Ağ Kəpənək (41-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 2 872
Səs ver:
(səs: 0)
Fiko Lauranı otaqların birinə yerləşdirmişdi. Özüdə məni Lauraya əmanət edərək, çıxıb getmişdi. Yuxarıdan düşüb gəldiyində, tək kresloya oturaraq "Yoruldum" dedi. Geyimlərini yerləşdirməkdən yorulmuşdu. Mənim isə ağılımı bir neçə sey qarışdırırdı. Misal, Laura Danielə Norveçdə olduğunu necə inandıracaqdı?
"Yorulmusansa yata bilərdin" dedim
"Necədə ağıllısan. Mən yatmaq lazım olduğunu hec bilmirdim"
"Sənədə yaxşılıq yaramır... Mən bir seyi bilmək istəyirəm. Danieli Norveçdə olduğuna necə inandıracaqsan? Zəng etsə və ya mesaj yazmaq istəsə necə olacaq?"
"Neçənci əsrdə qalmısan?" deyərək, qəh - qəhə ilə güldü. Tərs baxışlarla ona baxdığımda, gülüşünü yığışdırıb "Telefon adlı icada, bir neçə proqramlar yükləyirsən. O proqramlar vastəsi ilə öz nömrəni, istədiyin hər hansı ölkənin nömrəsi ilə dəyişə bilirsən. Bilmirsənsə, öyrən" dedi, məharətli iş görmüş kimi. Bu qızda, qardaşı kimi ağıllı idi.
"Ümüd edirəm, sonda Daniel bizi öldürməz" dedim
"Danieldən qorxduğunu bilmirdim"
"Qorxmuram. Sənə görə narahat oluram. Nəticədə sənin qardaşın, mənim isə hec nəyimdi"
"Səhv. Sənin düşmanındı"
"Səhv tutan işləyirsən?"
"Yox o işlərə, Samuel baxır"
Başımı bezgin şəkillə yellədim. Ona hər sey əyləncə kimi gəlirdi. Sarı saçlarını bir kənara yığıb, dodaqlarını büzərək qarşıya gətirdi. Nəsə, düşünürdü. Mətbəx tərəfə baxıb "Acam" dedi. Məndə acmışdım. Amma Fiko getdiyindən evdə hazırlanmış bir sey yox idi.
"Mətbəx ordadı. Ürəyin istəyən hər seyi hazırlaya bilərsən. Elə bilki, öz evindəsən" dedim
"Mən bir sey hazırlamağı bacarmıram. Bu işləri evdə, Daniel özü edir"
"Daniel yoxdu burda. Qalx özün bir seylər et"
"Həm odunsan, həmdə kobud!"
"Bu halımla nə etməliyəm? Mən özümə çay süzməyən adamam!"
"Maşallah daş kimisən! Ağrın falanda yoxdu. Özün qalx mənə yeməyə bir seylərə hazırla"
"Kim? Mən?!"
"Həə sən! Acmışam. Tez ol. İştahım qaçandan sonra hec nə yeyə bilmirəm"
"Mən yemək bişirməyi bacarmıram"
"Youtubeni aç. Ordan baxaraq bir şeylər et!"
"Mən hec nə edən deyiləm. Sənin mədən yemək yeyəcək deyə, özümü millətə güldürə bilmərəm!"
"Etmirsən demək?"
"Etmirəm!" dedim, inada minib. Şirin üzünün siması, dəyişilmişdi. Mənə hər an məni öldürəcəkmiş kimi baxırdı. "Neynək, məndə həqiqətən Norveçə gedərəm!" deyib, mənə qarşı ən böyük oyunun oynadı. İnsanı həm canından etməyi bacarırdı, həmdə yola gətirməyi! "Birinci və axrıncı dəfə olacaq, sənə nəsə hazırlamağım! İnsafsızan qızım, insafsız! Bu halımla mənə iş gördürürsən!" deyib, ayağa qalxdım.
"Daniel, otuz səkkiz dərəcli qızdırması olanda belə, qalxıb mənə yemək hazırlayır. Səndə, əziyyət çək!" dedi
"Kaprizsən! Kapriz! Sənə necə dözürlər?!"
"Təbiki sənin kimi deyinə - deyinə dözmürlər. Nə də sənin kimi odun deyillər"
"Görmürsən? Qalxmışamda, qalxmışam! Gedib nəsə hazırlayacam"
"Yemək saatımın vaxtı gedir. Tez hazırla"
"Məni bu halımda ayağa qaldırıb, iş gördütdürürsən ha, halal olsun sənə!"
"Mən beləyəm. Mətbəxin yerin özün bilirsən. Öz evində imiş kimi, rahat istifadə et" deyib, mənlə əyləndi. Əyləncəsindən geri qalmırdı. Əlimin birini sağ qabırğa altıma yerləşdirib, yavaş addım ataraq mətbəxə tərəf getdim. Hec acıması, yox idi bu qızın. Mətbəxə çatdığımda, telefonu əlimə aldım. Nə bişirəcəkdimki?
"Heyy insafı olmayan qız. Mən nə hazırlayımki sənin üçün?" dedim, işimi etibarlı tutmağa çalışıb. Yoxsa bişirdiyim yeməyi bəyənib yeməzdi! "Adam başı" dedi, qonaq otağının digər ucundan.
"Elə bilirsən, bişirə bilmərəm? Hazır, morqda ölən adamlar var"
"Iyy iyrənc!"
"Səni iyrəndirməyin yolun tapdım. Sənə kəllə paça bişirəcəm"
"Mədəmi yeməyə küsdürdün! Kotletdən falan elə. Yanında spagettidə olsun"
"Başqa arzun? Restoran açıb aşbaz olmuşamda, xəbərimmi yoxdu?"
"Yanında meyvə suyuda olsun"
"Keçən səfərki kimi etməyəcəksən. Nə bişdi, nə var onu yeyəcəksən!"
"Baxacam vəziyyətə. Sən işinin başına keç" dedi, əmr edirmiş kimi. Onunla sözləşməyi kəsib, youtubeni açdım. İlk əvvəl spagettinin hazırlanmasına baxdım. Suyun qoyulduğunu bilirdimdə, necə bişir onu bilmirdim. Laurada kömək edənə oxşamırdı. Əlində telefon vardı. Telefonda nəyəsə baxıb gülürdü. Gülüşü bütün üzünə yayılmışdı. Kim idi, onu elə gözəl güldürən?
Gözümü gülüşündən çəkib, qazan çıxartdım. İçini su ilə doldurub, qaynamasını gözlədim. Məni bu hallarada salmışdı. Həmdə ilk gündən. Bədənimdə azda olsa, canımı incidən ağrılarım qalmışdı. Buna rəğmən youtubedən baxdığım hər seyi hazırlamağa çalışırdım. Prenses qızın istəkləri vardı...
Yeməkləri hazırlayıb bitmişdim. Ancaq mətbəx köçmüş vəziyyətdə idi. Qaz sobasının altını söndürüb, mətbəxdən çıxdım. Lauranın əlindən telefon düşmüşdü. Ona yaxınlaşıb, baxdığımda gözlərinin yumulu olduğunu gördüm. Yorğun düşündüyündən, yatmışdı...
Divanın üstündə olan adyalı əlimə alıb, yavaşca onun üstünə sərdim. Və gözümü çəkmədən onu seyr etdim. Qalın dodaqları, ləkəsiz üzü, uzun kiprikləri vardı. Çox qüsursuz yaradılmışdı...
Onu ən son gördüyümdə, balaca qız idi. İndidə hərəkətləri ilə balaca qız uşağından fərqi yox idi. Gözümü ondan çəkə bilməzkən, evin qapısı açıldı. Fiko, içəri girərək "Ev əhli, neynir" deyə danışdığında, işarət barmağımı dodağımın üstünə yerləşdirib 'sus' işarəti etdim. 'Nə var?' dərəcəsində üzümə baxdığında, Lauranın yanından keçib ona tərəf gəldim.
"Laura yatıb. Bir az, səssiz ol" dedim
"Yəqin çox iş görüb yorulub. Burnumada yemək qoxusu gəlir" dedi, mətbəxə tərəf yol alarkən. Hə, yemək bişirməkdən halsız düşüb yatmışdı!
Qaz sobasının üstünə olan qazanla, tavanın qapaqlarını qaldırıb "Oo birinci dəfədi evə gələndə hazır yemək tapıram. Lauranın gəlməsi yaxşı oldu. Hec olmaya yeməklərimizi bişirəcək" dedi. Üzümdə zərrə qədər olsa, mimika tərpənmədi. Ciddi dayandığımı görüb, mənim yanıma gələrək köynəyimi qoxulamağa başladı.
"Yemək qoxusu səndən gəlir. Yoxsa? Yoxsaa yeməyi sənmi bişirmisən?" dedi.
Başımı aşağı saldım. Qulağıma Fikonun gülüş səsi gəldiyində, başımı qalıdırıb "Gülsən, səni öldürəcəm. Gülmə!" dedim. Amma gülürdü. Gül, Fiko gül! Bir gün sənidə görəcəkdim!
"Mən sənə bir çay süzdürə bilməyən adamame, qız sənə yemək hazırlatdırıb" dedi
"İnsanlıq etdim. Ac idi"
"Nə vacib idi, bu halın ilə insanlıq etməyin?"
"Mən nə bilim. İçimə mələk girib yəqin"
"Mələk girməz. Başqası girib" dedi, Lauranı işarət edərək. İşarət etdiyi əlinin üstünə vurub, aşağı saldım. Bir az daha, belə danışsaydıq Laura səsimizə oyanacaqdı.
"Fiko, mənim ağrılarım artıb. Süfrəni sən hazırla. Mən beş dəqiqə, uzanım hec olmaya" dedim
"Yaxşı. Sən uzanmağında ol, məndə süfrəni qurum"
"Yaddan çıxmamış, meyvə suları düzəltmişəm Onlarıda qoyarsan süfrəyə"
"Nə qədər sudu?"
"Biri ərikli, biri portağallı, biridə şaftalılıdı"
"O qədər suyu kim içəcək?"
"Prenses, qızımız"
"Day sözüm yoxdu sənə. Bekar qalmısan" dediyində, ağrıya daha çox dözümüm qalmadı. Danışmağı kəsib, qonaq otağına keçərək divana uzandım. Uzanandan bir balaca rahatlaşmışdım. Bir gözüm Lauranın üstündə idi. Lauranın göz qapaqları oynayırdı. Deyəsən, ayılırdı...
Göz qapaqların yavaşdan aralamağa başladı. Tam açdığında, yuxulu halı ilə ətrafa baxdı. Gözlərini ovuşdurub "Yatıb qalmışam" dedi.
Gözü Fikoya taxıldı. Fikonun süfrə qurduğunu görüb, mənə baxdı.
"Özün uzanıb, yeməkləridə Fikoya bişitdirmisən?" dedi
"Yazıq canım. İndi uzanmışam, indi"
"İnanmıram"
"Fiko, bir sey de inansın"
"Düz deyir. Mən sadecə süfrəni qururam. Səndə yatmısan deyə, səndən kömək istəmədim" dedi Fiko. Ah, istəsəydin belə etməzdiki!
"Mən əl üzümü yuyub gəlirəm. Gəlib sənə kömək edəcəm" deyib, kreslodan qalxdı. Mənim kimi halsız adama kömək etməyib, onamı edirdi? Yuxarı çıxdığında, Fikoya tərəf dönüb "O, nə dedi? Sənə köməkmi edəcək?" dedim.
"Düz eşitmisən. Mənim bu şirin görüntüm hər sey elətdirər insana"
"Mənim görüntüm nədi bəs?"
"Zəhərdiii"
"Sağ ol vallah. Çox sağ ol!"
"Bax yenə üzün elə oldu"
Yuxarıdan Lauranın gəldiyini gördüyümdə, deyəcəyim sözü içimdə qoydum. Laura gülərək, mətbəxdə olan Fikonun yanına yaxınlaşıb ona köməyə etməyə başladı. Məndə onlara baxmağı kəsib, başımı yastığa qoyaraq gözümü yumdum. Mən burda ağrılardan ölüm, xanımın hec vecinə olmasın! Gözümü açmadan yumulu şəkildə "Fiko, mənə ağrıkəsici gətir atım" dedim. Lauraya hec nə deməyəcəkdim. Onsuzda məni adam yerinə qoymurdu...
Dəqiqələrin ardında yanımda hərəkətlənmə hiss etdiyimdə "Al, iç..." dedi, həmin səs. Gözlərimi açdığımda, yanımda bir əlində dərman, digəd əlində bir bardaq su olan Lauranı gördüm. Ona təcüblə baxdığımda "Al, al qorxma. Zəhər deyil" dedi. Nə əcəb, O gətirmişdi?
Əlindən dərman ilə bardağı aldım. Dərmanı atdığımdan sonra bardağı ona uzatdım. Bir bardağa baxdı, birdə mənə. Üzündə şeytani bir gülüş yaranması ilə, bardaqdakı suyu üzümə atdı. Saçımdan aşağı, üzümə tərəf axan suyu əlim ilə silməyə çalışdım.
Bir yandanda ona əsəbi baxışlar atıb "Ən nifrət etdiyim seydi!" deyə bağırdım. Həqiqətən nifrət edirdim, suyun üstümə tökülməsinə!
"Məncə sənə belə yaraşdı. İslanmış oduna bənzədin. İslanmış odunlar yanmaz" dedi, otuz iki dişini ağardıb.
"Səni belə su etsəm xoşuna gələr?!"
"Həə, gələr. Tanrının yaratdığı sudu"
"Allahın yaratdığı su"
"Bizlər Tanrı deyirik! Düzəltməyinə ehtiyyacım yox idi!"
"Off Laura!" deyərək, ayağa qaxmalı oldum. Üstümdə su olmuşdu. Belə edəcəyini bilsəydim, suyun hamısını içərdim!
"Deyirəm o suyu mən elə tökmüş olsaydım, bu gün artıq birim olardı. Bir həftə sonrada yeddim" dedi, Fiko gülərək.
"Hələdə çox gec deyil, Fiko. İstəyirsənsə təşkil edə bilərəm!"
"Yox qalsın, qalsın. Mən yaşamaq istəyirəm"
"Siz masaya keçin, mən üstümü dəyişim gəlirəm" deyib, irəli bir addım atdım. Amma ağrıdan hərəkət edə bilmədim. Üzümü büzüşdürüb qaldığımda, Laura qolumu öz çiyninin üstünə ataraq "Yavaş - yavaş yeri" dedi. Mənə kömək edirdi?
Otağıma onla gəlib çatmışdım. Laura gardirobumdan köynək seçərkən, məndə üstümə olan qısa qol futbolakanı çıxartdım. Üzünü mənə döndüyündə "Otaqda qız olduğunu unutmusan?" dedi.
"Baxmasan, görməzsən"
"Çoxbilmiş, çoxbilmiş danışma!"
"Sən mənə baxmağa davam edəcəksən? Yoxsa əlindəki futbolkanı mənə verəcəksən?"
Yanıma gəlib, köynəyi mənə uzatdığında gözü bədənimdə yerləşən dünəndən qalma yaralara sataşdı. Bədənimin hər nahiyəsində qızartılar vardı. Hələdə çəkilməmişdi. "Bu qədər bərbad olduğunu bilmirdim..." deyib, əlini sol sinəm üstü tərəfdə yerləşən yaranın üstünə gətirməyə başladı. Barmaq uclarını azca qızartının üstünə dəydirdi. Toxunduğu, hər nöqtə yanırdı sanki...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 872
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri