Ağ Kəpənək ( BÖLÜM 58)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 101
Səs ver:
(səs: 0)
Daneil'in dilindən
Lauranın dediklərinə məna verə bilmirdim. Ancaq onun gözündə gördüyüm həyəcan dolusu qorxu, bir şeylər etməməyimə böyük işarə idi. Sərdarın Şahinə tərəf tuşladığı silahı gördüyümdə, onun yanına gəldim. Sərdarın biləyindən tutub, silahı aşağı salmağa başladım. Silahı aşağı saldıqca "Sən nə edirsən?! Hanı öldürəcəkdin Şahini? Nə dəyişdi?!" dedi. Bu adam düşüncəli hərəkət etməyi hec vaxt bacarmadı. İndidə bacarmırdı. Sakitliyi yox idi.
"Lauranın dediklərinə qulaq asmalıyıq. Səbəbin izah etsin, sonra işimizə baxarıq" dedim.
Mənim bunu deməyim ilə Şahin yanımıza yaxınlaşdı. Yaxınlaşması ilədə "Vur. Öldür... Mən bacara bilmədim, sən et..." dedi. Bacımı öldürməkmi istəmişdi?! Sərdarla aralarında nə keçib, bilmirdim. Ancaq bu işin ucunun Lauraya toxunması məni narahat etmişdi. Laurada uzaqda qalmayıb yanımıza gəldiyində "Bəsdirin! Adam öldürməklə iş düzəlmir. Şahin onsuzda, məni geri qaytarırdı. Gəlin qayıdaq... Qan tökülməsini istəmirəm. Xahis edirəm səndən, Daniel. Məni evimizə apar..." dedi. Laura israrla niyə belə danışırdı? Hər sey başqa cürə olacaqdı. Mən Şahinin boğazına yapışmalı, onu öldürməli idim. Lakin, Laura qarışımı kəsirdi.
"İki həftəyə yaxın, bu adamla nə etmisən hə?! Evcik - evcik oyanmısız?! İndidə keçmiş qarşıma deyirsən, dəymə öldürmə..." deyib, danışmağa davam etmək istəyərkən gözüm Lauranın alınında olan bənövşəyiyə bənzərə ləkələrə sataşdı. Hər seyi boş veribdə, onu özümə tərəf çəkdim. Əlimi alınına toxundurub "Bunlar nədi?!" dedim. Nə olduğun, əlbət özüm çox gözəl bilirdim. Onun dilindən eşitmək istəyirdim. Laura qarşımıda titrəyəmə başladı. Üzümü ondan çəkib, Şahin tərəfə döndərdim. Və səhərdən bəri basdığım səbrimi yerlə yeksan edib, onun boğazına yapışdım. "Mənim bacımı vurmusan?! Mənim... Səni öldürməyim üçün bu böyük səbəbdi!" deyərək, boğazını daha çox sıxdım. Boğazını sıxdıqca, boğulduğunu görürdü. İşin qəribə tərəfi, əlini atıbda mənə mane olmaması idi. O bunu etməzkən, Laura əllərimi onun boğazından ayrımağa çalışıb "Hər seyin günahkarı, Sərdardı... Kaş, vaxtında sənin sözünə qulaq assaydım. Vaxtında sənin sözünə qulaq asmış olsaydım, bu gün bu acıları yaşamaycaqdım. Ürəyim çox pis ağrıdır, Daniel... Onu öldürməyin ürəyimin ağrısını azaldmayacaq, əksinə çoxaldacaq" dedi. Onun göz yaşı içində dediyi bu sözlərindən sonra, əlimi Şahinin boğazından ayırıb onu yerə itələdim. Lauranı özüm tərəfə çəkib, onu möhkəmcə qucaqladım. "Sənsizlik məni dəli etmişdi... Səni bu halımda görməyimə pis olsamda, sağ tapdığıma şükür edirəm. Sən necə istəsən, hər sey elə olacaq. Yetərki, sən ağlama. Yetərki, gözündəki mirvari dənələri qədər qiymətli olan göz yaşlarını, gözündən axıtma. Sənin hər göz yaşın mənim üçün bir xəzinə qədər qiymətlidi" deyib, saçlarının üstünə öpücüklər qondurdum. Yenə on beş yaşındakı halına geri dönmüşdü. Baxışı, duruşu hamısı eyni idi. O günlərdən çətin çıxartmışdım onu. Birdə geri dönməsini istəməzdim.
"Sərdar, nə probleminiz varsa aranızda həll edin. Bizi məsələnizə qatmayın... Mən Lauranıda alıb gedirəm" dedim.
Dediyim kimidə edib, Laura ilə bərabər bu yerdən çıxdım. Lauranı maşına mindirib eləcə yola düşdük. Ondan soruşası çox suallarım vardı. Amma O, suallara cavab verəcək halda deyildi. Ümüd edirdim, tutarlı bir cavabı olacaqdı. Yoxsa Şahini tapıb, öldürməyim üçün qarşımı hec kim kəsə bilməzdi... Son günlərdə hər sey üst - üstə düşmüşdü. Dinanın hamilə olmasına sevinərkən, bir yandanda Aydının məni təhtid etmələri başlamışdı. Dina Sərdarın işin bitirməsəydi, onun qarşına çıxacağını deyirdi. Əgər elə bir sey baş versəydi, mən bu dəfə tək Dinanı deyil körpəmidə itirmiş olacaqdım. Yaşadığım həyatı kiməsə verib, sən mənim əvəzimə beş dəqiqə idarə et deyəsim gəlirdi. Çünki, mən bu yola baş qoyarkən sevda işini hec düşünməmişdim. Hardan bilə bilərdimki, Dinaya sevdalancam və ondan körpəm olacaq? Başıma hər nə gəlirdisə, hesaba qatmadığım hadisələrə görə gəlirdi. Eyni ilə Lauranın, Sərdarıda sevməsi kimi...

(Günlər sonrası)
Dinan'ın dilindən
Ətrafa göz gəzdirdim. Üzünü hec görmədiyim, yeni düşmanlarımız peyda olmuşdu. Tək - tənhalıq yerdə isə sadecə Daniel və mən vardım. Daniel məni qorumağa çalışırdı. Çünki mən qorxurdum. Mən hamilə idim. Körpəm var idi. Ya ona bir sey olmuş olsaydı? Mənim isə qulağım sanki, sözləri eşitməkdə çətinlik çəkirdi. Danielin adamlara yaxın getməsi ilə "Getmə, Daniel... Səni vuracaqlar" dedim. Qorxum ona görə olarkən, qulağım ateş açan silah səsi eşitdi. Silahdan çıxan mərmər tam qarın boşluğuma dəydi. Yəni, məni vurmuşdular...
Əlimi bətnimə yerləşdirib "Körpəm... Körpəm" dedim. Əlimə baxdığımda, əlim qanla dolmuşdu. Daniel özünü mənim yanıma çatdırdığında, özümü onun qolları arasına buraxdım. Gözümün qarşısı yavaş - yavaş qaralmaqda idi. Deyəsən, mən ölürdüm...
"Dina aç gözlərini, ölmə Dina. Ölmə... Məni tək qoyma" deyən, Danielin səsi qulaqlarımda idi. Üzünü görməkdə çətinlik çəksəmdə, səsini eşidə bilirdim. Məni özünə tərəf sıxıb, ağlamağa başladı. Ağlayışın içində "Aydın sağdı... Aydın ölməyib, Dina. Səndə ölmə..." dedi. Ondan eşitdiyim bu sözlər ilə, göz qapaqlarımı açmağa çalışdım. Aydın sağ idimi? Həyatım iki qismə bölünmüşdü. Birinci qismi ondan "Aydın ölüb..." sözünü eşitdiyimdə idi. İkincisi isə bətnimdə onun körpəsini daşıyıb yaralarkən, ondan eşitdiyim "Aydın sağdı..." cümləsində olmuşdu. Nə idi bu? Həyatın mənim üzümə atdığı növbəti şilləsimi..?
"Aydın... Aydın... Aydın sağdı, Aydın sağdı..." deyərək, birdən birə qəfildən ayıldım. Yuxu görürmüşəm... Yuxuda həycan keçirdiyimdən əlimi alınıma yerləşdirdim. Bu necə yuxu idi? Dərindən iç çəkdim. Yuxu məni bərbad etmişdi.
"Yaxşıki, yuxu idi" dedim, ayağa qaxlmağa çalışaraq. Bu gün körpəmizin cinsiyyətin öyrənməyə gedəcəkdik. Laura ilə maraqlandığımızdan, körpəmin cinsiyyətin hələdə öyrənməyə vaxtımız olmamışdı. Daniel, günlərdi Lauranı özünə gətirməyə çalışırdı. Onun başında pərvanə olmuşdu. Sərdarla daha görüşmürdü. Şahin mövzusu ona təsir etmişdi. Düzü, Sərdarın Şahinə qarşı etdiyi hərəkəti öyrəndiyimdə Sərdara qarşı nifərtim birə bir atmışdı. Ancaq əlimdən edəcək bir sey gəlmirdi. Mənim düşünməli olduğum körpəm vardı. Gördüyüm yuxunun təsirindən çıxmağa çalışıb, hazırlaşmağa başladım. Hazırlaşıb aşağı düşdüyümdə, Danielin süfərini hazır etdiyini gördüm. Lauranı yedizdirməyə çalışırdı. Məndə tanına oturub, hec nazlanmdan yeməyə başladım. Birdə üstünə mən yük olmaq istəmirdim. Yeməyimizi yedikdən sonra, evdən çıxın xəstəxanaya tərəf yola çıxdıq. Xəstəxanaya yaxınlaşdıqca içimdəki həycan get - gedə artırdı. Qızmı olacaqdı, yoxsa oğlanmı?
Danieldə mənim kimi həycanlı idi. Hətda gecəni həycandan yata bilməmişdi. Biz valideyin olacaqdıq. Mənim valideyinlərim olmasada, biz körpəmizə gözəl valideyin olacaqdıq. Xəstəxanaya gəlib, yoxlanışa keçdik. Usağın sağlam olduğunu dedikdən sonra, növbə cinsiyyətini təyin etməyə gəldiyini bildirmişdi. Daniel əlimdən tutub "Son həycanlı dəqiqələr" dedi. Az sonra öyrəncəkdik. Həkimin üzünün güldüyünü gördüm. Gülərək "Təbriklər. Qızınız olacaq" dedi. Bunu deməsi ilə Daniel vaxt itirməyib, mənə yaxınlaşaraq alımın ortasından öpüb, geri çəkilmədən "Qızımın anası..." dedi. Onun qızının anası olacaqdım mən. Qızımız olacaqdı. Ayağa qalxıb, köynəyimi düzəltdikdən sonra əl ələ tutub otaqdab çıxdıq. Otaqdan çıxmağımız ilə, məni qucaqlayıb "Qız olacağını əvvəldən hiss edirdim. Hissiyatımda yanılmadım" dedi. Bəs hiss etmədiyini deyirdi?
"Hər zaman soruşanda sağlıqlı olsun yetər deyirdin. Hec hiss etdiyini deməmişdin?" dedim
"Ən başlıca sağlıqlı olması idi. Şükür, sağlıqlıdı. Hiss etdiyimidə ona görə demirdimki, birdən oğlan olardı. Oğlan olsaydı, oğlumuz sonra məndən inciyərdi. Sən bu söhbəti boş ver. Gəl, gedək uşaq mağazalarına. Qızımıza çoxlu geyimlər alacam"
"Bu dəqiqə geyim almaq çoxmu vacibdi?"
"Vacibdi. Qızımın ilk hədiyyəsin almaq istəyirəm. Sən qızımla arama girmə. Ata ilə qızı baş başa burax"
"Hara buraxım? Qızın, mənim bətnimdədi. Məndən qaçışın yoxdu"
"Bircə doğulsaydı, özümlə hara istəsəm aparıb gətirərdim"
"Sən düzəlməyəcəksən. Həmdə hec!" deyərək, bərabər xəstəxanadan çıxdıq. Maşına minib, yola düşdük. Üzündən necə sevincli olduğu görünürdü. Üzü gülə - gülə qalmışdı. Yəqin, məndə də elə idi. Araya söhbət qatıb "Otağın dizynına başlaya bilərsən artıq" dedim.
"Otaq falan olmayacaq. Qızımı aramızda yatızdıracam"
"Aylardı otaq seçən sən deyildin?"
"Fikirimi dəyişdim. Qızımdan necə ayrı qala bilərəmki"
"Görəcəyim günlər qarşıdadı hələ"
"Evlənməyimiz lazımdı bizim"
"Evlənmək? Evlənmirəm mən sənlə"
"Necə yəni evlənmirəm? Evlənmirəm nə deməkdi? Qızımız olacaq və biz evlənməyəcəyik?"
"Evlilik təklifi etsən, bəlkə qəbul edərəm"
"Ooo xanımmızın dərdi var imiş. Qurban olsun, sənə bütün evlilik təklifləri. Çox yaxında onuda edərəm. Qızımızda şahidimiz olmuş olar"
"Daniel, axşama bizimkiləri yeməyə dəvət edə bilərəm? Sözüm vardı onlara. Həmdə qızımızın olacağınıda deyərəm"
"Ev sənindi, Dinam. Kimi istəyirsənsə çağır"
Razılıq verdiyindən sonra rahatlamışdım. Yolda Akifə zəng edib, onları bizə dəvət etdiyimi demişdim. Hələdə onla soyuq olsamda, qızlara görə əlaqəni itirə bilmirdim. Zəngdən sonra Daniel ilə bərabər uşaq mağazalarına baş çəkmişdik. Əlinə keçən, hər açıq çəhrayı rəngdə olan hər seyi götürmüşdü. İndidən bu qədər seyi neynirdi? Gözü doymurdu sanki. Bir papaqdan 20 ədəd götürmüşdü. Yenə əlini balaca papağa uzatdığında "Daniel, qızımızın bir dənə başı olacaq. Sən nə qədər papaq götürürsən?" dedim. Əlini uzatdığı kimidə geri çəkib "Düz deyirsən. Yaxşısı gedim ona oyuncaq evlərdən alım" dedi. İlahi! Daniel indidən belə edirdisə, gerisini düşünmək istəmirdim.
"Daniel, qızımız hec doğulmayıb. Doğulmayan usaq oyuncaq evi neynir? Doğulmuş olsa belə, O həmin oyuncaqla oynayan yaşda olmaycaq"
"Səndə bütün həvəsimi öldürməklə məşğulsan. İmkan ver qızıma ürəyim istəyən seyləri alım"
"Almısanda. Səhərdən nə qədər mağazaya girmisən. Maşında yer yoxdu. Gedəndə harda oturacam?"
"Səni aparıb evə qoyacam"
"Hələ şükür. Axırki, haqqın yolun tapdın"
"Hə. Səni evə qoyub, özüm tək başına mağazaları gəzməyə davam edəcəm. Sənlə alınmır. Hər haldığıma danışırsan" dediyində, gözüm kəlləmə çıxdı. Onu yolundan döndərə bilməyəcəkdim!
Nəhayət evə gəlib çıxa bildik. Evin qapısınl açdım. Daniel, aldıqlarını qucağına əlinə yığıb, evə giriş etdi. Bunu uzaqdan görən Samu, diqqətlə baxıb "Hər sey çəhrayı rəngdədi. Yoxsa? Yoxsaa?" dedi, sevinclə. Yoxsanın, oğlan olacaq halı yox idi. Qız idi, qız.
"Qızdı. Qız. Elenoramız gəlir" deyə, Daniel danışdığında çönüb ona baxdım. Elenora? Mənim bu addan niyə xəbərim yox idi? Ağzımı açıb ona bir sey demək istəyirdimki, Samu üstümə qaçıb məni qucağına alaraq fırlatmağa başladı. "Yavaş Samu! Qızım düşdü!" deyən, Danielin sözlərindən sonra məni yerə qoyub, üzümdən öpdü. İkinci, Daniel!
"Evimizə mələk gəlir. Çox sağ ol, Dina. Bizə bu sevinci yaşatdığın üçün sənə minnətdaram" dedi
Məndən ayrıldığında, Danielə tərəf dönüb "Elenora?" dedim. Aldıqlarını yuxarı çıxartmağa başlayarkən, məndə arxasıyca getdim. "Bəyənmədinsə, dəyişdirə bilərsən" dedi, otağımıza daxil olarkən.
"Sənlə mənim adım xarici addı. Qızımızında adının xarici olması lazım idi. Sadecə bu adı niyə seçmisən"
"Samuel ilə seçmişdik. Onun Nora adında sevgilisi var idi. Xəstəlikdən, ölmüşdü... Mənimdə ağılıma, o an Elenora adı gəldi. Başqada ad ürəyimə yatmadı. Ancaq yenədə son qərar sənindi. Hansı adı istəsən, qoya bilərsən"
"Mən Eva adını düşünmüşdüm. Amma, Elenora ondan daha yaxşıdı. Dəyişdirməyək" dedim, üzünə təbəssüm edərək. Samuelin bizim evdə danışdıqları həqiqət imiş. Mən onu qırmaq istəməzdim. Qızımın adı, Elenora olaraq qalacaqdı. Qoy, adının mənası kimi həyatımıza işıq saçsın...
Axşam düşmüşdü. Bizimkilər gəlmişdi. Hər kəs masa arxasında idi. Onlara qızımızın olacağını demişdim. Qızlara evi gəzdirmişdim. Çox bəyənmişdilər. Samuel ilə Əsma bir biri ilə çox baxışırdı. Laura səssizliyinə qərq olmuşdu. Bizə nə qaynayırdı, nə də qarışırdı. Yemək bitiyində çay süfrəsinə keçid etmişdik. Hər sey yaxşı gedərkən, Danielin telefonuna ard - arda zənglər gəldi. Zənglər gəldiyində üzünə narahat olmuş ifadə çökdü. Axırıncı zəngin çalınması ilə "Mən zəngə cavab verib. Gəlirəm" dedi. Üzünə süni gülüş taxıb aramızdan ayrıldığına bir tək mən şahid oldum. Evdən çölə çıxdı. Bir az gözlədikdən sonra məndə evdən çölə çıxdım. Həyitdə onu görə bilmədiyimdən, yavaş adımlarla evin arxasına keçmək istədim. Danielin səsi gəlirdi. Ancaq nə dediyini eşitmirdim. Evin arxasına çox yaxınlaşmayıb, Danielin səsinə qulaq asmağa başladım.
"Sənə mənə evdə olanda zəng etmə demişdim! Söz başa düşümürsən?! Çıxda həyatımdan. İmkan ver yaşayım!" deyirdi. Bu sözləri kimə, nəyə görə deyirdi?
"Mən indi gələ bilmərəm. Evdə qonaqlar var. Sabah gələrəm... Gələ bilmirəm deyirəm! Gecə saat 3 də sənin yanına gəlsəm, Dina hara getdiyimi soruşmazmı?... O yatdıqdan sonra gələ bilərəm..."
Bu qədər eşitdiyim hər sey mənə bəs idi. Yavşaca olduğum yerdən ayrıldım. Mənlə bir qadınlamı xəyanət edirdi? Yox, bu ola bilməzdi. Məni bu cür səvən adam, mənə belə bir seyi etməzdi. Elə idisə, geriyə nə qalırdı?
Özümü ələ alıb evə girdim. Bizimkilər ilə söhbətə qoşuldum. Lakin ağılım, Danielin sözlərində idi. Yuxumuda qarışıq görmüşdüm. Bu nəyin əlaməti idi?
Bizimkilər getdikdən sonra, Daniel ilə Samu ətrafı yığışdırmışdı. Məndə tez yatmaq adına otağıma çəkilmişdim. Daniel, evdən çıxsaydı ardıyca adam göndərəcəkdim. Hara gedirdisə, bilməli idim. Özümü yatmışlığa vurub, gözlərimi yumdum. Saatlar içində Danieldə yanıma gəlmişdi. Oda saatın keçməsini gözləyirdi, məndə. Beləcə, həmin saat gəlmişdi. Daniel otaqdan çıxıb getmişdi. O gedər, getməz məndə geyindim. Hara gedirdi, hara gedəcəkdim, məni nə gözləyirdi bilmirdim. Ancaq gedəcəkdim...
Onu izlətdirdiyim adam ünvanı məni atmışdı. Bir bina evinə gəlmişdi. Olduğu mərtəbəyə gəldim. Qırmızı qapı arxasında dayandım. Həycan bədənimi ələ almışdı. Mənə bu qədər həycan olmazdı. Qızımda narahat olardı...
Amma mən bu gizli qapı arxasında, nələrin baş verdiyini öyrənməli idim. Əlimi atıb, qapını döydüm. Ehtiyyac üçündə, kənara çəkilib durdum. Kim bu vaxtı, qapısını döyən birini gözləyirdi? Qapının açılmadığını gördüyümdə, təkrar döydüm. Qapının kilit səsini eşitdim. Açılırdı... Qapını üzümə açan kim olacaqdı? Özümdən aslı olmadan bədənimin titrədiyini, ayağımın yer tutmadığını hiss etdim. Danieldən hər seyi soruşsaydım mənə cavab verəcəkdmi? Yoxsa mən bura gəlməklə səhvmi etmişdim? Qapı aram - aram açılmağa başladı. Məndə qapının qarşısına keçdim. Keçməz olaydım...
Qapının ardında, Aydını gördüm. Mənim ölü bildiyim, Aydını...
Budamı yuxu idi? Mən yuxuda idim. Yuxu idi. Ayılacaqdım. Aydın ölmüşdü... Ölmüşdüsə, mənı canlı şəkildə baxan kim idi? Bədənim özümdən qeyri ixtiyari boşluğa düşmək istəyərkən, son sözüm "Tut məni... Yıxılıram..." deməyim oldu. Çünki, özümdən əvvəl düşünməli olduğum bir körpəm vardı. Mən yıxılsaydım, onuda itirəcəkdim...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 101
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri