Ağ Kəpənək (44-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 027
Səs ver:
(səs: 1)
Bir tərəfim yanından qalx deyirdi. Digər tərəfim isə yanında qal. Arada qalmışdım...
Baxışlarımı ona çevirdim. O, isə böyük cəsarətlə məni izləyirdi. Donub qaldığımı gördüyündə, əlinin hərəkət etdiyini gördüm. Aşağı baxdığımda, köynəyinin ətəyinin yuxarı qaldırmaqla məşğul idi. Bunu mənə niyə edirdiki? Açdığım yaraları sarmaq o qədərdə asand bir sey deyildi...
Köynəyin ətəyini yarıda saxlayıb, əlimdən tutdu. Əlimi göbəyinin tam üstünə yerləşdirib "Sadecə, yaralarımı sar..." dedi. Adam öldürmək deyildə, bunu etmək daha çətin gəlmişdi. Ancaq özümü onun gözəlliyinin sehrinə qapdırıb, barmaq uclarımı onun bədənində hərəkət etdirməyə başladım. Bir gözüm onun üstündə idi. Üzünün hər cizgisindən necə acı çəkdiyi görünürdü. Ona bu acını yaşadanda mən idim... Baş barmağım ilə göbəyinin ətrafını saat əqrəbi kimi gedib gəlirdim. Onun üzünə tərəf əyilib tam göz bəbəklərinin içinə baxdım. Dolmuşdular... Ağlayacaq kimi idi. Niyə özünə bu əziyyəti çəkdirmək istəmişdi? Kimə, nəyi sübut etməyə çalışırdı? Dodaqlarını büzdüyünü gördüyümdə, onun bu halına daha çox dayana bilməyib "Davam etməyə bilərəm..." dedim. Bu sözümü gözləyirmiş kimi, üzünə ağlaq formada bir təbəssüm gəldi. Əlimi tez göbəyinin üstündən çəkib, köynəyinin ətəyin aşağı çəkdim. "Yaralar bir gündə sarılmaz..." deyərək, üzünə düşən saçlarını qulaq ardına verdim. İndi o qədər məsum baxırdıki, mənə sanki bütün gün məni əsəb etməyə çalışan insan bu deyildi. Bir başqası idi. Dodaqlarının arasından "Bu gecə bərabər yataq?" kəliməsi töküldüyündə, gözümü qırpdım. İşığı söndürmək üçün yanından ayağa qalxdım. İşığı söndürdükdən sonra təkrar yanına uzandım. Yanına uzanmağım ilə başını sinəmə yasladı. Məndə boş dayanmadım... Qollarım ilə onun bədənin sardım. İndi qorunmağa ehtiyyacı olan balaca uşaq tək görsənirdi. Məndə onun bu yanın sevirdim. Onun düzənli nəfəs alıb verməsindən, yatdığını başa düşdüyümdə, məndə gözlərimi yumdum. Deyəsən, ən gözəl gecəm idi bu gün...
Yuxudan çoxdan ayılmışdım. Normalda bu saatda ayaq üstə olsamda, hələdə çarpayıda idim. Lauranın mələk kimi yatışını izləyirdim...
Qalxıb getməli idim. Gedə bilmirdim. Məni nə isə tutub saxlayırdı. Onu diqqətlicə izlədiyimdə, kipriklərinin tərpənişi ilə onun yanından bir az geri çəkildim. Bir az sonra gözlərini açdı.
"Mən nə qədər yatmışam" deyib, gözlərini təkrar yumdu. Filmlərdə belə olmurdu. Sabahın xeir sözünü niyə deməmişdi? Nə də mənim deməyimə şərait yaratmamışdı. Gözlərini təkrar açdı. Yuxulu olduğundan gözlərini qısıb "Sənin yanımda nə işin var?" dedi. Dünəni unutmuş kimi edirdi... Kefimi pozmasını istəmədiyim üçün, çarpayıdan qalxıb "Mən aşağı yemək hazırlamağa düşürəm. Xüsusi olaraq nəsə istəyirsən?" dedim. Kinayə ilə gülüb, başını yellədi. Bu gülüşünü sevməmişdim.
"Qeydimə qalırmış kimi, etmə" dedi
"Laura səhərin üzü indi açılıb. Nə olarki, xoş bir üz görsətsən?"
"Mən yuxudan ayılanda belə oluram. Özümü ruhi xəstə kimi aparıram"
"Yaxşıki, boynuna alırsan. Mən sənə gözəl süfrə hazırlayacam, səndə mızmızlanmadan yeməyini yeyəcəksən"
"Of! Bu yemək söhbətinə bu qədər niyə taxdın. Elə bil, içinə mələk girib. O mələyə de, mənə az yaxşılıq etsin"
"Dünən gecə..." deyə, sözə başladım. Dünən gecəni unutmuş kimi təftar etməsi, canımı sıxmışdı. Yenə başa qayıtmışdıq. Sözümün ardını gətirməyimə imkan verməyib "Dünən gecəni yaddından çıxart. Dünən gecə hec nə olmayıb. Sən sadecə mənim ehtiyyaclarımı qarşılamaq üçün varsan" dedi. Məni daha nə qədər yerin dibinə sala bilərdiki? Bax, son ifadəsi ilə məni yerdən yerə vura bilərdi. Vurduda...
Ona hec nə demədən otağından çıxıb aşağı düşdüm. Son günlərdə Fiko gözümə görsənmirdi. Haralıqda ölüb batmışdı? Nə işlər çevirirdi?

Süfərini hazır etdim. Masa üstünə dilimlənmiş çörək qabısını yerləşdirdiyimdə, Lauranın piləkandan aşağı düşdüyünü gördüm. Altında çox qısa mavi rəngli şort, üstündə isə ağ rəngli ipli və göbəyi açıq köynək vardı. Daha doğrusu bunlar pijama idi. Masaya tərəf gəldiyində "Geyindiyin nədi?" dedim, sərt çıxmağa çalışmayaraq. Arxası mətbəxə tərəf olan stollardan birin çəkib əyləşərək "Geyimdi. Görmürsən?" dedi. Görünəcək kimi deyildi!
"Görünmür" dedim
"Bu sənin öz problemindi"
"Evin bir tərəfi, şüşə qapıdan ibarətdi. İçəri görsənir. Çöldə də nə qədər qoruma var"
"Ee? Bundan mənə nə? Sözü nəyə gətirirsən?"
"Üstünü dəyişib normal bir seylər geyin"
"Sənin bu taxıntıların məni bir gün öldürəcək! Geyimi boş verdə, mən marketə getməliyəm"
"Nə lazımdısa de, çöldəki uşaqlar alsın"
"Onların alacağı bir sey deyil. Özüm almalıyam"
"Nə alacaqsanki?"
"Bez"
"Bezi neynirsən?"
"Adət vaxtıma az qalıb, lazımdı" dediyində, bir balaca utandım. Bu evdə Lenada yaşamışdı. Amma ondan belə sey eşitməmişdim.
"Maşallah, həm açıq geyinməyi bilirsən həmdə açıq danışmağı" dedim
"Normal seydi, nəyin gizlədim? Həm məni sorğu suala tutan sən idin"
"Yaxşı. Gedib alarıq"
"Əlbətdə almalıyıq. Daniel olsaydı, özü almışdı. Sən bacarmarsan deyə, mütləq özüm getməliyəm"
"Sizin ailədə olan genişlikdə, hec kimdə yoxdu da. Bir yaşıma daha girdim" dediyimdə, şüşə qapıya qorumalarımdan biri yaxınlaşdı. Sözümü yarımçıq kəsməli olub şüşəyə qapıya yaxınlaşıb, qapını açaraq "Eşidirəm" dedim. Nəsə olmasa, bura yaxınlaşmazdılar. "Xalid bəy gəlib. İçəri alaq?" dedi. Alsaqda olmazdı, almasaqda. Nə edəcəkdim indi? "İki dəqiqə yuvadın. Sonra qəbul edərsiz" dedim. Bu iki dəqiqədə vaxt qazanıb, Lauranı yuxarı çıxardardım. Lauranın yanına yaxınlaşıb "Yuxarı çıxmalısan" dedim.
"Niyə çıxıramki?"
"Evə adam gəlir"
"Adam məni tanıyır?"
"Məncə yox"
"Onda qorxusu yoxdu"
"Üstün düzgün deyil Laura. Yuxarı çıx"
"Çıxmayacam!"
"Ya səbr! Yuxarı çıxmırsansa, bu yerdəndə tərpənməyəcəksən!" dediyimdə, qapının zəngi basılmışdı. İki dəqiqə nə tez oldu?
Qapını açdığımda, Xalidlə əl görüşdüm. İçəri keçdi. Xalid düşman deyildi. Bir yaxın tanış idi. Ona görə onu evə qəbul etmişdi. İçəri keçdiyimizdə Laura ilə baxışları kəsişdi. Laura isə əlinə şokalad qabını alıb, qaşıq ilə yeməklə məşğul idi. "Sərdar, narahat etmədimki?" deyə, nəzakət yana soruşduğunda Laura gülümsünüb "Xeyir. Xoş gəlmisiniz" dedi. İşimə qarışmasa olmaz idi!
Xalid divana keçib əyləşdiyində, məndə tək kresloya əyləşib "Səndən nə əcəb? Darıxmısan mənim üçün?" dedim. Bir gözümdə Lauranın üstündə idi. Hələdə şokaladı yeməklə məşğul idi. Qabın sonuna çıxmasa dincəlməyəcəkdi. Şəkər xəstəsi olub gedəcəkdi başıma.
"Dedim gəlim baş çəkim sənə. Görüm nə var, nə yox" dedi
"Gördüyün kimi salamatcılıqdı. İşlərin necədi"
"İşlərdə bir az zəifçilikdi"
"Başa düşdüm. Borca pul istəyirsən?"
"Yox. Başqa söz deyəcəkdimdə. Amma..." deyərək, başın arxaya çevirib Lauraya baxdı.
Laura ona olan baxışı başa düşdüyündən "Narahat olmayın. Sözünüzü deyin. Mən özümü kar kimi apararam. Həmdə Sərdarın məndən gizlisi saxlısı yoxdu" dedi.
İlahi niyə belə idi bu qız? Məni dəli eləməklə məşğul idi! Xalid qarşıya dönüb, pıçıltı ilə "Bu qız kimdiki?" dedi. Baş bəlamdı, deyə bilmədim... Ya da ömrümü azaldanım. Yox buda olmadı. Bir sözlə əcəlim idi. "Tanış biridi. Güvənmək olar. Sən sözünü de" deyərkən, Lauraya yenə araya daxil olub "Sərdar qonağa hec çay təklif etmədin. Mən sizə çay süzüm gətirim" dedi. Başımdan aşağıya sanki, qaynar su töküldü! Qəsdən etmişdi. Onu bu geyimdə ayağa qaldırmayacağımı bilirdi!
"Sən otur. Mən çayları özüm süzəcəm" deyərək, ayağa qalxdım. Xalidin dodaqlarının arasından gülüş töküldü. Gülüşünü silməyə çalışıb "Bağışla. Birdən ikiyə səni çay verən görməmişəmdə, ona görə gülməyimi saxlaya bilmədim" dedi. Daha kimlər güləcəkdi bu halıma? Masaya tərəf yaxınlaşdığımda, Laura bardağını mənə uzadıb "Mənədə süzərsən, zəhmət olmasa. Olarsa, özüm qalxıb süzərəm" dedi. Bardağı əlindən möhkəmcə alıb, özümə tərəf çəkdim. Mətbəxə keçib isti olan çaydan süzdüm. Məni nə hala salmışdı. Mənim adım sanım vardı. Xarizmamı yerlə bir etmişdi. Xalid getdikdən sonra bunun bədəlin ödəyəcəkdi!
Lauranın çayın verikdən sonra, Xalidində çayın pismenin üstünə yerləşdirdim. Sözün deyib, tez getsəydi yaxşı olardı. Qaldıqca, Laura başıma çox iş çıxardacaqdı. Xalid çaydan yudumlayıb "Gələk mənim gəliş səbəbimə. İşlərim yaxşı deyil. Hec kimdən borc pulda istəmirəm. Mən qumar oyunu oynamaq istəyirəm. Bu dəqiqədə ən yaxşı qumarxanalar Danielindi. İcazən olsa, Danielin qumarxanalarına üz tutardım" dedi.
Onun bu sözü deməsi ilə, Laura öskürməyə başladı. Nə deyimki indi? Mən təmiz zibilin içindəydim. Bilirdim, ən yaxın tanışdı deyə mənim düşmanımın qumarxasına üz tutmaq istəmirdi. Buna görə icazə alırdı. Amma bilmirdiki, bacısı mənim evimdədi. Hətda bacısı ilə eyni otağı, eyni yatağı paylaşmışdım...
"İcazə sənin. İşin yaxşı deyilsə get, çoxlu pul qazan" dedim. Mənə minnətdar dolusu baxışlar ilə baxdı. Söhbəti uzatmadan getsəydi, çox gözəl olacaqdı. Çünki, Lauranı bu gedişlə tutmaq olmayacaqdı...

***

Xalidi yola salıb, qapını möhkəmcə örtdüm. Laura çoxdan ayağa qalxmışdı. Əsəblə onun yanına yaxınlaşıb "İnsanların içində mənə iş buyuruma!" dedim. Qəsdən etdiyi, bariz ortada idi!
"Mən sənə iş buyurmadım. Çayı özüm gətirəcəkdim. Sən qoymadın!"
"Bilə - bilə etdin!"
"Etmədim!"
"Etdin Laura, etdin!"
"Bir az əsəbini azaldsan?"
"Azalmır!"
"Mən azalda bilərəm"
"Necə?" deməyim ilə, dodaqlarını sağ yanağımda hiss etdim. Dodaqların yanağıma basdıraraq öpüş qondurub, geri çəkilmədən "Bax belə" dedi. Dediyi kimidə olmuşdu... Əsəb falan hec nə qalmamışdı. Hamısı uçub getmişdi.
Amma ona yalan deyib "Azalmadı..." dedim. Üzünə gülüş qondurub, dodaqların təkrar yanağıma basdırdı. Bu dəfə uzun öpüş qondurub "İndi necə? Yenə keçmədi əsəbin?" dedi. Əsəb keçmişdidə, yerində başqa seylər gəlmişdi. Hec düşünmədən, əlimi belinə atıb onu özüm tərəfə çəkdim. "Sən təhlükənin özüsən. Amma bu təhlükə mənə o qədər xoş gəlirki, əl çəkə bilmirəm..." deyə, üzünə tərəf fısıldadım. İnsan təhlükəyə tərəf bilə - bilə addım atarmı? Mən atırdım...
"Çöldən görsənirik. Əgər görsənməsəydik..." deyib alt dodağını, çoxbilmişcəsinə dişlədi. Çöl falan vecimə deyildi. İstədiyim, sadecə O idi. Onun mavi rəng baxan, baxışları. Boyunun arasından qoxan gül qoxusu idi...
"Görsənməsəydik nə?" dedim
"Hər sey indi başqa cür olardı"
"Nə olardı?"
"Yenə dizlərimi belinə sara bilərdim. Səndə məni qoxlamaq fürsəti tapardın"
"Buna hec kəs mane ola bilməz. Gəl bəri" deyib, digər əlimidə belinə atıb, onu qaldırmağa çalışdım. Bir balaca təkan verdiyimdə, artıq qucağımda idi. Ayaqlarını belimə möhkəmcə dolayıb, gülməklə məşğul idi. "Çox gözəl güldüyünü demişdim?" dedim, gözüm gülüşündə olarkən. Başını sağa - sola yellədib "Yox. İlk xoş sözün budu" dedi. Dünyadakı bütüm xoş sözləri haqq edirdi. Üzümü üzünə yaxınlaşdırıb, burnumu burnuna toxundurduğumda, əlləri ilə boynumu möhkəmcə sarıb içindən gülümsədi. Hər sey bir yana, gülüşünün belə gözəl olması, məni yox etməyə bəs edirdi.
Dünya yanır desələr, yenə onun gülüşün seyr edirdim. Yansın dünya... Mən onsuzda Lauranın odunda yanmışam... "Laura, o qədər gözəlsənki..." deyib, gözümü yumduğumda qulağıma qapının zəng səsi gəldi. Bu münasibətisiz kim idi bu vaxtı?
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri