Ağ Kəpənək ( BÖLÜM 55)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 2 918
Səs ver:
(səs: 0)
Daniel'in dilindən
Lauradan xəbər ala bilmədiyim, 11 ci günün sabahı idi bu gün. 11 gün idi, onsuz idim. Onsuzluq məni dəli etmişdi. Bakını altına üstünə gətirsəmdə, hec yerdə onu tapa bilmirdim. Ona bir sey olacaq düşüncəsi, məni məhv edirdi. Ac idimi, susuz idimi, işgəncə görürdümü görmürdümü bilmirdim. Hələ beynimdən keçən, digər sey ilə daha çox dəliyə dönürdüm. Kimsənin ona barmaq ucu dəymiş olsaydı, mən özümü özümü bitirərdim. Onu qoruya bilmədiyimdən sonra niyə yaşayım mən?
Hər kəs qonaq otağında, pərişan halda oturmuşdu. Hər kəsin içinə, Sərdarla Fikoda daxil idi. Lauranın yoxa çıxmasını, iki gün sonra öyrənmişdim. Sərdar qapıma dayanıb, Lauradan xəbər ala bilmədiyini dediyini. Onun ortalıqda olmadığını bildiyimdə, Sərdarın üzünə yumuruğumu keçirdmişdim. Ona görə olmuşdu... Yoxsa Şahin deyilən, həmin adamın mənim bacımla nə işi ola bilərdi?! Amma Sərdarın gözlərində gördüyüm qorxu, azca yumşalmağıma səbəb olmuşdu. Hiss olunurduki, oda Lauraya qarşı boş deyil. Bu münasibəti ömür boyu dəstəkləməyəcək olsam belə, bu dəqiqə onunla üz üzə gəlməyib güclərimizi birləşdirdik. Söhbət bacımın həyatından getdiyi üçün...
Sakitliyin ortasında, başını aşağı salan Sərdar "Onu hər keçən gün, tapmadıqca mən ölürəm..." dedi. Durğunluq vardı halında. Başını qaldırıb, üzümə baxdı. Toxunsam, ağlaycaq kimi idi. 11 gün idi bu üz ifadəsi ilə gəzirdi. Pis idi, vəziyyəti. Mən Dinaya görə, məğrur dayanmağa çalışırdım. Dinanın gözünü oğurladığımda, öz içimə qapanırdım. Mənim düşünməli olduğum, körpəmdə vardı. Öz bacımı qoruya bilmirdim mən. Körpəmi necə qoruyacaqdım? Təcili sürətdə, bu işlərdən əl çəkməyi düşünürdüm. Mən can, adlandırdığım sevdiyim insanları itirmək istərdim. Sərdarın yanan canını, gördükcə özümə yer tapa bilmirdim. Sən ölürdünsə, məndə ölürdüm adam...
"Hamısı sənin axmaqlığındı... Taksini izlətdirmək hecmi ağılına gəlmədi?!" dedim, üstünə gedərək. Oda belə olmasını istəmirdi. Ancaq Lauranın inadını, gizli yolla niyə qırmamışdı.
"Adamlarıma demək istədim. Amma həmin saniyə telefonuma tanınadığım nömrədən zəng gəldi. Zəngi açdım. Alo desəmdə, qarşı tərəfdən zəng gəlmədi... Sən demə, bu zəngdə fikirimin yayınması üçün planın bir parçası imiş" dedi, dili damağı qurumuş formada. Günlərdi dilimizə nə yemək dəyirdi, nə də yata bilirdik. Hər kəs yorğun idi. Üstəlik, bu vəziyyətimdə belə onunla məşğul olmalı, hamilə bir sevgilim vardı. Dinanı düşünərkəndə, yuxarıdan aşağıya düşdüyünü gördüm. Sərdarla eyni havanı alması, onu əsəbləşdirdi. Mənə görə səsini çıxartmırdı. Səssizcə yanıma oturdu. Onu özüm tərəfə çəkib qucaqladım. Başını sinəmə yaslayıb "Hələdə bir xəbər yoxdu?" dedi. Dərindən iç çəkdim. Ondan xəbər ala bilməmək, böyük fəlakətin gəlişi idi.
"Yoxdu, sevgilim... Yer yarılıb, Laura içinə girib sanki" dedim
"Bəlkədə hec Bakıda deyil. Siz başqa şəhərlərdə olan mafia nümayəndələri ilə əlaqə saxlamalısız"
"Ağılıma gəlmişdi, bu fikir..."
"Gəlmişdisə, axtarışa çıxın" dedi, başını sinəmdən qaldıraraq. Dönüb Sərdara baxdım.
"Tandıqıların var sənin?" dedim
"Olmalıdı... Yoxsada özüm hər yerə tək - tək baxacam. Onu tapacam"
"Artitslik etmə! 11 gündü onu tapa bilmirik!"
"Söz verirəm, sənə Daniel. Bacını tapıb, sənə geri qaytaracam"
"Onda boş oturmayaq. Başqa şəhərlərə xəbər salaq" deyib, qalxdım ayağa. Diqqətimi Samuelin səssizliyi çəkdi. Onunda vəziyyəti ürək açıcı deyildi. Fikiri bir yerlərə gedib gəlirdi. "Samuel, hər sey düzələcək..." dediyimdə, baxışları məni tapdı. O qədər sərt baxırdıki...
"Nə düzələcək?! Laura bu adama görə ortadan yoxa çıxıb. Bu lənət adam isə bizim evimizdədi! 15 yaşında ona görə, ona təcavüz olundu... İndidə ona görə qaçırılıb. Və başına nə gəldiyini bilmirik... Düzəlmir, Daniel! Düzəlmir!" deyə, mənə isyan etdi. Haqqlı ididə. Düzəlmirdi... Lauranın başına hər nə gəldisə, Sərdara görə gəldi. Amma gəl ki, mən bunu Lauraya başa sala bilmədim. Laura öz ürəyini çoxdan ona təslim etdi...
"Xahis edirəm səndən, belə danışma. İndi yeri nə də zamandı" dedi, Sərdar.
"Necə danışmayım?! Sənə görə bacımın başına gəlməyən qalmadı. Şahinə nə pislik etmisənki, bacımı qaçırdıb?!"
"Məən..."
"Sən nə?! Kim bilir, ənim bacım nə vəziyyətindədi, indi. Sənin hansı günahının bədəlini ödəyir!"
Samuelin özündən çıxmasını gördüyümdə, ona tərəf getdim. Samueldə ayağa qalxmışdı. Sərdarın, Şahinə nə etdiyini məndə bilmirdim. Ümüd edirdim, etdiyi hərəkətin ucu Lauraya toxunmazdı. Yoxsa hec birinə insaf etməzdim.
"Sakitləş, Samu... Biz indi gedirik. Dina, sənə əmanətdi. Ona yaxşı bax. Axşam saat 8 - də atmalı olduğu bir dərman var. Onu yaddan çıxartmayın. Onsuzda günlərdi stres altındadı. Birdə ona görə narahat olmayım" dedim.
Belə danışdıqdan sonra azcada olsa, əsəbinin sakitləşdiyini gördüm. Sərdarla Fiko evdən çıxdığında, məndə qapı kənarında idim. Qapını açıb çıxmaq istədiyimdə, Dina "Daniel..." deyə məni səslədi. Yanıma gəlib, məni qucaqlayaraq "Sən məni fikirləşmə. Tüm dəqiqətini, bacına ver. Mən öz başımın çarəsinə baxacam" dedi.
"Belə demə. Sizin hamınızı mən eyni sevirəm. Həm mən körpəmi fikirləşməsəm, körpəm məndən narazı qalıb inciyər. Onu incitmək istəmərəm. O, balacada olsa hər seyi hiss edir. Onun özünü təhlükə altında hiss etməsini, istəmirəm mən. Atalar qəhraman olur. Mənim vəzifə borcum budur" deyərək, ondan aralanıb alınının ortasından öpdüm. Əllərinində ovuc içinə bir neçə öpüş qondurdum. Aşağı əyilib, hələ çıxmayan göbək üstünüdə öpərək "Sən qorxma, körpəm" dedim. Yetərki, sən bizi tərk etmə. Dinadan, ayrılıb qapını açdım. Çölə adımımı qoydum. Mən bacımı tapmalı, bu həsrətə son verib ona qovuşmalı idim...




(Laura'nın dilindən)
Oxuduğum kitabda belə cümlə keçirdi.
"Şu an hayatımın, bilmiyorum evresindeyim. Ne yapmam gerektiyini bilmiyorum. Bir az yoruldum sanki. Olmamasında bir hayır vardır, diye - diye çürüdüm gitdim buralarda. Her seferinde, kendimi bu noktada bulmakdan çox sıkıldım"
Mənə bənzəyən cümlələr...
Hə, bu gün qaçırıldığım günün, 11 ci gününü yaşayırdım.
11 gün idi, bu otaqdan çıxmırdım.
11 gün idim, çöl havasına həsrət qalmışdım.
Yorulmuşdum...
Üstümə çox böyük yorğunluq çökmüşdü. Burdan xilas ola biləcəyimi, artıq düşünmürdüm. Elə bil, mən adında biri hec olmayıb. Gəlmədilər. Məni tapmadılar. Mən burda gündən günə ölərkən, hec kim səsimə səs vermədi. Məni nə vaxt tapacaqlarını bilmirdim. Ancaq tapdıqlarında çox gec olacağı, dəqiq idi...
Kitabı bağlayıb, qalxdım ayağa. Bu otaqda hara gedəcəkdimsə...
Otaqda öz özümə o baş bu başa gedib gəlməyə başladım. Divarlar üstümə - üstümə gəlirdi. Şahində yanıma çox gəlib getmirdi. Onu yeməkdən yeməyə görürdüm. Divarda aslı olan saata baxdım. Yemək saatıma çox az qalmışdı. Harda olsa gələcəkdi. Bu dəfə gəldiyində, özümü acındırmalı idim. Azda olsa mənə acısa, bu otaqdan çıxa bilərdim. Dəqiqlər keçdikcə, gözüm saatda ilişib qalmışdı. Qapının kilid səsini eşitdiyimdə, gözümü saatdan çəkib qapıya tuşladım. Qapını açdı. İçəri əlindəki sini ilə keçə - keçə, "Ayaq üstə niyə dayanmısan?" dedi.
"Oturmaqdan ayaqlarım tutulub. Dustaq həyatı yaşamaqdan bezdim"
"11 gün keçib. Hələdə öyrəşə bilmədin?"
"Necə öyrəşim?! Sən özün hər gün çöldəsən, mən isə hec evin içində rahat gəzə bilmirəm. Ürəyim dözmür"
"Boş söhbətləri, kəs. Gəl, yemək ye"
Çarpayının üstünə yerləşdirdiyi siniyə baxdım. Yeməyin mərci supu olduğunu gördüm. Mərci hec sevməzdim. Nə də yeməzdim.
"Mən mərci sevmirəm..." dedim
"Sevsəndə budu, sevməsəndə budu!"
"Yeyə bilmirəm! Yediyimdə qaytarıram!"
"Ac qalmalı olacaqsan"
"İcazə ver, özüm aşağı düşüb yeməyə nəsə hazır edim. Mədəmdə acdı. Aclıqdan ağrıyır"
"Olmaz. Sənin aşağı düşməyin təhlükəlidi"
"Hec nə etməyəcəm. Mən dərsimi, almışam. Məni ac saxlama" deyərək, yanına gəldim. Tam dibində bitib, ona məsum - məsum baxmağa başladım. Aşağı düşsəydim, bir seylər fikirləşə bilərdim. "İnan, mən çox sıxılıram. Sıxıntından burda bir gün, məni ölü tapacaqsan. Hec olmaya düşüm aşağı, nəsə bişirim. Fikirim yayınsın" deyib, boynumu bükdüm. Az insaf elə, adam mənə...
"Yaxşı... Amma səhvin olsa, bədəlin çox pis ödəyəcəksən" dedi
Razı olmasına sevinsəmdə, sevincimi çox bəlli etməməyə çalışdım. Sininidə götürüb, onunla bərabər otaqdan çıxdıq. Çıxmışdım... Lənət yerdən çıxmışdım. Aşağı düşməyə çalışırdıq. Gözü üstümdə idi. Mənsə düşünürdüm. Mətbəxə getdiyimdə, nə edə bilərdim? Yemək bişirməyidə bilməzdim mən. Ən asand bir sey pomidor yumurta etmək idi. Onu bacara bilərdim. Son pilləni düşüb, dayandım. Şahində son pilləni düşüb "Sol tərəfdəki mətbəx. Sağ tərəfdəki qonaq otağıdı. Sola keç" dedi. Dediyini edib, sol tərəfə irəllədim. Açıq qapıdan içəri keçdim. Mətbəx çox geniş və göz oxşayıcı idi. Krem tonlarından istifadə edilmişdi. Arxamca Şahinin gəldiyini hiss etdim.
"Bura qədər gəlmisənsə, mənə yeməkdən hazırla. Mən qonaq otağındayam" dedi.
Hec nəyində yerini bilmirdim. Axtarıb taparaq bir seylər edə bilərdim. Həmdə başım qarışmış olardı. İlk əvvəl qaz sobasının altını yandırıb, qazanda olan supu isitdim. Sonra şkafları axtarıb qab tapdım. Bir qaba baxdım, birdə qazanda olan yeməyə. Nəsə edə bilərdim...
Ağılını işlət, Laura. Ağılıma yüz cür fikir gəlirdi. Elə bir sey etməli idimki, Şahinə zərəri toxunmalı idi. Adamları onun halına baxarkən, mən aradan qaçmalı idim. Ağılıma gələn son fikir, yeməyinə şüşə qırıntısı qatmaq oldu. Bu mənim qaçış biletim idi...
Ancaq nəyisə sındırmalı idi. Sındıracağım seyin səsi çıxa bilərdi. Bunu necə edəcəkdim?
Tam bunu düşündüyümdə, Şahin mətbəxə təkrar daxil olub "Mənim çöldə 10 dəqiqəlik işim var. İşimi həll edim gəlim. Yeməyi sonra hazır edərsən" dedi. Onun üzünə gülümsəməyə başladım. Birinci dəfə idi şans məndən yana olmuşdu. Evdən çıxış səsini, qapının açılıb örtülməsi ilə bildim. O getdikdən sonra əlimə bir bardaq alıb yerə çırpdım. Bunu edərkən, ürəyimi həycan basmışdı. Yeməyin içində şüşə qırıntısının olduğunu hiss etsəydi, mən bitəcəkdim. Bunu gözə alaraq edirdim. Çünki, ya indi ya sonra onsuzda bu insan məni öldürəcəkdi. Daniel ilə Sərdarda yox idi. Onların gəlməyini gözləsəydim, iş işdən keçəcəkdi. Yerə səpələnən qırıntıları bir araya topladım. Çəkməcələrin gözündən kiçik tava tapıb, onunla əzməyə çalışdım. Bunu etdikcə, içimə ağlamaq hissi daxil olurdu. Öz halıma içimdən ağlamaq keçirdi. Çarəsizliyi dibinə qədər yaşayırdım. Bir təhər qırıntıları üyüdülmüş formaya gətirmişdim. Həmin qırıntıları tavaya yığıb yeri təmizləyərək, qalxdım ayağa. Tavanı şkafın bir gözündə gizlətdim. Sonra soyducunu açıb pomidor, yumurta və yağ çıxartdım. Bunlarla başımı qarışdırdığımda, qapının açılma səsini eşitdim. Şahin uzaqdan mənə baxıb, qonaq otağına tərəf irəllədi. İndi, növbə məndə idim. İsti olan yeməkdən, bir qab ona çəkdim. Mətbəxin giriş qapısına baxdım. Burdan hec nə görünmədiyini görüb, şüşə qırıntısından yeməyin içinə əlavə etdim. Yeməyi qarışdırıb, siniyə qoyaraq mətbəxdən çıxdım. Qonaq otağına keçdim. Şahin masada oturmuşdu. Eləcə, sinini qarşısına qoydum. Bütün bədən hüceyrələrim titriyirdi. Bunu ona bəlli etməmək üçün "Nuş olsun" dedim. Əlinə qaşığı alıb, yeməyə saldı. Qaşığı yeməyin içində gəzdirməyə çalışdığında, qorxu tam ürəyimin üstünə oturdu. "Yanıma gəl" deyə, tələbkar formada danışdığında yanına yenidən yaxınlaşdım.
"Sən məni axmaq zənn edirsən?!" deyərək, bir göz qırpında qalxdı ayağa. Sinini əlinə alıb möhkəmcə yerə çırpdı. "Yeməyin içinə şüşə qırıntısı qatmaq hə?! Ağıllıca bir işdi. Amma evdə cameraların olduğunu düşünməmək, tam ağılsızlıqdı!" deyib, dəlicə güldü. Gülməsi ilə saçımın arxasından yapışdı. Mən sacı çəkməsinin ağrısını çəkərkən, saçımı dala daha çox çəkib anidən qarşıya gətirərək, başımı zərblə masanın tininə vurdu. Bunu etməsi ilə başımda dilə gətirləsi olmayan bir ağrı hiss etdim. Başımı masadan geri çəkərkən, dodaqlarıma dəyən qan dadını hiss etdim. Burnumdan qan axırdı. Əlini saçlarımdan boşaltması ilə, özümü itirmiş kimi olub yerə yıxılmağım bir oldu. Gözümün qarşısı getdikcə, qaralırdı. Gözümü yumub, özümü ölümün qollarına təslim etmək istədim. Bir qapı gördüm. O qapıya tərəf yaxınlaşdım. Əlimi qapının qulpuna atıb, qapını açdım. Qapını açdığımda qarşımda, çox gözəl yaşıllıq gördüm. Göyün üstündə bir neçə quşlar uçuşurdu. Qulağıma xoş bir musiqi səsi gəlirdi. Addım atmaq istədim. Addım atsaydım, cənnət adlandırdıqları yerə düşəcəkdim...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 918
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri