Ağ Kəpənək (50-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3492
Səs ver:
(səs: 0)
Dina'nın dilindən

2 həftə sonra

Əlimdə tutduğum hamiləlik testi iki xətt göstərirdi. Bəlkə, arzusunda olan qadınlar bu iki xəttə sevinərdi. Amma mən nə sevindim, nə də həycanlandım...
Arzusunda deyildim, bu körpənin. Hec vaxt bir körpəmin olacağını xəyal belə etməmişdim. Düşdüyüm bu vəziyyətə hazırlıqsız yaxalanmışdım. İndi nə edəcəyimidə tam dəqiq bilmirdim. İnsan ən az bir həycan keçirərdi. Oda yox idi məndə. İşin qəribə tərəfi ağlamırdımda. Qəlbim daşlamışdı. Başqa vaxtda, olmuş olsaydım indi saatlarla oturub ağlamış olardım. Saxlayımmı, saxlamayım deyə bir çıxış yolu axtarardım. Lakin, indi bunları düşünmürdüm. Çıxış yolum bəlli idi. İlk əvvəl Danielin nə istədiyini öyərəncəkdim, sonra ona xəbər vermədən bu uşağı aldıracaqdım. Necədə, sadəliklə aldıracağımı deyirdim...
Mən bizim, yeraltı dünyamıza uşaq gətirmək istəməzdim. Hər anım qorxu ilə keçərdi. Düşmanlar uşağın başına, bəla olardılar. Mən O, uşağı gücüm çatdığı qədər qoruya bilərdim. Gücümün isə nələrə qadir olduğunu bilmirdim.
Bətnimdəki körpə doğulsa belə, onun yaşayıb yaşamamağıda sual altında qalardı. Bu işin geci tezi vardı. Ona bağlanmadan, onu hiss etmədən bu işdən canımı qutaracaqdım...
Ayaq yolundan çıxıb, testi otağımda olan çəkməcənin orta gözünə atdım. Bunu zibilqabına atmaq təhlükəli idi. Ora atmış olsaydım, tez tapılardı. Hərçənd, hər kəs evinə dağılmışdı artıq. Bu iki həftə ərzində Laurada, Samueldə bizlə qalmışdı. Qardaşlarını tək qoymamışdılar. Danielində yarası dünən sağaldığından hər ikisi evlərinə getmişdi. Ev deyərkən, Laura Sərdarın yanına getmişdi. Niyə hələdə orda qalmağa davam edirdi, bilmirdim. Mən isə son beş gün idi halsız və yorğun idim. Mədəmin bulantılarından işin tərs getdiyini başa düşmüşdüm. Həm vaxtımdan keçmişdi. Başım çox qarışıq olduğundan, yadıma düşməmişdi. Bu gün isə hamilə olduğumu dəqiqləşmişdi. Otaqda olan güzgüdən özümə baxdım. Hamilələr beləmi görünürdü? Üz cizgilərimin dəyişdiyini hiss edirdim. Gözüm aşağı enərək, bətnimə sataşdı. O, indi mənim içimdə idi. Balaca bir sey olmalı idi. Anasının onu öldürəcəyindən xəbərsiz idi. Edəcəkdim. Mən hər saatı təhlükədə olacaq, bir uşaq dünyaya gətirmək istəmirdim.
Bizim ehtiyyatsızlığımızın bədəlin, O ödəməli deyildi. Əslində, hər sey sənin yaxşılığın üçün idi, körpə... Bunu dünyaya gəlməyərək, daha yaxşı başa düşəcəkdin...

***

Aşağı Danielin yanına düşdüm. Divanda uzanıb, şüşə qapıdan çölü seyr edirdi. Düşüncəli göründüyündən, yanına gəlib baş ucuna çökərək yerə oturdum. Məni gördüyündə, bir balaca təbəssüm etdi. Əllərimi saçlarına atıb, oxşamağa başlayaraq "Nə düşünürsən belə?" dedim.
"Laura ilə Samueli. Qaçıb getdilər. Məndə onlarsız darıxıram"
"Laura yenə Sərdarın yanına getdi. Onu ora bağlayan sey, nədi bilmirəm"
"Mənim bacımı yaxşı tanıyıram. Orda olmaq səbəbinində nə olduğunu gözəl bilirəm. Sərdara görə ordadı. Sərdarı özüdə bilmədən sevir"
"Silahın qarşısına onun üçün atladın?"
"Silah mənim çiynimə dəydi. Ya Sərdarın başqa yerinə dəysəydi? Ona nəsə olmuş olsaydı, Laura özünə gələ bilməzdi"
"Yenə bacını düşünmüsən... Amma bu işin sonunda bacının üzələcəyini bilirsən. Gec ya tez, O Sərdar məhv olacaq" deyibdə, həycanla danışdım. Həycanlandığımdan içim qəribə oldu. Mədə bulantının gəldiyini hiss etdiyimdə, Danielin yanından ayağa qalxdım. Tez sürətlə, mətbəxə daxil olub bir bardaq su süzərək içməyə başladım. Su, mədə bulantıma yaxşı gəlirdi. Sudan içdikcə, Daniel yanıma gəldi.
"Günlərdi bu hal səndə davam edir. Yaxşısan sən?" dedi
Mədə bulantımın olduğunu hardan bilirdiki... Yaxşısı bir sey deyib, keçişdirməyim idi.
"Hə yaxşıyam. Sən mənlə maraqlanmaq əvəzinə, özün ilə maraqlan! Yaralanan sənsən!" dedim
"Bu qədər əsəbləşəcək, nə dedim sənə? Qeydinə qalmaqda günahdı?"
"Soruşma məndən hec nə. Elə bil uşaq falanam mən. İnsanı sıxırsan"
"Dina sən hec normal deyilsən. Elə bil narkoz alan mən deyil, sənsən. Bir az özünə gəl. Nə deyirəm, əsəblə cavab verirsən. Bu aqrisivliyinin səbəbin məndə bilməliyəm, ya yox?"
"Sənin Sərdarı qorumağına görə əsəbiyəm. O mənim düşmanımdı. Sənsə ona kömək etməklə məşğulsan!"
"Mən insanlıq etmişdim..."
"O insan üçün, etmə!" deyibdə, yanından keçərkən qoluna qəsdən dəyib mətbəxdən çıxdım. Sərdarı yem kimi ortamağım işimə yaramışdı. Onun üçün əsəbləşdiyimi düşünərdi. Amma mənim əsəbimin qaynağı, içimdə olan balaca dünyanın əl işi idi. Yoxsa bu qədər aqresiv dolu, insan deyildim mən.
Bu gün bütün gün, yemək nə deyilən sey idi mən bilmədim. Dilimə yemək vurmağa qorxar olmuşdum. Nə yeyirdimsə, qaytarmaq istəyirdim. Bu hamiləlik, özünü bu qədər niyə tez göstərmişdi? Danielində bir gözü üstümdə olduğundan, daha çox sıxılırdım. Elə bil məndən başqa, işi gücü yox idi, bu adamın!
Tv yə baxdığını gördüyümdə, bir qab meyvə soyub yanına keçərək oturdum. Meyvəni gördüyündə gözünə işıq gəldi. Almadan bir dilim alıb yeməyə başladı. Gözünüdə tvdən çəkmirdi. Tvdə isə film gedirdi. Filmdə balaca uşaq vardı. Uşağın etdikləri, Danieli güldürürdü. Ayağıma gələn fürsəti istifadə edib "Daniel sən uşaqları sevirsən?" dedim.
"Həə niyə sevməyimki? Uşaq insanın başını qarışdırır"
"Tutalım mən hamilə oldum. Onda nə edərsən?"
"Bu nə deməkdi? Əlbətəki körpəmizə sahib çıxaram"
"Belə bir dünyaya uşaq gətirmək istəyirsən sən?"
"Nə var imiş dünyamızda? Mən qoruyaram onu. Həm bu nə sualı mənə verirsən?" dediyində, vaxt qazanmaq üçün bir dilim almanıda mən atdım ağızıma. Almadan yedikcə, Daniel gözlərini qısaraq mənə baxıb "Yoxsa? Yoxsa sən hamiləsən?" dedi. Ah, Dina adama orta yerdə bir sual versən təbiki adam şühbələnər!
"Hamilə falan deyiləm. Söz olsun deyə danışıram. İnsanlar bir biri ilə söhbət edər ha, bax o söhbətdən danışmağa çalışıram" dedim
"Yəni sən dəqiq hamilə deyilsəndə?"
"Olsam hər halda sənə deyərəm. Olmayan bir seyi necə deyim"
"İnanmağım gəlmir sənə"
"Sənədə salam verdik, borclu çıxdıq ha!"
"Yaxşı, Dina... Amma bunu bilki mən səndən bir körpəmin olmasını çox istəyərəm. Nəticədə, mənim sevdiyim qadın sənsən" deyərkən, içimə bir qorxu oturdu. Mən bu işi ona demədən, həll etməli idim. Çünki, bu uşağı istədiyini dəqiq bilirdim. Bu mövzuda məni başa düşməyəcəkdi. Hər kəs özünə görə haqqlı idi. Mən anasız, atasız böyümüşdüm. Və mənə bu dünyaya gəlmək istəyirsənmi, deyə bir haqq verilmiş olsaydı mən bu dünyaya göz açmaq istəməzdim. Nə vardıki bu dünyada? Hər saniyəmiz zülümlə keçməkdə, olarkən...

Daniel'in dilindən

(Günlərin ardından)

Bir saatdan çox idi, boş - boş divara baxıb sakitcə gülümsədiyim. Yataq otağımızda olan çəkməcənin gözündən, hamiləlik testi tapmışdım. Və test iki xətti göstərirdi...
Öyrəndiyimdən bəri, içimdən qəribə seylər keçirdi. Mədəmin üstündə kiçik qıpırtılar yaranmışdı. Sevinicimi hələki içimdə çəkirdim. Çünki, Dina evdə deyildi. Bəlkədə yoxlanışa getmişdi... Görəsən bu hamiləlik neçə vaxtdı var idi? Son günlərdə onda olan dəyişikliyi görsəmdə, üstünə çox getməyib altdan almışdım onu. Mənə nə vaxt deməyi düşünərdi? Mən bildiyimi gizlədə bilməyəcəkdim. İnsan sevincini necə gizlətsinki? Bir saat idi içimdə özümlə mübarizə aparırdım. Məndən necə ata olacaqdı? Ən çox kimi sevəcəkdi? Atasını yoxsa anasını? İndidən belə sey düşünməyimdə ayrı dəlilik idi. Hec neçə həfəlik olduğunu bilmirdim. Olsun, əsas odu sevdiyim qadından körpəm olacaqdı. Bizim körpəmiz...
Aşağıdan gələn qapı zəng səsini eşitdiyimdə, tez aşağı düşdüm. Yəqin, Dina açarını evdə unutmuşdu. Aşağı düşüb, gülər üzüm ilə qapını açdığımda qapıda Dinanı deyildə, Samueli gördüm. Samueli görməyim ilə gülər üzüm itdi. Hər zaman yersiz zamanlarda gəlirdi. "Sənmi idin?" deyə, dayana bilməyib danışdığımda özündən razı havası ilə içəri daxil oldu.
"Elə bil əzrail görmüsən. Gülən üzün bir anda düşdü" dedi
İçimdəki sevinci kimsə ilə bölüşməli idim. Oda deyəsən, Samuel olacaqdı. Hec uzatmadan birbaşa "Təbrik edirəm səni. Əmi olacaqsan" dedim. Başa düşmədiyi hər halından bəlli oldu. Öz işarət barmağını özünə tuşlayıb "Mənmi? Bu necə olurki?" dedi. Bir ağılsız daha!
"Mən ata olacamsa, səndə əmi olacaqsanda"
"Axı mən əmi olmaq üçün çox cavanam hələ"
"Aman Tanrım!"
"Dayane, dayan. Sən indi ata olacaqsan? Kimdəndi uşaq?"
"Necə yəni kimdəndi? Təbiki Dinadan"
"Bir ara danışanda, Dinanın uşaq istəmədiyini demişdin. Necə olub hə?"
"Necə olubsa olub, əsas odu Dina hamilədi və mən ata oluram" dediyimdə, Samuelin üzündə güllər açmağa başladı. Mənə yaxınlaşıb, məni qucaqlayaraq "Baxmayaraqki, məni cavan əmi edirsən amma yenədə səni təbrik edirəm. Ailəmiz böyüyür" dedi. Bu cavan sözünü mənimdə beynimə taxdı. Məndə də o qədər ata olacaq, tip yox idi. Amma hər seyi körpəmiz ilə üstəsindən gələ bilərdik. Samuel ilə bərabər divana əyləşdik. Oturduğumuzdan ancaq suallar verirdi. Məndə suallarına cavab verirdim. "Görəsən qız olacaq yoxsa oğlan?" deyə, növbəti sualın verdiyində "Əsas sağlıqdı. Sağlığı yerində olsun. Nə olursa, olsun" dedim.
"Yenədə maraqlıdı. Qız olsa onu Laura kimi prenses böyüdərik. Oğlanda olsa onunla ancaq futbol oynayacam"
"Həə başımıza bir Laura bəlası daha alaq deyirsən?"
"Niyədə olmasın. Prenses Laura ilə, Prenses... Adı yoxdu. Həqiqətən adı nə olacaq?"
"Samu iki saatdı öyrənmişəm bu xəbəri. Səncə ad düşünməyə vaxtım olub?"
"Yenədə bir ad seçməliyik. Sizə yaraşan ad olsun" dediyində, bu dəfə hec düşünmədən "Elenora..." dedim. Sevincək üzü anidən düşdü.
"Nora..." deyə, dil ucu danışdığında yanımdan ayağa qalxdı. Hə, Nora... Samuelin uşaqlıq sevgisi. Mənədə Laura kimi doğma və əziz idi. Amma oda aramızdan ayrılanlar siyahısında idi. Xəstəlikdən dünyasını dəyişmişdi. Sonra Samuel belə bir adam olmuşdu. Ətrafa qarşı vecsiz, özünə qarşı kinli... Bir ara insanlara qarşı o qədər kin bəsləyirdiki, onu kinbaz adlandırmışdım. Mənd deyəsən həyatımı ancaq Samuel və Lauraya həsr etmişdim. "Gözəl addı..." deyib, pıçıltı şəkildə danışdı. Hər sey gözəl idi. Mənim isə ağılım Dinanın yanında idi. O gələndə dözə bilməyib onada bildiyimi deyəcəkdim. Araya yüksək enerji qatmaq istəyib "Bəlkə sən daha gedəsən?" dedim.
"Nədi? Qovursan məni evdən?"
"Yox evdən niyə qovum. Dedim, birdən öz evinə getmək istəyərsən. Nə də olmasa bir azdan Dina gələcək"
"Bu vəziyyətdə məndə sizi tək başına qoymalıyam?"
"İcazən olarsa hə"
"Gedirəm, ancaq məni hər seydən xəbərdar edəcəksən" deyərək, mənə göz vurdu. O getdikdən sonra divanda tək oturub, körpəmizin xəyalını qurmaqdan saatlar ötmüşdü. Saatlar sonra qapının açılma səsini eşitdiyimdə, yerimdən sıçrayıb ayağa qalxdım. Bu dəfə doğru insan gəlmişdi. Dinanı görməyim ilə qarşısına qaçıb "Dinam" dedim. Mən deyəsən ilk saniyədən sirr tutmağı bacarmayacaqdım. Dinaya baxdığımda, üzündə yorğun ifadə gördüm. Gözlərinə böyük hüzun yerləşmişdi. Kimsə kefinimi pozmuşdu?
"Dina yaxşı görsənmirsən" deyərək, əlindən tutdum. Əlimi yavaşca sıxıb "Yox yaxşıyam. Sadecə bir az halsız və yorğunam" dedi. İndi yadıma düşmüşdü. Hamilə qadının halsız və yorğun olması normal idi. Nə də olmasa, iki canlı idi. Bunu fikirləşərkən, "Sən içindən içə nəyə gülürsən?" dedi. Yenəmi üzüm gülürdü? Ah, mən doqquz ayın sonuna qədər belə gülərəkmi gəzəcəkdim ətrafda?
"Bu gün şad xəbər almışam. Ona sevinirəm" dedim
"Nə xəbəridi bu belə?"
"Sənində bildiyin xəbərdi"
"Daniel uzatmasan? Mən hec yaxşı deyiləmdə"
"Əvvəl gəl otur, sonra deyərəm"
"İlk əvvəl de, sonra oturacam"
"Hamilə olduğunu bilirəm..." dediyimdə, əlin qəfildən əlimdən çəkdi. Üzünün çöhrəsi bir anda dəyişildi. Yəqin, mənə süpriz edəcəkdi. Mən səbr edə bilməyib, bütün işi korladım.
"Sə - səən hardan bilirsən?" deyə, təlaşlı şəkildə soruşdu. Bu qədər təlaşlanacaq nə vardı?
"Çəkməcədən testi tapdım. Bunu boş ver. Əsas oduki, bizim körpəmiz olacaq" dedim.
"Olmayacaq" dedi, soyuqanlıqla.
"Necə yəni olmayacaq?"
"Sən bilirsən mən hardan gəlirəm?!"
"Hardan?" dedim, qorxmağa başlayıb.
"Xəstəxanadan..."
"Bir seylər tərs gedib? Sən yaxşısan? Uşaq yaxşıdı?"
"Uşaq yoxdu..." dediyində, nə deyəcəyimi bilmədim. Yəni, mən hər seyi səhv başa düşmüşəm? Hamilə olan, O deyildimi?
Başa düşməyən gözlər ilə ona baxdığımda, gözünü qıpırtatmadan "Aldırdım..." dedi. Aldırdımı? Boğazıma yumru düyün çökdü. O yumru düyünü hər udqunmağa çalışdığımda, nəfəs ala bilmədim. Körpəmin varlığını həm bu gün öyrənmişdim, həmdə bu gün itirmişdim. Mənim fikirimi soruşmadan, öz başına uşağımı aldırmışdı. Həmin uşağı istədiyimi bilə - bilə... Günlər əvvəl məni uşaq barəsində sorğuya çəkdiyində, şühbələnməli idim ondan. Gözümün dolmasına, səsimin titrəməsinə fikir vermədən "Niyə qıydın körpəmizə?" dedim. Onun bu dünyaya gəlməyə haqqı yox idimi? Niyə etdi, belə caniliyi?
"Mən belə dünyaya, uşaq gətirmək istəmədim. Qız olsaydı, hər saatı təhlükədə olacaqdı. Oğlanda olsaydı, sənin yolunu gedəcəkdi. İstəmədim, Daniel... Bizə oxşamasını, bizim kimi həyat yaşamasını istəmədim" dedi
Necədə asandlıqla demişdi. Mən körpəmizə görə hər seydən əl çəkə bilərdim. Amma əl çəkəcəyim, bir varlığın həyatına son qoymuşdu bu gün...
"Mən yaratdığım öz canavarımdan qorxuram..." deyib, əlimi göz qapaqlarımın üstünə atdım. Gözümün üstünü silib, barmaqlarıma baxdığımda su olduğunu gördüm. Ağlamışdım...
Niyə sevincim az çəkmişdiki?
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri