Lənətli Qızcığaz (Bölüm 1)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 5 752
Səs ver:
(səs: 1)
Ruslan: Salam Aytən
Ruslan: Pərvizin dostu Ruslandı
Ruslan: Nömrəmi qeyd edərsən
Nömrə: Aytən deyil
Ruslan: Pərviz mənə bu nömrəni verib. Necə Aytən deyil?
Nömrə: Səhv nömrə verib demək
Ruslan: Kicik bir zarafat?
Ruslan: Mən zarafatlardan xoşlanmıram
Nömrə: Daha nə qədər yazımki mən Aytən deyiləm. Ruslan adında da adam tanımıram!
Ruslan: İnanmağım gəlmir. Bilərək edirsən
Nömrə: Əngəl atacam
Ruslan: Dayan!
Ruslan: Bax yalan deyirsənsə, sonra ölsəmdə yazan deyiləm sənə
Nömrə: Aytənin bəxti gətirib məncə. Söz başa düşməz adamla yazışmayıb
Ruslan: Deyəsən həqiqətən Aytən deyilsən sən
Nömrə: Bunu dəqiqələrdi başa düşmüş olsaydın, indi bu söhbəti edər olmazdıq
Ruslan: Yox inanmadım yenə
Ruslan: Öz ağlınca mənimlə oynayırsan
Nömrə: Off!
Nömrə: Əngəl atıram daha çox yazışmağa səbrim çatmır!
Ruslan: Neynək belə olsun Aytən!
Ruslan: 2 gün sonra mən Aytən idim deyəndə, mən cavab verməyəcəm sənə!
Nömrə: Aytəndə, Aytən! Nə Aytən imiş!
Ruslan: Özü özünə əsəbləşən insanıda ilk dəfədi görürəm
Nömrə: Sənə daha əvvəl üzsüz olduğunu deyiblər?!
Ruslan: Deməmişdilər! Sən deyənə qədər!
Nömrə: Aytən deyiləm dedikcə, daha çox yazmağa başlayırsan! Və bu mənim hec xoşuma gəlmir!
Ruslan: Yazmıram daha! Amma bunu bil bu günün sabahı var!

***

2 gün sonra
Ruslan: Salam
Ruslan: Aytən olmadığını bildim. Üzr istəmək üçün yazdım. Çox üstünə getdim
Nömrə: Yenə sən?
Ruslan: Narahat etmək istəmirəm. Sadecə səhv etdiyimi başa düşdüyüm üçün yazdım yenidən
Nömrə: Hə, başa düşdüm
Nömrə: Aytən olmasın, Günay olsun? Günay olmursa, Aygün olsun temasındasınız!
Ruslan: Hopp hopp!
Ruslan: İnsanlıq edib yazdım mən!
Nömrə: İnsanlığınız özünüzə qalsın
Ruslan: Günah sizə yazandadı!
Nömrə: Hörmətli Ruslan bəy, nömrəmi silin. Mənidə narahat etməyin!
Ruslan: Tanımadığım insana maraqlı deyiləm mən!
Nömrə: Biz nəyin söhbətin edirik?
Ruslan: Söhbət etmirik, etməyə çalışırıq. Yəni, sən söhbət edə bilmirsən!
Nömrə: Mən illərdi bir oğlan ilə yazışmayan qızam. Necə söhbət edim?! Sizə cavab vermişəm deyə dua edin!
Ruslan: Bax buna həqiqətən inanmadım. Qız olasan oğlan ilə hec kəlimə kəsməyəsən
Nömrə: İnsanları tanımadan belə əminliklə danışmayın. 3 ildən sonra danışdığım tək oğlansınız
Ruslan: Yaşını bilmək olar?
Nömrə: 19 du tamam deyil amma
Ruslan: Normal yaşın var. Nəyə görə danışmırsan bəs?
Nömrə: Danışa bilmirəm
Ruslan: Qızlardan xoşlanırsan?
Nömrə: Yox! Belə niyə düşündün?
Ruslan: 3 ildi oğlanla danışmıram deyirsən. Ağılıma başqa hec nə gəlmədi
Nömrə: Başqa səbəbim var... Psixoloğuma bu gün sən haqqında danışdım. Bir oğlan yazdı, ona cavab verdim dedim. Psixoloğumda çox sevindi. İrəlləyiş var imiş
Ruslan: Problemini bilmək olar?
Nömrə: Bu gün danışacaq gücə sahib deyiləm. Sabaha qalsa olar?
Ruslan: Olar
Ruslan: Adını bilmədim
Nömrə: Nuray
Nömrə: Ancaq Nur'um gedib, Ay'ım qalıb...


Saat 19:07
Ruslan: Salam Nur
Nuray: Nur deyil, Nuray
Ruslan: Nur'unu qaytarıram mən
Nuray: Nəysə!
Nuray: Yazmayacaqsan deyə düşündüm
Ruslan: Nəyə görə?
Nuray: Psixoloq yanına gedirəm dedim. Problemli insanla danışmaq asand iş deyil
Ruslan: Xatırladımki hələdə probleminin nə olduğunu bilmirəm
Nuray: Yazsam yenə o günlərə qayıtmış olacam. Ancaq psixoloğum dedi ki, yad insana özün haqqında danışmaq sənə yaxşı gələcək
Ruslan: Səbəbin izah etsən
Nuray: Mən 16 yaşımda məcbur evləndirildim. Valideyinlərimin gözünü pul bürümüşdü... Məni pula qurban etdilər... 7 ay evli qaldım... Hər günüm işgəncə ilə keçdi... Məni evləndirdikləri oğlan, narkotik istifadəçisi imiş... İki gün yaxşı olurdu, beş gün pis... Əlləri ilə boğurdu məni... Üstümə bıcaq çıxardırdı... Və bir necə sey... Sonda təkcə canımı götürüb çıxdım o evdən. Xalam sahib çıxdı mənə. Ata anamın etmədiyi valideyinliyi, O etdi mənə... İndidə onunla yaşayıram. Ondan sonra psixoloq yanına getdim. Bu günün özünə qədərdə gedirəm hələ. Tam düzəlməmişəm
Ruslan: Sən həqiqətən bunları yaşamısan?
Nuray: Yazdıqlarım kicik bir seydi. Daha pisləri var
Ruslan: Hələdə elə valideyinlərin qaldığına inana bilmirəm!
Nuray: Üç ildi onlarıda görmürəm. Xalam yanıma qoymur onları. Onlar deyə bəhs edirəm onlardan. Çünki mənim üçün hec kimdilər!
Ruslan: Mənə necə cavab verdin?
Nuray: Onun səhəri özümə söz verdimki, artıq normal insan olacam. Oğlanlarda ünsiyyət qurmağa çalışacam. Özümə yenidən bir dünya quracam dedim. Onun axşamıda sən yazdın... Sanki, səni Allah mənim üçün göndərdi
Ruslan: Hecmi ünsiyyətin yoxdu?
Nuray: Hec yoxdu... Taksiyə minə bilmirəm, nəyinki taksi avtobusun özünə belə minmirəm. Hara getsəm, piyada gedib gəlirəm. Qorxuram... Əks cinsdən çox qorxuram... Bu qorxuma qalib gələ bilmirəm. Elə bil məni lənətləyiblər
Nuray: Həyatda qalmağa çalışıram. Univeristetedə daxil olmaq istəyirəm. Onun üçün hazırlığa gedirəm. Əslində, bu il daxil olmuşdum... Amma özümdə o gücü tapıb, univeristetdə oxuya bilməyəcəyimi düşündüm. Məndə belə həyat yaşayıram
Ruslan: Heyif... Pis oldum həqiqətən
Ruslan: Nə deyilər, nə yazılar belə bilmirəm
Nuray: Hec nə yazma bu haqqda
Nuray: Səndən kicik bir istəyim olacaq
Ruslan: Nə istəyi?
Nuray: Mənimlə yazışmağa davam edə bilərsən?
Nuray: Mən istəmirəm... Psixoloğum istədi
Nuray: Bəlkə, kicik bir ümüd dedi... Mənim üçün yaxşı gələcəyini düşündü
Nuray: İstəməsən çəkinmədən dedi. Narahat etmərəm səni. Mənə borclu deyilsən
Ruslan: Yazışa bilərik mənim üçün porblemi yoxdu
Nuray: Nə vaxt bezsən məndən, onda mənə deyərsən
Ruslan: Nur sən harda yaşayırsan?
Nuray: Mən Gəncdə qalıram. Sən?
Ruslan: Bakıda
Ruslan: Aramızda məsafə var
Nuray: Mən məsafələri sevirəm :)
Ruslan: Bakıdanam deyə özünü daha rahat hiss edəcəksən?
Nuray: Həə
Nuray: Uzaqlıq daha rahat gəlir mənə
Nuray: Yaşını hec bilmirəm
Ruslan: 23 :)
Nuray: Sən nə işlə məşğulsan?
Ruslan: Hələ unidə son kursda oxuyuram. Unini yarıda kəsib Əsgər gedib gəldiyim üçün bir kursum qalmışdı. Özümdə iki dostumla ortaq bir obyekt acmışıq. Maşın alış və satış işləri ilə məşğul oluruq
Nuray: Afərin)
Nuray: Bəs Aytən kim idi?
Ruslan: Hec o mövüzuya girmə. Boş ver onu
Nuray: ?
Ruslan: Cavabını bilməmiş əl çəkməyəssən?
Nuray: Bilməliyəm məncə. Aytən, Aytən deyib qalmışdın mənə
Ruslan: Tanış bir qız idi. Elə belə xoşuma gəlirdi. Məndə nömrəsin alım yazım dedim. Eşitdiyimə görə onunda məndən xoşu gəlirmiş. Nömrənində axırını səhv deyib deyə gəlib sənə düşdüm.Yəni söhbət belədi
Nuray: Səhv olmasaydı, sənlə tanış olmayacaqdım
Ruslan: Hər işdə bir xeir var imiş :)
Nuray: Elədi... Mən indi çıxım, dərs etməliyəm. Sabah danışarıq
Ruslan: Hələlik Nur

Telefonu söndürüb divanın küncünə atdım. Pərvizdə divanın bir küncündə oturmuş, məni süzürdü. Ona böyük bir zibilə düşdüyümü necə deyim? Mənim bəxtimə çıxan qıza bax... Bir - iki gün yazışıb, sonra aradan çıxardım deyə öz özümə düşündüm. Bir yol tapıb, çıxmalı idim
"Hey dostum qara dənizdə gəmilərin batıb?" dediyində oflamağa başladım. O qədərdə mərhəmətsiz bir oğlan deyildim. Qızın başına gələnlərə pis olmuşdum. Ancaq məcburiyyət qarşısında qalıbda yazışa bilməzdim.

"Böyük bir gəmim batıb"

"Səbəbi de"

"Sənə danışmışdıme səhv düşdüyüm qız haqqında. Bax onla danışırdım. Qızın ağılına belə gətirə bilmədiyin qədər böyük bir problemi var imiş"

"Qızı bloka niyə atmırsan?"

"Birdən birə ata bilmərəm... İki - üç gündən sonra atacam"

"Başına yenə iş açdın!"

"Nömrəni mənə verən sən idin!"

"Sənin yerinə olsam indi ataram bloka canımı qutararam"

O qədərdə asand deyildi, deyə bilmədim... Həyat onu elə, üz üstü yerə buraxıb, vurarkən birdə mən vura bilməzdim... Bəlkədə iki - üç günlə hər sey düzələrdi. Öz adlandırdığı lənətindən, xilas olardı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 752
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri