Ağ Kəpənək (51-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3807
Səs ver:
(səs: 0)
Samuelin evinə tərəf yola düşmüşdüm. Günlərdi, Daniel evə gəlməyib orda qalırdı. Aldırdığımı dediyimdən sonra, səssicə çıxıb getmişdi. Mən isə günlərdi özüm özümlə mübarizə aparardım. Çünki, aldırmamışdım uşağı...
Fikirləşim deyə özümə vaxt vermişdim. Bu sırada, Danielin sevincini görüb yalan danışdım ona. Daniel körpəni bu qədər çox istəyərkən, mən necə aldıra bilərdim? Ürəyim gəlmədi...
Gedib, ona hər seyi danışacaqdım. Həm, körpəyə məndə öyrəşmişdim. Özünü mənə hiss etdirirdi. Mədə bulantılarım, baş ağrılarım, ürəyimin bir seylər istəməsi ilə özünü mənə möhkəmcə bağlamışdı. Bu halımdan şikayət etmirdim. Deyəsən, ana olacağımı qəbullanmışdım. Növbə, bunu atasına deməkdə idi. Samuelin evinə gəldiyimdə, qapını döydüm. Gələcəyimdən xəbərləri yox idi. Qapı bir daha döymək istədiyimdə, qapı üzümə açıldı. Samuel məni görməyi gözləmədiyindən "Salam. Daniel ilə görüşməyə gəlmişəm" dedi. Məni eşitməmiş kimi, başını buladı.
"Həm uşağı aldır, həmdə onla danışmaq istə. O səni görmək istəsəydi, evində olardı. Burda yox!" dedi
"Samuel icazə ver evə keçim"
"Necə sevinmişdi... Necə sevinmişdim... Sənsə sevincimizi yarıda qoydun!"
"Mən Daniel ilə danışmalıyam. Danışdıqdan sonra hər seyi səndə biləcəksən"
"Yuxarı çıx. Üçüncü otaqda olmalıdı..." deyib, kənara çəkildi. Nəhayət evə daxil ola bilmişdim. Dediyini edib, yuxarı çıxdım. Üçüncü otağa yaxınlaşıb, qapını açdım. Daniel üzü üstə çarpayıya uzanmışdı. Başınada yastığı keçirtmişdi. Boğulacaqdın adam!
"Samu rahat buraxda məni. Çıx çölə!" deyə, yastığın altından səsləndi. Üzümü görmədiyindən məni Samuel hesab edirdi. Məndə irəli addımlarımı atdım. İrəli adım atdıqca "Sən söz başa düşmürsən? Mən tək qalmaq istəyirəm..." dedi. Səni tək qalmağa qoymayacaqdım. Ona bir az daha yaxınlaşdım. Çarpayının yanına çatdığımda, yastığı başının üstündən çəkib "Məni bezdirirsən!" deyərək, başını qaldırıb mən tərəfə çevrildi. O an gözlərimiz bir birini tapdı. Gözlərindən axan yorğunluğu hiss etdim. Bəlkədə, günlərdi yatmırdı. Yeməkdə yemirdi. Yoxsa bu qədər düşməzdi...
"Sənin nə işin var burda?" deyib, çarpayıdan ayağa qalxmağa çalışdı.
"Səni aparmağa gəlmişəm" dedim
"Mən hec yerə getmirəm. Boşuna gəlmisən"
"Evimizə getməliyik"
"Evimiz deyə bir sey yoxdu. Sən evimizi yandırıb külə verdin..." deyərək, arxasını mənə döndərib pəncərə yanına keçdi.
"Sən evə gəlməsən, kim mənə ürəyimin istədiklərini alacaq?" dedim.
Bir sey başa düşmədiyindən, mən tərəfə çevrilib "Sən bura məni dəli etməyə gəlmisən?!" dedi. Bu sözünə azca güldüm. Bizim zəkalı Daniel hara getmişdi?
"Ağılını işlət bir az" dedim
"Məndə işlədəcək ağıl qoymamısan. Xahis edirəm, çıx get burdan. Sən burda qaldıqca mən dəlillənirəm!"
"Ürəyimin istədiklərin kimə aldırım bəs?"
"Sənin ürəyin niyə bir sey istəyirki?! Səndə ürək var idiki? Öz körpəsinə qıyan adamın, ürəyindən şühbə edirəm mən..."
Onun bu sözlərinin üstündə çox dayanmayıb, ona tərəf getdim. Yanına gəldiyimdə "Öz yaratdığın canavarından qorxma. Mən hec bir canavarlıq etməmişəm" dedim
"Necə etməmisən?! Körpəmizə qıydın... Körpəmizə..." deyərkən, əlini əlimə alıb bətnimin üstünə yerləşdirdim. Bu hərkətimlə, maraq dolusu gözlərlə məni seyr etdiyində "Qıymadım... Körpəmiz yaşayır, körpəmiz bizimlədi..." dedim. Ona baxdığımda, gülməklə ağlamaq arasında qaldığını gördüm. Üzündə xırda təbəssümlər yaranır, saniyələr içində geri çəkilirdi. Gözləri dolur, ağlamamaq üçünsə özünü sıxırdı...
Əlini bətnimin üstünə daha çox basdırıb "Körpəm burdadı?" dedi. Başımı sevinclə yellədim. "Burdadı atası... Və atasının evə qayıtmasını istəyir. Birdə, anamı bağışla deyir" deyib, onun üzünə məyus dolu baxışlarımla baxdım. Əlini bətnimdən çəkib, üzümü ovuclarına arasına aldı. Üzünün hər cizgisindən necə xoşbəxt olduğu görünürdü. Bu xoşbəxtliyi mənədə yansıtmışdı...
"Səni sevirəm, mənim günəş qadınım. Ona qıymadığın üçün, minnətdaram sənə" dedi
Düzgün olub olmadığını bilmirdim. Amma biz indi çox xoşbəxt idik. Onla ailə olacaqdım. Ana adını qazanacaqdım. Mənim bir körpəm olacaqdı. Mən valideyinlərim kimi olmayacaqdım. Son nəfəsimə qədər körpəmə sahib çıxacaqdım. Onu ən xoşbəxt uşaq böyüdəcəkdim. Bu yolda da ən böyük dəstəçkim, Daniel olacaqdı. Ondan gözəl ata olacağına adım kimi əmin idim. Lauranı böyütmək şəkili, buna ən gözəl nümunə idi...

***

Öz evimizə gəlmişdik. Samuel uşağın yaşadığını bildiyində, çox sevinmişdi. Hətda məni qucağına alıb, fırlatmışdı. İki qardaş, mənə çox fərqli gəlirdi. Kim olsa, bu qədər sevinməzdi. Xüsusi ilə onların bir xarici olmağını nəzərə alaraq...
Evədə gəldiyimizdən bəri, Daniel bütün yataq otaqlarına baxırdı. Uşaq üçün ən yaxşı otaqlardan birini axtarırdı. Ona hələ qarşıda doqquz ayımız olduğunu başa sala bilmirdim. Amma o qədər sevincli idiki, üstündə çox gedə bilmirdim. O yuxarda otaqları incələməklə məşğul olarkən, mən mətbəxdə meyvə şirəsi içmək ilə məşğul idim. Bir yanda da ürəyim, digər ailəmin yanına getmək istəyirdi. Onlarla bu xəbəri paylaşmışdım. Günlərdi gah onlarda olurdum, gahda öz evimizdə. Bir yandan sevincli idilər. Bir yandanda kədərli. Aydın xəbəri onları sarsıtmışdı. Onları hər nə qədər çox sevsəmdə, daha əvvəlki tək ola biləcəyimi özümdə görmüşdüm. Qəlbimin bir yeri, hələdə əksik hələdə yarım qalmağa davam edirdi. Onlarla nə vaxt tam barışacağımı bilmirdim. Zamana buraxmışdım, hər seyi. Zaman mənə düz yolu göstərəcəkdi...

Günlərimizi beləcə yola verirdik. Danielin mənim qeydimə qalması bir yandan xoşuma gedir, bir yandanda əsəbimə toxunmağa başlayırdı. Evdə olduğunda, rahat nəfəs ala bilmirdim. Ürəyim bir sey istə. Bir sey istəki, mən bu Danieli evdən axtarışa göndərə bilim. Aha tapdım! Mürəbbə! Həmdə evdə bişmişindən...
Ayaqlarımı uzatdığım dizlərindən çəkib, oturaraq "Ürəyim bir sey istəyir" dedim.
"Nə istəyir?"
"Ərik mürəbbəsi"
"Nə asand bir sey istəyirsən? Elə bildim çətin bir seydi. Bu dəqiqə gedib marketdən alıb gəlirəm"
"Marketlərdə olan mürəbbədən istəmirəm"
"Bəs necə mürəbbə istəyirsən?"
"Evdə bişəndən... Evdə bişsin, qoxusu hər yana yayılsın"
"Bu nə qəribə istəkdi?"
"Mənim deyil, körpənin istəyidi"
"Daha əvvəl mürəbbə bişirmişliyim yoxdu. Amma sizə görə, alıb bişirirəm"
"Sən al gətir, mən özüm bişirərəm"
"Sənə hamilə - hamilə iş gördürəcəyimi düşünürsən?"
"Həə bunda nə varki?"
"Sual vermə. Adam atanı əsəbləşdirməz. Mən gedim işimin dalınca" deyərək, qalxdı ayağa. Havada harda olsa, bir azdan qaralacaqdı. Adamı yerindən yurdundan etmişdim. Amma olsun, oda məni rahat nəfəs almağa qoymur! Qapı kənarında ayaqqabılarını geyinməyə çalışarkən, gülüb "Hamilələrin canı nə qəribə seylər çəkirmiş. Sabahda qarpız mürəbbəsi istəyərsən" dedi. Qarpızmı dedi, O? Bildiyimiz içi qırmızı olan qarpızdan? Dilimi çıxardıb, dodaqlarımı islatdığımı gördüyündə
"Mən bir hamilənin yanında qarpız adı çəkdim?" dedi. Başımı 'hə' mənasında, gülərək salladım.
"Ürəyim qarpızda istədi..." dedim
"Ayy, dilimi arı sancaydı"
"Qarpız, qarpızda al gətir mənə!"
"Baş üstə. Mən boyda mafia başcısı düşüb, qarpızda axtarar. Nəticədə, etmədiyim bir sey deyil hə?"
"Uşağın yanında mafia falan adı çəkmə!"
"Sanki, qulaqları varda bizi eşidir" deyərək, aşağı bətnimə tərəf əyildi. Bətnimin üstünə bir öpücük qondurub "Sən ataya qulaq asma ha, mən elə belə boş danışıram. Sən ancaq sənə, səni sevirəm dediyim sözlərimə qulaq as. Çünki mən səni sevirəm" dedi. Yuxarı qalxıb, mənimdə üzümə bir öpücük qondurduğundan sonra evdən çıxdı. O çıxdıqdan sonra gözüm güzgüdən özümə sataşdı. Üzüm gülürdü. Üzümdə gülücüklər açmışdı. Sonumuzun hər nə olacağını bilməsəmdə, onunla addımlamaq gözəl bir sey idi.
Havaya qaranlıq çökmüşdü. Daniel, istəklərimi alaraq evə gəlmişdi. Mürəbbə bişənə qədər qaprız yemişdim. Danieli mürəbbə qazanın başında görmək, məni dəhşət güldürmüşdü. Həmdə bir yandan kövrəltmişdi. Həssaslığıma, həssaslıq qatmışdı...
Mənim və körpəm üçün əlindən gələn hər seyi edirdi. Hətda mürəbbə dadlı olsun deyə, əriyin öz tumlarını əzib içindəki çəkirdəkləridə mürəbbəyə qatmışdı. Qoxusu bütün ətrafa yayılmışdı. Onun yanına gəlib "Deyəsən, hazır olur hə?" dedim.
"Az qalıb. Bir azcada döz bişəcək. Amma yaman istisi var ha. Görüm hələ bəyənəcəksən"
"Niyə bəyənməyimki? Bu qədər əziyyət çəkdin. Yüzdə yüz bəyənəcəm"
"Get onda çörəkdən bir dilim al, gəl yanıma" deyərək, qaz sobasının altını söndürdü. Böyük zövqlə çörəkdən bir dilim alıb yanına gəldim. Çörəyi bölüb, isti qazandan mürəbbə almaq istədiyimdə çörək tikəsini əlimdən aldı. Mürəbbədən alıb, üfləyərək soyutmağa çalışıb, mənə uzadaraq "Mənim əlimdən ye. Mənə bənzəsin" dedi. Doqquz ay bətnimdə mən gəzdirim, sonda da gəlib ona bənzəsin?
"Mənə nə olubki? Çirkinəm mən?!" dedim
"Alınqanlığın yenə tutdu sənin? Mən mavi gözlü olmasını istəyirəm"
"Oldu paşam! Elə bil, mağazaya süd pendir tapşırtdırır!"
"Tapşırsamda, tapşırmasamda o uşağın gözü mavi olunacaq. Olmalıdı. Başqa yolu yoxdu"
"Xeyir ola?"
"Samuellə ürəyimiz belə istəyir"
"Səni öyrədən Samueldi elə!" deyib, əsəbləşdiyimdə anidən dodaqlarını şirəli dodaqlarıma yapışdırdı. Dodaqlarımın dadına baxa - baxa məni öpməyə başladığında, dodağını azca aralayaraq "Əsəbləşmə. Əsəbləşmək ziyandı. Sən hər əsəbləşdiyində mən səni öpmək məcburiyyətində qalacam. Dodaqlarının güvənliyi sənin əlindədir" dedi. Deməsi ilədə təkrar öpməyə başladı. O məni öpdükcə, mənim üzüm gülürdü. Mən çox gözəl yuxuda idim. Bu yuxunun bitməsini istəmirdim...
Bölüm sonu
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3807
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri