Ağ Kəpənək (34-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 2 965
Səs ver:
(səs: 0)
Sevdanın gözləri yerindən çıxacaqmış kimi böyüdü. Fikonun yanıma gəlib, məni qorumasını gözləmirdi. Xoş, qorunmağada ehtiyyacım yox idi. Sevdanın işini özümdə bitirə bilərdim.

"Tam zamanında gəldim" dedi Fiko.

"Kicik məsələmiz vardı onu həll edirdim"

"Kicik dediyin məsələ, boynunu yara etmədikdimi?"

"Məncədə kiçik bir seydi" dedim, Sevdaya meydan oxurmuşcasına baxarkən.

"Bəlanı axtarırsan! Nəyinə güvənirsən, hec bilmirəm!" dedi

"Bəlanın özüyəm mən. Sənin ayağının altın qazmaq üçün hər sey edəcəm. Sənə bu aləmdə yer olmayacaq!"

"Sənin kimi danışanları çox görmüşəm! İşə gəlincə ortadan yoxa çıxıblar!"

"Mən ilk olacam. Mənə ilk olmağın, zövqün yaşatdığın üçün təşəkkürlər" deyib, onu kiçimsədim. Əlimdə qalan sepi üstünə atıb "Əmanətinə sahib çıxmağı bacar. Yoxsa gələn dəfə boynunda qopar" dedim. Ona alçaldıcı baxışlarımı atıb, getmək üçün arxamı çevirdim. Döyüşün sonun gözləməyəcəkdim. Mən getdikcə yanımda hərəkətlənmə hiss etdim. Sol tərəfimə baxdığında, Fikonun yanımda getdiyini gördüm. Məkandan çıxana qədər hec danışmadıq. Məkandan çıxar çıxmaz "Arxamca niyə gəldin?" dedim

"Səni görmək üçün. Nəsə problemi var sənin üçün?"

"Hec bir problemi yoxdu. Məndə evə gedirdim"

"Maşınını görə bilmədim"

"Burda maşın çox yığılacağını bildiyim üçün iki küçə aşağıda bir yerdə saxlamışam"

"İki küçə aşağıya qədər bərabər gedə bilərikmi?"

"Məmnuniyyətlə..." deyərək, boş və qaranlıq küçədə addımlamağa başladıq. Fikonun yavaş adım atması diqqətimdən qaçımırdı. Bu vəziyyəti məni güldürmüşdü.

"Gülürsən" dedi

"Yavaş adımların güldürdü"

"Səninlə daha çox vaxt keçirim deyə, yavaş addımlayıram. Sən bizlə deyil, Daniel ilə qaldığına görə"

"Eyni söhbəti açma. Onunda yanında müvəqqəti qalıram. Yaxında öz evimə çıxacam"

"Məni qonaq çağracaqsan?"

"İstəsən mənlə qalada bilərsən"

"Sərdara xəyanətmi edim?"

"Xəyanət sayılmaz. Məni çox istədiyin üçün qalırsan yanımda"

"Lenaaa" deyərək keçmiş adımla mənə səsləndiyində, ona "Dina" deyə düzəliş verdim. Dodaqlarının arasındam kinayəli gülüş çıxdı.
"Ailəndən söhbət açırdım. Ona görə Lena dedim sənə. Lena olmaq üçün hecmi darıxmırsan?" dedi

"Lena olanda əziyyət çəkirdim. Ağlayırdım... Gücsüz idim... Yıxılırdım... Zərbə alırdım... İndi hər sey çox başqadı. Ayaqda qala bilirəm"

"Saydıqların səni xoşbəxt edirmi?"

"Bəlkədə etmir... Amma mən özümü indi daha yaxşı hiss edirəm. Belə olmaa xoşuma gəlir"

"Buna bir növ özünü aldadmaq deyirlər"

"Aldadmaq deyil... Ailəm məndən üz döndərdi. Məni istəmədilər. Mənimdə başqa yolum çarəm qalmadı"

"Ailənin yanına niyə qayıtmadın?"

"Çünki, onlar Aydının öldüyünü hələdə bilmir..." dediyimdə, səsimin titrədiyinin fərqinə vardım. Aydın hələdə mənim ən zəif nöqtəm idi. Və ona görə mən bu yolu seçmişdim.

"Niyə demirsən. Aradan aylar keçib deməlisən onlara" dedi

"Demək olmur... Onlara onu deməklə asanda qaçmış olacaqdım. Bunu onlara deyibdə, həyatların niyə məhv edim?"

"Onlarda darmadağın olublar..."

"Onlar bir aradadı. Hecdə darmadağın olmayıblar"

"Onların içindən xəbərin yoxdu. Ailən bu şəhəri tərk etmək fikirinə düşüb, Lena... Gedəcəklər..." dediyində irəli atdığım adımımı saxladım. Ayağım irəli getmədi. Gedəcəkdilər, nə demək idi? "Sən hardan bilirsən?!" deyib ona qarşı sərt çıxdım.

"Jalədən öyrəndim... Mən Jalədən xoşlanıram. O, isə bu hadisələrə görə məni özündən uzaq tutur. Ən sonda gedəcəyini dedi. Hətda bu gün evi satılığada qoyublar"

Fikonun bu sözü ilə bütün bədənim buz kəsdi. Getsəydilər, əlaqəmiz təmiz qopacaqdı... Bir sey etməli idim mən. Onları getməyə qoymamalı idim. Bəlkədə, Aydının ölümünü onlara demək vaxtı idi. Bəlkədə, vaxtında demiş olsaydım indi onlar mənə düşman kəsilməzdi...
Maşının yanına gəlib çatdığımda, içimdə olan burxunluq ilə ona gülümsünməyə çalışdım. Buruq gülümsəmi hiss etdiyindən, bir əlini yanağıma yaxınlaşdırıb "Özünü gülməyə məcbur etmə..." dedi. Baş barmağı ilə yanağımı oxşadı... Əlinin istisi, buz kəsən üzümü istidi. Dəstəksiz hər zaman yanımda olan insan Fiko idi. Əlini aşağı saldıqdan sonra, ona sağollaşıb maşına mindim. Maşını işə salaraq evin yolunu tutdum...

***

Evə çoxdan gəlib çıxmışdım. Yatmaq üçün çarpayıma uzanmışdım. Ancaq Fikonun dediklərindən sonra məni hec yuxu tutmurdu. Onlar gedəcək olması düşüncəsi, yatmağıma imkan vermirdi. Və mən dolub durmuşdum...
Ağlamamaq üçün dirənmiş vəziyyətdə idim. Saat beşə qalmışdı... Ağılıma gələn tək sey Danielin yanına getmək fikiri oldu. O mənim bu halıma bir çarə tapardı. Yoxsa başımı itirəcəkdim...

Qapını yavaşca açıb onun otağına daxil oldum. Otağa çöldən işıq düşdüyündən, otaq azda olsa aydınlıq idi. Yavaş adımlar ilə çarpayısına tərəf yaxınlaşıb, ona baxdım. Yatmışdı... Yatanı ayılda bilməzdim. Eləcə dəqiqələrcə dayanıb ona baxdım. Bu baxmağın bir işə yaramadığını görüb, çarpayının digər başına keçib. Öz istəyim ilə onun yatağının, boş qalan hissəsinə uzandım. Üzüm ona tərəf idi. Onu incələyərdim...
Ona baxdıqca, onda tərpəniş olduğunu hiss etdim. Bir az keçməmiş gözlərini anidən açdı. Məni gördüyündə "Dinaa?" dedi. Gözlərini ovuşdurduğunda "Yuxu tutmadı..." dedim.

"Yəni sən həqiqətəsən?"

"Həə... Sənin yanına gəldim"

"Yaxşı kimi görünmürsən. Səsində tutarsızlıq var"

"Çox pisəm..." deyib, ağlamaq istəyən səsimi içimə basdım. Dina ağlamamalı idi. Ona ağlamaq olmazdı. Lakin, mən dəli kimi ağlamaq istəyirdim. Daniel mənim tərəfə bir az əyilib "Nə olduğun danış..." dedi. Onun bu sözü deməsini gözləyirmiş kimi, ağlamaq hissimi içimdə daha çox tuta bilmədim. Dolduğumdan, səsli şəkildə ağladım.

"Ağlmamalı olduğumu bilirəm... Amma bacara bilmədim. Ailəm bu şəhərdən gedir, Daniel... Mən birinci öz valideyinlərim tərk etmişdi. İndidə onlar tərk edir. İkinci dəfədi tərk edilərəm..." dedim

Nə olduğunu bilmədən, Daniel məni özünə tərəf çəkib qucaqladı. Başımı sinəsinə basdırıb, dərindən alıb verdiyi nəfəsi ilə "Rahatca ağla..." dedi. Ağlamazmıyam... Həsrət idim ağlamağa...

Ağladım. Onun qoynunda doyunca ağladım. Nə O, danışdı nə mən danışdım. Buna susaraq ağlamaq deyirdilər. Ağlayıb yorğun düşdüyümdə əllərini saçımda hiss etdim. Saçlarımı oxşayaraq, mənə nəvaziş göstərirdi. O, məni başa düşürdü... Soyuq görüntüsünün altında, böyük istilik yatırdı.

"İndi gözlərini yum. Yatmağa çalış... Səhər ayıldığında, bu gecəni unut" dedi

Dediyini edib, gözlərimi yumdum. Səhər ayılanda hər sey yadımdan çıxacaqdı. Bu gecə Lena libasını geyinsəmdə, sabah yenə Dina olacaqdım...

Gözlərimi açdığımda, yataqda tək olduğumu gördüm. Daniel çoxdan ayılmış olmalı idi. Onun dediyi kimi, dünən gecəni bir xatirə olaraq basdırmışdım. Günə, Dina olaraq ayıldım. Onun otağında, onun çarpayısında olmaq məni özümü bir az qəribə hiss etdirmişdi. Çarpayıdan ayağa qalxmaq istədiyimdə, qapı açıldı. Daniel üzündə böyük gülücüklə otağa daxil oldu. Onun gəldiyini görüb, çarpayıdan qalxmadım. Özümü təkrar çarpayıya təslim etdim. Yanıma gəlib, mən tərəfdən çarpayının boş qalan yerinə oturub "Baxıram, yerin rahatdı durmaq fikirin yoxdu" dedi

"Gəl yerlərimizi dəyişdirək. Bura həqiqətən çox rahatdı"

"Rahat olmağının çarpayı ilə əlaqəsi yoxdu"

"Nəylə əlaqəsi var?"

"Mənlə... Mən var idim deyə rahat idi"

"Səni xatırlamıram belə"

"Gecə qucaqlayanda belə demirdin hec"

"Nə vaxt qucaqlamışam? Yadıma gəlmir" dedim, çoxbilmişliyimə salıb onu əsəbləşdirməyə çalışaraq. Üstümə əyilməyə başlayıb "Xatırladığını de, yoxsa mən sənə başqa cür xatırladacam. Yolları çoxdu" dedi. Xoşuma gəlirdi. Etirafda edirdim. Onun mənə belə davranması çox xoşuma gedirdi.
"Yenə xatırlamadım. Nə edəc-s" demək istədiyimdə, belimdən tutub məni qavrıyaraq altına alması ilə sözüm yarıda qaldı.

"İndidə xatırlamıram deee" dedi, gülərək.

"Xatırlamırammm" dedim, dodaq büzərək.

"Ncc nccc. Oyuna gətirdin məniii. Sənin xoşuna gedir belə etmək?"

"Ahh nəhayət üstün zəkanı işə saldın"

"Zəkamı istifadə etməyə imkan vermirsən. Bağlılıq duasına görə"

"Yenə dua? Sənə dua elətdirməmişəm mən!"

"Bu bağlılıq duasını neçiyə açdırırlar görəsən?" deyib boşda qalan əli ilə burnumun ucunu sıxdı. Hec sevmirdim burnumu sıxmasını. Bilə - bilə edirdi. Biz belə çox qalmışdıq. Bir seylər düşün Dina. Düşündüm... Üzünə təbəssüm etdiyimdə, nəyə təbəssüm etdiyimi sorğuladı.

Onun bu boşluğundan istifadə edib, hər iki əlini birləşdirib biləyindən tutaraq onu yan tərəfə yatırdım. Ani sürətlədə, özüm üstünə çıxdım. İndi rollar dəyişmişdi. Oyuna gəldiyini görüb "Döyüş takitkası bildiyini unutmuşdum" dedi. Zəfər qazanmış kimi güldüm. Hər dəfə yenilirdi. "Gələn dəfə unutma" deyib göz vuraraq üstündən qalxdım. Çarpayının digər boş qalan yanına özümü atarkən, Daniel kürəyini çarpayıya söykəyib oturdu. Bir əli ilə, digər əlinin biləyini tutdu. Baş barmağını biləyinin üstünə yerləşdirib, sakit dayandığını gördüyümdə "Elə niyə edirsən?" dedim.

"Nəbzim... Nəbzim sən yanımda olarkən, çox sürətli atır"

"Bu yaxşımı bir şeydi, yoxsa pis?"

"Həyəcan vericidi..."

"Dəyişik cavab oldu. Qane etmədi məni" dediyimdə, əlimdən tutdu. Əlimi biləyinin üstünə yerləşdirib "Həyat bu damarlarımın arasındadı. Sənə görə, hec fikirləşmədən bu damarlarımı kəsərək həyatıma son verə bilərəm. Bilirsən niyə?" dedi. Bir sey başa düşməsəmdə, maraqla "Niyə?" dedim. Dodağının kənarını azca qıvrıltdı. Mavi gözlərini gözllərimə zilləyib "Çünki, sən mənə həyat olarsan... Sən mənim nəbzimsən..." deyərək, vurğu ilə yenidən "Nəbzim..." dedi. Bu, bu olduqca xoşuma getmişdi. Fövqaladə bir sey idi... Birinin nəbzi olmaq... Mən onun nəbzi idim. Məni səhər - səhər səbəbsizcə gülümsətməyi bacarmışdı...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri