Ağ Kəpənək (33-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 179
Səs ver:
(səs: 0)
Daniel gəldiyindən, məcbur olub xəstəxananı tərk etməli oldum. Mənim orda yerim yox imiş...
Evə gəldiyimdən bəri, saatlardı kürəyimi divanın bir küncünə söykənərək elə oturmuşdum. Beynim donmuş kimi idi. Bir sey etməyə taqətim yox idi. Bu iş hec asand olmayacaqdı. İllərdi, bu günü gözləmiş kimi idim mən. Düzgün zaman kimi gəlirdi mənə. Əlimi alınıma yerləşdirib, öz özümə xırda masajlar etməyə başladığımda evin qapısı açıldı. Fiko əlindəki açarı oynada - oynada mənim yanıma gəldi. Özünü divanın digər hissəsinə atıb "Səndən xeyir ola, bu saatda evdəsən" dedi.

"Bütün gün Lauranın arxasıyca qaçmışam" dedim, sıxıntılı nəfəs verərək. Baxışlarını tez mənim üstümə çevirib, gözlərini qısdı.

"Sərdar ağılını bir yerlərdə itirib etməmisənki?" dedi.

Harda itirdiyimi bilməsəmdə, itirdiyim dəqiq idi. Ağılımı itirməsəm, belə davranmazdım.

"Fiko, az danış qalx mənə çay dəmlə" dedim

"Hər zaman çayı mənə dəmlətdirirsən. Əlində var, ayağında qalx özün öz işini gör"

"Bərəkallah"

"Molla dilində danışma. Mənim dilimdə danış"

"Mən heyvan dilində danışa bilmirəm" dedim, onu qıcıqlandırmaq üçün. Fiko isə dediyimi başa düşməmiş olacaqki, ifadəsiz şəkildə üzümə baxıb dayandı. Dayandı, dayandı birdən "Sən mənə heyvan dedin?!" dedi. İndi başa düşmüşdü dediyim sözü.

"Yox. Sən elə başa düşürsənsə, sənin işinə qarışa bilmərəm" dedim

"Bir çaya görə mən heyvan dedin. Neynək, belə olsun. Qalarsan çaysız, ağılın gələr başına"

"Allah məni, sənə möhtac eləməsin!"

"Amin! Ürəkdən amin! Min dəfə amin! Bəlkə, məndə rahat nəfəs ala bilərəm"

Ayağımla dizinə bir təpik vurdum. Əlini dizinin üstünə qoyub "Əsl heyvan özün imişsən!" dedi.
Yaxşısı qalxıb, özüm özümə çay dəmləyib içməyim idi. Divandan qalxıb, mətbəxə keçdim. Qaz sobasını yandırıb, çayı qoydum. Ağılıma bir fikir gəldi. Laura ilə daha çox ünsiyyətdə olmalı idim. Ona görədə mənə onun nömrəsi lazım idi. Ancaq onun nömrəsi məndə yox idi. Necə tapa bilərdim? Gözümə tuş gələn sey, Fiko oldu. Fikoya işim düşmüşdü...
Çayı dəmlədikdən sonra, bir stəkanda ona süzdüm. Süzülə - süzülə onun yanına gəlib, psmenin üstünə gəlib çayı qoydum. İki dənə çay gördüyündən "Digərini kimə süzmüsən" dedi.
"Sənə. Ürəyim dözmədi" deyib yanına oturdum.

"Xeyirdi?" dedi, inanmayaraq.

"Allah ilk dəqiqədən məni, sənə möhtac elədi"

"Səni görüm həmişə mənə möhtac qalasan"

"Başına şillə yemək fikiri, sənə cazib gəlir?"

"Yaxşı, yaxşı sözünün canın de"

"Mənə Lauranın nömrəsini tap" deməyim ilə, gözləri iti sürətdə mənə çevrildi.

"Sən dəqiq ağılını itirmisən! Danielə, öldürtdürmək fikrin var bizi?" dedi

"Daniel hec nə edə bilməz. Sən mənim fikirimi bilirsən. Lauranın məni bağışlaması üçün hər sey edəcəm"

"Mən nömrə axtaran deyiləm"

"Axtaransan"

"Sərdar mən hec nə axtarmayacam"

"Axtaracaqsan"

"Ya səbr! Söz başa düş, olmaz"

"Olar"

"Bilmirəme nə deyəm sənə!"

"Bax sənə çayda gətirmişəm. Bu zamanədə mafiya, mafiyaya çay gətirmir hec. Dəyərimi bil" deyib, köks ötürmüş kimi etdim.

"Yoldan çıxardırsan sən məni. Yaxşı axtarıb tapacam" dedi

"Boşuna səni çox istəmirəmki"

"Yalansa!"

"Nc... Ncc... Mən gedirəm yatmağa. Yatıb durunca, sən işi həll et"

Saçlarının qarşısını qarışdırıb, ayağa qalxdım. Nömrəni tapana qədər olan vaxt ancaq yatmaqla keçərdi...

***

Hec kimə mesaj yazmayan adam idim mən. Hec kimə mesaj yazmayan adamı, mesaj yazmağa vadar etmişdi Laura. Nə yazım deyə, beynimdən keçirdirdim. Elə bil, əlifbanı unutmuş kimi idim. Hərif falan tanımırdım... Özümü ələ alıb, göstərişsiz mesaj yazdım.

"Son çarəni sənə mesaj yazmaqda gördüm. Sözə necə başlayacağımı bilmədiyim üçündə, belə mesaj yazdım"

Mesajımı anında oxudu. Üstündən dəqiqələr keçdi cavab yazmadı. Tanımadımı? Oysa, profildə öz şəkilim vardı. Təmbəllik etməyib yenidən yazdım

"Telefon mesaj yazmaq üçün icad olunub. Bəlkə icadı dəyərləndirəsən"

Bu dəfə cavab yazsın deyə göstərişli mesaj yazmışdım. Mesajımı oxumuşdu. Oxunsada yenə cavabsız buraxdı. Sözün düzü, mesajıma cavab verəcəyini çox gözləmirdim. Ancaq, ən azından nifrətini yaza bilərdi.

"Mən boyda adam sənə mesaj yazır. Düşünə bilirsən bunu? İşimi gücümü atıb, sənin arxanca düşmüşəm. Azdan çoxdan nəsə yaz. Yoxsa evin içində dəliyə dönəcəm"

Mesajı göndərdikdən sonra, əsəbimdən dərin nəfəs aldım. Azdan çoxdan nəsə bilərdi. Ekrana gözümü çəkmədən baxdığımda, ekranda yazır sözünü gördüm. Bunun ardına dodağımın kənarı qıvrılan yerdə tapdım özümü. Tez özümü yığışdırıb, ondan gələn mesaja daxil oldum.

"Misanthropy"

Sadecə bu söz yazılmışdı. Mənasını əlbətdəki bilmirdim. Məni bu sözlə susdurmağı bacarmışdı. Mən isə inadıma salıb yazacaqdım.

Sərdar: Mənasını bilmirəm. Cavab yaz mənə
Laura: Oxuman yazman yoxdu sənin?
Sərdar: Varda. Bu qədəri yoxdu
Laura: Ağılsız
Sərdar: Nə məna verdiyini de
Laura: Get, axtar özün tap
Sərdar: Vaxtım yoxdu
Laura: Özün bilərsən. Sənə ondan artıq kəliməm yoxdu

Mesajlaşmadan çıxdım. Məcbur mənasına özüm baxacaqdım. Mənə əziyyət etməyi sevirdi. Mənasın özü desəydi, sanki dünya dağılardı. Googleyə daxil olub, sözü axtarışa verdim. Qarşıma çıxan ilk məqaləyə daxil olub, sözün mənasın baxdım. Yazılan cümlələri öz özümə səsli şəkildə oxumağa başladım.

"İnsanları sevməmək, insanlara güvənməmək, insanlardan tiskinmək və onlara nifrət etmək"

Mənasını bildiyimdən sonra, özümü bərbad hiss etdim. Bildiyin, məndən bəhs etmişdi...

Lena'nın dilindən

Dünənki gecə bir sey oldu. Sərdarı bura gətirməyim nəticəsində qarşılaşdılar. Düzgün bir sey edib, etmədiyimi bilmirdim. Çünki, Laura çox pis olmuşdu. Daniel bütün gecəni onun yanında olub, onu sakitləşdirməyə çalışmışdı. Səhər gözümə yaxşı dəymişdi. Daniel iləsə hec söhbət edə bilməmişdik. Səhər evdən çıxan idi. Birdə evə axşam üstü gəlmişdi. Onda da vəziyyəti pis idi. Samuel qəza keçirmişdi. Xoşbəxtlikdən yüngül xəsarət almışdı. Laura, Samunun otağına çıxıb ona qulluq edirdi. Daniel qonaq otağında olan divanda uzanmışdı. Mən isə əlimdə olan bir bardaq süd və biskuvut ilə qonaq otağına keçdim. Əlimdəkiləri pismenin üstünə yerləşdirib, özümdə bardaq qurub aşağı yerə oturdum. Kakolu biskuvutu südə batırıb, bir dişləm alaraq yeməyə başladım. Mən burda süd içə bilirdim. Görəsən, bizimkilər süd içə bilirdilər? Mən almasam, evə süd alan olmazdı...
Onları bəzən uzaqdan uzağa görürdüm. Yanlarına yaxınlaşmaq olmazdı deyə. Daha doğrusu məni görmək istəmirdilər. Əlaqəm itmişdi onlarla. Lakin, onları uzaqdan izlədiyimi bilmirdilər...

Beynimə oturan bu fikirdən, özümü yumru bardağın kənarına toxunarkən gördüm. Bunu fikir verdiyimdə, Daniel ilə göz gözə gəldik. Məni izləyirmiş...

"Düşüncəli göründün" dedi

"Bizimkilər yadıma düşdü... Nə qədər Dina olsamda, onlar üçün darıxmışam"

"Onlar səni istəmədi. İstəsəydi, onların yanında ola bilərdin"

"Boş ver. Səninlə bu gün hec danışmamışam"

"İndi nə edirik?"

"Danışırıq... Amma bu danışıqdan bəhs etmirəm. Mənə Sərdarı bura gətirdim deyə hec əsəbləşmədin"

"Əsəbi idim. Ancaq əsəbim sənə deyildi. Qəlbini qırmamaq üçündə sənlə danışmadım. Sərdarın nə etmək istədiyini bilmirəm. Bu gündə Lauranın yanında idi. Təsadüf dedilər. Amma mən elə təsadüfə inanmıram. Planlı bir iş idi. Bu gündə Samuya görə çox yorulmuşam. Dincəlmək istəyirəm"

"Mədəni sürətdə sakit qal, danışma deyirsən mənə"

"Eynən canavarım" deyib, üzümə gülümsündü. Məndə susmaqdan yana oldum. Süddən içib, biskuvutun birində yedim. Gözü üstümdə idi. Dodaqlarını isladıb durduğunu gördüyümdə "Niyə elə edirsən?" dedim. Uzandığı haldan, oturuş halına keçid edərək, əlimdəki bardağı gözü ilə işarət edib "Canım istədi..." dedi.

"Gəl yanıma, səndə iç" dedim

Gəlməyəcəyini düşünərək demişdim. Amma gəlmişdi. Mənim yanıma keçib, mənim kimi oturdu. Dodaqlarımın arasına bir biskuvut alıb, bardaqdaki südü ona uzatdım. Südü əlimdən alıb, yerə qoydu.

"Mən onu deyil, dodaqlarının arasındakını istəyirəm" dedi

Biskuvutu dişləyib, ona cavab verməyə macal tapmadan mənə tərəf yaxınlaşdı. Bu yaxınlığı, bədənimə istilik gətirdi. Onunla üz üzə, dodaq - dodağa idik. Dodaqlarını aralayıb, dodaqlarımın arasında olan biskuvutdən bir dişləm aldı. Alması ilə geri çəkilib, yeməyə başladı. Bir anlıq, ardını gətirəcəyini düşündüm. Az qalsın, öpəcəkdi məni...

Kiçik kənarı qalan biskuvutu yeyib, əlim ilə dodaqlarımın üstün təmizlədim. Nə qədər, biskuvut vardı. Belə niyə etmişdi?

"Axmaq belə sey niyə edirsən!" dedim

"Şirin görsənirdi"

"Nə şirin görsənirdi?"

"Biskuvut..." deyib, yenidən mənə yaxın dayandı. "İnanmıram sənə" deyərək ona meydan oxudum. Dodaqlarının kənarı azca qıvrıldı. Buda yalan dediyinin sübutu idi.

"Şirin görsənən tək sey, dodaqların idi. Təbiki dadının necə olduğunu bilmirəm" dedi

"Hec vaxtda bilməyəcəksən"

"Belə deyib məni özümdən çıxardırsanki, səni öpəm"

"Çıxartmağa ehtiyyacım yoxdu. Sən hər halda özündən çıxırsan"

"Məni özümdən çıxarda bilmərsən"

"Dünən axşam Sərdarlada, belə yaxınlığım oldu desəm necə? Yəni sakit qalmağı bacaraqsan?" deyə qəsədən danışdım. Üzü bir anda düşdü. Deyəsən, ən yaxşı bacardığım sey bu idi. Həmişə eyni yerdən onu vururdum. Oda buna o dəqiqə inanıb, üzünü asırdı. "Sən var, ha sənnn!" dedi, özündən çıxıb sözün ardın gətirə bilməyərək.

"Mən nə? Sözünün ardın de"

"Mənə necə cadu ilə dua elətdirmisənsə, duanı geri götüzdür!"

"Cadu nədi? Bu nə cahillikdi? Həm mən sənə niyə dua elətdirim. Ağıl var, məntiq var"

"Sən dua elətdirməsən, mən belə olmazdım. Məni özünə bağlamısan. Səndən başqa hec nə düşünə bilmirəm. Səhər yuxudan ayılıram, ağlımdasan. Deyirəm neynək, axşam yatanda çıxar. Axşamda başımı yastığa qoyan kimi, yenə ağılıma girirsən. Bir baxıramki, sənli xəyallar qururam. İnana bilirsən buna? Xəyal qurmağı bilməyən mən, sənli xəyallar qurur... Xahis edirəm vaxtın olanda, çıx ağılımdan. Məndə bir rahat nəfəs alım"

Dediklərinə məni gülmək tutdu. Hec nəyi gizlətmədən mənə bu sözləri deməsi, onun mənə bağlandığını deyirdi

"Bağlanmısan. Bağlılıq başqa birini tapınca keçər" dedim

Bu sözümdən sonra yanımdan qalxdı. Göz ucu ona baxdım. Elə bil, dediyi sözlərə peşman olmuşdu. Bəlkədə, o sözləri içində tutmalı mənə deməli deyildi. Dodağının altında nəsə söz dedi. Başa düşmədim...

"Nə deyirsən, başa düşmədim" dedim

"Biz almanlarda belə bir deyim var. Schmerzlichschön... Yəni, acı verəcək qədər gözəlsən..." dedi

Pis olmuşdu... Pis olmağını bəlli etməmək üçün gülərək yanımdan ayrıldı. Sözün çox gözəl mənası vardı. Mən ona acı verəcək qədər, gözəl imişəm...

Onla hər seyi danışdımda, bu gen gecə saat on birdən sonra küçə döyüşünü izləməyə gedəcəyimi demədim. Bir az, o aləmlərədə baş çəkməyin vaxtı idi. İşə bax, evdə süd iç. Çöldə küçə döyüşü izləməyə get. Nə qəribə...

Küçə döyüşü baş verən məkana gəlmişdim. Az sonra rinqə çıxılacaqdı. Hələki isinmə işləri gedirdi. Pulumu, Ülgüc ləqəbli Muraddan yana istifadə etmişdim. Məkanda bol səsli, xarici mahnılar çalınırdı. Tək - tük tanışlara rast gəlmişdim. Onlarla söhbət etdikcə, döyüş saatının vaxtı gəldi. Rinq başladı. Ətrafda səslər daha çox, çoxalmağa başladı. Mən uzaqdan seyr edirdim. Gözüm ətrafı gəzdiyində, göz nəzərimə Sevda dəydi. Onu uzun müddət idi görmürdüm. Onun məni çoxdan gördüyünə əmin idim. Çünki, baxışları bunu göstərirdi...

Mənə baxıb, yanındaki qızın qulağına nəsə pıçıldadı. Onun bizim evə gəldiyi gün yadıma düşdü. Arsız qız idi. Utanma hissi hec yox idi. O, gələcəkdi mənim ayağıma...

Elədə oldu. Dəqiqlərin ardından, yanıma özü gəldi. Sol tərəfimə keçib dayanaraq "Sənə bu yola düşəcəyini, sənində bir kukla olacağını demişdim" dedi. Sanki, bu danışıq ona zövq verirdi. Oysa, mən hec kimin kuklası deyildim. Daniel məni kukla etməmişdi.

"Özünlə məni səhv salma. Kukla olan sənsən" dedim

"Həə, sən canavar idin hə?"

"Qayda bir. Bildiyin sualın cavabını soruşma. Bu səni aşağı səviyyə salar"

"Kim öyrədib bunu sənə? Daniel, dəlisi?"

"Olmaya, Daniel üz verməyib sənə" dedim, ona göz vurub. Danelin yanında olduğum üçün, qürurlanmışdım. O, mənə hər zaman qürur verdi. Bir addım irəli atıbda, qarşıma keçdi.
"Mən istədiyim seyləri alaram. Daniel mənim deyilsə, demək ki istəməmişəm" dedi
Özümü saxlaya bilməyib güldüm. Hətda qəh - qəhə çəkdim. Yazıq özünü necə bunla ovundururdu.

"Sən ona, Daniel mənə baxmaz demirsəndə, özünə yalan danışırsan" dedim

"Nə tez unutdun, Sabiri özümə aşiq etdirməyimi?" dedi

Bunu deməsi ilə gülən üzüm sərtləşdi. İndi əksinə oldu. Onun üzü güldü. Sabirin qəlbini qırmışdı... Etdiyi hərəkətdən peşmanda deyildi. Yaxşı bir sey etmiş kimi sağda - solda danışması, məni əsəbləşdirdi. Ona sərt baxışla baxdığımda, gözüm boynunda olan gümüş rəngli, kicik xəncər simvolu olan sepə taxıldı. Sepə baxdığımı gördüyündə "Sabirin hədiyyəsidi. Necədə, sadiq sevgiliyəm. Hələdə ondan bir parça saxlayıram özümdən" deyərək, sanki məni ələ saldı. Sərt ifadəmi silib, gülümsündüm ona. Gülüşüm onu çaşdırdığında, əlimi sepinə atıb möhkəmcə dartdım. İlk adımdan sepi qırmışdım. Sep mənim əlimdə idi. Sevdanın isə dilindən "Aaa" nidaları töküldü. Hər iki əlini boğazının kənarına yerləşdirib "Səən sən nə etdiyini zənn edirsən?!" dedi. Əlini boğazından çəkib əllərinə baxdı. Necə zərblə qırmışdımsa, boğazının hər iki kənarında cizik əmələ gəlmişdi. Ciziklərə qan dolmuşdu. Əli qan idi.
Əlindəki qanı gördükcə "Səni öldürəcəm!" dedi.
Əlini qalıdırıb, üzümə şillə atmaq istədiyində məni kimsə arxadan hər iki çiynimdən tutaraq kənara çəkdi. Boynumu çevrib arxama baxdığımda, Fikonu gördüm. Hər zamanki, kimi mənim xilaskarım olmağı bacarmışdı...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri