Ağ Kəpənək (49-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 225
Səs ver:
(səs: 0)
Günlər sonra
Günlərdi evdən çölə çıxmırdım. Lauranın etdiyi bu hərəkəti qəbullanmaq mənə çox çətin gəlmişdi. O gündən sonra zəngdə edirdi, mesajda yazırdı. Amma mən hec birinə cavab vermirdim. Özümü otağıma kilitləmişdim. Mənə kömək edən isə, bir tək Dina idi. Dina tərəfdəndə özümü aldadırdım. Aydın həqiqətini bilə - bilə onunla bərabər olmuşdum. Bunu ona necə etmişdim? Məndə Laura kimi bir yalançı deyildimmi? Ürəyim ona bütün həqiqətləri danışmağı o qədər çox istəyərdiki, ancaq qarşımı kəsən bəzi seylər buna icazə vermirdi. Tutalım mən Dinaya hər seyi danışdım. Dina, məni tərk etib getdi. Qəlbimə daş parçası atıb, dözdüm onsuzluğa. Bəs onun halı necə olacaqdı? Aydının başına gətirdiyi oyunları bildiyində, yıxılmazdımı? Yıxılardı...
Və bu dəfə onu qaldıran, biriləri olmazdı. Mən ona görə susdurdum. Susmağada məcbur idim.
Mən öz düşüncələrimdə olarkən, otağın qapısı açıldı. Dina otağa daxil olub, pəncərəyə tərəf gedərək bağlı pərdələri kənara çəkib "Daniel dünya ilə kəsilən əlaqəni bərpa et. O çarpayıdan qalx ayağa" dedi. Onun sözlərini görməzdən gəlib yorğanı tam başıma çəkdim. İçim çox narahat idi bu gün. Sanki, nəsə baş verəcəkdi. Mənsə bunu əvvəldən hiss edirdim.
Çarpayımda ağırlıq hiss etdiyimdə, başıma çəkdiyim yorğanı aşağı salıb "Öz özünə dərdlənincə, get Laura ilə yenidən danış. Bir azda fikir etsən xəstə düşücəksən" dedi. Hec nə, olmazdı mənə...
"Xəstə düşsəm, bəlkə qədrimi bilər" dedim
"Mənsə səni xəstə olaraq görmək istəmirəm. Günlərdi eyni seyi təkrar edirsən. Yeyirsən, özünü bu yatağa atırsan. Mənim tanıdığım Daniel bu deyil"
"Sən olmasan, nə edəcəyimi bilməzdim. Sənin sayəndə yenə yaxşı olmağa çalışıram"
"Sən sağlam düşüncədə olmuş olsaydın, sənə bir sey demək istəyərdim"
"Nə haqqındadı?"
"İkimiz haqqında"
"Eşdirəm səni" deyərək, kürəyimi çarpayının başına yasladım. Başını aşağı salıb "Sey... Biz indi bərabər oluruq ha" dedi. Başını qaldırıb mənə baxaraq, alt dodağını dişlədi.
"Sözünü de, Dina. Can çəkişmə" dedim
"Ehtiyyasız davranırıq. Bilirəm, belə seyi düşünməyə vaxtın yoxdu ancaq mən düşünürəm"
"Bu nə demək olur?"
"Ehtiyyatı əldən vermək olmaz. Birdən hamilə qalaram. Mən isə uşaq istəmirəm. Mənim planımda uşaq yoxdu"
"Sənin planında yalnız Sərdarı məhv etmək var hə?!"
Əsəblərim tab gətirmirdi. Xəyalə bizi Sərdara satmışdı. Əlinə nə keçmişdi bilmirəm. Dinanın bütün planın alt - üst etmişdi. Malları əldə edə bilməmək, Dinanı daha çox qəddarlaşdırmışdı. Hər yerə, Xəyaləni tapsın deyə xəbər salmışdı. Hətda Əqrəbin adamları ilə birləşmişdi. Mən isə Dinaya, 'Dayan. Bəsdi' sözlərini deyə bilmirdim. Onu nifrətlə bəsləyib, böyütmüşdüm. Bu nifrətlə hər keçən gün, öz sonumu əldə etməkdə idim...
"Niyə bu qədər əsəbləşirsən? Düzdü o malları əldə edə bilmədim. Amma bu başqa nəsə etməyəcəyim, mənasına gəlmir. Gec - tez, Sərdar öz cəzasın alacaq. Və mən işlə, eşqi bir birinə qarışdırmaq istəmirəm. Bunu mənə öyrədən sənsən!" dedi
"Mən işlə eşqi çoxdan bir birinə qarışdırmışam. Mənim gözümdə, sadecə sən varsan. Sənsə ancaq nifrətini böyütməklə məşğulsan. Bu xoşuma getmir!"
"Mən sənin əsərinəm. Məni belə yaradan sənsən. Xoşuna getsədə, getməsədə bunu qəbullanmalısan!" deyərək, yanımdan qalxdı.
Xanım bu tərzdə əsəbləşməsini belə məndən öyrənmişdi! İndi öyrəndiklərin mənim üstümdə sınayırdı! Qapıya tərəf yaxınlaşıb, qapını açaraq çölə çıxdı. Qapını isə möhkəmdən örtdü. Arxasından "Sındı qapı!" deyə bağırdım. Qapı yenidən açıldı. Üzümə əsəblə baxıb "Sınmaq elə olmur!" deyərək, qapını bu dəfə daha möhkəm çırpdı. Mənə meydan oxuyurdu! Məndə qalxıb, otaqdan çölə çıxdım. Onu tapmaq üçün aşağı düşdüm. Mətbəxdən səs gəldiyini gördüyümdə, ora daxil oldum. Özünə çay süzməklə məşğul idi. "Nə işlə məşğulsan?" dedim, tavana baxaraq.
"Görmürsən? Çay süzürəm!"
"Mənədə süz"
"Sən çay sevməzsən"
"Olsun. Yenədə sənin əllərindən çay içmək istəyirəm"
"Əsəbiyəm Daniel. Əsəbim keçməyib"
"Məndə keçirtməyə çalışıram" deyib, ona məsumcasına baxdım. Görək bu baxış işə yarayacaqdı? İnsafsız mənə qarşı bir az yumşaya biləcəkdimi?
"Mavi gözlərini üstümdən çək" dedi, mənə yaxınlaşaraq. Onun üstünə bir adım daha atdım. Əlimi belinə keçirdib, onu özümə tərəf çəkərək "Bu imkansız bir seydi. Gözlərim gözlərinə aşiqdi" dedim. Bütün problemlərimi öz içimdə həll etməyə çalışarkən, onu qayğılarımdan uzaqlaşdırmışdım. Bir qadına isə qayğı göstərmək, şərt idi. Gözlərindən əsəbinin keçdiyini başa düşdüyümdə, dodaqlarını dodaqlarımın arasına aldım. Onu incə şəkildə öpməyə davam etdiyimdə, gözlərimi yumdum. Yalnızca, onu hiss etmək istəyirdim. Bu dünyanın yalnızca, ondan ibarət olmasını istəyirmişcəsinə...
Dodaqlarımı dodaqlarından ayırdığımda, alınını alıma yaslayıb "Sən mənə bütün gözəllikləri bəxş edirsən" dedi. Bütün gözəlliklərin içində, acı həqiqət vardı. Hansı ki, o həqiqətlər məni getdikcə küncə sığışdırırdı. Özümü zəif hiss etməyimə səbəb olurdu. İşin içinə sevgi qarışmasaydı, özümü belə hiss etməyəcəkdim. Mənsə sevmişdim. Özümü sevgiyə təslim etmişdim. Dəfərlərlə ondan uzaq qalmaq istədim. Araya məsafə qoydum. Amma onu hər gördüyümdə, hər sey yadımdan çıxdı. Özümə verdiyimi, sözlərimi unutdum. Mənidə ayaqda tutan sey, ona qarşı içimdə yaranan sevgi idi. Bunu, bir sevən başa düşəri. Birdə sevgidən əziyyət çəkmiş biriləri...

***

Hava qaralmışdı. İçimdə olan sıxıntı keçib getmək bilmirdi. Telefonu əlimdə tutmuşdum. Lauraya zəng etmək fikiri ağılıma dolmuşdu. Səsi üçün bu qədər çox darıxarkən, nəyin inadkarlığı idi bu?
"Hələdə zəng etməmisən?" dedi
"Fikirləşirəm. Zəng etsəm, nə danışacayıq?"
"Danışmağa bir sey taparsız. Gecikdirmədən zəng et"
"Yaxşı..." deyərək, telefonun ekranını yandırdım. Ancaq telefonuma başqa nömrədən zəng gəldiyini gördüm. Zəngi açıb, telefonu qulağıma yerləşdirdim. Zəng edənin kimliyi mənə sonradan məlum oldu. O qədərdə əlaqəm olmadığı, amma bu işlərdə yaxşı olan Cəfər zəng etmişdi. Bir az danışdıqdan sonra gülərək, "Sənə bir şad xəbər demək üçün zəng etmişdim" dedi. Onun mənə verə biləcəyi, şad xəbər nə ola bilərdiki?
"Şad xəbər? O nədi elə?" dedim
"Səni maraqlandıran bir xəbərdi. İlk məndən eşit istədim"
"Getdikcə daha çox maraqlandım. Sözünü de görək"
"Sərdar..."
"Sərdar nə?"
"Axşama Sərdarın evinə silahlı hücum var. Yəqin işin bitirəcəklər. Mənədə yaxşı yerdən xəbər gəldi" deyərkən, başıma bir ağrı daxil oldu. Ayaqlarım yer tutmazkən, yanımda olan divanın küncünü əlim ilə tutdum. Telefon arxasından məni dəfələrlə səslədiyində, telefonu söndürməsi üçün Dinaya uzatdım. Mənim bacım, O adamın evində idi. Bacımın həyatı təhlükədə idi...
Dina telefonu söndürər söndürməz "Danil qorxudursan məni. Niyə belə oldun?" dedi.
Getməli idim. Bir dəqiqə belə olsun, artıq vaxt itirə bilməzdim.
"Kimsə Sərdarın evinə silahla hücüm edəcək. Mənim bacım o evdədi, Dina. Laura ordadı... Mən gedirəm. Mən bacımı o evdə qoya bilmərəm" dedim
"Bu dəfə məndə gələcəm sənlə. Bacını bərabər xilas edəcəyik!"
"Öz düşmanında canını xilas etmiş olacaqsan..."
"Laura üçün dəyər... Vaxt itirməyək, Daniel. Onlara zəng etməliyik"
"Səni məhz bunun üçün sevirəm" deyərək, özümü ələ almağı bacardım. İndi güclənmişdim.
Dina ilə bərabər yola düşdük. Yolda nə qədər Lauraya, Sərdara zəng etsəkdə hec biri açmırdı. Bir tək Fiko zəngi açmışdı. Oda evdə yox idi. Ağılıma gec qaldıq düşüncəsi gəldiyində, dəli olurdum. Bəlkədə çoxdan atışma gedirdi. Laura silah səsindən qorxardı.
Sərdarın evinə Fiko ilə eyni anda gəlib çatmışdıq. Ona görə içəri keçməyim çox rahat olmuşdu. Yoxsa birdə qırx saat dərdimi başa salamaq vardı. Qapını açıb içəri keçdiyində, Dina ilə birgə məndə evə daxil oldum. Sərdarla Lauranın səsi mətbəxdən gəlirdi. Bizi gördüklərində irəli gəlməyə başladılar. Əsəbimə hakim olmağı bacaramayıb "O zibilə niyə baxmırsınız?!" dedim. Hec nə başa düşmədiklərini gördüyümdə "Telefonları deyirəm!" deyə, təkrar etdim.
"Nə baş verir burda? Yenə niyə gəlmisən mənim evimə?" dedi, Sərdar.
"Sənin malikənə çoxda maraqlı deyiləm! Bacımı xilas etməyə gəlmişəm"
"Kimi kimdən xilas edirsən?!"
"Az sonra evinə silahla hücum olunacaq basqından!"
"Nə? Kim dedi, sənə?!"
"Cəfər zəng etdi. Məndə çox sey bilmirəm. Amma silahla hücum olunacağını dedi. Mən bacımı alıb gedirəm!" dediyimdə, qulağıma silah səsi gəldi. Gec qalmışdıq! Gəlmişdilər!
"Fiko, tez yuxardan silahlardan gətir. Tez ol!" deyə, Sərdar dilləndiyində düşdüyümüz vəziyyətdən çıxış yolu axtarmağa çalışdım. Amma yox, bizim burdan qaçışımız olmayacaqdı!
"Dina, masa ətrafındakı stolları tez boşalat" deyərək, geniş masa kənarına yaxınlaşdım. Stolları masa kənarından atdıqdan sonra, Dina ilə köməkləşib masanı aşırtdıq. Silahlı atışmaya bizdə qoşulacaqdıq! Laura, Dina ilə bərabər masanın arxasında gizləndik. Silah səsləridə artıq eşidilməkdə idi. Lauranın qorxduğunu gördüyümdə "Qorxma hec nədən. Sənə hec olmaycaq!" dedim. Ağlar formada üzümə baxdığında "Mən səni çox incitdim..." dedi. İncitmişdi... Amma bunu danışmaq üçün nə yeri idi, nə də zamanı...
Dinanın masadan uzaqlaşdığını gördüyümdə "Hara gedirsən?!" dedim. Yeyəcəkdi, indi gülləni!
"Mən Fikonun yanına gedirəm. Özümü qorumağı bacararm" deyərək, əyilərək ona tərəf getdi. Fiko isə divanların arxasına saxlanmışdı. Bizim yanımıza isə Sərdar gəldi. Masanın digər başında O, digər başında mən vardım. Şüşə qapıya atılan güllərdən, bizə yaxın olduqları bəlli olduğunda hərəkətə keçdik. Ateş açırdım. Amma bu ateşlərin hara getdiyini bilmirdim.
"İnana bilmirəm. Mənə kömək edirsən" dedi, Sərdar atışmanın ortasında.
"Sənə görə qolumu belə tərpətmərəm! Bacıma görə burdayam!"
"Yenədə mənə kömək etmiş sayılırsan"
"Sərdar güllənin birini sənə sıxım? Sən mənim əsəblərimlə oynayırsanda! Lənət adamların hec bir işə yaramır!"
"Düşmanlar çoxdu, Daniel. Düşmanlar..." deyərək, masa kənarından azca çıxıb ateş açdı.
Lauranı oratda qoyub, Sərdara tərəf irəllədim. Çiynindən tutub özümə tərəf çəkərək "Başıma iş açma mənim! Bu yerdən başını belə çölə çıxartmırsan!" dedim. Azca yenə əyilib ateş açaraq, mən tərəfə gülərək döndü.
"Sən məni qoruyursan" dedi
"Həə sənə aşiq olmuşam! Ondan qoruyuram!"
"Məni sevdiyini bilirdim"
"Nə halın varsa gör! Ye gülləni!
"Sənin yolunda, ölmək belə gözəldi" deyərək, yenidən ateş açdı. Çöldə nə baş verdiyinidə bilmirdimki...
Amma şüşə qapılarının hamısının qırıldığını təxmin edirdim. Təxmin düz idisə, bir azdan bütün adamlar içəri evə toplaşacaqdılar. Elə olsa, bu evdən bizim ölümüz çıxacaqdı. Bu ağılsız Sərdarın belə seyi düşünəcəyi yox idi.
"Kömək çağır, Sərdar. Tək bacara bilməyəcəksən" dedim
"Çöldə kimin olub, olmadığını bilirəm"
"Yalandan təslim olduğunu de. Sonra onları gülləyə düzərik"
"Məntiqlidi. Amma həyatımız təhlükə altında olmuş olacaq"
"Belədə təhlükədiyik. Bir azdan evin içinə daxil olacaqlar"
Bu sözümdən sonra ayağa qalxıb "Dayanın. Təslim oluram" deyə bağırdı. Qismətdə, mənim sözümədə qulaq asmaq var imiş. Sərdar bir neçə dəfə bağırdıqdan sonra silah səsləri kəsildi. Yavaş - yavaş öz yerlərimizdən çıxmağa başladıq. İçəri ona yaxın adam daxil olmağa başladı. Gözüm Dina ilə Fikonun üstündə gəzdi. Hər adam başına üç adam düşürdü. Eyni anda, vursaydıq yoxa çıxardılar. Bu balaca cılız uşaqları yerə sərmək, çox zövq verici olacaqdı.
Sərdarda dönüb mənə baxdığında "İndii" deyib bağırdım. Hamımız eyni anda ateş açıb, qarşımızdakı insanları yerə sərdik. Bu mənə zövq verdiyində, içəri daha bir adam daxil oldu. Daha çox sağ ələ bənzəyirdi. Silahı Sərdara tuşlayıb "Şahinin sənə salamı var" dedi. Şahini fikirləşdiyimdə, adam silahın tətiyinə basdığını gördüm. Sərdara ateş açacağını gördüyümdə "Sərdar ehtiyyatlı ol" deməyim ilə, Sərdarı kənara itələməyə çalışdım. O an, qulağıma iki güllə səsi gəldi. Güllənin biri mənə dəymişdi...
Arxadan çiynimdən vurulmuşdum. Dönüb arxaya baxdığımda, adamın yerdə olduğunu gördüm. Qarşıma baxdığımda, adamı Dinanın vurduğunu gördüm. Amma gec idi...
Dizlərimi atıb aşağı çökdüyümdə, hamısı yanıma gəldi. Lauranın ağladığını gördüyümdə "Qorxma. Bu yaradan adam ölməz" dedim. Oysa, bu yara məni incitməyə başlamışdı.
"Sən özünü güllənin qarşısına niyə atırsan? Ya başqa yerinə gəlmiş olsaydı?!" deyə, Dina həm əsəblə həmdə qorxu ilə danışdı. Taqətim qalmadığında, dizlərim boşaladı.Yerə uzanmış kimi olduğumda, özümü Sərdarın qucağında tapdım. "Hanı, bəs mənə görə qolunu belə tərpətməzdin..." deyib, məni arxası üstə çevirməyə çalışdı. Mənim isə gözümün qarşısı getdikcə, qaralamaqda idi...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 225
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri