyin üçün etməlisən"

"Fikirləşərəm. Dəqiq söz vermirəm"

"Mən səni yola gətirərəm"

"Ehh Daniel... Evə gedək bəlkə?"

"Gedək" dedim ayağa qalxaraq. Onun qalxması üçün əlimi ona uzatdım. Əlimdən tutduqdan sonra ayağa qalxdıq. İki adım atan kimi, üzünü büzdüyünü gördüm. "Yaxşısan?" dedim, narahatlığını görüb.

"Ayaqqabı ayağımı vurmuş kimi oldu. Az əvvəl belə deyildi" dedi

Qarşımızda olan uzun yola baxdım. Maşına qədər bir xeyli yol vardı. Belə getməsinə göz yuma bilməzdim. Canı incinərdi.

"Qucağıma gəl" dedim

"Yox. Yorularsan"

"Hec nə olmaz mənə. Mən çox güclüyəm"

"Dani yox dedim. Sən mənə görə əziyyət çəkmə"

"Ayaqqabılarını çıxart, mənimkilərin geyin"

"Elə belə bir seydi. Bir balaca əzir. Ölmərəm bu ağrıdan"

"Mənim içim rahat olmaz belə" deyərək aşağı əyildim. Hər ikimizidə keti geyinmişdik. Belə cəmiyyət içinə çıxdığımda, sərbəst küçə stili geyinməyə məcbur olurdum. Lauranın ayaqqabıların çıxartdıqdan sonra, öz ayaqqabılarımı çıxardıb ona geyindirdim. Bir az böyük qalmışdı. Amma olsun, idarə edə bilərdik.
"Ayaq yalın qaldın sən" deyib, mənim corab ilə qalan ayaqlarıma baxdı.

"Mənə hec nə olmaz. Əsas sənsən. İndi gedə bilərik" dedim

Bir əlim ilə ayaqqabısını tutub, digər əlim ilə əlini tutdum. Barmağımı əlinin içinə keçirdib, əllərimizi birləşdirdikdən sonra yuxarı qaldırdım. Əlinin üstünə bir öpücük buraxdım.
"Sən mənim başımın tacısan" dedim.
Güldü. Üzündəki bu gülüşü görmək üçün hər sey edirdim mən. Onun üzünə yaraşan sey gülüş olmalı idi.

"Sənin kimi qardaşa sahib olduğum üçün şanslıyam. Samunuda yaddan çıxartmayım. Oda mənim hər seyimdi" dedi

Hə, başa bəla olan qardaşıda unutmadığımıza görə yolumuza rahatlıqla davam edə bilərdik...

(Sərdar'ın dilindən davam)

Lenanı, digər adı ilə Dinanı bizim evin qapı kənarında görəndə təcüblənmişdim. Öz ayaqları ilə bizim evə yenidən gəlmişdi. Məndə onu geri çevirmədim. Fiko onu görəndə çox sevinmişdi. Və gəldiyindən bəri yanından ayrılmırdı. Divanda onun yanında oturmuşdu. Sanki, gedəcək kimi bir qorxusu vardı. Nəfəs almağa belə qoymurdu desəm, yalan demiş olmazdım.
"Lena bu gecə bizimlə qalacaqsan" dedi Səhərdən bəri yüzüncü deyişi idi bu sözü.
"Fiko mən bura bu günki gün üçün gəldim. Sizə təşəkkür etmək üçün. Sərdar məni qorumağa çalışdı. Məni almadan getməcəyini dediyində, onu özümə düşman seçdiyim üçün qəribə oldum. Mən bu düşmançılığına bir son vermək istəyirəm. Sizin üçün çox darıxmışam... Hər seyi geridə qoyub həyatıma bir səhifə açmaq istəyirəm" deyərkən, gözü üstümdə idi. Bir tərəfim onun dediklərinə inanmaq istəyərkən, digər tərəfim sorğu sualda idi. Aydını belə tezmi unutmuşdu? Hanı, mənə nifrət hissi bəsləyən həmin qız? "Sənin nifrət hissinə nə oldu?" dedim, onunla açıq danışmaq istəyərək.

"Nifrətdə, sevgidə pulun yanında boş bir sey imiş. Gözüm pul gördükcə hər sey yadımdan çıxdı"

"Sən elə bir qıza bənzəmirdin"

"Dəyişdim Sərdar. Kimləsə boş yerə dava etmək istəmirəm. İşin sonunda özüm zərər görə bilərəm. Bu mənim nəyimə lazım?"

"Keçmişi basdıraq"

"Mən çoxdan basdırmışam. Açmağada niyyətim yoxdu. Bu günlük belə olsun. Saat çox gec oldu. Mən getməliyəm"

Gedirdi... Danielin yanına gedirdi. Oysa, bizimlə qalmasını daha çox istəyirdim.

"Hec olmaya bu gün qal, Lena" dedi Fiko

"İsrar etmə. Başqa vaxt gəlib qalaram"

"Söz versən inanacam"

"Söz Fiko, hətda günlərlə qalacam" deyib güldü.

"İcazən varsa, evə qədər səni apara bilərəm?" dedim

"Olar. Həm yolda da söhbətləşmiş olarıq" deyərək ayağa qalxdı. Məndə elə düşünmüşdüm. Həm söhbət edərdik, həmdə onu daha çox görmüş olardım. Məlum, Fiko gələndən dil boğaza qoymamışdı deyə ağızımı açıb nəsə danışa bilməmişdim. Dina qapı tərəfə gedərkən, Fiko qolumdan tutub məni saxladı. Mənim eşidə biləcəyim bir tərzdə "Mən qala - qala sən niyə aparırsanki?!" dedi. Mənəmi əsəbləşmişdi?

"İstəsəm apararam, istəsəm aparmaram. Sənə nə?" dedim

"Az gördüm, hec danışmadıqda onunla"

"Danışmadın? Səhərdən bülbül kimi ötən sən idin ya mən?!"

"Sayılmır o!"

"Sayılır! Bu gün bütün günü bərabər olmusuz. Az insaf elə mənədə. Gözün doysun!"

"Uşaqlar mənə görə dava etməyin" deyə bir səs eşitdiyimizdə, dönüb Dinaya baxdıq. Burda olduğunu, az qalsın unutmuşduq. Fikonun yanından keçib, onun yanına getdim. Birlikdə evdən çıxıb maşına mindik.

Yolda mahnı açmışdım. Uzun vaxt olmuşdu, bir qızı maşınıma mindirib, evinə aparmağım. Bu evdə Danielin evi olurdu. Onun evinə gedirdik. Bir az qulağa qorxutucu gələ bilərdi. Yol boyu ara sıra ona baxırdım. Onunla başqa yerdə qarşılaşsaydıq necə olardı? Başımıza belə seylər gəlməsəydi... Hər seyi başa alıb, xoş bir başlanğıc etmək olardımı?
Çatdığımız üçün evin yaxınlığında maşını saxladım. Yolculuğumuz bura qədər idi.

"Bu gün üçün bir dah təşəkkür edirəm sənə" dedi

"Neçənci təşəkküründü?"

"Saymamışam"

"Etmə təşəkkür. Borcum idi. Məndə bir seylərin yaxşı olması üçün çabalayıram"

"Bacarırsanda..." dediyində gözlərini məndən qaçırtdı. Utanmış kimi olmuşdu. Hec nə demədən maşından aşağı düşdü. Məndə maşından aşağı düşüb, maşının qarşısına keçdik.
Bu sırada gözümə uzaqdan gələn maşın işığı düşdü. Maşın yaxınlaşdıqca içində olanın Daniel ilə Laura olduğunu gördüm. Belə qarşılaşmağımız hec düzgün olmadı... Luara məni hər gördüyündə qaçardı. O, mənim bu həyatda olan ən böyük peşmançılığım idi. Maşın dayandı. İşıqlar söndü. İlk Daniel maşından aşağı düşdü. Bizə tərəf gəlməyə başladı. Gözüm əlinə sataşdı. Əlini yumurq edib sıxmışdı. Dönüb Dinaya baxdım. Onun qarşısında dik dayanmış kimi bir havası vardı. "Oo maşallah olsun sizə. Evə getmələr, ardından evə qədər ötürmələr. Sürətinizə çatmaq olmur" dedi, böyük bir kinayə ilə.

"Bu gün dava olmasın Daniel. Məndə evə gedirdim" dedim

"Yox getmə, qal qonağım ol. Bura qədər zəhmət çəkib gəlmisən. Çayımı içmədən səni göndərmərəm"

"Kinayəli danışığını özünə saxla. Mən Dinanı gətirmişəm. Gətirdiyimə görədə indi qayıdıram evimə"

"Centilmen oğlan? Vauu... Görürsən Dina, Sərdar sənə görə necədə ağıllı ədəbli bir insan olub"

Əsəblərimi bilə - bilə korlayırdı. Onunda bacardığı ən yaxşı sey bu idi. Dina aramıza keçib "Sakit olun. Daniel sən evə keç. Sərdar səndə get" dedi. Bunu deməsi ilə maşının digər qapısı açıldı. Laura aşağı düşdü. Daniel onun yanına getdiyində, Laura əli ilə dur işarəti etdi. Qorxaq yana adımlar ilə bizə tərəf gəldi. Məndən qaçan qız, indi yanıma gəlmişdi...
Onu ən son bir il əvvəl görmüşdüm. Görməyəli, böyümüşdü...

"Sən bu vicdansız adamın yanında nə gəzirsən?!" dedi, Dinaya əsəblə baxarkən. Mən ona görə vicdansız biri idim. Amma bilmirdimki, vicdanım tək onun üçün sızlamışdı... Sızlamağada davam edirdi. "Laura..." dedim. Adını ağızıma ala biləcəyimi bilə - bilə...

"Adımı ağızına alma! Çıx cəhhənəm ol get, bizim evin yanından!" dedi

Ona tərəf addım atdım. Addımı hər atdıqca Lauradan çox uzaqda olan Danielə baxırdım. Olduğu yerdə qalıb, tərpənmirdi. Bəlkə oda yorulmuşdu, bu vəziyyətdən... Bəlkə oda bunun bitməsini istəyirdi. Üzləşmək lazım idi.
Lauranın qarşısına keçdiyimdə, çətində olsa dilimə "Məndə acı çəkirəm..." sözünü gətirdim. Mavi gözləri okean ortasında fırtına çıxmışa bənzədi. Göz bəbəkləri o qədər böyüdüki, içi yaşla doldu. "Mən hər gecə ağlaya - ağlaya yatanda, sənin ruhun duymadı! Nə acısından bəhs edirsən mənə?!" deyib, əlini sinəmə vuraraq məni itələməyə çalışdı. Tərpənmədim... Əlinidə tutmadım. Təması hec sevmirdi... Diqqət etdim. O isə dayanmadan vururdu. Hər zaman məndən qaçan qız, indi qarşımda dayanıb illərin acısını belə çıxırdı.
"Allah sənin bəlanı versin Sərdar! Sən mənim bütün gəncliyimi əlimdən aldın! Məni insanlardan uzaq saldın! Qorxaq kimi yaşamağıma şərait yaratdın. Sən məni aldatdın. Sən məni satdın!" deyərək bir tərəfdən vururdu. Nəfəsiz qalıb danışdığında, Daniel arxasına keçib, arxadan onu qucaqlayaraq mənim yanımdan çəkib götürdü. Laura onun qolları aradında hıcqıraraq ağladığında, Daniel onu sakitləşdirməyə çalışdı.

"Qurban olum, ağlama belə... Sənin gözünün yaşıda mənim üçün bir incidi. Ağlama... Sən ağladıqca mən paramparça oluram" dedi

Laura ağlamağını dindirməyə çalışmaq istədi. Bir tərəfdəndə mənə baxırdı. Mən isə xaricən ayaq üstə dayanmışdım. Daxilən yıxılmış vəziyyətdə idim...

Laura Danielin qolların arasından çıxıb yenidən qarışıma keçdi. İşarət barmağını mənə tuşlayıb "Bəsdi! İnsanların həyatın alt üst etdiyin! Hər kəsin başına bəla olursan! Hər kəsin başına bir iş açırsan! Mənim kimi, Lenanında həyatın qaraltdın sən! Sən necə bir insansan?! Sənin duyğu hissin yoxdumu adam?!" dedi. Çox yox on saniyə sonra, ayaq üstə qala bilmədiyini hiss etdim. Hiss etməyim ilə yerə yıxlmaq istəyərkən, onu qollarımın arasına alıb aşağı çökdüm. Ürəyi getmişdi... Məni görməyi qaldıra bilməmişdi. Daniel ilə Dinada aşağı çökdü. Daniel Lauranı mənim qollarım arasından almağa çalışarkən "Pis əllərini bacımın üstündən çək!" dedi. Onu öz qucağına alıb ayağa qalxdı. Dina darvaza qapını açıb, içəri keçdilər. Məndə arxalarıyca boş - boş baxmaqla qaldım. Yanlarına getməyə cəsarətim olmadı...
Özümü Lauraya bağışlatdırmayana, qədər mənə rahatlıq olmayacaqdı. Məni bağışlaması üçün əlimdən gələn hər seyi edəcəkdim...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri