Ağ Kəpənək (32-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 2598
Səs ver:
(səs: 0)
Sərdar Qarayev'in dilindən
Bu gün səhərdən bəri Danielin evinin yaxınlığında, maşınım ilə dayanıb evi gözətləyirdim. Tək məqsədim vardı. Lauranın evdən çıxması...
Dünən gecədən ağılıma qoymuşdum. Mütləq özümü ona bağışlatdırmalı idim. Beləcə çəkdiyim vicdan əzabından canımı qutara bilərdim. Dünənki, halı hələdə gözümün qarşısından getmirdi. Məni balaca qızı, yaşayarkən öldürmüşdüm. Onun elə olmasının tək günahkarı vardı. Oda mən idim. Boş bir sözə aldanıb, balaca qızı bir şərəfsizin əlinə təslim etmişdim. Həqiqətən mən bunu necə etmişdim? Mənim gözümü əsəb nə dərəcə bürümüşdüki, mən bu pisliyi ona etmişdim...
Saat günortanı keçirdi. Evdən çölə bir tərpəniş olunmamışdı. Getdikcə canım sıxılırdı. Çıxmayacaqdımı evdən biriləri? Darvazya diqqətlə baxdığımda, qapı açıldı. Çölə, Laura çıxdı. Darvaza kənarına keçib dayandı. Qulağıma maşın səsi gəldi. Səhərdən bu yana gözlədiyim an gəlmişdi. Çölə çıxırdı...
Maşın çölə çıxmağa çalışarkən, Laura uzun açıq şabalıdı rəngli olan saçlarını arxaya atmaqla məşğul idi. Maşın çölə çıxdığında, bir qoruma arxa qapını açdı. Laura maşına mindi. Maşın yola düşdüyündə, məndə boş dayanıb arxasıyca sürdüm. Fürsət bu fürsət idi.
Bir az yol getdikdən sonra maşın yol kənarının bir yerində dayandı. Laura aşağı düşdü. Maşın sürüb getdiyində, Laura yolun qarşısına keçdi. Deyəsən, kafelərdən birinə gəlmişdi. Məndə maşınımı saxlayıb aşağı düşdüm. Bəxtdən diqqət çəkici geyim geyinməmişdim. Sport geyinib, Lauranın arxasıyca düşmüşdüm. Mən Sərdar Qarayev, işimi gücümü atıb balaca qızın arxasıyca düşmüşdüm. İnanmaq çətindi hə? Bax, eynən məndə özüm öz etdiyimə inana bilmirəm...

Düşündüyüm kimi kafeyə daxil oldu. Hələki, tək idi. Cəsarət edib yanına getməli idim. Halbuki, dünən axşamdan sonra içimdə qorxu qalmışdı. Cəsur davranıb, ona tərəf addımladım. Divar tərəfdə ən künc masada əyləşmişdi. Başını aşağı salıb, menuya baxmaqla məşğul idi. Masanın yanına çatıb, künc hissəsində dayandığımda düşən kölgədən dolayı, başını qaldırıb mənə baxdı. Mənim burda olmağımı idrak etməyə çalışdı. Göz bəbəkləri gah böyüdü, gahda sağa - sola baxdı. Nəhayət qısa baxışmamızın ardından "Sənin nə işin var burda?" dedi.

"Danışmağa gəlmişəm. Mütləq danışmalıyıq" dedim

Menyunun qapağın sərt şəkildə bağladı. Əlini masanın üstünə vurub "Rədd ol! Gözüm görməsin səni!" dedi. Əsəbini başa düşməyə çalışırdım... Dünəndə qarşına çıxmışdım, bu gündə... Ancaq O, mənə başqa secim yeri buraxmamışdı. "Laura..." deyə, adını dediyimdə "Adımı çəkmə!" dedi. Hardan danışsam, ordan vururdu məni. İnadım inad idi. Bu işə baş qoymuşdumsa, ilk dəfədən bezib getməyəcəkdim. Masanın yanına olan stolu çəkib oturdum. Etdiyim hərəkətə hec məna verə bilmədi. Elə özümdə məna verə bilmirdim. Mənlə kim belə danışsa, cəzasın alardı. Sanki, ona hər seyi demək sərbəst idi...

"Mən dünən gecədən sonra çox fikirləşdim. Sənlə danışmaq qərarına gəldim. Səndə mənə qulaq asmalısan" dedim

Fikir verdimdə, danışdığımızdan bu yana söhbətə hec girə bilməmişdim. İnadkarlığı buna imkan vermirdi.

"Nəyinə qulaq asım?! Mən sənin üzünü görməyə belə dayana bilməzkən, mən sənin səsini necə eşidim?!" dedi

"Haqqlısan... Hər seydə haqqlısan... Bu illər ərzində qarşına çıxmağıma mane olan Daniel oldu. Vaxtında icazə vermiş olsaydı, mən indi burda olmuş olmazdım. Sən mənim necə peşman olduğumu bilməlisən"

"Aydındı! Sən bura olmayan vicdanını rahatlatmağa gəlmisən! Başa düşdüm, peşmansan. Vicdanın sızlayır... Ancaq mənim edəcəyim hec nə yoxdu! Get! Bir azdan dostum gələcək"

"Başqa yerə gedək danışaq. Sən mənə tam qulaq asmayınca mən səndən əl çəkməyəcəm"

"Dediyin hec nəyi eşitmirəm" deyərək, balaca uşaqlar tək əllərini qulaqlarına tutub, dodaq altı mahnı mızmızlanmağa başladı. Sanki, məni görmür və eşitmirmiş kimi...

"Sən nə etsəndə, məni yolumdan döndərə bilmərsən" dediyimdə, etdiyi hərəkəti kəsdi. Qalın dodaqlarını aşağı sallayıb "Bir mafiya bəlalımız əksik idi oda oldu" dedi. Mafiya bəlalısı? Əcəb sözdü ha...

"Arada olan gərginliyi aradan götürməliyik" dedim

"Məncə bu gəringinlik qalsın. Səni elektirkə verdiyimdə, lazım olacaq sənə!"

"Qardaşım kimi, sərtəm deyirsən"

"Sənə necə ölüm arzuladığımı bilmirsən hələ!"

"Arzuladığın ölümündən mənədə bəhs et"

"Olmaz. Bəhs etsəm, qabaqlayıcı tədbirlər görərsən" dediyində, özümü saxlaya bilməyib güldüm. Gülüşümü gördüyündə, qaşları çatıldı.
Gülüşümü kəsib, boğazımı təmizləyərək "Seyy, yadıma gülməli lətifə düşdü" dedim.

"Səni o gülməli lətifə ilə birgə məzara basdıraram! Gülmə!" dedi, sərtcə. Lakin hec sərt kimi görünmürdü. Uşaq yana görünütüsünə bu sərtlik yaraşmamışdı. Gülməmək üçün, dodaqlarımı bir birinə basdırdım. Bu sırada Lauranın telefonuna zəng gəldi. Zəngi açıb danışdığıca, üzünün rəngi dəyişdi.
"Hansı xəstəxanadı? Yerini de, tez gəlirəm" deməsi ilə masada qalxdı. Yanımdan eləcə keçib, təlaşla çölə çıxmaq istədiyində məndə arxasıyca getdim. Yolun digər başına keçmək üçün sağa - sola baxıb, "Off! Sürücündə göndərdim. Mən nə edəcəm indi!" deyərək özü özünü danladı. Qarşısına keçib "Nə baş verir?" dedim. Mavi gözlərinin içi dolmuşdu.

"Çəkil başımdan! Əsəb edirsən sən məni!" dedi

"Kömək etməyə çalışıram! Nə olduğunu de"

"Samuel... Samuel qəza keçirdib"

"Gəl mən aparım"

"Ölsəmdə sənlə hec yerə getmərəm!"

"Söhbət qardaşının həyatından gedir. Hər seyi kənara at, mənlə gəl"

"Məni başqasına verməcəyin nə məlum?
Amma, xoş indi əlində bir şokalad yoxdu. Nə də o şokalada aldanacaq saf qız yoxdu daha. Çünki, mən o gecə, on yaş birdən böyüdüm!"

Bu sözləri ilə məni tam qəlbimin üstündən vurdu. O gecə, onun başını şokaladla aldadıb evdən çıxartmışdım... Gözlərində nifrət yarandı. Elə nifrət idiki, məni yıxıb keçirdi...
Dilim söz tutmazkən, tirtək nəfəs alıb verməyim ilə "Söz, bu dəfə səni doğru ünvana aparacam" dedim. Yenədə taksi falan varmı deyə yol kənarlarına baxdı. Hec nə görə bilmədiyində "Məcbur razılaşıram. Qardaşıma görə" dedi. Gözlərindən məcburiyyətdə qaldığını hiss edirdim. Onun üçün artıq bir sey danışmadım. Maşınımın yanına gəldiyimizdə, qabaq qapını açdım. O, isə arxa qapının yanında dayandı. Qismətdə qapı açmaqda var imiş...
Maşına minib yola düşdük. Qardaşına görə narahat görsənirdi. Narahatçılığının üstünə daha çox narahatçılıq gəlməsin deyə ona baxmamağa çalışırdım. Lakin, arada gözüm onu tapırdı...

Xəstəxanaya gəlib çatdıq. Samuelin olduğu dördüncü mərtəbəyə çıxdıq. Samueli palatya qaldırdıqlarını demişdilər. Vəziyyəti yaxşı imiş. Samuelin otağına tərəf getdiyində, qapının yanında Danieli birdə tanımadığım bir adamının olduğunu gördüm. Mən Laura ilə yanaşı yeridiyimdən, Daniel bizi gördüyündə donub qaldı. Laura isə Danielin yanına çatdığında onun boynuna sarılıb "Samu? Samu necədi" deyə təlaşla soruşdu. Daniel Lauranın qollarını boynundan ayırıb, mən tərəfə gəldi.
Ani sürətlə yaxamdan yapışıb "Sənin mənim bacımın yanında nə işin var?!" dedi. Bacısına, Sənin Sərdarın yanında nə işin var demək yerinə, mənim üstümə düşmüşdü. Axı, Laura Danielin göz bəbəyi idi. Ona hər nə olursa, olsun əsəbləşməzdi...

Laura aramıza girib, Danielin əllərini yaxamdan aşağı çəkərək "Yolda qarşılaşdıq. Maşın olmadığı üçün məni gətirdi" dedi.

"Sən bu adamla niyə gəlirsən?!"

"Başqa seçənəyim olmadığı üçün gəldim"

"Lauraaa! Dünən bu adama görə nə günə qaldın. İndi bu adamın maşını ilə gəlirsən?!"

Məndən 'Bu adam' deyə bəhs etməsi gözümdən qaçmadı. Elə bil, adım yox idi. "Bu adam deyil, Sərdar" dedim, sanki ən vacib məsələmiz bu imiş kimi. Mənə 'Sən ciddimisən?' baxışını atdı.
"Mənim bir adım var" dedim, onun baxışına qarşılıq.

"Dəli olacam mən! Dəli olacam! Az qalıb, hamınız əl birliyi ilə məni dəli xəstəxanasına yatıracaqsız!" dedu

"Məncədə. Lazımdı sənə"

"Tanrım! Tanrım! Sən mənə kömək ol. Yoxsa qatil olacam!"

"Sanki olmadığın bir seydi"

Dodaqların arasından kinayəli gülüş çıxdı. Hər zaman mən, kinayəli güləsi deyildim. Bu dəfədə bu zövqü Danielə yaşatmışdım. "Elə cəhənnəm olursanki, izin tozunda qalmır burda!" dediyində, yanımıza bir həkim gəldi. Samuelin həkimi idi. Danışacaq bir seylər olduğunu dedi üçün Daniel onunla getməyə məcbur oldu. Laura ilə qaldıq başbaşa.

"Niyə getmirsən?" dedi

"Samuelin necə olduğunu bilim. Sonra gedəcəm"

"Samuelin sənin vecinə olmadığını çox gözəl bilirəm!"

"Bilirsənsə, niyə soruşursan"

"Burda qalmağın üçün bir səbəb görmürəm"

"Səndən böyük səbəb var?" dedim, onun qarşısına keçib. Verdiyim sual dolusu, cümlənin mənasını yeni dərk etmişdim. Oda cümlənin mənasının dərinliyini başa düşmüş olacaqki, donmuş kimi oldu. Məndə eynən onun mavi gözlərində, donub qaldım. Donmaqda deyil, onun mənə qarşı baxan soyuq gözələrində buz tutdum...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2598
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri