Ağ Kəpənək ( BÖLÜM 36)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 1575
Səs ver:
(səs: 0)
Çox səssiz qaldığımın fərqinə varıb "Daniel bu həmin Xəyalədimi?" dedim. Xəyalədə o an sanki mənim var olduğumun fərqinə varmış kimi, mənə baxdı. Mənim isə tüm diqqətim Danielin üstündə idi. Daniel dodaqlarını aralayıb, qısaca "Odu..." dedi. İndi həmin Xəyalə olması dəqiqləşmişdi. Geriyə bir məsələ qalırdı. Niyə Danieldən kömək istəmişdi?
"Mənə gizlənməyə kömək edəcəksən?" dedi Xəyalə
"Sənə mənim evimin yolunu yaddan çıxart demişdim. Hansı üzlə mənim evimə gəlirsən?!"
"Köməyə ehtiyyacım var... Əqrəbin adamları hər yerdə məni axtarır. Tapsa, məni öldürəcək. Xahis edirəm, nə itəsən edərəm. Yetərki məni onun əlinə vermə"
"Səhv ünvana gəlmisən. Çıx get mənim evimdən!"
"Sənə, nə istəsən edərəm deyirəm! Bir dəfədə əl tut mənə... Çarəsizəm Daniel"
"Mən sənə çarə olan deyiləm!" deyərək, Xəyalənin qolundan tutub qapının yanına sürüklədi. Qapını açmaq istəyəndə, ağılıma gələn bir fikir ilə "Dayan" dedim. Dayan deməyim ilə, Daniel əlini saxladı. Xəyalə, hər nə istəsən edərəm demişdi. Ondan Sərdara qarşı istifadə edə bilərdim. O mənim işimə yaraya bilərdi. Bütün cəsarətimlə "Onu mənə ver" dedim. Xəyalə dediyimdən bir sey başa düşməzkən, Daniel əlini onun qolundan çəkib yanıma yaxınlaşdı.
"Ağılından keçəni unut" dedi
"Mənə lazımdı... Qoy burda qalsın"
"Sənin təklifini qəbul etməyəcək"
"Mən təklifimi edim. Qəbul etməsə çıxıb gedər"
İkimizdə Xəyaləyə tərəf döndük. Mən indi ona variant verəcəkdim. Oda seçimini edəcəkdi.
"Mən Dina..." dedim, ilk əvvəl özümü tanıdaraq.
"Sənin adını çox eşitmişdim... Danielin canavarı deyə keçir adın, bizim aləmdə" dedi
"Mənim sənə burda qalmağın üçün bir təklifim var. Qəbul etsən, səni Əqrəbin adamlarına verməyəcəm"
"Təklifini et"
"Sərdar... Sərdarın həyatını yenə qaralatmağını istəyirəm"
"Mənim O, insanla yolum çoxdan ayrılıb. Həm O, mənə o qədər nifrət edirki... Məni görməyə gözü yoxdu"
"Mənədə bu lazımdı. Qəbul edirsən?"
"Bunu qəbul edə bilmərəm..." deyib, başını sağa - sola yellədiyində qapı möhkəmdən döyüldü. Düşündüyüm idisə, qapını döyən Əqrəbin adamları idi. "Qəbul etsən, səni onlara verməyəcəm" dedim, döyülən qapını işarət edib. "Nə istəsən edəcəm, amma məni onların əlinə vermə" deyərək, yalvaran gözlər ilə mənə baxdı. Qolundan tutub özümə tərəf çəkərək "Gəl mənlə... Daniel səndə köynəyinin düymələrini açıb, saçlarını dağıt. Sonra qapını aç" dedim. Xəyaləni öz otağıma gətirdim. Çarpayının üstün yerə boşalatdım. Xəyalə isə nə etdiyimə baxırdı. Qapının döyülmə səsi kəsilmişdi. Daniel onları içəri almalı idi. Xəyaləni qapının arxasına yerləşdirib "Burdan başqa yerə getmə. Əgər bu otağa girmiş olsalar, qapının arxasında qal. Qapı səni gizlədəcək" dedim. Onu orda qoyaraq, tez aşağı düşərək "Sevgilim, kim gəlib?" dedim. Qarşımda üç adam vardı. Sanki, onları gözləmirmiş kimi Danielin yanına yaxınlaşdım. Daniel məni belimdən qavrayıb, özünə tərəf çəkdi. Məndə üç adamı süzməyə başladım.
"Əqrəbin adamlardı, Dinam. Niyə gəldiklərini məndə bilmirəm" dedi
Danielin dağınıq saçlarına əl atıb, onları düzəltməyə çalışaraq "Hec utanmırsız, bu vaxtı adamın evinə gəlirsiz? İşimizi yarım qoydunuz! Sizə görə həvəsimiz qaçdı!" dedim. Bir az özümə əsəbilik qatıb, Danielin köynəyinin düymələrini bağlamağa başladım. Daniel əlimdən tutub "Əsəbləşmə sevgilim, sonra davam edərik gecəmizə" dedi. Adamlardan biri yalandan öskürməyə başladı. Onlara tərəf döndük. Saçlarına yenicə ağ düşmüş, otuz yaşlarında olan adamlardan biri "Xəyalə bu tərəfliyə qaçdı. Əqrəbin pullarını götürüb aradan qaçmağa çalışdı. Tutulacağını görüb pulları qoyaraq qaçdı. İndi özünü axtarırıq. Və bura gəlməsindən şühblənərik" dedi.
Əsəbi gülüşlə gülməyə başlayıb, həmin adamın yanına gəldim. Gülüşümü bir anda kəsib, ciddiləşdim.
"Hansı Xəyalədən bəsh etdiyini bilmirəm. Amma Əqrəbə zəng edib, adamlarına sahib çıx deyəcəm! Siz bizim alovlu gecəmizi korladınız! Biz indi yataqda olmalı idik, sizin qarşınızda deyil!" dedim. Məndə də, nə artisliklər var imiş.
"Yuxarıdan əmr var. Ev axtarılmalıdı... Dina xanım, imkan verin bizdə öz işimizi görək" dedi.
İnanmaları üçün axtarmaqları lazım idi. Yoxsa bütün artistliyim boşa getmiş sayılacaqdı. Razılıq verdikdən sonra hər yerə baxmağa başladılar. Hətda yuxarıya qədər çıxdılar. Mənim otağımın qapısını açmaq istədiyində "Ora mənim şəxsimdi! Oranı açmaq olmaz!" dedim. Həmin adam Danielə baxıb "Daniel bəy, qaydaları siz özünüzdə bilirsiniz. Baxmağa məcburuq" dedi. O qaydaları məndə bilirdim!
Otağın qapısını açıb içəri keçdiyində, məndə ardıyca keçdim. Qapını divara tərəf itələdim. Adamın gözü ətrafı gəzirdi. Çarpayının üstünün dağnıqlığını gördüyündə "Bəlkə artıq çıxıb gedəsiz? Bizdə yarım qalmış işimizi tamamlayardıq!" dedim. Adam başını bulaya - bulaya "Tövbə - tövbə" deyib otaqdan çıxdı. Oh şükür...
Nəhayət getmişdilər. Onlar gedər gedməz, bir bardaq soyuq su süzüb içdim. Daniel isə altdan - altdan gülürdü.
"Nəyə gülürsən belə?" dedim
"Alovlu gecəmizə"
"Elə belə söz idi! Baş qatmaq üçün"
"Hec də baş qatmaq üçün deyilən söz deyildi. İstəyirsən dediyini reala çevirə bilərik"
"Səndə dünəndən həvəsli imişsən!"
"Yataqda hazır pozulmuşkən, həll edək işimizi" deyib, gülərək məni araya qoyurdu. Bu varinat, ən asand çıxış yolu idi. Həmdə çox inandırıcı.
"Xəyaləni unutduq. Gedək ona baş çəkək" dedim.
Yanından keçib getmək istədiyimdə, qolumdan tutub məni özünə tərəf çəkdi.
"Xəyalə gəlməsəydi, nə olacaqdı?" dedi.
Xəyalə gəlməsəydi, biz öpüşmüş olacaqdıq. Daniel isə bunu yadıma salmaqla məşğul idik.
"Öpüşəcəkdik" dedim
"Səhv cavabdı"
"Bəs nə edəcəkdik?"
"Səni hiss edəcəkdim..." deyə, saç diblərimə pıçıldaması isə yatmış bədənimi oyatdı. İçimdən titrəmə keçdi. Məni hər vəziyyətdə hiss edirdi. İndidə hiss etdiyində adım kimi əmin idim. "Titrəmə..." deyərək, saçımın dibinə öpücük qondurub məndən ayrıldı. Məni rahat buraxdığında, mətbəxdən çıxdım. Daha çox qaçmış kimi olmuşdum. Yuxarı öz otağıma çıxdım. Ardımca Danieldə gəldi. Xəyalə otağımda olan tək kresloda oturmuşdu. Bizi gördüyündə "Sizə borclandım. Çox sağ olun" dedi. Mənə xeyirin dəyməsəydi, səni xilas etməzdim... Sənlə çox işim olacaqdı. Sərdarı sənlə məhv edəcəkdim. Və beynimdə olan bir neçə planla...

***

(Sərdar'ın dilindən) (Günün sonu)
Onun seçdiyi restorana gəlmişdik. Hələdə onunla görüşdüyümə inana bilmirdim. Açıq su yaşılında olan, don geyinmişdi. Sinə tərəfi çox açıq, donun boyu isə çox qısa idi. Geyimi ilə baxışmamı kəsdiyimdən sonra restorana giriş etdik. Bizim üçün ayrılmış iki nəfərlik masaya tərəf yaxınlaşdıq. Stolumu çəkib əyləşdim. Laura isə ayaqda qalmışdı. Oturmayacaqdımı? "Oturmayacaqsan?" dedim
"Stolumu çək, sonra" dedi
Fiko, mənə mədəni və incə ol demişdi. Mənsə ilk dəqiqədən odunluq etmişdim. Mən kim, stol çəkmək kim? İlk dəqiqədən aramız pozulmasın deyə, dediyini edib ayağa qalxaraq onun stolun çəkdim. Böyük keyiflə masa arxasına oturdu.
"Razı qaldın?" dedim, məndə yerimə keçib oturarkən. Başını yelləyib, sinəsinə düşən sarı saç tellərini arxaya verdi. Öskürmüş kimi edib, boğazımı təmizlədim. Ən azından çiynindən aşağı düşən, geyminin qollarını yuxarı verə bilərdi. Amma bunu bilə - bilə etdiyi, gözlər qarşısında idi.
"Boğazında balıq sümüyü qalıb?" dedi
"Balıq sümüyü demiş, bir seylər sifariş vermək lazımdı"
"Balıq sümüyünün yeməyə nə aydiyyatı var. Necə calaşdırdın"
"Balıqda bir yemək növüdü"
"Balıq sevmirəm. Menuyaya ehtiyyac yoxdu. Mənim üçün dana ətindən hazırlanmış langet sifariş et. İçki olaraqda ərikli meyvə şirəsi"
"Bir saat seçim edəcəyini düşünmüşdüm"
"Yeməkdə seçici insan deyiləm" deyərək, kürəyini arxaya yasladı. Gözü ilə ətrafı süzərkən, məndə ofsiantı çağırdım. Sifarişləri verdikdən sonra məndə ətrafı süzdüm. Tanış adamlar vardı. Çoxusuda bizə baxırdı. Hər halda Danielin bacısı ilə, Sərdar nə əlaqə deyə düşünürdülər. Sifariş etdiklərimiz gəldikdən sonra yeməyə başladıq. Laura ərik şirəsindən bir qudum alıb içdi. Üz gözünü turşudub "Bəyənmədim" dedi
"Nəyi pisdi?"
"Şirinisi azdı. Şafatlı suyu gətizdir"
"Başqa nəsə istəyirsən?"
"Hələki yox"
Dediyini edib, şaftalı suyu sifariş verdik. Onuda eynən ərik suyu kimi, bir qudum alıb içərək saxladı. Başını yellədib "Bunuda bəyənmədim" dedi
"Bu gün nəsə bəyənəcəksən? Yoxsa özümüzü camahata güldürəcəyik?!" dedim, əsəbimə mane ola bilməyib. Qəsdən etdiyini görürdüm.
"Mən portağal suyu istəyirəm! Yoxsa çıxıb gedərəm" deyib, hər iki əlini sinəsinin üstündə birləşdirdi. Balaca uşaqdan fərqsiz idi. Bu dəfədə səbrimi basıb, portağal suyunu sifariş etdim. Kənardan baxanda gülünəlisi hala düşmüşdüm. Portağal suyunu hec içmədi. Yeməkdən bir çəngəl alıb "Ətin duzu azdı" dedi. Əlimdə tutduğum çəngəli, sərtcə qaba qoydum. Səbrli olmalı idim. Nəfəsimi tutub, içimdən ona qədər saydım. Nəfəsimi çölə verdiyimdə "İndi nə edim?!" dedim.
"Yeməyin üstünə duz tök. Onuda mən deyim sənə?!"
"Sənin əlinə nə gəlibki, əlin yoxdumu tökməyə?!"
"Mən əlimi duza vura bilmirəm. Mənim üçün hər seyi hər zaman Daniel edir. Danieli duz tökməyəmi çağırım?"
"Sən mənə çin işgəncəsi edirsən! Mən kiminsə yeməyinə duz tökəsi adam deyildim!" deyərək əlimə duz qabını aldım. Masaya tərəf əyilib, yeməyinin üstünə duz səpdim. Bir rəqs etməyim qalmışdı. Belə getsə onuda etdirəcəkdi! Oflayaraq başımı sağ tərəfə çevirdiyimdə, tanış bir adamın bizə baxıb güldüyünü gördüm. Sənin otuz iki diş, gülən dişlərini qarnına tökdürmək mənə borc olsun! Baxdığımı gördüyündə, gülüşünü yığşdırdı.
"Məni elə - aləmə güldürürsən. Klon etmisən məni!" dedim
Dediyimi eşitməmiş kimi edib, çiyninə qədər düşən platyasının qolunu daha aşağı çəkdi. Bu qız nə etməklə məşğul idi?!
"Çək, çək aşağı. Bir az daha çək. Sənində canın qutarsın, mənimdə!" dedim
"Mən belə sevirəm"
"Hec olmaya saçlarını qarşıya at"
"Of! Sənində içinə Daniel qaçdı!" deməsi ilə gözüm bizim tərəfə gələn bir adama sataşdı.
Yaxşı insan sözünün üstünə gəlirdi. Daniel yaxşımı insan idi?
"Arxaya bax" deməyim ilə Daniel yanımıza gəlib çatdı. Kimsə ona xəbər uçurmuşdu. Lauranın "Dani?" deməsiylə, Daniel yumruğunu üzümə keçirtdi. Əlimi dodağımın kənarına gətirdim. Dodağımı qanatmışdı. Dodağımın qanın əlim ilə silib "Gəl, gəl otur səndə qonaq ol" dedim. Əsəbindən burnundan nəfəs alıb verirdi. Ona məndə vura bilərdim. Lakin, Lauranın qardaşına vurmaq fikiri hec yaxşı deyildi. Vursaydım, gözündən düşərdim. Lauraya çevrilib baxaraq "Qalx gedirik. Səninlə evdə danışacam!" dedi. Laura ayağa qalxıb, mənə əl sallayaraq "Bu günlük bu qədər" dedi. Daniel onun əlindən tutub özünə tərəf çəkdi.
"Allah sənə peyğəmbər səbri verib. Lauraya səbr edib dözürsən" dedim
Danielin gözü masanın üstünü gəzdi. Masanın üstündə olan bardaqlara baxıb gülümsündü. Əsəbi keçib getmiş kimi oldu. Lauraya dönüb üzünə düşən saçlarını geri verib, ona heyran - heyran baxaraq "Bir prenses asand böyüdülmür. Laura, prensesdi..." dedi. Danielin prensesi...
Lauranı yanımdan götürüb getdi. Məndə hesabı ödəyib restorandan çıxdım. Maşınıma minib, yola düşmək istədiyimdə telefonuma mesaj səsi gəldi. Telefonu cibimdən çıxıb ekrana baxdım. Laura yazmışdı... Təcüblə mesajına daxil oldum
"Gələn dəfə cluba gedərik. Amma elə yer olsunki, orda Danielin qulağına xəbər uçurdan olmasın :) "
Laura əyləncə yollarında idi. Mən isə əyləncə yaradan adam...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri