Ağ Kəpənək ( BÖLÜM 54)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 243
Səs ver:
(səs: 0)
Gecəni yatmadan, səhəri açmışdım. Və burdan qurtuluş yolumun olub olmadığını düşünürdüm. Görəsən dediyi kimi, öləcəkdim mən? Yoxsa məni bu lənət yerdən kimsə xilas edəcəkdi. Ayaq yoluda otaqda olduğundan, ümumiyyətlə çölə çıxa bilmirdim. Kilitlənib qalmışdım bu otağa...
Səhər yeməyimidə dünənki oğlan gətirib getmişdi. Məcburiyyətdən bir - iki sey yemişdim. Bu halın nə vaxta qədər belə davam edəcəyini bilmədən...
Bunun adına dustaq olmaq deyirdilər. Dustaq kimi həyat yaşayırdım. Ancaq tək fərqimiz o idiki, dustaqlar hansı yerdə olduğunu bilirdi. Mən isə hansı şəhərdə olduğumu belə bilmirdim.
Özüm bu halıma heyifislənərkən, otağın qapısı yenidən açıldı. Bu dəfə içəri girən, Şahin idi. Əlində isə dörd ya beş ədəd kitablar vardı. Qapını bağlayıb, kitabları mənə göstərərək "Bunları sənə gətirdim. Otaqda tək qalıb darıxdığın üçün" dedi.
"Necədə düşüncəli adamsan!" dedim, kinayə ilə. Yanıma gəlib çataraq, əlindəki kitabları çarpayının üstünə buraxıb "İstəsən geri qaytara bilərəm, bu kitabları" dedi. O kitablara hava və su qədər ehtiyyacım vardı. Yoxsa tək başına bu otaqda dəli olardım.
"Yox, qalsınlar!" dedim
"Hər zaman belə sözə baxan ol"
"Hec olmaya, telefon ver mənə. Mən bu dörd divar arasında çox sıxıldım"
"Telefon? Sən elə bir icadın olduğunu yadından çıxart. Sənə telefon versəm, sən Sərdara xəbər uçurdarsan"
"Mən harda olduğumu belə bilmirəm!"
"Səssizliyə riayət et. Bu evdə səsi çıxanın, dilin kəsirəm mən" deyib, üstümdə öz hökümüranlığını qoydu. Mənimdə dilim ancaq, Sərdara imiş. İndi qorxaq pişiklər tək, lal olub qalmışdım. Sərdar məni sevdiyindən, deyinərəkdə olsa hər dediyimi yerinə yetirirdi. O, məni sevirdi... Qəlbi acıyırdımı, indi mənsizliyə?
"Hər zaman belə davam edəcək? Bu otaqdan çölə, hec çıxmayacam? Yemək verilib, gediləcək?" deyə, suallar verib cavab verməsini gözlədim.
"Yox. Arada səni gəzintiyə aparım deyirəm. Çıxardıb, sənə qaldığımız şəhəri görsədərəm. Sonra karusellərə minərik. Kafeyə gedib, qəhvə içərik. Bunlar sənə uyğundu?" dedi
Mənlə çox böyük zarafat edirdi. Oysa, mən mənə həqiqətən nə olacağını bilmək istəyirdim. Ani sürətlə mənim yanıma keçib, qolumdan tutaraq məni çarpayıdan qaldırdı. Onunla üz - üzə, burun - buruna dayanmışdım. Nəfəsimi udub, öz içimdə saxlamışdım. O, isə olduqca gərgin görünürdü. "Sual verməyi yığışdır! Sən ancaq öləndə bu otaqdan çıxa biləcəksən! Ölüm gününə qədər burdasan... Sakit dayan və gedişata ayaq uydur. Mənim canımı sıxıma" deyə, üzümə tərəf əsəblə danışdı. Mənsə qorxsamda, gözünün içinə dik - dik baxdım.
"Şeytan gözlərini üstümdən çək!" deyərək, məni qolumdan tutduğu kimi, çarpayının üstünə atdı. Çarpayıya kürəyi üstə düşmüşdüm. Və oda üstümə tərəf əyilməyə başladı. O mənə tərəf əyildikcə, mənim bədənimdə bir ürpənmə yarandı. Onun bir barmağının ucu mənə dəymiş olsaydı, mən elə burdaca ölərdim. Gözüm möhkəmcə yumdum. Göz diblərimin yaşardığını hiss etdiyimdə "Yalvarıram, mənə toxunma..." dedim. Yalvarmışdım...
Bu kəlimə dodaqlarımın arasından, bir illər əvvəl mənə təcavüz edildiyində, birdə indi çıxmışdı. Cümlədə aciz idi... Mənim düşdüyüm vəziyyətdə...
"Hey səni bu qədər qorxudan sey nədir? Mən sadecə kitab alacaqdım" dediyində, gözlərimi açdım. Əlini kitablardan birinə uzatmışdı. Kitabı götürərək, qalxdı. Sadecə kitab götürmüşdü...
Həycanlandığımdan əlimi ürəyimin üstünə yerləşdirib, uzandığım vəziyyətdən oturmağa çalışdım. Dərindən dərindən nəfəs aldım. Dərin nəfəs alış verişimin içində ona baxdım. Bu dəfə gözlərində, maraq vardı. Açdığı kitabın qapağını örtüb, yanıma oturaraq "Sən Danielin bacısı idin?" dedi. Bu dəqiqə ona, sərt cavab verəcək halda deyildim. Ona görə yumşaqca və qısaca "Həə..." cavabını verdim. "Təcavüz sənə olunmuşdu?" dedi, maraqla. Başımı 'Hə' mənasında salladım.
"Sənə yaxınlaşanda ona görə qorxdun?" dedi
"Ağılıma o gün gəldi..."
"Sən o hadisə baş verəndə, balaca olmusan deyəsən"
"Cəmi on beş yaşında idim"
"Bu adiliyi sənin başına gətirəndə Sərdar olub. Səndə Sərdarın evində yaşayırsan. Belə seyi ürəyin necə götürür?"
"Bu söhbət haqqında danışmaq istəmirəm. Amma bizim bu otaqda tək olduğumuzun fərqindəyəm. İstəsən, mənə sahib olacaq gücdəsən. Yenə o günki, kimi səsimi hec kimsə eşitməz. Köməyimə nə Daniel çatar, nə də Sərdar..." dedim, vəziyyətimin hansı yerdə olduğunu dərk edərək.
"Düzdü qatiləm, amma bir şərəfsiz deyiləm. Və bir həzzə görə, sənin acı içində olan fəryadına qulaq asmaram. Lakin, bunları etməyəcəm deyə yerinin rahat olduğunu düşünmə. Sənin üçün çox başqa planlarım var mənim" dedi
"Mənə hər nə edirsənsə et. Toxunmadığın müddətcə, bütün planlarına razıyam"
"Sən dua et. Dua etki, canını burdan qutara biləsən"
"Mən Tanrıya inanmıram. Dua etməyində necə bir sey olduğunu bilmirəm. Sən mənim yerimə edərsən"
"Güclə qaçırtdığım qızı, burdan qaçıb getməsi üçün öz özümə dua edəcəm? Bu ki, xəstəlikdir"
"Olmur elə sey?"
"Olmur" deyib, yanımdan qalxdı. "Gedirsən?" dedim, sanki bir dostumla danışırmış kimi.
"İşlərim var. Onları həll etməliyəm"
"Mənə baş çək. Mən bu otaqda dəli olacam"
"Kitabları oxu, başını qat"
"Kitablar üçün təşəkkür etmədim... Ən azından öldürmək üçün bəslədiyin qızı düşünürsən"
"İstəyirəm öləndə, beynində bir seylər olsun. Savadlı şəkildə ölmək şərtdi. O dünyada işinə yarayacaq" deyərək, məndən uzaqlaşıb qapı yanına getdi. Qapını açıb çölə çıxdı. Qulağıma təkrar kilit səsi gəldi. Yenə kilitlənmişdi...
Saatlardı kitab oxuyurdum. Bir kitabın yarısına gəlmişdim artıq. Kitab oxuduğumdan susamışdım. Ancaq otaqda su yox idi. Su olmadığını görüb, ayağa qalxaraq qapının yanına getdim. Oturmaqdan hər yerim keyimişdi. Qapını möhkəmdən bir - iki dəfə döyüb "Kimsə var? Səsimi eşdirisiz?" dedim. Görəsən kimsə vardımı? Yoxsa mən boşunamı danışırdım...
Bir - iki dəfə səslədiyimdən sonra, bir oğlan səsi "Nə istəyirsiz?" dedi. Su istəyirdim. Su!
"Su istəyirəm"
"Günorta saatında gətirləcək. Qapını açmaq olmaz"
"Mənim asmam var! Su içməsəm boğula bilərəm. Mənə su gətirin!"
"Gözləyin. Gətirirəm"
Yalan demişdim. Asmam falan yox idi. Deməsəydim, gətirəcəyidə olmazdı. O, oğlan mənə su gətirdiyində nəsə etmək olardımı? Misal başında nəsə sındırmaq kimi...
Ətrafa baxdım. Gözümədə bir sey dəymirdi. Taki, otağın küncünə yerləşdirilən kicik gülddanqabını görənə qədər. Tez qaçıb onu əlimə alaraq, qapının arxasına keçdim. Bacar qızım, bacar. Bacara bilməsən, ömür boyu burda qalmalı olacaqsan. Bir az keçməmiş qapı açıldı. İçəri adım atıb ətrafa baxdığını gördüyümdə, vazonu bütün gücüm ilə başında sındırdım. Təsirindən yerə yıxılarkən, otaqdan çıxdım. Otaqdan çıxıb piləkan görünən yerə tərəf qaçdım. İlk əvvəl aşağı mərtəbəyə baxdım. Ətrafda hec kim görünmürdü. Sanki, ev böyük saraya bənzəyərdi. Dizyanı saraydan fərqsiz idi. Yaxşısı aşağı düşməyim idi. Uzun piləkandan düşməyə başladım. Pillələri düşdükcə, elə bil yenisi artırdı. Nəyə lazım idi, bu cür piləkan? Son pillədən aşağı düşüb, qapıya tərəf getdim. Qapını açmaq istəməyim ilə, qapının üzümə açılması bir oldu. Qarşımda, Şahin vardı. Mənimkidə ağılsızlıq idi. Mən hara qaça bilərdim hə?! Tək bir an, burdan canımı qutara biləcəyimi düşündüm. Amma nafilə...
Qaçış yolum yox idi. Onu gördüyümdə, geriyə - geriyə addımladım. O isə mənə tərəf gəlməkdə idi. Gözünün arxada bir seyə sataşdığını gördüyümdə, məndə arxa çevrilib baxdım. Başında vazo qırdığım oğlan idi. Əlini başının arxasına qoyaraq aşağı düşürdü. O, aşağı düşdükcə, Şahin "Otaqdan necə qaça bilib?!" dedi. Səsi olduqca gur çıxmışdı. Dəhlizin hər yerinə exo verdi. Səsdən qulağımı tutduğumda, oğlan aşağı düşüb "Su istəmişdi. Su gətirdim. Bunu fürsət bilib, başımda vazo qırdı" dedi. Bunu deməsi ilə Şahinin kəsgin baxışları məni tapdı. Adama dönüb "Sənlə sonra danışacam. Cəhənnəm ol, gözümün qabağından!" deyib, mən tərəfə yaxınlaşdı. Yəqin, məni elə burda öldürəcəkdi. Yanıma gəldiyi kimi, qolumdan tutub arxasıyca sürüklədi. Uzunluqda olan piləkanı tək nəfəsdə çıxdı. Hansı otaqdan çıxmışdımsa, məni həmin otaq tərəfə gətirdi. Açıq olan qapıdan içəri girmək istədiyimizdə gözü yerdə olan, vazo qırıqlarına sataşdı.
"Necə belə seyə cəsarət edə bilmisən?!" deyib, məni birbaşa qırıqların üstünə itələdi. Tarazlığımı itirdiyimdən üzü üstə yerə düşdüm. Düşərkəndə, ayağıma şüşə parçası batdı. Kəsiyin ağrısından dilimdən "Ah!" nidası töküldü. Başımı yerdən qaldırıb, ayağıma baxdığımda ayağımın altından qan axdığını gördüm. Bu vazo sındırmaq mənə baha başa gəlmişdi...
"Bir daha ağılından belə seyi keçirtmə! Yoxsa sənə insaf etmərəm!" dedi.
Qan axan ayağıma baxıb, başını buladı. Qapını sərtcə örtüb çölə çıxdı. Ayağımın halına baxanda insaf etmədiyini başa düşmüşdüm. Sürünə - sürünə çarpayının yanına gəldim. Yuxarı çıxmağa halım olmadığından başımı eləcə çarpayının bir hissəsinə yasladım. Danielin, prensesi nə hala qalmışdı... Prensesin darda idi. Prensesin səni gözləyirdi. Danieli düşündükcə, göz yaşlarıma boğuldum. Mən qardaşıma çox böyük haqqsızlıqlar etmişdim. Onun yanında qalmağı deyildə, Sərdarın yanında qalmağı seçmişdim. Oysa, Danielin yanında güvəndə idim. İndi olduğum yer, cəhənnəmdən fərqsiz idi. Dəqiqələrcə olduğum yerdə qalıb ağladım. İndi əlimdən gələn tək sey ağlamaq idi. Ayağımdan axan qan dayanmışdı. Yer isə qanla dolmuşdu. Gözüm yerdə olan qanda olarkən, qapı açıldı. Şahin yenə gəlmişdi. Səhər əlində kitablar vardı. İndi isə, bir bardaq su və ilk tibbi yardım çantası. Arxasından gələn üzün görmədiyim oğlan yerdəki qırıqları yığmaqla məşğul idi. O, isə yanıma gəlib dizini yerə ataraq aşağı çökdü. Su bardağını mənə uzadıb "Susamışdın, al iç" dedi. Dikbaşlıq etməyib, əlindəki suyu alıb içməyə başladım. Suyu içdikcə, gözü üstümdə gəzmişdi. Oğlan isə yerdəki qanı silməklə məşğul idi. Mənsə suyu içib bitirirək, bardağı yerə qoydum. Onla səssizcə baxışmağa başladıq. Niyə su gətirmişdi? Niyə mənə gah yaxşı davranırdı, gahda pis?
Oğlan işini bitirib çıxdığında, Şahin tibbi yardım çantasını açıb əlinə az miqdarda pambıq aldı. Pambığı siprtə batırıb, "Bir az incidəcək səni" dedi. Əlindən almağa çalışdım. Özüm etsəydim, yaxşı olardı. Əlini geri çəkib "Mən səbəb oldum, məndə təmizləyəcəm" dedi. Ayağıma əli ilə toxunub dizinin üstünə yerləşdirdi. Pamıbığı ilk ətrafına basdırıb qanları silərək təmizlədi. Siprit azca yara üstünə dəydiyində, acıdan özümü sıxdım. Kiçik yara məni incitmişkən, gerisini düşünə bilməzdim. Pambıqla işi bitdiyindən, yarabandı aldı əlinə. Yarabandını yapışdırdıqdan sonra bez parçası ilə sarmağa başladı. O sardıqca mən bütün diqqətimi onun üstünə vermişdim. İşi bitdiyini gördüyümdə, ayağımı dizinin üstündən çəkdim. Bütün bu olanlara məna verə bilmədiyimdən "Niyə belə etdin?" dedim.
"Qurbanımın daha, sağlam olması üçün"
"Qaçmağa cəhd göstərmişdim. Məni vura bilərdin. Qarşını kəsən bir sey yox idi"
"Sən nə tələsən bir sey çıxdın. Mən tələsməyi sevmirəm. Mən sənin üçün ölüm növü fikirləşirəm"
"Silahla vur, bitsin bu iş"
"O qədər asanda qaçmaram"
"Qatarın qarşısına at"
"Hind filmi kimi? Olmaz. Elə ölüm mənə həzz verməz"
"Elektirik ver"
"Sən özün özünə ölüm növləri saydığının fərqindəsən?"
"Fərqindəyəm. Ölümlərdən ölüm bəyənirəm"
"Saydıqlarının hec biri olmayacaq"
"Başqa ölüm növü qaldı? Bəlkə elə məni diri - diri torpağın altına basdırasan"
"O videoda o qədərdə yaxşı olmaz. Mənə başqa ölüm lazımdı"
"Necə ölüm?" dedim, onun gözlərinin içinə qorxusuzca baxarkən. Mənə azca yaxın oturdu. Əlinə yerdə olan bardağı aldı. Bardağı mənə göstərib "Bunun içində nə var?" dedi. Bardağın içində yarım qalan, suya baxdım.
"Su..." dedim
"Susamışdın az əvvəl. Su sənə həyat oldu. Ölümün olsa necə olar?"
"Su ilə ölüm? Zəhər qatacaqsan?"
"Yox nə zəhəri. Romeo Juilet səhnəsi çəkmirik burda. Səni su ilə boğulacam. Suda boğulmağını izləmək, daha həzz verici olacaq"
Bu dediyindən sonra, əlindəki bardağı çevirib, içindəki suyu mənim dizlərimin üstünə axıtdı. Mən uşaqlığımdan bəri tək başına hovuza, dənizə girməkdən qorxardım. Boğulmaq təhlükəsi, məni daima qorxutduğu üçün. İndi boğularaq ölmək fikiri, mənim canıma üşütmə gətirmişdi. Mənə bir az daha yaxın dayandı.
Əlini islanmış olan diz qapaqlarımın üstünə gətirib "Azca islandı. Bəlkə, hovuzda boğulmamışdan əvvəl sənə dərs keçək?" dedi. Onun bu sözünə daha arxaya getdim. Bir növ qaçmaq istəyirdim. Qorxulu olmağa başlamışdı...
"Nə dərsi?!" dedim, titrəkcə.
"Duşda islanmaq kimi. Əvvəldən özünü boğulmaq hissinə öyrəşdir"
"Manyaklıq etmə!"
"Edəcəm. Manyak olmaq xoşuma gəlir"
"Rahat burax məni! Öz manyaklığını mənim üstümdə sınama!"
"Çox gecdi" deyərək, qolumdan tutub məni ayağa qaldırdı. Az əvvəl ayağımı saran, adam indi niyə belə edirdi? "İstəmirəm, burax məni! Burax!" deyə, qışırdım. Mənim qışqırığıma güldü. Onu itələməyə çalışdım. İtələməyimə daha çox güldü. Həqiqətən manyak idi. Hər yeni saat keçdikcə, bunu hiss etdirirdi. Əlini belimə yerləşdirirək, məni qucağına aldı. Otaqda yerləşən ayaqyoluna tərəf getdi. Onun əlində çabalamağım belə boşuna idi! Qapının qulpunu birtəhər açdıqdan sonra içəri girdik. Duşun yanına çatdığımızda məni yerə qoydu. Mən kimin, nəyin günahın çəkirdim belə?! Mən kimə nə etmişdimki, bu vəziyyətə qalmışdım?! Hardaydı, dünyanın ədaləti? Mən indi, bir manyakın əlində qalmışdım...
"Gir vannanın içinə!" deyə, tələbkar səsi ilə danışdığında ona qarşı gəlmədən vannanın içinə daxil oldum. Bəlkədə, son dayanacaq yerim burası idi. Bəlkədə, burda öləcəkdim... Aşağı çöküb, vannanın içinə oturdum. Başımı özümə tərəf çəkdiyim, dizimin üstünə yerləşdirdim. Suyun açılma səsini eşitdiyimdə, gözlərimi sıxdım. Sonra başımdan aşağıya tökülən, soyuq suyun bədənimdən axmasına içimdə şahidlik etmiş oldum. Buz kimi, su saçlarımdan aşağı axmaqda idi. Su axdıqca, mənimdə göz yaşlarım yenə axdı. "Başını qaldır!" dedi, soyuqanlıqla. Başımı dizimin üstündən qaldırdım. Ona baxmadım. Qarşımda olan boş divara, gözümü zilləyib baxdım. Başımı qaldırdığımdan, suyu alınımdan axıtmağa başladı. Nəfəsimi tutsam ölərdimmi? Bir bu gün, birdə təcavüz edildiyim gün ölmək istəmişdim. Mənim yaşayacaq gücüm qalmamışdı...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri