Ağ Kəpənək ( BÖLÜM 57)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 2 879
Səs ver:
(səs: 0)
Gözüm yumulu halda özümü ölümün qollarına təslim etmək istəyərkən, belimdən tutulan bir əl hiss etməyim ilə gözlərimi açdım. Gözlərimi açarkən, məni yuxarı qaldırıb suyun üzünə çıxartdı. Məni ölümün pəncəsinə atan adam, məni xilas etmişdi. Şahinin məni xilas edişini indi düşünməyə vaxtım yox idi. Su altında qaldığımdan, nəfəs yoluma su qaçmışdı. Özümü boğulurmuş kimi hiss etdiyimdə, öskürməyə başladım. Bu sırada Şahin hovuzun kənarına qədər, məni özü ilə apardı. Hovuzundan çıxmağa adamları kömək etdi. Çıxmağım ilə yaşıl otların üstünə uzanmağım bir oldu. Amma nə öskürəyim dayanırdı, nədə nəfəs almağım düzəlirdi. Şahin məni qaldırıb, üzü üstə əyərək kürəyimdən vurmağa başladı. Bunun nəticəsində, ağzımdan sular tökülməyə başladı. Ondan sonra rahat nəfəs ala bildim. Bu yerə qədər ölümlə yaşam arasında mübarizə aparmışdım. Bundan sonra düşünməli olduğum tək sey, Şahinin mənə niyə belə rəftar etməsi idi. Özümə gəldikdən sonra məni qucağına alıb, yuxarı otağıma çıxartdı. Çarpayının bir küncünə məni yerləşdirdi. Ardından hamam otağına daxil olub, ordan dəsmal gətirdi. Məni dəsmala büküb "Bacarmadım..." dedi. Aşağı dizlərmin dibinə çöküb oturdu. Belə bir vəziyyətdə nə deyilərdi, bilmirdim...
"Az qalsın, öləcəkdim... Ölərkəndə, hansı bədəli ödəcəyimi bilmirdim. Mən həqiqətən, nəyin bədələni ödəyəcəkdim?" dedim
Sərdarın ona nə etdiyini öyrənməli idim. Sərdar bir insanı bu hala gətirəcək, nə edə bilərdiki?
"Mən iki əvvəl Sərdarın malını oğurlamışdım. O vaxtlar bu qədər imkanım, adamım yox idi. Girmişdim, bu işin içinə. Bu işdə yaxşı pul var deyə - deyə, yemişdilər başımın ətini. Məndə pulsuzluqdan əziyyət çəkdiyimdən razılıq verib bu cür işlərə qoşuldum. Səbəb isə, düşünməli olduğum xəstə sevgilim idi. Xərçəng xəstəsi idi. Müalicələrinə pul çatdıra bilmirdim. Onu yaşatmaq üçün, öz canımı hecə sayıb bu işə girdim. Girişim oldu, çıxışım olmadı..." dedi.





(Part 2)
Nəsə, bu hekayəsinin altından qalxa bilməyəcəyimi düşündüm. Oda bunu sanki, təsdiq edərmişcəsinə dizlərini özünə tərəf çəkib başını aşağı saldı.
"Sevgilim sənin kimi balaca idi. On səkkiz yaşında idi. Başında nə ata vardı, nədə ana. Yetmixanada böyümüşdük. Mən ondan beş yaş böyük idim. Onu uşaq kimi əzizləyib, qeydinə qalırdım. Bizim üçün hər sey yaxşı gedirdi. Taki, Sərdarın malın oğruladığım günə qədər. Boynuma alıram, malını oğurlamaqla səhv etmişdim. Amma nə haqq hesabı vardısa, mənlə kəsməli idi. Ona dəyməli deyildi...
O gün mənidə sevgilimidə, tutmuşdu. Mənə cəza vermək istəyirdi. Cəzanı isə mənə deyil, sevgilimə çəkdirdi. Bilirsən ona nə etdiyini?" dedi, başını qaldırın nəmli gözləri ilə mənə baxarkən. Sərdar nə etmiş ola bilərdi? Nə qədər irəli gedərdi?
"Nə etdi?" dedim, özümü soyuqanlı aparmağa çalışıb. Ancaq onun gözlərində gördüyüm qəzəb, mənim soyuqqanlı olmağımı yox etdi.
"Gözümün qarşısında, sevgilimin damarına iynə ilə narkotik vurdurdu... Hec vaxt narkotik istifadə etmədiyindən, dozasına dözə bilməyib elə oradaca keçindi..." dedi.
Bunudamı etmişdi? Xəstə bir qıza bunadamı yaşatmışdı, Sərdar?! Mənim sevdiyim adam, belə bir insan idimi?
Onun başını təkrar aşağı saldığını gördüyümdə, dəsmalı çiynimdən atıb, məndə aşağı oturdum. Qulağıma kiçik ağlayış səsləri gəldi. "Kaş, o gün onun yerinə mən ölsəydim... Ölmədim... Nə də bu günün özündə belə ölə bilmirəm. Ölüb, ona qovuşmağı çox istəyirəm" deyərək, göz yaşını silməyə çalışdı. Hər seyi öyrənmişdim. Geriyə bir tək, mənə niyə belə davranması qalırdı. Sanki, bunu başa düşmüş kimi "Sənə gah pis, gahda yaxşı davranmağımın səbəbin indi sənə göstərəcəm" dedi. Əlini qoluna atdı. Köynəyinin qol düyməsin açıb, köynəyin qolunu yuxarı çıxartmağa başladı. O köynəyin qolunu yuxarı çıxartdıqda, gördüyüm mənzərə qarşısında gözüm dörd açıldı.





(Part 3)
Qolunu mən tərəfə uzadıb "Səbəbi budu..." dedi. Qolunun damar yollarının hamısı gömgöy idi. Qoluna iynə vurmaqdan hər tərəfi deşik - deşik idi. Bir insan özünə niyə bunu etsin?!
"Sevgilim öldükdən sonra, məndə birbaşa qoluma narkotik vurmağa başladım. Onun ağrı, acısını hiss edim deyə... Bir gün mənidə bu iynə öldürəcək. Öləndə, sevgilimin hiss etdiyi hər seyi məndə onunla birgə yaşayacam. Son aylarımdı, bəlkədə... Bədənim iynələrə doyub. İynələr mənə təsir etmir. Təsir etməyindəndə, nə etdiyimi bilmirəm. Davranışlarımı nizamlamaq olmur" dedi
Eşitdiklərim və gördüyüm sey qarşısında şok oldum. Sərdar bir insanın həyatını deyil, iki insanın həyatını alt - üst etmişdi!
"Bunu özünə etmə... Xilas ola bilərsən... Hər seyin bir yolu, bir çarəsi var. Bu yoldan dönməlisən" dedim, tam səmimiyyətim ilə.
"Mən səni otağa kilitlədim. Səni duşa saldım. Başını masanın tininə vurdum. Səni suda boğmaq istədim. Sən mənim xilas olmağımı niyə istəyirsən?"
"Sən bunların hamısını edə bilərsən, ancaq sən mənə oxumağa kitabda gətirdin... Kitab oxuyan insandan zərər gəlməz"
"Sırf kitab gətirdiyim üçün?"
Başımı 'Yox' mənasında sallayıb, ona həqiqəti demək istədim. "Çünki, sən mənə təcavüz etdmədin..." dedim, ən yaralı yerimə özüm toxunarkən. Məni ölümcül vəziyyətə salmışdı. Mən özümdə ölümcül vəziyyətə düşüməyim üçün, ağılsızlıqlar etmişdim. Yarımcıq gülüş ilə güldü. Gülüşünə məna verə bilmədiyimdə "Sevgilimin adı Arzu idi. Arzum olaraqda qaldı..." dedi. Arzusunu ürəyində qoyan adamda, mənim sevdiyim idi.





(Part 4)
"Mən onun əlindən tutmağa qıymazdım. Saçlarını oxşayanda icazə alardım. Otağına girəndə, qapısını döyərdim. Xəstələnəndə baş ucunda dayanardım. O, mənə bunları öyrətmişdi. Qadınlara zərif və incə davranmağı... Sənə qarşı etdiyim bütün hərəkətləri öz zidd iradəmlə etmirdim. Sənə hər əzab verdiyimdə, özüm min qat əzab çəkirdim. Mən bir qadına qarşı bu hərəkətləri edəcək son adam idim. Ancaq qolumdakı iynə sayıları, artıq buna icazə vermir. Sərdarın etdiyini, mən etmək istəmirəm. Səni azad edəcəm. Qoy, Sərdarın cəzasını inanmadığın Tanrın versin..."
"Mən Sərdarı hec vaxt bağışlamayacam. Onu sevsəm belə, bağışlamağım daha alınmayacaq"
"Bağışlayacaqsan. Sənin təcavüzündə rolu olan adamı necə sevmisənsə, yenədə elə bağışlayacaqsan. İnsan övladı, unutqandı Laura"
"Unutdurdu... Mənlə elə rəftar etdiki, mən hər seyi unutdum"
"Səni sabah evinə geri qaytaracam"
"Ya sabah başqa fikirə düşsən? Qaytarmaq istəməsən?"
"Düşməməyə çalışacam. Ona görədə əşyalarını hazırla. Sabah səhər saatlarında çıxarıq"
"Mən hardayam indi?"
"Gəncədə..." deyərək, qalxdı ayağa. Sabah bir tərslik çıxmasaydı, məni evimə geri qaytaracaqdı. Bitəcəkdi, dustaqlıq.
"Sənə minnətdaram" dediyimdə, məcburəndə olda gülümsədi. Arxasın döndərib, otaqdan çıxdı. Mənsə sabah evə gedəcəkdim deyə, sevinməyə başladım. Nəhayət, ailəmə qovuşacaqdım...






(Part 5)
Sözündən dönməmişdi. Sabah açılar açılmaz, hər seyi hazırlamışdı. Yola düşəcəkdik. Səhər yeməyimizi bərabər yemişdik. Hətda oxuduğum kitabları mənə hədiyyə etmişdi. Ondan, burdan ayrıldım. Bir daha görüşərdikmi onunla? Bunu bilmirdim...
Evdən çıxıb, çöl qapıya tərəf eyni addımla irələdik. Ya addımını dayandırıb, geri dönməks istəsəydi? Ağılıma bu fikiri salıb, qorxdum. Qorxduğumu hiss etdiyindən "Nəydən qorxdun?" dedi. Addımmı saxlamadan, "Sözündən dönəcəyindən" dedim. Mən saxlamasamda, O addımını saxladı. O, saxladığında məndə dayandım. "Görürəm, məndən ayrılmaq istəmirsən" dedi, zaraftyana hal ilə.
"Qardaşlarıma qovuşmaq istəyirəm. Amma sənidə yaddan çıxartmayacam"
"Sərdarın qaldı"
"Sərdar haqqında şühbələrim var. O şühbələr, bizi xoşbəxt olmağa qoymaz"
"Məncə sənin üçün ən düzgün qərar ondan ayrılmaq olar. Onunla olduğun müddətcə başına gəlməyən hadisə qalmayacaq. Mənim kimilər çoxdu. Hər kəs, hər an səni bir yerdə tuta bilər. Sən isə müdafiəsiz və xərtinə dəyməsin çox ağılsız qızsan"
"Şüşə qırıntısı hadisəsindən bəsh edirsən?"
"Yadıma salma o günü. Əgər vaxtında damarıma iynə vurmuş olsaydım, başını masaya vurmazdım. O günün bir az peşmançılığını çəkirəm"
"Boş verək, hər seyi... Yolda danışmağa çox söhbətimiz olacaq" dediyimdə, çöl qapı anidən möhkəmcə açıldı. Qapının açılması ilə əllərində silah olan Daniel və Sərdarı gördüm. Ətrafdakı qorumalar silahlarını onlarla tuşladığında, Şahin "Siz silahlarınızı salın, aşağı" dedi. Onlar silahlarını saldığında, Daniel ilə Sərdar bizə yaxınlaşmaqda idilər. Daniel silahı tam Şahinə tuşlayıb "Sən bitdin, Şahin! Lauranı qaçırtmağının cəzasını çox pis ödəyəcəksən!" dedi. Şahin hec bir tədbir görümürdü. Yerində qalmışdı. Tərpənmirdi...
Danielin isə zarafatı yox idi. Aramızda az məsafə vardı. Daniel uzaqdan həsrəti söndürmək istəyirmişcəsinə, üzümə baxdı.
Başımı sağa sola yellədib "Vurma onu..." dedim. Bunu deməyim ilə ikisinində baxışları, çəpləşdi.
"Səni qaçırdan adamı vurmayım?!" deyə, Sərdar danışıb əlini silahın tətiyinə dəyirdi. Yox, olmazdı. Ən günahsızımız Şahin ikən, onu öldürmələrinə göz yuma bilməzdim. "Vurmayın! Vurmayın!" deyib, möhkəmcə qışırdım. Mən vurma dedikcə, Daniel silahını aşağı salmağa çalışırdı. Sərdar isə silahın tətiyini basmağa...
Şahinə tərəf dönüb baxdığımda, gözlərini qısıb məsumca "Mənə görə, hec dəyməz Laura. Bəlkədə, Arzuya qovuşmaq vaxtım gəlib. İcazə ver, arzuma qovuşum..." dedi. Arzuna qovuşacan deyə, Sərdar yenəmi qatil olmalı idi? Daha nə qədər can alacaqdı? Mən can almasını istəmirdim...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri