Ağ Kəpənək (43-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 3321
Səs ver:
(səs: 0)
Sərdar'ın dilindən
Dünənki gecəyə görə, sabah açıldığında ayağa qalxıb öz əllərim ilə səhər süfrəsi hazırlamışdım. Balaca xanımımız çoxdan masa arxasına əyləşmişdi. Mən isə qaynadılmış yumurtanı soyuq suyun içində gözlətməklə məşğul idim. Səbrim qalmamışdı, onun hərəkətlərinə. Məcbur dözməyə çalışırdım. Soyuyan yumurtaları boş qaba yığıb, mətbəxdən çıxdım. Qabı masaya yerləşdirib, Lauranın yanına oturdum. Bir yumurtaya baxdı, birdə mənə. Dodaqlarını qarşıya gətirib, bezgin halda əlini çənəsinin altına yerləşdirdi. Yüz faiz nəsə xoşuna getməmişdi yenə. Boşuna kapriz demirdim ona. "Yumurtanı nə vaxt soymağı gözləyirsən?" dediyində, nəydən narazı qaldığını başa düşdüm. Balaca xanımın yumurtasını qabıqdanda biz çıxardacaqdıq! Yumurtanın birini əlimə alıb, soymağa başladım. Soymağa davam etdikcə, deyinməyidə ehmal etmirdim. Yumurtanı soyub bitirikdən sonra qabına qoydum. Eləcə yenə yumurtaya baxdığını gördüyümdə, dayana bilməyib "İndi nə? Sənə əziyyət olacaqsa, yumurtanıda mən yeyim!" dedim. Başını 'yox' mənasında yellədib "Yumurtanı iki yerə böl. Mən sarısını yeməyi xoşlamıram" dedi. Elə bil, beş yaşlı balaca qız uşağı idi. Nə istəyirdisə, elətdirməklə məşğul idi. Yumurtanı alıb iki yerə bölərək sarısını çıxartdım. Ağ hissəsinindən bir parça bölərək ona uzatdım. Yumurtanı əlimdən almayıb, ağızını açdı. Öz əllərimlə ona yeməkmi verirdim mən?
Yumurtanı işthasız şəkildə yediyini gördüm. Yəqin, bəyənməmişdi. Nəyi bəyənirdiki, bunuda bəyənə! "İştahla niyə yemirsən?" deyə soruşdum.
"Mən qaynadılmış yumurta sevmirəm"
"Sevmirdinsə, qaynatdığımı gördüyündə niyə nəsə demədin?"
"Nə bilim. Həvəs etmişdin, məndə həvəsini qırmadım"
"Qalxım, yağa yumurta vurum. Bəlkə elə sevərsən" deyərək, ayağa qalxmağa çalışdım. O isə masanın üstündə olan əlimdən tutub məni saxlayaraq "Lazım deyil, əziyyət çəkmə. Pendir falanla idarə edərəm bu günlük" dedi.
Nə dedi, nə dedi? Əziyyət çəkməmi dedi? İçinə mələkmi qaçmışdı? Qalxdığım kimi yerimə təkrar oturub "Qızdırman yoxduki?" dedim.
"Qızdırma nə əlaqə?"
"Məni əziyyətə salmaq istəmədində, dedim yəqin qızdırman falan qalxıbki belə dedin"
"İstəyirsənsə salım. Mənim üçün hava xoşdu!"
"Yox lazım deyil. Sən elə həmişə belə qal"
"O mənim keyfimə baxar!"
"Sən bu gün bütün günü tək olacaqsan evdə. Bir az işlərim var. İşlərimi həll edib elə gələcəm"
"Mənim yemək işim nə olacaq?"
"Ancaq mədəni düşünürsən! Başının çarəsinə baxarsan. Çöldən bir seylər sifariş edərsən"
"Qorumaların evin ətrafında olacaq?"
"Əlbətdə. Yoxsa qorxursanmı?"
"Bir az təklikdən qorxuram... Çalış, tez gəl"
Başım ilə 'yaxşı' işarətini edib, yanından qalxdım. Normal ünsiyyət qurmaq alınırmış sən demə. Ona görə, neçə vaxtdı işlərim ilə məşğul ola bilmirdim. Bu gün növbə işlərimdə idi. Evdən çıxıb maşınıma minərək yola düşdüm. Gedəcəyim ilk yer kiçik obkeytlərimdən biri idi. O obeyekt, kənardan ev alqı - satqısı kimi görünürdü. Amma çox vaxt xırda danışıqları orda həyata keçirdirdim. Obyektə gəlib çatmışdım. Həflərdi bura üz tutmadığımdan işlər yığılıb qalmışdı. Buranı Asif adında bir oğlan idarə edirdi. Hec kəs şühbələnməsin deyə normal olaraqda ev alqı satqısı ilə məşğul olunurdu. Həftə içi mal almağa gəlib gedənləri müzakirə etdiyindən sonra işim qalmadığını görüb iş otağından çıxmaq istədim. Qapını açıb dəhlizə çıxmaq istədiyimdə qulağıma tanıdıq bir səs gəldi...
"Kirayə ev axtarırdım. Sizdə belə evlər mövcuddur?" deyən, həmin tanış səsi eşitməyim ilə olduğum yerdə qaldım. Onun nə işi var idi burda? Buranın mənim olduğunu bilmirdimi?! İllər sonra Xəyalənin səsini eşitməyim, təsadüf idimi deyildimi? Bircə anlıq məndə yaranan şokdan çıxmağı bacarıb, özümü otaqdan çölə atdım. Qapını möhkəmcə çırpdığımda, Asif ilə Xəyalənin gözləri mənim tərəfə düşdü. Mənim isə baxdığım tək nöqtə Xəyalə idi. Xəyaləyə elə nifrət edirdimki, onu burda öldürəsim vardı...
"Sərdar..." dedi, təcüblə... Onun təcübünə aldanmaq fikirim qəti yox idi. İri adımlarla yanına yaxınlaşıb "Sənin nə işin var burda?!" dedim. Məni həyata, insanlara küsdürdüyü azmış kimi birdə qarşıma çıxmışdı...
"Mə - n, məən kirayə ev axtarırdım..."
"Şəhərdə başqa, ev alqı satıqısı ilə məşğul olan adam qalmadı, gəldin mənimi tapdın?! Məndən buna inanacağımı gözləyirsən?!"
"Buranın sənin olduğunu bilmirdim"
"Çox gözəl bilirdin! Sənin məndən istəyin nədi hə?!" deyərkən, əsəbimə daha çox hakim olmağı bacarmadım. Onun qolundan möhkəmcə tutub, sürükləyərək qapıdan çıxardıb çölə itələdim. Tarazlığın saxladığından yerə yıxılmadı. Dik - dik mənə baxmağa davam etdi. Hələdə eyni üzsüzlüyü qalmışdı! "Bu illər sonra ilk qarşılaşmamız idi. Amma son olmayacaq..." deyərək, arxasını döndərib yolun üzünü tutdu. Əsəbimdən burnumdan nəfəs alırdım. Hər sey ona görə olmuşdu... Ona görə, mən belə bir insan olmuşdum. O məni hec sevmədi... Hər zaman sevirmiş kimi göstərdi, amma sevmədi...

***

Evə üz tutduğumda axşam idi. Amma məndə yaranan əsəb hələdə keçməmişdi. Keçmiş xatirələrin hər birisi təkrar canlanmışdı. Evə daxil olduğumdan Lauranın üzünə baxmadan, qonaq otağında yerləşən divana oturdum. Bərbad günümün sonunda evə üz tuta bilmişdim...
"Axırki gəlib çıxa bildin" dedi, sevincli səslə. Amma onun sevincli səsidə, beynimin içinə toxunmuşdu. Divanın başının yan hissəsinə qədər gəlib dayandığını hiss etdim. Hiss edirdim, əsəblərimə toxunmasına az qalmışdı...
"Sərdar gəldiyinə görə, qalxıb meyvə soya bilərsən? Ürəyim meyvə istəyirdə" dedi.
Dediyim kimidə olmuşdu. Mənim gəlməyimi buna görə istəyirmiş...
Başımı onun tərəfə döndərib "Sənə hec nə etməyəcəm! Çox canın istəyirsə qalxıb özün edərsən!" dedim. Qaşlarını çatmaqla yanaşı, alınınıda büzdü. Hər iki əlini sinsəsində birləşdirib "Canım meyvə istəyir. O meyvənidə sən soyub gətirəcəksən!" dedi. Bu dəfə həqiqətən hec nə etmiyəcəkdim. Onun bu hərəkətlərindən bezmişdim! "Sənə etmiyəcəm dedim! Bunun nəyini başa düşmək istəmirsən?!" deyə, səsmin tonunu bir pillə yüksəltdim. Artan səsimi hiss etdiyində, bir adam arxaya adım atdı. Başa düşməz gözlər ilə susub mənə baxdığında, danışmaq üçün təkrar dodaqlarımı araladım. Danışmasaydım, məni başa düşməyəcəkdi!
"Bezmişəm. Sənin bu hərəkətlərindən bezmişəm mən. Bu ərköyünlüyün, şıltaqlığın, uşaqlığın məni bezdirib. Başa düşə bilirsən bunu?! Hər istədiyini insana elətdirirsən, ancaq onu istəyirəm bunu istəyirəm deyirsən. Bezdirmə insanı Laura, bezdirmə... Soyutma məni evimdən... Mən sənə görə evimədə gəlmək istəmirəm daha. Məni rahat nəfəs almağa qoymursan!" dedim
Əsəblə danışmışdım. Və əsəbim onun qəlbini qırmağa bəs etmişdi. Çünki, üzünün şən siması düşmüşdü. Hər dəfəkinin əksinə, səssiz sakit dayanmışdı. Gözlərinin dolduğunu gördüyümdə, baxışlarımı ondan çəkdim. Onun pis olması, mənim haqqlı olmadığım mənasına gəlməzdi. Dibinə qədər haqqlı idim mən.
"Evə indi gəlmişəm. Gələn kimi mənə iş buyurursan. Məndə olan əldən səndə də var. O əldən, bir sey eləmək istifadə etməyəcəksənsə niyə üstündə gəzdirirsənki?! Həqiqətən düz deyirəm. Arada əlinin olduğunu xatırlamalısan. Və bunu sənə ilk və son dəfə deyəcəm. Mənə bir daha iş buyurma! Öz işini özün gör!" dedim
Başımı qaldırıb təkrar ona baxdığımda, boynunu büküb çiyinlərin özünə çəkdiyini gördüm. Deyəsən, onu qorxutmuşdum...
Səssizliyinin və sakitliyinin ardına dodaqlarını aralayıb "Seyy... Sey etmişdim mən..." deyə, danışmağa başladı. Səsi o qədər incə və qırılqan çıxmışdıki güclə eşidə bilmişdim. "Nə etmişdin?" dedim, ayağa qalxıb. Ayağa qalxdığımı gördüyündə, təkrar geriyə bir addım atdı. Dərindən nəfəs alıb, alt dodağını dişlədi. Nəfəsini çölə verdiyində, gözlərini yuxarı qaldırıb "Mən sənin, mənim haqqımda belə düşüncədə olduğunu bilmirdim. Sənə elətdirdiyim hər sey adına, üzr istəyirəm səndən... Mən, mənim nazımı sadecə Danielin çəkdiyini unutmuş kimi davrandım. Danielden başqasının mənim nazımı çəkməcəyini bilməliydim" dedi. Səsindən qəhər axmışdı...
Gözlərini mən tərəfə endirib, mənə baxdı.
Üzündə xırda təbəssümlər yaratmağa çalışıb "Mən yaxşı alınmasada, öz əllərim ilə sənə limonlu kek etmişdim... Hazır çayda dəmləmişdimki, sən gələndə bərabər oturub film izləyərik. Keksi edib yorulduğumdan, meyvənidə sənin eləməyini istəmişdim. Belə sözlər deyəcəyini bilsəydim, inan ağzımı açmazdım. Nəysə... Zamanı geri qaytara bilmərik. Keksdə, çayda hazır vəziyyətdə səni mətbəxdə gözləyir. Onlarla bərabər tək başına film izləyərsən. Gecən xeyirə qalsın. Mənim artıq yuxum gəldi. Mən yatmağa gedirəm" dedi. Qırılmadığını bəlli etməməyə çalışsada, hər halından qırıldığı bəlli idi. Əsasda gözlərindəki hüzun dolusu, baxışlarından...
Arxasını mənə döndərib, sürətlə piləkana tərəf yaxınlaşıb yuxarı çıxdı. Gözüm mətbəxə sataşdı. Mətbəxə yaxınlaşıb qaz sobasının digər yanında duran, qaba yerləşdirmiş keksə baxdım. Mən həqiqətən odun idim. Odun! Necə alacaqdım indi onun könlünü? Üstümə getməyə çalışmamışdı. Çox sakit dayanmışdı. İnsan sakit qalanda, çox incənərdi. Of Allahım! Dediyim sözləri necə geri götürəcəkdim? Canın yandığını bilə - bilə, necə elə sözlər deyə bildim ona? Ya çıxıb getmək istəsəydi? Yox, mən onun çıxıb getməsini istəmirdim...
Ağılıma gələn bu fikirlə, yuxarı çıxdım. Otağının qapısını döyüb, qapını açdım. İçəridə gördüyüm mənzərə isə, Lauranın ortalığa tökülmüş geyimləri idi. Həmin geyimləri yerə oturaraq, çamadana yerləşdirməyə çalışırdı. Qapını örtüb yanına gələrək "Hər zamanki, kimi çıxıb getmək istəyirsən..." dedim. Onun qarşısına oturub, ona baxdım. O, isə başını aşağı salıb geyimlərini yığmaqla məşğul idi.
"Bu dəfə artistlik etmirəm, həqiqətən getmək istəyirəm... Bu gecəlik qalıram. Səhər açılanda getmiş olacam. Ev sənindi. Ev sahibi sənsən. Mən sənə niyə əziyyət verməliyəmki? Öz evində, səni rahat yaşamağa qoymurmuşam...
Mən uşaqlıq edirmişəm... İndi böyük kimi rəftar edib gedəcəm. Canını məndən qutaracaqsan..." dedi
Əlini qara rəngli köynəyinin üstünə atdığında, biləyindən tutub saxladım. Canını ondan qutarmaq istəyən kim idiki? Başını qaldırıb əlini saxladığıma baxdığında "Məni saxlamağa çalışma..." dedi. Tamda, dediyini edəcəkdim! Aramızda olan çamadanı çəkib, ona yaxın olaraq tam qarşısına keçdim. Digər əlim ilə əlindən tutub "Hec yerə getməyəcəksən. Laura, mən bu gün çox pis gün keçirtdim. Onun hirsini səndən çıxmağa çalışdım. Amma bir daha belə sey yaşanmayacaq. Səni incitməyəcəm. Çünki mən səni incidəndə, özüm sonra it kimi peşman oluram..." dedim. Əlini əlimdən çəkmək istədiyində, bir əlimi əlindən çəkdim. Amma boşda qalan həmin əlimi onun belinə keçirədərək, onu özümə daha çox yaxınlaşdırdım. Mənə qalib gələ bilməcəyini görüb "Off! Ağılım dediyin sözdə qaldı. Pis gün niyə keçirtmisən?" dedi. Sualına cavab verməyi düşünürdüm. Onu itirməmək üçün, onunla açıq danışacaqdım. Hec uzatmadan "Xəyaləni gördüm..." dedim. Gözlərini məndən qaçırdıb, aşağı saldı. Xəyalənin adını çəkdiyimə görədə, pis ola bilərdi...
"Laura nə istəsən, sorğu sualsız yerinə yetirəcəm daha. Bir azda nazını mən çəkmək istəyirəm... Sənə hər sey yaraşır. Nazlanmaqda, şıltaqlıqda, uşaqlıqda... Mən odunu bağışlaya biləcəksən? Könlünü almaq üçün əlimdən gələn hər seyi etməyə hazıram. Meyvənidə soyub gətirəcəm" dedim, kor peşman olaraq. Gözlərini gözlərimə dikib, gur kipriklərinin arasından maviləri ilə baxmağa davam etdi mənə. Baxışmasını kəsib özü tam dibimə gəlib girdi. Dizlərini belimə dolayıb, əlləri ilədə boynumu sararaq "Prenses çarpayısında uzanmaq istəyir. Məni yerimə apar" dedi. Bir əlimi yerə qoyub, dəstək alaraq ondan möhkəm tutub ayağa qalxdım. Onunla çox yaxın idim. Bu yaxınlığımızın dərəcəsinə görə, qoxusu yenə burnuma dolmuş vəziyyətdə idi. İki addımlıq yol idi, onu çarpayıya qoymaq. Amma mən ondan əl çəkə bilmirdim...
Özümdən aslı olmadan başımı, boyun girəcəyinə bir balaca yaxınlaşdırmağa başladım. Gözümü yumub, gül qoxusunu daha dərindən hiss etdiyimdə "Möhtəşəm qoxursan..." dedim.
Səsli şəkildəmi demişdim? Tez gözümü açıb geri çəkildiyimdə, Lauranın güldüyünü gördüm. Allahdan xoş qarşılamışdı...
"Qorxumu hiss edirmişsən?"
"Həə..."
"Nə vaxtdan?"
"Kəmərini taxtdığım gündən etibarən"
"Qoxlamaq istəmisən məni?"
"Sualların əsas mənbəyini başa düşmürəm"
"Çarpayıya aparsan məni, səni başa salacam"
Dəqiqələrdi belə qaldığımızı mənə xatırlatmışdı. Çarpayısının yanına gəlib, onu çarpayısına uzatdım. Getmək istədiyimdə əlimdən tutdu. Boş qalan əlini çarpayısının digər hissəsinə dəydirib "Getmə... Sənə veriləsi suallarım var" dedi. Bu gün bu yaxınlıqdan ölməsəydim, dəqiq məni başqa hec nə öldürməzdi. Boş qalan yanına keçib, dirsəyimi yerə basdıraraq əlimi başımın altına keçirib "Ver suallarını..." dedim. Mənim dibimə tam girib, gözünü qrıpmadan mənə baxaraq "Az əvvəlki sualım hələdə cavabsız qaldı. Qoxlamaq istəmisən məni" dedi.
"Bu sualın cavabı səni bu qədər niyə maraqlandırır?"
"Çünki bilmək istəyirəm. Mənə uşaqca yanaşırsan yoxsa bir qadın kimi"
"Laura bunun nə fərqi var"
"Sərdar mən bu yaşıma gəlib çatmışam. Bu yaşıma qədər sevgilim olmayıb... Düzdü danışdıqlarım olub. Amma hec kimə şans verməmişəm bu mövzuda. Görüşdüyüm insanlarlada, təmasdan qaçmışam. Ancaq məndə gənc qızam. Mənimdə hisslərim var...
Sənlə qurduğum bu yaxınlığı hər adamla qura bilmirəm. Tək səndə aşa bilirəm bu hissləri..."
"Səni bu hisslərdən məhrum edən mənəm... Səni məhrum etməsəydim, səndə hər kəs kimi olacaqdın. O qədər peşmanamki, bu mövzuda..."
"Mən daha əvvəlki tək fikirləşmirəm, keçmiş illəri... Olan seyi geri qaytara bilmərik. İrəli baxmağın vaxtıdı..."
"Mən düz başa düşdüm? Sən sənə toxunmağımı istəyirsən?"
"Toxunmaq deyildə, xırda hərəkətlər ilə məni başdan yaratmağını istəyirəm. Məni öyəşdir... Mən insanlardan qaçmaq istəmirəm. Mən bir seylər bacarmaq istəyirəm" deyərkən, baxışlarını məndən qaçırtdı. İstədiyi çox böyük bir sey idi. Onun yaralı ruhuna toxunmaq mənim nə həddimə idi?
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri