Ağ Kəpənək ( Bölüm 52)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 188
Səs ver:
(səs: 0)
Bu gündə səhərimi bir başqa açmışdım. Ya da hamilə olduğumdan mənə elə gəlirdi. İnanılar kimi deyildi...
Mən hamilə idim. Mənim bir körpəm olacaqdı. Ən əsası, mən bir ana adını daşıyacaqdım. Körpəm, qisas hissimi üstələmişdi. Onu aldırmaq istədikdə belə, onu sevirdim mən. İndi daha çox bağlanmışdım. Hər seydə Danielin sayəsində idi. Səhər yeməyimizi yedikdən sonra hava almaq üçün bağçaya çıxmışdım. Samueldə, sübh çağından bizə gəlmişdi. Nəymiş? Uşaqdan ötrü darıxırmış. Hələ, dünyaya gəlməmiş uşaqdan ötrü. Yaxşısı, aradan qaçmağım idi. Aradan qaçıb ailəmin yanına gedərdim. Onlarda məni görmək istəyirdilər. Hazır ara sakit olmuşkən "Daniel, mən ailəm gilə getmək istəyirəm. Hazırlaşıb evdən çıxacam" dedim. İkisidə eyni anda dönüb mənə baxdı. Biri azmış kimi, digəridə çıxmışdı başıma!
"Hazırlaş, mən özüm aparacam. Bir az oturub qayıdarıq" dedi, Daniel.
"Mən səninlə hec yerə getmirəm. İmkan ver bir az rahat nəfəs alım məndə"
"Elə sey yoxdu. Mənlə gedəcəksən"
"Sənlə niyə gedim? Getməyəcəm! Həm sənin işin vardı!"
"Onda Samu ilə get. Samu aparıb qoysun. Tək olmaz, Dinam. İndi qorumalı olduğum, bir deyil iki can var"
"Samununda işi var" deyib, Samuya qaş göz etməyə çalışdım. Amma nafilə! Samu otuz iki dişini birdən ağardıb gülərək "İşim falan yoxdu mənim. Hara istəsən orada gedərik. Yetərki, körpəmin ürəyi xoş olsun" dedi. Birindən canımı qutara bilməmiş, ikincisi gəlmişdi!
"Mən gedim hazırlaşım!" deyərək, qalxdım ayağa. Evə daxil olub, otağıma çıxdım. Üstümü dəyişib təkrar aşağı düşdüm. Samuel məni qapı kənarında gözləyirdi. Daniel ilə görüşdükdən sonra, maşına minib yola düşdük. Yola düşdüyümüzdən, Samuel hey danışırdı. Yol boyu ürəyin nə istəyir, istədiyin seyi de alım deyirdi. Bu adama başa sala bilmirdimki, o istək anidən gələn sey olurdu. Oturduğum yerdə ürəyim bir sey istəmirdi.
"Of Dina. Day ürəyin bir sey istəsində. Bu nədi? Sən necə hamiləsən!" dedi
"Ürəyim nəsə istəsə, səsini kəsmiş olacaqsan?!"
"Əlbəttdə. Təki sənin ürəyin nəsə istəmiş olsun"
"Dana basdırması istəyirəm"
"Əvvəl gərək dana tapam. Sonrada onu basdıram. Dina, bu nə istəkdi? Adamda hec dananı basdırar? Bundan ürəyin nə zövq alacaqki?"
"Samu! Dana basdırması yemək növüdü. Yəni, ürəyim kabab istəyir!"
"Day kabab de də, məndə elə bilirəm söhbət həqiqi danadan gedir. Mənidə dərd götürmüşdüki, o bayda dananı necə basdıracam"
"Səni basdırmaq lazımdı!"
"Gözün, ancaq bir dənə məni görür elə!" dediyində, susdum daha. Bu iki qardaşla, doqquz ay boyunca necə başa çıxacaqdım mən? Məni əsəb xəstəsi edəcəkdilər sonda!
***
Samuel məni evə ötürüb, özü getmişdi. Gələndən hamısı başımda pərvanə kimi fırlanırdılar. Amma Akif, bir az məsafəli davranırdı. Hələdə aramızdaki buzlar tam əriməmişdi. Qızlarında, hamilə olduğum üçün mənimlə belə rəftar etdiyini bilirdim. Çay süfrəsini yığışdırmağa kömək edirdim. Əsma ortalığı yığışdırmaqla məşğul idi. Həm ortalığı yığışdırır, həmdə mənə suallar verirdi.
"Daniel necə biridi?" dedi
"Yaxşı biridi. Nəyə görə soruşursan"
"Nəticədə bir mafiadı. Əsəbləşəndə nə edir sənə?"
"Mafia olmamışdan əvvəl bir insandı. Tanısanız sizdə onu çox sevəcəksiz. Olduqca mülayim, qayğısını sevgisini insan üstündən əksik etməyən biridi"
"Nə vaxtsa tanış olarıq"
"Olarsınız. Sizi yaşadığım evə, axşam yeməyinə dəvət edərəm" dediyimdə, mətbəxə Akifin daxil olduğunu gördüm.
"Bu qızlarda nə maraqlıdı, Danieli tanımağa. Bu bəhanə ilə evinidə görümüş olarlar" dedi, Akif.
"Səndə dəvətlisən. Hamınız bir gələrsiniz"
"Baxarıq vəziyyətə"
"Mən aranı sərin tutmağa çalışmıram. İtirdiyimiz ayların, illərin açığını bağlamağa çalışıram. Ona görədə hamımız bir birimizə bu yolda dəstək olmalıyıq"
Akif başını aşağı salıb, dərin bir ah çəkdiyində qapı səsi gəldi. Məndən başqa kimisə gözləyirdilər?
Mən baxaram, qapıya" deyərək, Akif mətbəxdən çıxdı. Bizdə, üç qız onun ardınca getdik. Qapını açanda, qapı arxasında olanın Samuel olduğunu gördüm. Əlindədə yemək paketləri vardı. "Siz kimsiz?" deyə, Akif danışdı. Kim olacaq? Başımın bəlası idi!
"Danielin qardaşı, Samueldi" deyərək, onlara tərəf getdim. Samuel gülər üzü ilə "Salam. Dəyərli vaxtınızı almaq istəməzdim, amma Dinanın ürəyi kabab istəmişdi. Onu alıb gətirmişəm. Düşündümki, Dina evdə tək deyil. Sizdə varsınız. Ona görə çox aldım. Nuş edərsiz" dedi, bir nəfəsə danışaraq. Danışanda, susmaq bilmirdi! Mən kababı, söz olsun deyə demişdim. O, isə həqiqətən alıb gətirmişdi. Yaxşısı, daha bir sey istəməmiyim idi!
Mənə uzatdığı paketləri alıb "Çox sağ ol. Əziyyət çəkmisən, bura qədər gəlib. İşin yoxdusa, evə keçə bilərsən" dedim. Birinci Akifə baxdı. Akifdə "Buyur keç" dediyində, gülərək evə daxil oldu. Evə daxil olanda, Əsma ilə Jaləyə bir balaca göz yetirdi. Onlarada salam verdiyində, qonaq otağına keçdik. Divanda əyləşər əyləşməz qulağıma tərəf əyilib "Bu qızlarla məni niyə tanış etməmisən" dedi. Sanki, özümün onlarla arası vardı. Bir sənin əksik qalırdın!
"Samu məni əsəbləşdirmə" dediyimdə, yalandan üzümə gülüb, Sabirə baxaraq "Su, su içmək istədiyimi deyirdimdə" dedi. Əsma yanımızdan ayrılıb su dalınca getdi. Jalə isə mənim yanıma oturub "Süfrəni hazırlayım? Kabab soyumasın" dedi. İstəmərdimki, yemək.
"Siz yeyirsinizə, hazırlayaq. Mən indi o qədərdə ac deyiləm"
"Hec olmaya bir az ye, mətbəxdə"
"Bax, o olar"
Ayağa qalxıb mətbəxə keçdik. Kababdan yeməyə başladığımda, Əsma yanıma oturub "Vay sağın - solun yaraşıqlılarla doludu. Ürəyin istəyir deyə, sənə kabab alıb gətirib. İnanılar kimi deyil" dedi.
"İki qardaş, ikisidə hamiləliyi xəstəlik hesab edirlər. Ona görə ağılları bir az uçub"
"Sən gözəl insanların içində imişsən. Bəlkə, biz sənin yadına belə düşmürdük"
"Hər birinizin ayrı yer var qəlbimdə"
Vardı. Hamısı qəlbimin içində idi. Mənim əvvəlim onlar idi. Sonradan həyatım dəyişilmişdi. İndi isə həyatımın başqa mərhələsində idim. Bu mərhələ daha çətin idi. Amma mən bu çətinliklərin üstəsindən, Daniel ilə bərabər gələcəyimi bilirdim. O mənim, həyatımda tək həqiqətim idim. Ondan başqa kimim vardıki mənim? Hec kimim...
Yeməyi bitirib qonaq otağına keçdik. Samunun yanına oturar oturmaz, əlini bətnimə yerləşdirdi. Hamı kimi, məndə nə etdiyinə baxırdım. Bütün baxışları öz üstündə gördüyündə, "Baxıb yoxlayıramki, görüm yerindədi ya deyil" dedi. Qızlar onun bu dediyində gülüşsədə, Sabirlə Akif səssizliyini qorudu.
"Yerindədi, Samu. Hara qaçıb gedə bilərəki?" dedim
"Baxmada birdən ürəyi parka falan getmək istədi. Parka getmək istəsə xəbərim olsun"
"Buda belə dəlidi. Zarafatlaşır mənimlə"
"Hec də belə. Zarafat edib, eləmirəm. Ciddiyəm"
"O hələ balaca bir seydi. Necə parka gedə bilər?" dedi, Akif. Dəliliyinə dözməyib, sonda dillənmişdi.
"Balacada olsa hiss edir. Onu sevgi ilə böyütmək lazımdı"
"Xarici olduğun necədə bilinir"
"Bunun xarici olub olmadığımla nə əlaqəsi var? Sevginin dini, dili, irqi olmur. Burda əsas mahiyyət ürəkdi"
Nə gözəl demişdi... Dəlidən doğru xəbər.
Samuya baxıb gülümsərkən, Əsma "Şəxsidə olsa bir sual verim. Tanrıya inanırsan?" dedi. Hec yeri idi bu sualın.
"Mənlə bacım yox. Amma Daniel inanır" dedi
"Sən niyə inanmırsanki?"
"İnanırdım... Ondan sonra inanmadım. Dizimi atıb, əllərimi göyə qaldıraraq, onu məndən alma deyə Tanrıya yalvardım. Amma aldı..."
"Kimi?"
"Sevgilimi..." deyə, iç çəkici tərzdə danışdı. Həqiqətənmi deyirdi yoxsa yalanmı atırdı?
Buna əmin olmadığım üçün "Başqa söhbət edin. Canım sıxıldı bu söhbətdən" dedim. Samu bunu dediyimi gözləyirmiş kimi əlinə yastıqca alıb,
belimin arxasına yerləşdirib "Rahat arxaya uzana bilərsən" dedi. Getdikcə səbrim tükənirdi. Yastığı belimin altınsan alıb
"Bəsdi! Mən Danielin əlindən qaçıb sənlə gəldim. Sənsə ondan daha betər çıxdın. İmkan ver nəfəs alım. Mənim nəfəs almağa ehtiyyacım var" dedim. İnsanıda hec bu qədər sıxardılar? Üzünü asıb bir az səssiz qaldı. Sonra dodaqlarını büzüb "Qoyumda yastığı. Bax sonra deyəcəkki, ürəyim onu istədi, bu istədi əmi etmədi. Əmi ilə balanın arasına niyə girirsən sən?" dedi.
"Samu qalx gedək. Sənlə burda qaldıqca, mən dəli olacam"
"Məndə sənlə evə gedəcəm"
"Gedək evə! Evdə sənlə danışacam"
"Gedək, gedək. Gedək uzan. Burda oturmusan, xoşum gəlmədi. Belin ağrıyar sonra"
Yox həqiqətən, məni sonda infakt vuracaqdı. Danielsiz daha rahat olacağını düşünərkən, daha pis olmuşdu. Elə bil, əkizi idi!
Qalxdım ayağa. Evə gedib, yatmaq istəyirdim. Bəlkə beynim dincələrdi...
Evdəkilər ilə görüşüb, Samuel ilə yola düşdüm. Maşında danışmasın deyə, möhkəmdən tapşırmışdım ona. Evə gəlib çatdığımızda, Danieli evdə gördüm. Əsəbimi azda olsa ondan çıxmalı idim.
"Sənim bu qardaşının nə etdiyindən xəbərin var sənin?" dedim
"Yox. Nə edibki?"
"Məni bütün gün bezdirib! İmkan vermədi, onlarla oturmağıma"
"Nə etdimki mən? Ürəyin dana basdırması istəyirdi, məndə alıb gətirdimdə" dedi, Danielə tərəf baxıb. Daniel başa düməz halda "Dana basdrıması?" deyə, sualını verdi.
"Kababda, kabab!" dedim
"Bunun nəyi pisdiki?"
"Sonra əvə gəlib əlini bətnimə yerləşdirdi!"
Bu dəfə Daniel, Samuelə baxdığında Samuel, "Körpənin orda olub, olmadığını yoxlayırdım" dedi. Danielin üzündə təbəssüm yarandı. Öz sakitliyini qorumağa çalışaraq "Sonra nə edib?" dedi.
"Belimə yastıqda qoydu. Bu insan yox sözün başa düşmür!"
"Elə bunlar? Nə, az sey edib. Hələ ona tapşırmışdımki, sən nəfəs almağa çətinlik çəksən sənin yerinə nəfəsdə alsın"
"Yuh, Daniel! Mənim sizə sözüm yoxdu!" deyərək, onları aşağıda qoyub yuxarı çıxdım. Üstümə rahat bir seylər geyinib, çarpayıya uzandım. Bir az istirahət etməli idim. Gözümü yumduğumda, qapı açıldı. Gözümü açıb qapıya tərəf baxdım. Daniel yanıma gəlib, özünü çarpayının boş qalan yanına ataraq uzandı. Ona baxmamağa çalışırdım. Gözümü yenidən yumduğumda, üzümə tərəf əyilən ağırlıq hiss etdim. Dodaqlarını alınıma basdırıb, dəfələrlə öpücük qondurdu. Barmaqlarını biləyimim üstündə gəzindirib "Nəbzimsən mənim..." dedi. Bununla ikinci nəbzim deyişi idi mənə. Hər zaman belə incə şəkildə sevəcəkdi məni?fsv
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 188
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri