Ağ Kəpənək (38-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 059
Səs ver:
(səs: 0)
Maşını yaşadıqları küçənin başında saxlamışdım. Mənə beş dəqiqəyə gəlirəm demişdi. Amma
yarım saatdan çox idi ki, gəlib çıxmaq bilmirdi. Niyə gözləyirəmsə? Çıxıb gedə bilərdim...
Mən kim, birinin qapısında gözləmək kim. Bu qız, bütün qayda qanunlarımı pozmaqla məşğul idi. Məni özümdən çıxartsada, ona hec nə edə bilmirdim. Maşında gözləməkdən sıxıldığımdan, aşağı düşmək qərarına gəldim. Qapını açıb, aşağı düşmək istədiyimdə uzaqdan onun gəldiyini gördüm. Qapını təkrar bağlayıb, onun maşına minməsini gözlədim. Lakin, maşının qapısının yanında dayandı. Özü açsaydı ölərdimi?! İçimdən ya səbr çəkib, qapını təkrar açaraq aşağı düşdüm. Yanına gəldiyimdə "Qapımı niyə açmırsan? Ağac oldum burda" dedi. Omu ağac olmuşdu, yoxsa mənmi?
"Sənində əlin var. O əl ilə qapını aça bilərsən. Həm məni borclu çıxartma. Beş dəqiqəyə gəlirəm dedin, yarım saatdan çox vaxt keçdi gəlmək bilmədin!" dedim
"Axır gəlmişəm ya yox?"
"Mənim səbrimi yox etdikdən sonra gəlməyini neynirəm!"
"Geri qayıdıram!"
"Min maşına gedək"
"Üzr istədikdən sonra bu maşına minəcəm!"
"Bunlar hamısı məni bağışlayana qədərdi. Məni bağışladıqdan sonra sənin hər dediyinə boyun əyməyəcəm! Üzr istəyirəm səndən. Dönə - dönə üzr istəyirəm!"
"Aç indi qapını" deyib, qapını işarət etdi. Qapını açdım. Maşına mindikdən sonra qapınıda bağladım! Özümdə maşına minib, işə salmadan əvvəl "Kəmərini tax" dedim. Dediyimi etmədi. Ya da məni eşitmədi. Amma yox, qulaqları vardı. Məni yaxşı eşidirdi. Nazik davranmağa çalışıb, dediyimi etməsi üçün ona baxdım. Laura isə dizini dizinin üstünə atıb, saç ucları ilə oyanadı. Geymi indi diqqətimi çəkmişdi. Qısa tünd rəngli cins şort geyinmişdi. Üstünə isə sinəsi yarıya qədər açıq olan bir köynək. Köynəkdə deyilməzdi buna! Allahdan üstündə cins pencək geyinmişdi.
"Yəqinki clubda, üstündəki cins pencək çıxmaz" dedim
"Çıxacaq. Ora isti olur"
"Altına hec nə demirəm hələ. Bəs bu üstünə niyə normal bir sey geyinməmisən?!"
"Səni nə maraqlandırır, mənim nə geyinib nə geyinmədiyim!"
"Mənim yanımda gedirsən! Ona görədə maraqlandırar!"
"Maşını işə sal" dedi, söhbətdən qaçmağa çalışıb. Dikbaşlığın indi hec çəkə bilməyəcəkdim. Təkrardan "Kəmərini bağla" dedim.
"Odunsan odun! Özüdə yontulmamış odun!
"Yenə nə oduluq etdim?!"
"Bir, kəmərini bağla demək olmaz. Kəmərini bağlaya bilərsənmi? deyə soruşular! İki, mən kəmər bağlamıram. Mənim üçün hər zaman Daniel ya da Samuel bağlayıb. Üç, zəhmət çək özün bağla!"
Dediyi sözlərə gözüm dörd açıldı. Əsəbdən əlimi yumruq edib dəfələrlə alınıma vurdum. Bu gedişlə, məni əsəb xəstəsi edəcəkdi.
"Yaxşı, bunada yaxşı!" deyib kəmərin ucun əlimə aldım. Bağlamaq üçün ona tərəf əyildim. Bağlamaq istədiyimdə, ona yaxın dayandığımdan burnuma gül qoxusu gəldi. Qoxusunu hiss etməmək üçün işimi tez bitirib, kənara çəkildim. Fikirimdən çıxması üçün, maşını tez işə salıb sürdüm. Nəhayətində onun əlindən sağ salamat çıxıb, cluba yolun tutdum. Cluba daxil olduğumuzda, ətraf adam qaynayırdı. Burda özümünkülər olduğundan, Danielə xəbər uçurdan olmayacaqdı. Laura ilə bərabər bizim üçün ayrılmış yerə keçdik. Laura pencəyini çıxardaraq, özünü mavi dərili divanın üstünə atdı. Məndə düz dibinə oturdum!
"O tərəfdə yer var. Yanıma niyə oturursan!" dedi
"Sənə o pencək üstündən çıxmayacaq demişdim. Sözə qulaq as"
"Eşitmirəm nə dediyini"
"Pencəyini geyin!" deyə qulağının dibində qışqırdım. Eşitdiyini çox gözəl bilirdim. Eşitməməzlikdən gəlirdi!
"Qulağımı kar elədin!"
"Vaxtında eşidərdin"
"Bəyəndim buranı. Əla işıqları var"
"Sözü dəyişmə!"
"Nəsə sifariş et içək"
"Spirtli?"
"Yox mən içməyəcəm. İçsəm sərxoş olaram. Sonra sən məni öz evinə apararsan. Samuda mənim evə gəlmədiyimi görüb, Danielə zəng edər. Danieldə bütün Bakını ayağa qaldırar. Yox qalsın. Mənə belə senari lazım deyil"
"İki dəqiqəyə bir bölümlük senari yazdın. Halaldı sənə"
"Sən sifarişləri ver. Mən qalxım, rəqs etməyə" deyərək, yanımdan bir göz qırpında qalxdı. Bir neçə gənc qızların arasına qoşulub, onlarla rəqs etməyə başladı. Rəqs etmək mənə görə deyildi. Ona uzaqdan baxsaydım, yaxşı olacaqdı. Bir az vaxt keçdikdən sonra sifariş etdiyim içkilər gəlmişdi. Gözüm hələdə Lauranın üstündə idi. Yanına bir neçə oğlan gəlmişdi. Düz dibində rəqs edirdilər. Bu görüntü yatmış əsəblərimi oyadırdı. Laura niyə kənara çəkilmirdi? Əsəblərimi basdırmağa çalışırdım. Olmurdu. Laura əsmər oğlana tərəf onunla rəsq etməyə başladı. Həmdə gülürək! Oğlanın əlini onun belinə atdığını gördüyümdə, ayağa qalxdım. O, oğlanın adını xatırlamasamda tanış gəlirdi. Azər adında böyük mafiya başcısının oğlu olmalı idi. Amma onun oğlu olmağı, Lauraya toxuna bilmək cəsarətini vermirdi! Yanlarına çatdığımda, hər ikisinin arasına girib, oğlanın əlini Lauranın belindən ayırdım. Lauranıda özüm yanıma çəkdim. İkisidə 'Nə edirsən?' baxışı ilə mənə baxdı. Oğlan etdiyim hərəkəti bəyənməmiş olacaqki, mənə yumruq atmaq istədi. Yumruğunu havada yaxlayıb, əlini aşağı salmağa başlayaraq "Əlini qırmamaq üçün mənə bir səbəb göstər!" dedim. Əlini bir az daha sıxıb, buraxdım. Digər əli ilə əlini tutub
"Sən Qara adı ilə tanınan həmin Sərdarsan?!" dedi
"Düz tapdın"
"Sən mənim kim olduğumu bilirsən?!"
"Azərin oğlu olmalısan. Adını isə bilmirəm"
"Azərin oğlu olduğumu bilə - bilə mənim üstümə hücum çəkirsən!"
"Yumruq atmaq istəyən sən idin! Mənim yanımda olan qızın, belindən tuta bilməzsən! Sən əlini qoparmadığıma dua elə!"
Üstümə gəlmək istədiyində, clubun cangündənləri araya daxil oldu. Tanış olduğumuzdan, sadecə ayırmağa çalışdılar. Oğlan işarət barmağını təhtid edirmişcəsinə sallayıb "Davud... Bu adı unutma! Sənlə işim olacaq!" dedi. Dünənin cücəsinin təhtdinə bax.
"Vauu necə qorxdum. Qorxudan əsməyə başlamışam" deyərək güldüm ona. Cangüdənlər onu yanımdan apardığında, arxama döndüm. Laura qolların birləşdirib, əsəblə məni süzürdü.
O ağzını açıb bir sey demədən "Hamısı sənin günahındı!" dedim
"Mən nə etdim?!"
"Niyə tanımadığın adamla rəqs edirsən! Belində açıqdı!"
"Ən zəhləm gedən seydi, sənin bu etdiyin davranışlar. Səni mənim, nə etdiyim ələqadar etməz!"
"Mən sadecə səni qorumağa çalışmışdım..." deyib, aramızda olan söz söhbəti kəsməyə çalışdım. Amma Lauranın baxışlarında birdən birə nifrət yarandı. Tam qarşıma keçib dayanaraq "Məni, üç il əvvəl qorumalı idin. İndi qorumaq üçün çox gec qalmısan! Mənim itirəcəyim hec bir seyim yoxdu!" dedi. Lənət dolusu gecəyə qayıtmışdı... Bəzən, silahsızda vurulardı insan. Eynən indiki kimi... Sözü ilə vurub keçmişdi... Peşmanlıqa başımı aşağı əydim. Laura hec nəyi unutmayacaqdı. Hər zaman xatırlayacaqdı. Birdən çiyinlərimdə əllərini hiss etdim. Əllərini boynuma dolamışdı...
Boyu məndən balaca olduğundan, aşağıdan baxırdı mənə. Niyə belə etmişdiki? Ayaq barmaqlarının ucun qaldırıb, sol qulağıma tərəf yaxınlaşdı. Onun belə etməsi, gözümü yummağıma səbəb oldu.
Çünki, gül qoxurdu... Həmdə qızılgül... Qoxu saçlarındamı gəlirdi, yoxsa üzündənmi bilmirdim. Amma lənət olası qoxu, çox gözəl idi. Sanki, bahar gəlirdi içimə...
"Hər sey ilk günki kimi, yaddaşımda ilişib qalarkən səni bağışlayıb, bağışlamayacağımı inanki hec özümdə bilmirəm... Amma səninlə bir yola çıxmışam. İlk dəfə səninlə çıxdığım yol, məni düzgün bir yerə aparmadı. Ümüd edirəm, ikinci yol bizim üçün şans gətirər" deyə qulağıma pıçıldadı. Geri çəkilmək istədiyində, yeni çıxmış saqqalarıma ilişən saç tellərindən qoxunun hardan gəldiyini bildim. Qoxu tam boynu ilə boğazının arasında olan məsafədən gəlirdi. Onunla gözlərimiz bir biri ilə kəsişdiyindən, bu yaxınlığın fərqinə varıb saç tellərini üzümdən ayrıraraq geri çəkildi. Mən bu an'a kilitlənib qalmışdım... Necə bacarmışdı, yatan ürəyimi oyada bilməyi?
"Gedək. Həvəsim qalmadı..." dediyində, yatdığım yuxudan ayılmış kimi oldum. Dilim 'Peşmanam...' sözünü deməyə varmadı. Çünki, peşmançılıq hec bir işə yaramırdı. Peşman olduğumun faydası yox idi. Amma əmin idim gözlərim, peşmanlıqla baxırdı ona. Onun arxasıyca getdim məndə. Clubdan bərabər çıxıb maşına mindik. Bir az əvvəlki kimi deyildik. Aramızda böyük səssizlik höküm sürməkdə idi. Maşını işə saldım. Bir gözüm həm yolda, həmdə onda idi. Pencəyini özünə tərəf sıxıb durmuşdu. Başınıda pəncərəyə sökəyib yolu seyr edirdi. Çox durğun görsənirdi. Yadına o günmü düşmüşdü...?
Maşını yenə küçənin başında saxladım. Gəlib çatdığımızın fərqinə vardığında hec nə demədən maşından aşağı düşdü. Mənə günümü zəhər eləməklə məşğul olsada, indi çox fərqli görünürdü. Dözməyib maşından aşağı düşərək "Laura..." deyə onu səslədim. Adını eşitdiyində atdığı adımını saxladı. Yanına çatdığımda, mənim tərəfə döndü. Dönməsi ilə, yanaqlarını göz yaşının islatdığını gördüm. Bu göz yaşının ən böyük səbəbkarı mən idim... Mənim əsərim idi, yanaqlarını isladan göz yaşı...
Göz yaşın məndən gizlətmək istəyirmişcəsinə, silməyə başladı. Üzünə məcburi gülüş qondurub "Bu günü yox say. Hec ürəyim istədiyi kimi olmadı... Özüm öz günümü bərbad etdim. Məndə belə qızam. Həyatı özümə zindan edirəm. Özümü hər kəsə soyuq tip kimi göstərirəm. Hər kəsi azarlayıram. Hamının başımda pərvanə kimi dolanmasını istəyirəm. Hətda elədidə... Amma mənə yenədə bunlar bəs etmir. Arsız kimi, daha çoxunu istəyirəm. Qane ola bilmirəm. İçimdə olan uşağı öldürüb, onun məzarının üstündəki torpaqdan ev düzəldirəm. Bu yanımı hec kimə göstərmirəm..." dedi, özünü danlanmağa çalışırmış kimi edərək. Hər dəfə eyni sey olardı. Yola gedə bilmirdik. Mənə söz atardı. İndi niyə belə olmuşdu? Oysa, məni əzməsinə, yerə vurmasına razı idim...
Daha çox ağlayacaqmış kimi olanda, boynunu bükdü. Dodaqlarının tərpənişindən ağlamaq istədiyini görürdüm. Lakin, dodaqlarını bir birinə basdırıb "Sərdar, məni on beş yaşıma qaytar... Mənim buna ehtiyyacım var" dedi. Deməsi ilədə, dodaqlarından ağlayış səsi töküldü. Onun ağlayışını gördükcə, daş qəlbim çatladı... Mənə bir adam olduğumu, sinəmdə ürək daşıdığımı xatırladı... Ona yaxın gəlib, qucaqlamaq üçün qollarımı açdım. Gəlmədi...
Qollarım boş qaldı... Gələcəyini, gözləmək böyük ağılsızlıq idi...
Qollarımı yavaş - yavaş aşağı salmağa başladım. Göz yaşını özü sildi. Burnunu çəkib "Odunsan sən" dedi. Gülmüşdü...
Nə odunluq etdiyimi bilməsəmdə, azda olsa gülümsənmişdi...
"Əməlli başlı məni odun elədin" dedim
"Qollarını açıb, boynuna atlamağımı gözləmə. Ən azından insan qucaqlaya bilərəmmi deyə soruşar!"
"Mən başa düşdüm. Sənlə danışanda, sənə ancaq sual verməliyəm. Yoxsa iş getmir"
"Sən əmr verməyə öyrəşmisən. Mən isə əmrə tabe olanlardan deyiləm"
"Daniel sənə prenses deməklə o qədər haqqlıdki... Bəzən həqiqətən hansısa nağıldan gəldiyini düşünürəm"
"Nağıllar biri var idi, biri yox idi ilə başlayar. Bizdə də elədi. Mən varam, O isə yoxdu..."
"Bir baxmışsan, oda var olub... Bəlkədə yaxınında bir yerlərdədi"
"Bəlkədə... Mən getsəm yaxşı olacaq. Yoxsa hər an bir yerdən biri çıxa bilər"
"Odunluğumu bir kənara atıb, gecən xeyirə qalsın deyirəm"
"Yola gəlirsən. Sevindim. Sənində gecən xeyirə qalsın, gecəni adında daşıyan adam..." deyərək arxasını dönüb getdi. O gedənə qədər tərpənmədən ona baxdım. Gözdən itdiyində maşınıma mindim. Bu gün mənə özümü çox fərqli hiss etdirmişdi. Özü getsədə, gül qoxusu hələdə maşınımda qalmışdı...
Bu günü gözdən keçirtdikdən sonra maşını işə salmaq istədim. Amma telefonuma gələn mesaj səsi, maşını işə salmağımı təxirə saldı. Əlimi pencəyin cibinə atıb, telefonumu çıxartdım. Ekranı yandırıb, ekrana baxdığımda qeydli olmayan bir nörmədən mesaj gördüm. Mesajda "Laura bizim əlimizdədi" yazılmışdı. Mesajı oxumağım ilə nəfəsimin daralması bir oldu. Bu dəfə Lauraya bir sey olmasına, əsla icazə verməyəcəkdim. Yeri gəlsə ölərdim, amma ondan əl çəkməzdim...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri